Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə62/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   58   59   60   61   62   63   64   65   ...   86

207 
 
Mədəniyyət  özü  göründü,  mədəniyyətin  qulluq  göstərdiyi  hadisə 
görünmədi, bilinmədi və dərk olunmadı. 
Bir  vaxtlar  Türkiyədən  gəlmiş  aydınlarla,  alimlərlə  bizim 
söhbətimiz  oldu  Ensiklopediyada.  Dinlə  bağlı  bir  çox  məqamlar 
haqqında  mənə  deyirdilər  ki,  bu,  kültür  məsələsidir.  Mədəniyyət 
məsələsidir.  Mən  deyirdim  ki,  bu  kültür  məsələsi,  mədəniyyət 
məsələsi  sənin  millət  olmağına,  millət  kimi  özünü  dərk  eləməyinə 
mane olur axı. Doğrudanmı sən bunun fərqinə varmırsan? Mədəniy-
yət  ruhaniyyatdan  qabağa  keçməməlidir.  Mədəniyyət  ruhaniyyata 
qulluq  göstərməlidir.  Bəs  mədəniyyətin  ruhaniyyatdan  qabağa 
keçməməsi üçün nə olmalıdır? O olmalıdır ki, ruhnaiyyat məzmunca 
doğru olmalıdır. İdeyaca doğru olmalıdır. Təməl prinsiplərində yalan 
olmamalıdır. Asif Ata o baxımdan dedi ki, bəşəriyyət bu vaxta qədər 
yaratdığı  inanclarda,  dinlərdə,  dünyabaxışlarda,  hamısında  yanıldı. 
Özülündə  yanıldı.  Əsas  məsələ  ideyalardadır.  Onun  davranışında, 
həyata təqdim elədiyi tərbiyəvi düşüncələrdə deyil, təməl ideyaların 
özündədir.  Bax,  bizə  sırınan  dünyabaxışların  təməl  ideyalarında 
yalan  durur.  Təməl  ideyalarında  yalan  olduğuna  görə  mədəniyyət 
diqqətlərdə  qaldı,  ancaq  ruhaniyyat  insanı  bir  yana  çıxara  bilmədi. 
Bu  gün  də  bizim  hər  birimizin  müşahidə  elədiyimiz,  gördüyümüz 
hadisələr (vəhabilik, nurçuluq, İran şiyəliyi və b.k.) bunu sübut edir. 
Azərbaycan toplumu üçün məbəd bir məna daşıyır, xristian toplumu 
üçün  başqa  məna  daşıyır. İstər  kilsə  olsun,  istər  məscid  olsun,  istər 
sinaqoq  olsun,  padoqa  olsun  və  s.  nə  olur  olsun,  insanların  birgə 
ümid  axtardığı  ünvan,  sonsuzluğu  dərk  eləmək  istədiyi  bir  ünvan, 
əbədiliyə,  ölməzliyə  üz  tutduğu  bir  ünvan  böyük  mənada  Məbəd 
adlanır.  Məbəd  böyük  söhbətdir,  ciddi  məsələdir.  Ancaq  bu  məbəd 
də  sadəcə  dörd  divardan  ibarət  deyil.  Daşdan  ibarət  deyil.  Bu 
məbəddə insan oturur. Bu insan bu məbəddə öyrətmənlik eləyir. Söz 
deyir,  yol  göstərir.  Ona  görə  də  onun  dediyi  söz  ciddi  məsələdir. 
Məbəddə  nə  deyilir,  məbəddə  nəyə  qulluq  göstərilir?  Bu  ciddi 
məsələdir.  Biz  də  hesab  eləyirik  ki,  insana,  insanın  şüurunun 
inkişafına  deyil,  başqa  məqsədlərə  qulluq  olunur.  Baxmayaraq  ki, 
yenə  deyirəm,  məbəd  xüsusi  məna  daşıyır.  Bir  vaxtlar  qədimdə, 
çoxlarınız bilirsiniz, tarixdə belə faktlar olub, ədəbiyyatlarda da belə 


208 
 
faktlar  olub.  Ən  ağır  suç  işləmiş  adam  canını  qurtarmaq  istəyəndə 
qaçıb  məbəddə  gizlənirdi.  Məbədin  içində  ona  heç  nə  eləməyiblər. 
Məbəd  müqəddəs  ünvandır.  Orda  insanı  kəsmək  olmaz,  öldürmək 
olmaz,  döymək  olmaz,  filan  şey  eləmək  olmaz.  Onu  məbəddən 
çıxarandan sonra aparıb həbs eləyiblər, edam eləyiblər-filan. Ancaq 
məbədin  içində  eləməyiblər.  Məbədə  münasibət  odur.  Amma,  yenə 
deyirəm, məbədin içərisində bəs söhbət nədən gedir? Bax, məbədin 
içərisindəki söhbət həlledicidir. Ona görə biz hesab eləyirik ki, əgər 
məbədin  içində  oturan  adam  boşboğazlıq  edərsə,  mənasız  söhbət 
apararasa, əlbəttə, ora üz tutan toplumdan küt, huşsuz bir sürü yara-
nar.  İkinci,  əgər  o  dörd  divarın  arasında  öyrədilən,  öyrənilən  təlim 
təməl  prinsiplərində  doğru  olmazsa,  yalan  olarsa,  yenə  də  ora  üz 
tutan  insanlar,  dediyimiz  həmin  sonsuzluq  axtarışından,  ölməzlik 
axtarışından, əbədilik axtarışından, ümid tapıntısından məhrum olar. 
Bu gün bizim toplumumuz elə faciələri yaşayır. Məscidlər Azərbay-
canda  günbəgün  artır.  Məscidlərin  içərisində  gedən  söhbətlərin  heç 
birində  bu  millətə  yarar  söhbət  yoxdur.  Məscidlər  bölünür:  bu 
vəhhabi  məscididir,  bu  şiə  məscididir,  bu  nuçuların  məscididir,  bu 
daha  kimlərin  məscididir.  Bunların  hər  birinin  içərisində  tamamilə 
bizə yad olan siyasi, ideoloji məsələlər həllini tapır. Heç birində də 
bu millətə, vətənə qulluq öyrədilmir. Milli şüur inkişaf eləmir. Bizi 
hara  çəkib  aparırlar?  VII  yüzilə.  Toplumu  aparıb  VII  yüzilə 
bağlayırlar. Qətiyyən imkan vermirlər ki, millət öz içinin çağırışıyla 
tərəqqiyə  qovuşsun.  Buna  isə  milləti  düşünürəm  deyənlər  etiraz 
eləmirlər. Məsələn, mən bir aydın olaraq, vətəndaş olaraq, bu millə-
tin övladı olaraq belə şeyləri görürəm, müşahidə edirəm, ağlayıram, 
sözümü  deyirəm,  döyüşürəm.  Ancaq  toplumda  məni  dinləyən 
insanlar,  bizi  yalana  –  7-ci  yüzilə  bağlayan  təlimi  məndən  qoruyur-
lar. Yurdumuzda nə qədər məscid çoxalırsa, bir o qədər avara yığna-
ğı da çoxalır. Zəhmətlə məşğul olmurlar. Guya hamısı allahın qarşı-
sında mömin şəxsiyyət olmaq üçün ibadət edirlər, filan edirlər, topla-
şırlar ora. Hansısa bir məna, məzmun axtarsan, tapa bilməzsən. Ona 
görə də məscidlərin, dediyim kimi, sayı artdıqca, bivec, avara yığna-
ğının da sayı artır. Təsəvvür edin, hər kəs deyir ki, həftənin beşinci 
günü  Qaracuxura  girmək  mümkün  deyil.  Mən  həmin  günlərdə  o 


209 
 
tərəfə getməmişəm,  görməmişəm. Amma hər kəs bunu deyir. Bunu 
dövlət  də  görür,  bunu  ziyalı  da  görür,  başqası  da.  Məsələ 
burasındadır  ki,  narazı  olanlar  da  var.  Narazı  olan  da  öz  içində 
narazıdır.  Bilir  ki,  mən  narazıyam,  mənim  yanımda  narazılıq  edir. 
Əgər  görsə  ki,  mən  narazı  deyiləm,  mənim  yanımda  da  narazılıq 
eləməz. 
 
 
İndi  Qaraçuxura  o  qədər  adam  gəlib  gedir,  əcayib  görkəmdə, 
onlar  nəyi  həll  edirlər?!  Onların  bu  dövlət  üçün,  bu  xalq  üçün  həll 
edəcəkləri məsələ nədən ibarətdir? Onlar yalnız fəlakət hazırlayırlar. 
Gedib deyəsən ki, niyə bu cür davranırsan? Deyər ki, dinimizdir. O 
birinə də deyərsən, deyər, dinimizdir. Ay balam, yaxşı, sənin dininin 
məqsədi nədir axı? 
Görürsünüzmü,  toplumun  içərisində  başıpozuqluq  necə  artır  və 
getdikcə bunun qarşısı alınmır. Bunun qarşısını, öncə dövlət səviyyə-
sində  ala  bilərlər.  Amma  insanların  şüurundan,  içindən  onu  ala 
bilmirlər.  Bayaq  sən  (üzünü  Ayaz  bəyə tutur -  G.A.) adını  çəkirsən, 
C.Məmmədquluzadəni  oxumusan.  C.Məmmədquluzadə  o  qədər 
zəhmət  çəkdi.  Amma  dinin  başından  bir  tük  düşmədi.  Sabir  ağladı, 
söydü,  satiralar  yazdı,  dinin  başından  bir  tük  düşmədi.  Onlardan 
öncəkilər çabalar göstərdilər. Amma yenə də başından tük düşmədi... 
Baxın,  bu  gün  də  deyirlər,  Türkiyədə  də  belə  istəklər  olub. 
Azərbaycanda  da  müəyyən  dövrlər  belə  istəklər  olub,  Türk  İslamı 
yaratmaq.  Mən  yazılı  mətbuatda  buna  yönəlik  yazılar  yazmışam. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə