Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə67/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   63   64   65   66   67   68   69   70   ...   86

223 
 
Yerlərdə  də  maneəçilik  yaranmaması  xatirinə.  Onsuz  da  bu 
ideyaların  daşıyıcılarına  hər  hansı  bir  maneçilik,  hər  hansı  bir  sədd 
mümkün deyil. 
Asif  Ozan:  Yəqin  ki,  Ocaqçılıq  daha  çox  insanların  mənəvi 
ruhuna söykənir, qanunlara söykənmir. Ona görə də Ocaqçılar buna 
getmirlər. 
İlqar  Türkoğlu: Bir  fikir  də  demək  istəyirdim,  icazənizlə.  Çox 
paradoksal haldır ki, bu gün Azərbaycanda fəaliyyət göstərən, özünü 
ciddi  ana  müxalifət,  ata  müxalifət  hesab  eləyən  partiyaların,  baxır-
san,  ideoloji  dini  rəhbərləri  başdan-ayağa  cəhaləti  təbliğ  eləyir. 
Müsavata  ömrü  boyu  simpatiyamız  olub.  Dostlarımız  var  orda  nə 
qədər.  İlqar  İbrahimoğlu  təklif  verir  ki,  aşura  qeyri-iş  günü  hesab 
olunsun. Bu düşüncəylə hara gedirlər?! Hansı dövlətdə təmsil olun-
maq,  hakimiyyətə  gəlmək  istəyirlər?!  Elə  şeylər  var ki,  biz  nəyinsə 
xatirinə  durub  mollaları...  "Əşi  say  baxımından  gəlsin  yanımızda 
dursun"...  Onun  nəticəsi  idi  ki,  Azərbaycan  cümhuriyyəti  cəmi  2  il 
yaşadı. Yeganə bir türk dövlətinin saxlanması, Atatürkün dini dövlət-
dən ayırması və dinə bir az təpki göstərməsi sayəsində baş tutdu. Bir 
türk dövləti yarandı və bütün türk aləmini xilas eləyə bildi. 
Soylu Atalı: Doğrudur. Bir şeyi vurğu edim ki, nəyinsə xatirinə, 
hansısa yabançı addımlar atmaq sonucda fəlakətə gətirib çıxarır. Biz 
bunu  tarix  boyu  müşahidə  eləmişik.  Biz  onun  əleyhinə  deyilik  ki, 
insanlar, dünyagörüşündən, baxışından asılı olmayaraq, bizim tədbirə 
gəlsinlər.  Bizim  qapımız  hər  kəsin  üzünə  açıqdır.  Dini  görüşündən, 
siyasi  əqidəsindən,  baxışından  asılı  olmayaraq  istənilən  adam  bura 
gələ  bilər.  Onlar  söz  də  deyə  bilər.  Ancaq  hər  kəs  buranı  fərqli 
cəbhəyə çevirə bilməz. 
Amma doğrusu budur ki, burada biz hamımız milliliyi, insanlığı, 
bəşəriliyi Atadan öyrənməliyik. Bax, o baxımdan biz əleyhinəyik ki, 
bura  gələn  istənilən  insan  özüylə  yabançı  bir  etki  gətirməsin.  Lap 
başqa  yerlərə,  başqa  təşkilatlara  yabançı  etkini  gətirib  orda  hakim 
eləməyə çalışmasın. Söhbət ondan gedir. 
İndi yenə söhbətimizi “İnam Evi” mövzusunda davam eləyək. Bu 
mövzular yaxşı mövzulardır, çay süfrəsində buna yenidən qayıdarıq. 
Mən indi ilk dəfədir bizim tədbirimizdə iştirak eləyən Ramiz bəyin 


224 
 
sözünü  dinləmək  istəyirəm.  Hərəkatdan  Ramiz  bəyi  yəqin  ki, 
tanıyanlarınız var. 
 
 
Ramiz  bəy: Çox  sağ  olun.  Əslində  mən  bu  gün  daha  çox 
dinləməyə,  öyrənməyə  gəlmişəm.  Bu  mövzu,  sizin  İnam  Ocağınız 
həmişə  mənim  diqqətimi  cəlb  eləyib.  Özünüz  də  bilirsiniz  ki, 
əlimizdə  olan  imkanla  Ocağı  qəzetdə,  saytda  təbliğ  eləyirik. 
Özümüzü  borclu  bilirik.  Bu  da  içimizdən  gəlir,  hardasa  fikirləri-
mizin,  mövqelərimizin  üst-üstə  düşməsi  ilə  bağlı  olduğuna  görə. 
Təbii  ki,  mən  burda  danışılanların  hamısını  birmənalı  olaraq  qəbul 
eləyirəm. Çünki uzun illərdir hamımız haqq-ədalət uğrunda mübarizə 
aparmışıq.  Cəmiyyətdə  heç  bir  yerdə  istədiyimizi  tapa  bilməmişik. 
Çünki bir boşluq var. 
Mənim bu son – üçüncü həbsimdə yalan ifadə verib həbsimə nail 
olanların  üçü  hacı  idi.  Qalan  30-a  yaxın  qondarma  şahid  yaratmış-
dılar.  Onların  hamısı  deyirdi  ki,  namaz  qılırıq,  ibadət  edirik.  İndi 
təsəvvür edin ki, nə gündəyik. Bizi XXI əsrdə sürətlə cəhalətə sürük-
ləyirlər.  80-ci  illərdə  Culfada  fəaliyyət  göstərəndə,  baxmayaraq  ki, 
ixtisasım  tarix  müəllimidir,  məktəb  direktoru  işləyirdim-filan,  o 
dövrün  təfəkkürüylə  fikirləşirdim  ki,  bizim  dinimizi  əlimizdən 
alıblar,  dilimizi  əlimizdən  demək  olar  ki,  alırlar  və  indi  də  torpağı-
mızı  istəyirlər.  Bu  baxımdan  kommunist  təfəkkürlü  insanlarla, 
rəhbərliklə döyüşə-döyüşə, orda məscidlərin azad olunması tələbiylə 
sinəmi irəli verdim. Nail olduq da Culfada. Taxıl anbarlarını çevirib 


225 
 
məscid elədik. Təsəvvür edin, sonradan gördüm ki, bir bəla açmışam. 
İkitirəlik  idi.  Naxçıvan  əhalisi  guya  şiə  əhli  sayılır.  Bir  azdan  orda 
Nurçuluq  yarandı.  Başqası  gəlib  iddia  elədi  ki,  sələfilik  daha 
yaxşıdır. Bunlar hamısı bəladır. Ancaq düşünürəm ki, özümüz üçün, 
öz  içimizdən,  türkçülüyümüzün  içindən  gələn  doğma  bir  şey 
olmalıdır. Burda da Asif Atanın fəlsəfəsindən qıraqda işıq salacaq bir 
qüvvə  görə  bilmirəm.  Bu  gün  toplum  kiminsə  ətrafında  yığışmır, 
getmir. Bir onu demək istəyirəm  ki, daha çevik fəaliyyət göstərmə-
yiniz  üçün  münbit  şərait  var.  Zaman  o  şəraiti  verib  sizə.  Bayaq 
özünüz  qeyd  elədiniz.  Nə  Cəlil  qorxdu,  nə  Mirzə  Fətəli  qorxdu,  nə 
başqası. Sözlərini dedilər. Bunu izah eləməkdən, gəzməkdən, təbliğ 
eləməkdən  çəkinməməliyik.  Bizlər  də  əlimizdən  gələni  eləyəcəyik. 
Mən  siyasət  adamı  olsam  da,  içimdə  bir  türklük  varsa,  bu  gün  türk 
kimliyini  qoruyan  hərəkatın  dəstəkçisi  olmalıyıq.  Bəy  dedi,  bizim 
əksəriyyətimiz milli azadlıq hərəkatından gəlmiş adamlarıq. Dostları-
mızdan  niyə  uzaqlaşdıq?  Bu  gün  onların  hansını  danışdırırsan, 
bizdən düşmən obrazı yaradır. Niyə? Bunlar deyir Avropalaşaq. Mən 
bunu  qəbul  eləyə  bilmirəm.  Nə  deməkdir  bu?  Biz  dünən  təşkila-
tımızın adını qoymuşduq xalq cəbhəsi, bu gün xalq üzünü döndərib 
qoşulub  Avropa  cəbhəsinə.  Nicat  Avropadan  gələcək.  Bilirsiz,  mən 
bu  gün  tamamilə  qəbul  eləmirəm  ki,  müsavatçılıq  gedib  özünü 
Avropanın  liberal  ittifaqına  qoşur.  Bu  adamlara  etiraz  eləyəndə 
bizləri düşmən gözündə görürlər. 
Bizim  qəzetimiz  nə  qədər  yetimdirsə,  mən  bilirəm  ki,  sizin 
Ocağınız  da  hardansa  maliyyələşmir.  O  məhdud  imkanlarınızla 
fəaliyyət  göstərirsiniz.  Biz  də  o  cürük.  Qoy  nə  qədər  bizi  söyürlər 
söysünlər,  zaman  gələr  hər  şey  öz  yerini  tutacaq.  Bayaq  dedim, 
İranın  –  indiki  islam  dövlətinin  sonu  ateist  bir  dövlət  olacaq. 
Dinsizlik  olacaq.  Çünki  din  pərdəsi  altında...  mən  4  ildən  artıq 
Culfada  rayon  rəhbəri  olduğum  üçün  mütəmadi  gediş-gəliş  vardı 
İranla.  İran  Culfasıyla  bizim  Culfamız  arasında  bir  körpü  var.  O 
vaxtın  ehtiyaclarını  ödəmək  üçün  gedib  orda  “müsəlman  qardaşla-
rımıza”  əl  açıb  imdad  diləyirdik  ki,  bu  gün  çörəyimiz  yoxdur.  Din 
pərdəsi  altında  maskalanıb  elə  iyrənc  hərəkətlərə  imza  atdıqlarını 
gördüm ki, mən qəlbən o inancdan incidim. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə