187
münasibət özü bizə imkan verəcək, şərait yaradacaq ki, Atanı yüz
illər o tərəfə apara bilək. Bu özü imkan yaradacaq. Bu özü zəmin açır
ki, Atanı biz daha uzaqlıqlara təqdim eləyə bilək. Bundan böyük
münasibət də bəşər tarixində az rast gəlinib. Bu cür münasibətlər
həmişə böyüklərə olub. Bundan dərin münasibət alınmır.
Göylü Atalı: Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim Asif
Ataya – İnam Ataya ali səcdəylə! Bayrağımızı öpürəm!
Bəşərin minillik axtarışları var. Bu axtarışların əsasında bir
məqsəd dayanıb: dünya dəyişməlidir. Dünyanın təbii gedişatı, təbii
halı heç bir zaman insanı təmin etmədi. Çünki bu, insanın arzula-
rındakı, niyyətlərindəki dünya deyildi. Dinlər meydana gəldi, özünü
doğrultmadı. Fani elan olunan dünyanın insanı bəndə olmalıydı.
Dünya nəinki dəyişmədi, gözdən salındı.
İnqilablar həyata keçirdi insan. Bu da özünü doğrultmadı. Dünya
həmin dünya olaraq qaldı, insan da həmin insan. Bəşər insandan əlini
üzdü. Dünyadan ümidini kəsdi. “Hər şey nisbidir” dedi... Ata gəldi.
Peyğəmbər kimi gəldi. Haray çəkdi: “Dünya göründüyünə bərabər
deyil!”, “İnsan göründüyündən artıqdır” dedi. Dünyanın dəyişmək
188
imkanı var və dəyişməlidir. Bunu İnsan edəcək. Özü üzərində qələbə
çalan, həyat üzərində qələbə çalan İnsan. Bundan ötrü insan
təzələnməlidir. Xalq təzələnməlidir. Bəşər təzələnməlidir. Necə, nə
cür? Yollarını da göstərdi. Özündən başladı, Evladlarında davam
elədi. “Müqəddəsliyi göylərdə axtarmayın, ürəyinizə baxın!” dedi.
“Həqiqəti cəmiyyətdə aramayın, içinizə baxın! İçiniz yoxsa,
yaradın!” dedi. İnandı bizlərə. Çünki özünə inandı.
Doğumun mübarəkdir, Atam!
Gəlişin mübarəkdir! Nur kimi gəldin. Nəfəs kimi gəldin. Həyat
kimi gəldin. Günəş kimi gəldin içimizə. Tək və bütün həyatın
cövhəri, mayası kimi...
Elana Atalı: Sözümə Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim
Asif Atanın adına səcdəylə başlayıram! Bayrağımızı öpürəm.
Mən Atanı görmüş xoşbəxt bir adamam. Atanı görmək, onun
yanında olmaq, onun sözünü eşitmək böyük bir səadətdir. Mən də
ürəyimdən bəzən keçirdirəm ki, kaş Ata bu gün olaydı. Kaş fiziki
olaraq yaşayaydı. Mən onu Ata kimi, Evladı kimi, bir əzizim kimi
bəsləyərdim. Qulluğunda durardım. Atanın varlığı bəşərin xilasıdır.
Günev Atalı: Bütün varlığımız Atanın qulluğunda durmaqdır.
189
Soylu Atalı: O istək də gözəldir. Ata Günün mübarəkdir, bacı.
Ataya verdiyin ömür mübarəkdir!
Üstün Atalı: Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim Asif
Ataya – İnam Ataya ali səcdəylə! Bayrağımızı öpürəm.
Ocağa gəlişim, mənim fərd olaraq, həyata atıldığım dövrə təsadüf
elədi. 17 yaşımda. Atanı bir dəfə görmüşəm. Təəssüf edirəm ki, o
vaxt Evlad olmadım, bir az gözləməli oldum. Amma gözümü ilk
açan vaxt, cəmiyyəti anladığım vaxt, dünyanı dərk elədiyim vaxt
Ocağın qapısını açdığım üçün, Ocağa üz tutduğum üçün xoşbəxtəm.
O ildən bu ilə 17 il ötür. Bu gün Ocaqda daha da yetkinləşmə dövrü
keçirəm. Bu 17 ildə ömrümdə çox dəyişikliklər oldu. Ziddiyyətlər
oldu. Qalxıb enmələr oldu. Bütün Ocaq tədbirləri, mərasimlər,
söhbətlər, doğmalarla ünsiyyət, doğmaların dəstəyi qalxıb-enmələrin
artmasına yol vermədi. Bundan sonrakı ömrümdə ancaq yüksəkliyə
doğru özümü görmək istəyirəm. İnanıram ki, 20 illik Ocaq yaşımda
daha böyük hesabat verəcəm. Ata Ruhu ürəyimdədir!
Güntay Atalı: Mən bu gözəl gün münasibətiylə hər kəsi təbrik
edirəm. Atanın dünyaya gəlişi dünyanı mənalandırmaq olub. Mən
belə görürəm. Bu yaxınlarda ağlıma belə bir şey gəlmişdi, Şərqilik
bayramından öncə. Dedim görəsən Ata milliyyətcə alman olsaydı,
190
görəsən bu zəkanın sahibi olsaydı, məsələn Şərqilik yox, Qərbilik
bayramı yaradardı? Sonra fikirləşdim yox, Ata məhz Şərqilik
bayramı yaradardı.
Bizim millətin onda bəxti gətirib ki, keçən dəfə də demişdim, Ata
nə gözəl ki, gəlib türk etnosunun payına düşüb. Bununla da bəşəriy-
yətə türk gözəl xislətiylə təqdim olunub. Bunu mən içimdə təxminən
bilirəm. Türk, olduğu kimi, Atayla təqdim olunur bəşəriyyətə.
Bu Günlə bağlı içim doludur. Amma bir az nizamsızdır. Hər
birinizi təbrik edirəm. Nə yaxşı Ata var. Bir şeyi də demək istəyirəm,
həyatda elə şeylər var ki, onları əvvəlcədən planlaşdırırsan. Ocaqçı
olmağın heç kim planını cızmır. Bu özü də bir xoşbəxtlikdir ki, gəlib
o günəşi tapırsan. O həqiqəti tapırsan. O sənin bəxtinə çıxır. Bir gün
gözünü açırsan ki, o mühitin içərisindəsən. Nə qədər xoşbəxt
adamsan. Ata Günümüz qutlu olsun!
Bayrağımızı öpürəm.
Ataya yenə səcdə edirəm.
Ulunur Atalı: Mütləqim, Müqəddəsim, Ulu peyğəmbərim Asif
Ataya – İnam Ataya ali səcdəylə!
Ata haqqında söz demək mənimçün də çətindir. Mən Atanın
sağlığında körpə olmuşam. Son vaxtlar oturub fikirləşdim. Həqiqətən
nə qədər xoşbəxt olduğumuzu görməliyik. Niyə? Burda olmağımızın
səbəbi Atadır. Hamı öz işində, gücündə, evində olardı.
Ocaqdan demək olar aralanmışdım. 2-3 aydır mən mərasimlərə,
“Ailə Günləri”nə gəlmirdim. Özümdən asılı deyildi. Nələrsə əngəl
olurdu buna. Ocaqdan qıraqda nələrin baş verdiyini gördüm. Öz
xeyrinə çalışan, öz mənfəətini güdən, ikiüzlülük, cahillik – Ocaqdan
qıraqda mən bunları gördüm. Bu arada Ocaq Yükümlüsüylə söhbət
elədim. Gördüm ki, kiçik bir hissin dalınca düşüb getmək Ocaqçının
həyati risqi ola bilər.
Nə yaxşı ki, Ata var. Xoşbəxtəm ki, Ocaqçı omuşam.
Atamız Var olsun!
Dostları ilə paylaş: |