Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə72/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   68   69   70   71   72   73   74   75   ...   86

241 
 
vurdu.  Onun  dalınca  düşdü,  qovdu.  Özünə  bir  şey  eləyə  bilmədi, 
ailəsinə elədi. Fiziki sağlamlığına elədi. Amma Asif Ata əqidəsindən 
əl çəkmədi. Min dənə söz dedilər. Min dəfə demişik, Asif Ata deyirdi 
mənə  təkcə  adamyeyən  sözü  demədilər,  hər  şey  dedilər.  İndi 
çağdaşlarımız bir addım atan kimi, o saat çığır-bağır salırlar ki, xalq 
mənə  heykəl  qoymadı,  mənim  adıma  küçə  qoymadı.  Asif  Ata  ona 
çalışmırdı.  Asif  Ata  əzab  qazanmağa  çalışırdı.  Qazandı  da  o  əzabı. 
Əqidə  asan  məsələ  deyil.  Əqidəli  olmaq  da  asan  məsələ  deyil. 
Əqidəçi  olmaq  üçün  gərək  bütün  varlığınla  o  əqidənin  tələblərini 
yaşayasan.  Əməl  eləyəsən  gərək.  Biz  Asif  Atanın  Ocağında,  burda 
olan, olmayan Ocaqçıların içərisində, ayrı-ayrı fərdlərin içərisində o 
halı  yaradırıq.  Örnək  yaradırıq.  Onun  ömrünün  özünü  örnəyə 
çevirməyə  çalışırıq.  Özünün  ağlında,  düşüncəsində  böyük  məsələ-
lərin oturuşmasına çalışırıq ki, hara getsə, orda onu deyə bilsin. Hara 
getsə,  orda  Asif  Atanın  tələbini  çatdıra  bilsin.  Onun  ruhaniyyat 
dünyasını  göstərə  bilsin.  Hər  kəs  elə  bilir  ki,  gedib  bir  təşkilatın 
biletini  alıb  cibinə  qoyan  kimi,  o,  əqidəli  adam  olacaq.  Elə  deyil. 
Əqidə çox ağır işdir. Yüz dəfə ölürsən, yüz dəfə də dirilirsən əqidə 
adamı  oluncaya  qədər.  İçindən  nələri  silməlisən,  içinə  nələri 
yazmalısan əqidə adamı olmaq üçün. Sənin içinə etibar olunmalıdır. 
Sənin içini yüz il görməyəcəklər. Yüz ildən sonra görəcəklər. Əgər 
biz  bu  gün  fərəhlə  yaşayırıqsa,  bu,  bizdən  öncəki,  fərəhlə  yaşayan 
böyük  şəxsiyyətlərimizin  içinin  örnəyi  əsasında  yaşayırıq.  Üzünü 
görmədiyimiz,  səsini  belə  eşitmədiyimiz  Nəsiminin  içinin  örnəyi 
əsasında yaşayırıq. Babəkin içinin gözəlliyi əsasında, örnəyi əsasında 
yaşayırıq.  Amma  biz  istəmirik  ki,  Asif  Ata  yalnız  tarixi  fakt  kimi 
örnəyə  çevrilsin.  Biz  istəyirik  ki,  Asif  Ata  canlı  həyat  kimi  örnəyə 
çevrilsin.  Bütün  işimizi  də  ona  görə  qurmuşuq.  Fəaliyyətimizi  ona 
görə  qurmuşuq.  Hər  sözümüz,  yazımız,  addımımız,  çabalarımız, 
hamısı ona qulluq eləyir. 
Bəşərilik  bayramımız  Asif  Atanın  4  bayramından  biridir  – 
İnsanilik, Xəlqilik, Şərqilik və Bəşərilik olmaqla 4 bayramımız var. 
Bu,  ilin  sonuncu  bayramıdır.  Bizim  ilimiz  hələ  qurtarmır.  Bizim 
ilimiz  fevralın  axırı  qurtaracaq.  Yanvarın  1-i  bizim  ilimiz  deyil.  O, 
Avropa-xristian  dünyasının  ilidir.  Bizim  ilimiz  martın  birindən 


242 
 
başlayır. Daha doğrusu, ilimizin 1-ci günü. Bununla belə, bu bayram 
ilin sonuncu bayramıdır. 3 aydan sonra İnsanilik Bayramı olacaq. 
Asif  Atanın  sözünü,  ideyalarını,  insan-insan,  kənd-kənd,  rayon-
rayon,  bölgə-bölgə  gəzirik,  deyirik,  veririk,  çağırırıq,  usanmırıq, 
yorulmuruq. Bəzən getdiyimiz ünvanda boylanıb baxırıq, təkcə özü-
müzü görürük, amma tıncıxmırıq, özümüzü itirmirik, ağlımız çaşmır, 
çünki dünyanı içimizlə bir yerdə aparırıq. İdeyanı içimizlə bir yerdə 
daşıyırıq.  Asif  Atanın  ideyasıyla  bir  olan  –dünyayla  bir  olan 
deməkdir. 
Mən  birinci  sözümü  bitirirəm.  Hər  kəsin  sözünü  dinləyəcəyik, 
bəşərilik  mövzusu  üstə  dinləyəcəyik.  Tədbirimizin ikinci hissəsində 
–  çay  süfrəsində  fikir  bölüşməsi  də  eləyəcəyik.  Suallar  olarsa, 
suallara da cavablar verəcəyik. Hələlik istəyirəm sözümü Asif Atanın 
adıyla bitirəm. 
Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 
Atamız Var olsun! 
Bayrağımızı öpürəm! 
Nurtəkin Atalı: Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim Asif 
Ataya – İnam Ataya ali səcdə ilə! 
Bayrağımızı öpürəm! 
Bəşərilik bayramımız qutlu olsun! 
Bu  günlərdə  mən  şəkil  seçirdim.  Orda  özümün  bir  şəklimə  rast 
gəldim. İlk dəfə biz “İnsanilik bayramı” keçirəndə çıxış etdiyim bir 
şəklim  var.  İlk  dəfə  biz  bayramı  16  il  əvvəl,  20-ci  ildə  başlamışıq. 
Mən özümün halımı xatırladım. Hər dəfə gələndə bayramın məzmu-
nunu  daha  dərindən  anlayıram.  Başlanğıcdan  bilmirdim  ki,  bu 
dərəcədə, mən bayrama necə daxil ola biləcəm, Bayramın məzmunu 
mənə  necə  daxil  olacaq?!  Baxın,  “Ata”  imzasını  mətbuat  öncələr 
vermirdi. İlk addımdan sonra geniş yayılmağa başladı. İndi Asif Ata 
adı hər yerdə qəbul olunur. Eləcə də bayramlar. İndi biz dəvət edib 
deyirik  ki,  bu  gün  “İnsanilik  bayramı”dır,  “Bəşərilik  bayramı”dır. 
Öncə  qarşılayanda  bu  adlar  adamlara  qəribə  gəlirdi,  niyə  məhz 
İnsanilik, niyə məhz Bəşərilik? Hər dəfə onu anladırıq, bayramlar nə 
deməkdir, bayramın məzmunu nə deməkdir. Yəni bir yol başlamışıq 
biz, bir məktəb başlamışıq biz. Bu elə bir yoldur, elə bir məktəbdir 


243 
 
ki, bunun davamı var. Çünki bu yolda, bu məktəbdə hər bir millət və 
hər bir fərd özünü görə bilir... Səhər tezdən duranda fikirləşirdim ki, 
mənim  bir  fərd  olaraq  bu  bayrama  qatqım  var,  ailəmin  ona  qatqısı 
var,  millətimin  ona  qatqısı  var.  Bunu  fikirləşəndə  Bəşərilik 
bayramının məzmunu daha yaxşı ağlıma çatır. İçəridən fərəhləndirir 
məni. 
 
 
Mən  bir  balaca  fakt  deyəcəm.  Balaca  bir  xalq  var.  Dukhalar 
deyirlər.  Monqolustanın  şimal-qərbində  yaşayır.  Türk  mənşəli 
xalqdır. Tuvaya yaxındır. Mən onlar haqqında oxuyanda bir məqama 
rast gəldim. Orda cəmi 44 ailə, 300 nəfərlik evdir. Özlərinə məxsus 
dili  var,  dinləri  də  Tenqriçilikdir.  On  min  il  öncəki  əcdadları  necə 
yaşayıbsa,  onlar  da  elə  yaşayırlar  –  marallarla.  Maralları  sağıb 
südündən istifadə edirlər. Köçəri həyat yaşayırlar. Onların həyatında 
belə  bir  qayda  var.  Çayda  əllərini  yumurlar  ki,  çay  çirklənər.  Yəni 
baxın,  balaca  bir  millətdir,  amma  təbiətə  münasibətinə  baxın.  Bu 
boyda  dünyanın  halına  baxın,  sivlizasiyanın  bəlli  səviyyəsinə  gəlib 
çatıbdır, onların təbiətə münasibətinə baxın. 
Balaca  bir  xalqdan,  –  on  min  il  öncəki  əcdadları  kimi  yaşayan 
xalqdan isə öyrəniləsi nəsə var –təbiətə münasibət. 
Yasin  Türksoy: Bir  şey  əlavə  edə  bilərəm?  Azərbaycan  folklo-
runda da var suyu qutsal saymaq, murdarlamamaq. O da türk, bu da 
türk. Folklorda da bir oxşarlıq görünür. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə