Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə65/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   61   62   63   64   65   66   67   68   ...   86

217 
 
ay Bakı məktəblərinin birində İnamlının təşkilatçılığıyla Soylu Atalı 
gənclərlə  görüş  keçirdi.  Günev  qardaşımızın  Beyləqan  rayonundakı 
fəaliyyəti  də  artıq  qırağa  çıxır.  Ağcabədi,  İmişli  bölgələrində  Elana 
bacımızla  birgə  görüşlər  keçirir.  Atanın  çap  olunmuş  kitablarını 
rayonların  kitab  evlərinə  təqdim  edib  söhbətlər  aparır.  Günev 
qardaşımız  bir  dəfə  "Ailə  Günü"ndə  hesabat  verəndə  dedi  ki,  o 
bölgədə elə bir adam yoxdur ki, Ata haqqında ən ibtidai şəkildə olsa 
belə, bilgisi olmasın. 
Od-Qürub  Aylarında  (iyul,  avqust)  Üstün  Atalının  Siyəzən, 
Şabran, Saatlı, İmişli, Gədəbəy, Sabirabad, Oğuz, Qax, Şəki bölgələ-
rinə  səfərləri  olub.  Bu  səfərlər  zamanı  kitab  evlərində,  mədəniyyət 
evlərində,  gənclik  mərkəzlərində  olub  söhbətlər  aparıb.  Hətta 
Şabranda təsadüfən mədəniyyət işçilərinin seminarı imiş. 200 nəfərə 
qədər elm, mədəniyyət işçilərinin toplaşdığı tədbirdə çıxış edib, Ata-
Ocaq  haqqında  söhbət  eləməklə  yanaşı  xeyli  sayda  Ocaq  ədəbiy-
yatları paylayıb. Təsəvvür edin, mən deyirəm səfər olub. Bu bir söz 
kimi görünür. Orda qalmaq var, hər bir ünvana ayrı-ayrı getmək var, 
vaxt,  xərc,  çətinlik,  heç  bir  səfər  elə-belə  başa  gəmir.  Onun  hər  bir 
səfər  haqqında  yazısı  saytımızda  və  başqa  elektron  mətbuatda 
işıqlandırılıb, yayılıb. Hər bir səfər də Ocağın uğurudur. 
Qürub Ayında Güntay qardaşımızın evində onun qohumları, dost-
tanışlarıyla  “Fikir  Evi”  keçirilib.  Öncədən  hazırlanmışdı.  Yükümlü-
müz  Soylu  Atalı  onların  suallarına cavab  verib,  söhbət  edib  və  çox 
uğurlu  görüş  alınıb.  Eyni  zamanda  Ocaq  tədbirlərinin  səsdən  sözə 
çevrilməsi. Hər bir tədbiri biz səsdən yazıya çeviririk. Kitab şəklində 
bunlar  təqdim  olunub.  Elə  bu  mərasimimiz  də  kitablaşacaq, 
yazılacaq. Bizim növbəti tədbirimiz-bayramımız olacaq Sərt Ayında 
(dekabrda), Bəşərilik Bayramı. Ora gələndə mən bu mərasimi kitabça 
formasında bura gələnlərə hədiyyə edəcəm. 
Təbii ki, bu deyilənlər sadəcə söz deyil. Hər bir əməlin arxasında 
gərgin  zəhmət  var.  Bu  gərgin  zəhmətin  də  fərəhi  var.  Çünki  o 
əməllərdən biz fərəh almasaq, onun davamı olmaz. 
Soylu Atalı: Bu hesabat təkcə bizə yox, dostlarımıza da lazımdır. 
Asif  Atanın  Ocağı  çox  fədakar  mübarizə  aparır.  Biz  dayanmırıq. 
Deyildiyindən  də  qat-qat  ciddi  işlər  görülür  (çox  şeyi  sadalamırıq, 


218 
 
mətbuatda  yazmırıq).  Çünki  bilirik  ki,  Asif  Atanın  işinin  həyata 
keçməsi sıradan bir məsələ deyil. Çox zəhmətlər tələb olunur. Böyük 
şəxsiyyətlər, fədakar insanlar tələb olunur, bu işin arxasında dursun 
və  davamlı  həyata  keçirsin.  Burada  məsələ  heç  də  Asif  Atanı 
tanıtmaq  məsələsi  deyil,  əslində  xalqın  həyatında  köklü  dəyişikliyi 
həyata  keçirməkdir.  Asif  Ata  deyir  biz  “yeni  insan”  yaratmağa 
gəlmişik. “Yeni xalq” yaratmağa gəlmişik. Bir vaxtlar bu söz mənim 
də qulağıma yad gəlirdi. “Yeni xalq” yaradırıq. Necə yəni? Xalq var 
də.  Bilirsiz,  onu  yaratmaq  məsələsi  var.  Çox  ciddi  bir  prosesdir. 
Əlbəttə,  bizim  işimiz  daşdan  qəlpə  qopartmaq  qədər  çətin  bir  işdir. 
Çünki  xalqın  içində  min  illərə  bərabər  zamanı  özündə  qapsayan 
dünyabaxışlar,  inanclar  oturuşubdur.  Onun  qanına  yeriyibdir.  Ona 
görə  xalqın  içində  onun  özünü  özünə  tanıtmaq,  xalqın  öz  kimliyini 
bərpa eləmək böyük mənada, 5-3 günün söhbəti deyil. İllər lazımdır. 
O illəri də gərək yaşayaq və mübarizə aparaq. Xalqın varlığını əyən 
min  ilə  qarşı,  əlbəttə,  neçə  on  illər,  bəlkə  yüz  illər  lazım  olacaq... 
İndi İlqar bəyi eşidək. 
İlqar Türkoğlu: Təşəkkür edirəm. Mövzuyla bağlı xəbərim yox 
idi.  Hər  birinizi  xoş  gördük.  İnam  Evi`nin  yaranması  zərurəti 
həqiqətən çox önəmli, vacib işdir. Addımbaşı məscidlərin tikilməsi, 
cahilliyin  daha  da  vüsət  almasına  rəvac  verən  bir  prosesdir. 
Ümumiyyətlə,  din  nə  olan  şeydir?  Din  Mütləq  olana  ibadət  sistemi 
deyil.  Bu,  məişət  yönlü  rituallardır.  Türkün  tarixində,  yaddaşında 
müxtəlif dinlər olub. Tanrıçılıqdan, Şamançılıqdan, Zərdüştçülükdən 
tutmuş  xristian¬lığa  qədər.  Sonra  islam  gəlib  türkün  məişətinə. 
Məsələ  burasındadır  ki,  bu  dinlərin  içərisində  bir  Zərdüştçülükdə 
bizə yarar sistem olub... 
Oda,  torpağa, suya,  havaya  tapınmaq  türk  xarekterində  olub.  Bu 
da Ata ideyalarına o birilərdən daha ayxın olub. Bu gün insanlara Ata 
ideyaları  hava-su  kimi  gərəkdir.  Onların  yaddaşlarına  yazılmalıdır. 
Bu baxımdan, mən həmişə dediyim sözü yenə təkrar edirəm ki, Ata 
Ocağını  dövlət  qeydiyyatına  aldırmaq,  ondan  sonra  İnam  Evlərinin 
tikintisi təkcə bir yerdə yox, müxtəlif yerlərdə gedər, elə insanlar olar 
ki,  bunu  öz  maddi  hesabına  edər.  Yəni  dövlət  səviyyəsində.  Burda 
hər şeyi açıq eləmək lazımdır. Burda qeyri-adi bir şey yoxdur. Niyə 


219 
 
müxtəlif  təşkilatlar  müxtəlif  yerlərdə  nələrsə  aça  bilirlər?!  Eləcə  də 
müxtəlif  bölgələrdə,  kəndlərdə,  rayonlarda  bu  İnam  Evlərini  yarada 
bilərlər,  tikə  bilərlər.  Ordaca  Ata  ideyalarının  daşıyıcıları  gələn 
insanlarla  söhbət  edib  təbliğat  apara  bilərlər.  İnsanlar  da  görər  ki, 
burda  insanlıqdan  danışılır.  Burda  o  mücərrəd  fikirlərdən,  cahillik-
dən,  cəhalətdən  danışılmır.  Burda  insani  söhbətlər  aparılır.  Bu 
baxımdan  bu  İnam  Evi`nin  doğrudan  da  yaradılması,  müxtəlif 
regionlarda  onların  tikilməsi  çox  zəruridir.  Bunun  üçün  də  mən, 
bütün müsibətlərin qarşısında edəcəyimiz işlərin qanuna salınmasını, 
qanuna  söykənilməsini  zəruri  sayıram.  Bu  gün  dövlətə  müraciət 
eləmək  lazımdır.  Ocağı  qeydiyyatdan  keçirmək  lazımdır.  Mən  başa 
düşürəm.  Bu  Ocaq  ruhuna  yad  olan  bir  şeydir.  Ancaq  bu  gün 
obyektiv reallıqlar var ki, onunla hesablaşmaq zərurəti yaranır. Ona 
görə Ocağın, qeydiyyata alınandan sonra, müxtəlif yerlərdə hər hansı 
bir özəyinin yaranması, binaların tikilməsi, heç ona ev də deməyək, 
özü-özlüyündə  Ata  ideyalarının  yayılmasında  rol  oynaya  bilər. 
Mənim sözüm bu qədər. Atamız Var olsun! 
Soylu Atalı: Təşəkkür edirəm. İlqar bəyi təqdim eləyim, tanıma-
yanlar üçün. İlqar Türkoğlunun ruhu Atanın prinsiplərinə doğrudur. 
Mən  İlqar  bəyi  Ocaqdostu  sayıram.  İlqar  bəy  sözünün  arxasında 
görünə bilir. Nadir keyfiyyətdir. Atanın sağlığında da biz, Ataya vəd 
verənlər  gördük.  Amma  İlqar  bəylə  az  müddətdir  bizim  bağlantı-
larımız var, Ocaq yönündən uğurlu addımlar atır, gördüyü işlərin də 
vurğu edilməsini istəmir. Əslində vurğu eləmək yanlış deyil. Mən nə 
üçün vurğu eləyirəm? Ona görə yox ki, İlqar bəyin tərifə, yaxud bu 
şöhrətə  ehtiyacı  var.  Ona  görə  deyil.  Asif  Atanın  işi  kimi  bir  işin 
toplumun  içində  yayılması  üçün  hansısa  bir  aydının,  kimsənin  irəli 
durub addım atması ləyaqət məsələsidir, quruculuğa qulluq məsələ-
sidir.  Bu  görünməlidir,  deyilməlidir,  bilinməlidir.  Bu  örnəkdir, 
bilinməlidir. Bayaqdan adını çəkdiyimiz kitabı – "Türkdən başlayan 
Yeni Bəşər İnamı"nı İlqar bəy öz yatırımı ilə çap elədi. Hətta onun 
xeyli sayda nüsxəsini Türkiyədə yaydı. İlqar bəy vaxtaşırı Türkiyəyə 
gedir. Orda ayrı-ayrı tədbirlərdə iştirak edir. O tədbirlərə də özüylə 
bir neçə ədəbiyyat aparıb. Həmin kitab iki variantda – həm Türkiyə 
türkcəsində, həm Azərbaycan türkcəsində çap olunub. Eləcə də Asif 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə