Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı


Qutsal "Bəşərilik Bayramı”



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə70/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   66   67   68   69   70   71   72   73   ...   86

235 
 
Qutsal "Bəşərilik Bayramı” 
 
Hamı: "Ata Ruhuna pənah gətirmişik!" 
6 İdeyanın rəmzi kimi 6 məşəl yandırılıb qutsal söz deyildi. 
“Təbiətdəki Mütləqlə Gündüz Təması"nı - Nurtəkin, 
"Ataya Günorta Ricası"nı - Göylü, 
"Çağırış"ı - Üstün söylədi. 
Ocaq  Yükümlüsü  Soylu  Atalı bayram  üstə  söz  dedi: Müqəddəs 
Gün`ümüzə  başlayırıq.  Asif  Atanın  Mütləqə  İnam  Ocağının  Qutsal 
"Bəşərilik  Bayramı”nda  söz  demək  istəyirəm.  Söz  deməzdən  öncə 
Ataya səcdə qılıb bayrağımızı öpürəm. 
36 ildir Ocaq yol gəlir. 36 ilin 16 ilini, yəni Ocağın 20-ci ilindən, 
biz  türkdən  başlayan  milli-bəşəri  bayramlar  həyata  keçiririk.  Bunu 
əsasən mərasim biçimində gerçəkləşdiririk. Onun mərasim hissəsini 
bayramın  məzmununa,  Asif  Atanın  ideya-prinsiplərinə  həsr  edirik. 
Üzdən bayrama oxşamır. Ancaq əsasən belə doğrudur. Çünki öyrən-
mək  məsələsi  var,  öyrənmədən  qurulmaq  mümkün  deyil.  Olmaq 
məsələsi var, Ol`madan qurulmaq mümkün deyil. Hər kəs elə bilir ki
ideyanın  adını  eşidən  kimi,  sözü  eşidən  kimi  hər  şey  əla  gedəcək. 
Heç kim, bütün yaşadığı ömrü boyu, yüz il ömür yaşayır, yüz ildə bir 
dəfə öz içinə girmir. Öz şəxsiyyətinə girmir, ömrünə girmir. Girmir 
ki, görsün orda nə var. Sən ora girə bilsən biləcəksən ki, dünya niyə 
bu  günə  düşüb.  Dünyanın  aqibətini  necə  həll  etmək  olar.  Heç  kim 
girmir.  Hamı  özünü  ağıllı  sayır.  Hamı  özünü  mənəviyyatlı  sayır. 
Hamı özünü insani sayır. Hamı sayır. Amma heç kim heç kimi say-
mır. Hamı özünü sayır, amma heç kim o birini mənəviyyatlı saymır, 
insani saymır.  Şəxs  özünü mənəviyyatlı  saya  bilər,  milli  saya  bilər, 
bir şərtlə ki, o doğrudan da mənəviyyatlı yaşayır, milli yaşayır, icti-
mai  yaşamır.  İctimai  yaşayan  hesab  eləyir  ki,  əgər  onun  nə  vaxtsa 
fikrinin qulağından balaca bir şey keçirsə ki, deyəsən millət adlanan 
bir  söz  var,  terminologiyada,  deyəsən  insan  adlanan  bir  söz  var  bu 
terminologiyada, onu axı mən də eşitmişəm, mən də bilirəm. Deməli, 
mən elə həmin oyam. Hər kəs elə düşünür. Asif Ata elə düşünmür. 
Bizə  də  elə  düşünmək  öyrətmir.  Asif  Ata  şəxsiyyətinə  girdi,  içinə 
girdi. Gördü ki, onun içində min illərdən gələn nə qədər qüsurlar var, 


236 
 
nələr var. Yavaş-yavaş öz içiylə məşğul oldu. Təmizlədi içini keçmi-
şin  mənfur  qalıqlarından,  tarixin  naqisliklərindən,  ictimaiyyətin 
hədyanlıqlarından,  yerində  şəxsiyyət  yaratdı.  Yerində  mənəviyyat 
ocağı  qaladı.  Yerində  insanlıq  hikməti  yazdı.  Oldu  şəxsiyyət.  Oldu 
kamil insan. Asif Ata bildi ki, dünyanın sorunu onun içindən başla-
yır.  Onun  çölündən  başlamır,  qonşusundan  başlamır.  Öz  içindən 
başlayır.  İçəriylə  məşğul  olmanın  harayını  çəkdi.  "İnsanlaşın, 
İnsanlaşdırın! Bəşərin nicatı İnsanlaşmaqdadır" – bu çağırış onun öz 
içiylə  məşğul  olmasından doğdu.  Kiminsə  xoşu  üçün  deyil,  birdən-
birə,  bir  məqamda  “ağlıma  gəldi  və  bu  ifadəni  işlədim”  deyil. 
Təsadüf  nəticəsində  yaratmadı  "İnsanlaşın,  İnsanlaşdırın"  harayını. 
İllərlə məşğul oldu ömürlə. İndi bizim insanlarımız Asif Atanın sora-
ğını  eşidəndə  deyirlər  ki,  əşi  nə  vaxt  düzələcək  dünya,  neyləyəcək 
axı Asif Ata, neçə ildir deyir, düzəlmir axı. 
 
Asif  Ata  min  il  deyəcək.  Siz  elə  bilirsiniz  bizim  hamımız  onu 
eşidirik,  hamımızın  qəlbimiz  doğmalaşıb  Asif  Atanın  çağırışına? 
Hamımız o hikmətin sədası altında yaşayırıq, hamımız onun çağırı-
şının  gözəllikləri  ilə  əsrarlanmışıq?  Elə  deyil.  Kiminsə  Asif  Ataya 
simpatiyası  yaranır,  kiminsə  sevgisi  yaranır.  Kiminsə  hətta  səcdəsi 
yaranır. Ancaq bu münasibət Asif Atadan ideyaya ötüb keçmir. Asif 
Atada  dayanıb  qalır.  Asif  Ataya  münasibət  –  Asif  Atanın  özündə 
dayanmalı  deyil,  Onun  ideyasına  yiyələnməkdədir.  Onun  ideyası 
əsasında yaşamaqdadır. Demirəm ideyasından yüksəkdə yaşa. Amma 


237 
 
ideyası  əsasında  yaşamalısan.  Sənin  onda  danışmağa  haqqın  olar. 
Onda deməyə haqqın olar dünya niyə bu gündədir. 
Hamı  hamını  qınayır.  Hamı  toplumu  qınayır.  Hamı  bu  xalqı 
qınayır. Bu xalq düzələn deyil deyir. Sual verirəm, sən özün düzəl-
misənmi? Göstər, nəyin düzəlib? Sübut eləyərəm sənə ki, düzəlmə-
misən.  İçin  bayağılıqla  doludur.  Düşüncən  tüfeyliliklə  doludur. 
Həyatın puçdur. Özün üçün yaşamaqdan başqa hikmət tanımamısan. 
Yalandan  millət  sözünü  işlətmisən,  ancaq  milli  hikmətin  qapısını 
döyməmisən.  Açmamısan  o  qapını.  İçəri  girməmisən.  Gözəllikləri 
seyr eləməmisən. Sadəcə eşitmisən. 
Böyük məsələdir bəşərilik. Böyük məsələdir insanlıq, millilik. 25 
ildir  mən  bu  işlə  məşğulam.  Amma  mən  hələ  də  ehtiyat  edirəm 
millətçiyəm deyəndə. Məsuliyyətim ayağa durur. Mənəviyyat dünya-
sının sakiniyəm deyəndə də bir az ehtiyatla deyirəm. Birdən hansısa 
bir  qüsurum  qayıdar  gözümə  girər.  Asan  deyil  millətlə  məşğul 
olmaq. Ancaq mümkünsüz də deyil. 
Bu  gün  biz  bəşərilikdən  söhbət  açacağıq.  Çünki  Asif  Atanın  bu 
tədbirinin  adı  “Bəşərilik  Bayramı”  adlanır.  Gəlin  görək  bəşəriyyəti 
kim və nə idarə eləyir və gəlin görək niyə o cür idarə edir? Niyə belə 
idarə  edir  deyə  ona  mane  olan,  dirəniş  göstərən  bir  qüvvə  varmı 
dünyada? Dərin mənada, böyük mənada şəxsiyyət varmı? Bu gündən 
gedir söhbət. 
Bu gün bəşəriyyəti – onun həyatını, onun şüurunu, onun mənəviy-
yatını, onun kimliyini iki amil idarə edir: Siyasət və Din. Hər ikisi də 
başdan-ayağa cəfəngiyyatdır. Hər ikisi də başdan-ayağa eybəcərliklə 
doludur.  Siyasət  nədir?  (Hər  bir  idarəetməni  siyasət  sayırlar.  Mən 
saymıram.  Ruhani  idarəetmə  də  var).  Siyasət  münasibətlər  oyunu 
deməkdir.  Harda  adını  nə  qoyursan  qoy,  harda  nə  axtarırsan  axtar, 
tapırsan tap, istəyirsən ona gözəllik adı ver, istəyirsən de ki, siyasətin 
də əxlaqı var, mənəviyyatı var, doğru deməyəcəksən. Çünki siyasət 
bünövrədən  başlayıb  münasibətlər  oyunu  kimi.  Mənafelər  oyunu 
kimi başlayıb. 
Bu gün dünyanı siyasət idarə eləyir və mənafelər oyunu baş verir. 
Bu  münasibətlər  oyunu  da  nəyə  dayanır?  Quruluşa.  Quruluş  nədir? 
Pulçuluq,  kapitalizm.  Kapitalizm  nədir?  Başdan  ayağa,  ayaqdan  da 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə