Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə64/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   60   61   62   63   64   65   66   67   ...   86

213 
 
Atamızın Bayrağını öpürəm! 
 
 
 
Günev  Atalı: Mütləqim,  Müqəddəsim,  ulu  peyğəmbərim  Asif 
Ataya  -  İnam  Ataya  ali  səcdəylə  sözümə  başlayıram.  Bayrağımızı 
öpürəm. 
Yükümlümüzün sözünün davamı olaraq balaca bir yazım var, onu 
oxuyacam. Öncə isə bir iki məqamı vurğu edim. Hər kəsdə müəyyən 
bir  fikir  formalaşdı  ki,  İnam  Evi  deyəndə  nə  nəzərdə  tutulur.  Asif 
Atanın dünyabaxışı, onun davamçılarının istəyi nə deməkdir?! İnam 
Evi  adına  tarixən  çoxlu  ünvanlar  tikilibdir.  Notrdamlar  tikilibdir, 
semit  irqinin  ruhunu  ifadə  eləyən  kilsələr,  məscidlər,  sinaqoqlar 
tikilibdir. Hamısı da özlüyündə özünü bəşəri bilibdir. Bu tikilmələrin 
özündə də bir ümid, həsrət olubdur. Yoxsa o boyda Notrdam yarana 
bilməzdi.  Ümid  eləyirdilər.  Amma  o  Notrdamlarda,  Parfenonlarda, 
Skisfinlərdə  nələr  qəbul  olunurdu?  Yan  Qusun  yandırıl¬ması. 
Neyləmişdi Yan Qus? Cordano Bruno neyləmişdi? Bir onu araşdıran 
oldumu?  Janna  D'Arkı  yandırdılar.  Niyə  yandırdılar?  Bu  tifilə  o 
əzabı niyə verdilər? Əslində tifil deyildi, tarixi şəxsiyyət idi. Bəs biz 
İnam  Məbədi  deyirik,  İnam  Evi  deyirik.  Burda  nə  qəbul  olunur? 
Burda əslində türk ruhunun dəyəri, türkün dünyabaxışı, türk ruhunun 
varlığı var. 


214 
 
Türk böyük imperiyalar yaratdı. Heç birində tabe etdiyi xalqlara 
qarşı  amansız  olmadı.  Nə  onun  ləyaqətinə  toxundu,  nə  onun  dilinə 
toxundu.  Balkanlarda  300  il  hakimiyyətdə  oldu.  Ancaq  təəssüf  ki, 
türk özünə doğmalaşmadı. Bu gün ingilisçilik dünyada hakimdir. Öz 
təsiri  ilə  neylədiyini  şərh  etməyə  ehtiyac  yoxdur.  Ancaq  biz  türk 
ruhunu  tamam  başqa  yöndən  başlayırıq.  Yəni  İnam  Evində 
insanlaşma – özümləşmə halı başlayır. İnsan özüylə üz-üzə qoyulur. 
İnsan  özünü  tanıyır.  Mən  kiməm?  Nələr  var  mənim  içimdə?  Mən 
nələrdən  azad  olub  nələri  özümdə  yaratmalıyam?  Deyək  ki, 
gələcəkdə  də  tikilən,  tikiləcək  İnam  Evlərində  bax  bu  məzmun,  bu 
gün  Yükümlümüzün  danışdığı  məzmun  olacaq.  Onun  dediyi  kimi, 
İnam  Evləri  sadəcə  dörd  divar  deyil,  onun  içində  şəxsiyyət  olur. 
Onun  içində  İnamlı  olur,  Güntay  olur,  Göylü  olur.  Bu  haray  onun 
daxilindən  gəlir.  Onun  üzünün  ifadəsindən  tutmuş,  addımından 
tutmuş bütün nəyi varsa. Əsas ömürdür. Əməllərində o ömür ortaya 
çıxır. 
İllər  öncə  Asif  Ata  Ocağı  mənim  yaşadığım  Atagün  Elində 
(Beyləqan rayonunun Örənqala kəndi), Yükümlümüz danışdı, “Amal 
Bağı”nda iki otaqdan ibarət bir tikilini “İnam Evi” kimi qəbul elədi. 
Bu gün bizim üçün, sabah bütövlükdə Azərbaycan  üçün bunun çox 
böyük önəmi var. 
Əgər İnam Evlərində Soylu olmayacaqsa, başqaları olmayacaqsa, 
lap ora milyardlar xərc elə, onun önəmi olmaz. Mən Peterburqda İsa 
sarayını  görmüşəm.  İsanın  şərəfinə tikilmiş  saray.  109  m  hündürlü-
yündədir. 7 Avropa ölkəsi 40 ilə başa gətirib. Üstünün bütün təbəqə-
ləri  qızıldandır.  Elə  bir  arxitekturada  tikilibdir  ki.  Düzdür,  Qərb 
arxitekturasıdır, gözəldir də. Ondan da yaraşıqlı nə olar axı. Amma 
onun  içində  mən  heç  nə  görmədim.  Mən  heç  onda  Asif  Atanı 
tanımırdım.  Mütləqə  İnamdan  da  xəbərim  yox  idi.  Rus  ordusunda 
sıravi  bir  əsgər  idim.  Oranı  gəzəndə,  hələ  o  dövrdə,  məni  qane 
eləməyən  şeylər  var  idi.  Çünki  bəzən  ruhaniyyat  insanın  anadan-
gəlmə əhvalında, halında olur. Bu yəqin ki, məndə də olub. Sadəcə o 
vaxt qiymətləndirə bilmirdim. 
Sonra Günev Atalı "Şəxsiyyət və Cəmiyyət" mövzusunda yazısını 
oxudu. 


215 
 
 
 
Nurtəkin  Atalı: Ataya  səcdəylə  sözünə  başladı:  “İnam  Evi 
Günü”müz qutlu olsun! Mən “İnam Evi Günü” üçün son 6 ay ərzində 
Ocağın gördüyü işlər haqqında yığcam bilgi vermək istəyirəm. Çox 
zəngin  işlər  görmüşük.  Bu  zəngin  əməllər  də  ondan  soraq  verir  ki, 
ideyaya  həsr  olunan  ömürlər  var.  Ömür  ruhaniləşdikcə,  ideyaya 
qulluq  elədikcə  əməllər  də  sanballaşır  və  zənginləşir.  Ruhani  hal, 
nizam  olmazsa,  əməl  də  artmaz.  Bizim  son  aylarda  gördüyümüz 
işlərdən  biri  "Türkdən  başlayan  Yeni  Bəşər  İnamı"nın  çap  olunma-
sıdır. Bu kitabda Ata ideyaları haqqında, Ocaq haqqında qısa ruhani 
bilgi  verilir.  Bu  kitabın  özəlliyi  həm  də  ondadır  ki,  bu  bilgi  həm 
Azərbaycan  türkcəsindədir,  həm  də  Türkiyə  türkcəsindədir. 
Məqsədimiz  bunu  türk  dünyasında  yaymaqdır.  (Əslində  müəyyən 
nüsxələri artıq Türkiyədə yayılıbdır). 
Asif  Atanın  3  Bitiyi  (kitablar  toplusu)  çap  olundu,  Ocaq 
Evladlarının  və  Ocaq  dostu  İlqar  bəyin  yatırımıyla:  "İçdən  Yaran-
ma",  "Hüquqdan  Haqqa"  və  "Özüllər  Özülü".  Bu  kitablar  çapdan 
çıxandan sonra kitab evlərinə təqdim olundu, rayonlara getdi. Hətta 
Azərbaycanın  sınırından  qırağa  çıxdı.  Kitabın  çap  olunması  bir 
mərhələdir,  kitabın  yayılması  isə  ikinci  mərhələdir.  Eyni  zamanda, 
kitab  verəndə,  təqdim  eləyəndə  hər  dəfə  söhbət  aparılır.  Bu  özü 
Ocağın xalqlaşma əməlidir. 
Ocağın  quralları  var.  Xalqın  iki  böyük  ənənəsi  –  toy  və  yas 
ənənəsi  Ocaqda  özünəməxsus  biçim  alıb.  Toy  quralına  biz 


216 
 
“Beşikbaşı  Mərasim”i  deyirik.  İşıq  Ayında  (mayda)  və  Xəzan 
Ayında biz 2 Beşikbaşı Mərasimi keçirdik. Bizim tədbirlərə qatılan 
Əlisəfa bəyin qohumu Nuşirəvan bəy və Aysel xanıma, keçən ayda 
Sevda  xanıma  (özü  burda  oturub)  və  Birhan  bəyə  “Beşikbaşı 
Mərasimi”  keçirdik.  Təbii  ki,  o  mərasimlər  cəmiyyət  qaydasıyla 
paralel  oldu.  Şadlıq  Evi`ndə  keçirdik.  Evlənənlərə  biz  Beşikbaşı 
quralına uyğun olaraq beşik bağışladıq. Orda Ocaq Yüklümlüsü söz 
dedi. Hal yaratdı. Xeyir-dua verdi, ruhani sənəd yazdı və Asif Atanın 
"Mütləqə  İnam"  Bitiyini  həm  latın  abesində,  həm  də  Ocaq-Türk 
abesində  evlənənlərə  bağışladıq.  Evlənənlər  orda  "Sədaqət  Andı" 
içdilər.  Belə  bir  qural  həyata  keçirildi.  Bu  tədbir  də  yayımlandı, 
işıqlandı. 
Bu  quralların  həyata  keçirilməsi  nə  deməkdir?  Biz  özümüz  bu 
qurallarla yaşayırıq. Amma onun həm də cəmiyyətə təqdim olunması 
yeni  hal  yaradır.  Həm  də  xalqın  içində  olan  yad  ənənələrə  qarşı 
dirəniş deməkdir bu. 
Qürub Ayında (avqustda) Günev qardaşımızın anasının ölümüylə 
bağlı “Yas Quralı”mızı həyata keçirdik. Orda da ciddi söz deyildi, iş 
görüldü. Təbii ki, orda Günev qardaşımızın özünün fəaliyyəti xüsusi 
bilinir  ki,  onun  özünəməxsus  ömrü  var,  inamı  var,  yolu  var.  Orda 
“İnam Evi” – Məbəd tikilir. Bu özü böyük hadisədir. Ona görə orda 
Ocağın “Yas Quralı”nın tədbiq olunması əks-səda yaratdı. 
Asif Atanın "İnam  və Şübhə" kitabı Göylü Atalı tərəfindən yeni 
variantda latın qrafikalı Azərbaycan abesində və Ocaq-türk abesində 
yazılıb Ocağa təqdim olundu və elektron mətbuatda yayımlandı. "Ata 
Səsi" kitabı hazırlanmışdı, yenidən o ikinci dəfə işlənildi. "Ata Səsi" 
kitabı  nədir?  Atanın  müxtəlif  dövrlərdə  müxtəlif  yerlərdə  görüşləri 
keçirilib, Ataya suallar verilib, yaxud da mərasimlər keçirilib. Onları 
biz  köhnə  maqnitafon  kassetlərindən  yazıya  çevirdik,  onu  kitab 
şəklində  hazırladıq.  Çox  qiymətli,  dəyərli  kitabdır.  Həcmcə  də 
böyükdür.  Orda  Atanın  halı  var,  harayı  var.  Həm  də  orda  Atanın 
çoxsaylı suallara cavabları var ki, çox sahələri işıqlandırır. Xüsusi bir 
hal yaradır o kitabın özünü oxumaq. 
Xalqlaşma  baxımından  da  Ocağın  işləri  çoxdur.  Elə  İnam 
Evi`ndə, eləcə də qıraqda Soylu Atalının fərdi görüşləri keçirilib. Bu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə