Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə69/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   65   66   67   68   69   70   71   72   ...   86

230 
 
Unutmadıq heç min illəTuranı, 
Özbək,qırğız,Oğuz ElləTuranı, 
Quracaqdı pillə-pilləTuranı, 
Uyğur,tatar,qazaxları türkümün. 
 
Doğulandan qorxu bilməz, dil olmaz
Bəndələşib, birkimsəyə qul olmaz. 
Bəslə sən də kolu-kosu, gülolmaz, 
Bağça-bağdı bucaqları türkümün. 
 
Fatehlərin zəfərində yazıldı, 
Çanakkala üzərində yazıldı, 
Millətimin şərəfində yazıldı, 
Kitabının varaqları türkümün. 
 
Üfüqlərdə Tanrısına qovuşar, 
Doğmalaşıb bir-birinə yovuşar
Bahar gələr, zamanında sovuşar, 
Soyuqları, sazaqları türkümün. 
 
Xəbəralıb Türkoğlunu sorsalar, 
Ocaqları alovlanar,qorsalar. 
Qaranlığa, toranlığa nur salar
Günəş kimi çıraqları türkümün. 
 
Üstün  Atalı: Niyə  məhz  İnam  Evi.  Çünki  İnam  mənim  özümə-
məxsusluğumdur.  Mənim  duyğularım  İnamsız  heç  nədir.  Mənim 
içimdə  İnam  olmasa  sevə  bilmərəm.  Mən  bilirəm  ki,  sən  içində 
Mütləq  daşıyırsan  və  bundan  xəbərsiz  olsan  belə,  Mütləq  sənin 
ömrünü  yönləndirir.  Mən  sənin  şər  olacağına  inanmaq  istəmirəm. 
Əgər buna inansam dünyam uçular. İnamım həm məni, həm də səni 
ayaqda saxlayır. 
Mən inanmasam dost ola bilmərəm. 


231 
 
Mən  sənin  qayğılarına  biganə  qala  bilmərəm.  Sənin  sevincini, 
kədərimi  paylaşmaq  istəyərəm.  Mən  insan  axtarıram.  İnamım  bunu 
tələb eləyir, dayaq axtarıram. 
Mənim həyatım təkcə  gerçək  gedişatdan ibarət deyil. Mən insan 
olaraq bununla məhdudlaşmaq istəmirəm. 
 
 
 
Mənim  bəşəri  duyğularım,  dünyabaxışım,  bir  millət  olaraq 
özümütəsdiqim,  sabahım,  xilasım  harda  özünə  ifadə  imkanı 
tapacaq?!  Həyat  təkcə  güzəran  deyil,  ulusun  yaranması,  bütövləş-
məsi,  eyni  zamanda  başqa  ulusların  da  özünütəsdiq  məsələsi  var. 
Zahirən  baxsaq,  bu  gün  hər  şey  normal  görünür.  Ancaq  heç  nə 
normal deyil. Dörd divarımı tikirəm, öz ailəmi, özüməməxsusluğumu 
qorumaq üçün. Ancaq şər ora da əl atır. Evimin içinə musiqi ilə girir, 
geyimlə girir, verilişlərlə. Hara gedirsən eyni halı görürsən.  Hər bir 
addım  məni  məndən  almağa,  milli  dəyərlərimə  zərbə  vurmağa, 
birsifətliliyə  deyil,  minsifətliliyə  çağırır.  Buna  qarşı  kilsə,  sinaqoq, 
məscid  döyüşmür.  Əksinə,  ulusumu  daha  da  uçuruma  aparır. 
Əgər mən Asif Ata dünyabaxışını bilməsəydim, bütün bu məsələləri 
düşünməyəcəkdim. Günahı başqa gedişlərdə görəcəkdim. 
Asif  Atanın  yaratdığı  İnamı  xilasımız  bildik.  Təkcə  öz  ulusu-
muzun deyil, həm də bəşərin. Heç kim Atanın qoyduğu prinsiplərdən 
yan  keçə  bilməyəcək.  Çünki  Ata  öz  prinsiplərində  insana  inama 
əsaslanır.  Çünki  bütün  bəlaların  səbəbi  inamsızlıq,  xilası  inamdır. 


232 
 
Xəyanət inamsızlıqdan yaranır. Yalan inamsızlıqdan yaranır. Köləlik 
inamsızlıqdan  yaranır.  İnam  Evimiz  inamlı  insanın  yaranması 
deməkdir. İnsanın özünə qayıtması deməkdir. İnam Evimiz insandakı 
fədakarlığın, qəhrəmanlığın, müqəddəsliyin özünə qayıtması demək-
dir. İnam Evimiz xalisləşən, Mütləqləşən, Mahiyyətinə bərabər olan 
ulusun yaranması deməkdir. 
İnam Evi Günümüz qutlu olsun! 
Sonda Soylu Atalı ümumi gedən söhbətlərə yönəldici qiymət verdi 
və mərasim-törəni yekunlaşdıran söz dedi. 
Gələn  qonaqlara  ruhani  hədiyyələr  verildi:  "Türkdən  başlayan 
Yeni  Bəşər  İnamı",  Asif  Atanın  Bitiqləri  ("Özüllər  Özülü",  "İçdən 
yaranma", "Hüquqdan Haqqa") və özəl buraxılışlar. 
"Ata  Ruhunu  ürəyimizdə  aparırıq!",  “Atamız  Var  olsun!" 
səcdəsiylə Gün başa çatdı. 
  
 
 
Yagış Ayı, 36-cı il. Atakənd. 
(noyabr, 2014. Bakı.) 
 
 
 
 
 


233 
 
Asif Atanın - İnam Atanın 
Mütləqə İnam Ocağı 
 
Ata - Ocaq İlsırasının 36-ili 
Müqəddəs "Bəşərilik" Bayramının 
GEDİŞATI 
 
Yer: İnam Evi (İçərişəhər);  
Gün: 12 Sərt Ayı, Qismət Günü;  
Başlanır: saat 15.00. 
 
xxx İnam  Evi  Ocaq  Ruhunda  hazırlanır.  Təşkilatca  hazırlığa 
Göylü və Üstün sorumludur. 
xxx Qatılımçılar  sayğı  duruşunda:  Mütləqə  İnam  Bayrağı,  sonra 
isə 6 ideyanı əks etdirən 6 işıq gətirilir. 
 
Hamı: "Ata Ruhuna pənah gətirmişik!" deyir. 
"Təbiətdəki Mütləqlə Gündüz Təması"nı - Güntay, 
"Ataya Günorta Ricası"nı - Göylü, 
"Çağırış"ı - Üstün deyir. 
 
Ocaq Yükümlüsü Soylu Atalının Bayram sözü dinlənilir. 
 
Bayramın törən qonuları: 
1.
 
Din bəşər həyatının pozucu siyasətinə çevrilib. Xilas İnamın 
"İnsanlaşma" ideyasındadır. 
2.
 
Bəşərin Gələcəyi hər bir xalqın Ulusal qurulmasında özünü 
doğruldur. 
 
xxx Bayram iştirakçıları qonularla bağlı söz deyirlər. 
xxx İzharlar arası musiqi səsləndirilir. 
xxx Çıxışların sonunda Bayram hədiyyəsi təqdim olunur. 
xxx "Bəşərilik  Şərqisi”ni  -  Üstün,  "Bəşərilik  Bayramı  üstə 
Mütləqlə Təmas"ı - Nurtəkin deyir. 


234 
 
xxx Ocaq  Yükümlüsü  Ata  hökmünü  çatdırır:  "Bəşərləşin  - 
Bəşərləşdirin!" 
Ocaqçılar  bir  səslə  "Bəşərə  and  olsun,  Bəşəriliyə  xidmət 
edəcəyəm!" deyib Bayrağı öpürlər. 
"Ata  Ruhunu  ürəyimizdə  aparırıq!",  "Atamız  Var  olsun!" 
səcdəsiylə Bayram sona çatır. 
Törəndə  çay  süfrəsi  açılır  və  ümumi  anlam  üstə  doğmalaşma 
söhbətləri ilə başa çatır. 
 
Carlar: 
Asif Ata Amalı - Bəşərlik mahiyyətini gerçəkləşdirən Yol! 
Dünya bir olduğu kimi Bəşərlik də Ruhaniyyat Birliyidir! 
 
Gedişatı yazdı: Göylü Atalı 
3 Sərt Ayı, 36-il. Atakənd. 
 
 
Qəbul olunur. 
 
Soylu Atalı 
Mütləqə İnam Ocağının Yükümlüsü 
 
5 Sərt Ayı, 36-cı il. Saray-Soylu. 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə