Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə66/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   62   63   64   65   66   67   68   69   ...   86

220 
 
Atanın kitablarından ikisinin çapına da, Ocaq Evladları ilə birlikdə, 
İlqar  bəy  də  qatıldı.  Məsələnin  incəliklərinə  getmək  istəmirəm. 
Başqa  cür  də  qatqısının  bizə  böyük  köməyi  oldu.  Biz  kitabı  ərsəyə 
gətirə bildik. Müəyyən mənada güzəştli məsələlər oldu. 
İlqar Türkoğlu: Bu, bizim Müqəddəs borcumuzdur. 
Soylu  Atalı: O  ki  qaldı  qeydiyyat  məsələsinə,  biz  buna  getsək 
tamam  uduzarıq.  Niyəsini  biz  yazmışıq,  demişik,  gərək  olsa  sonra 
yenə açarıq. Bu çox ciddi və ehtiyatlı məsələdir. 
İndi  də  istəyərdim  Asif  bəyi  dinləyək.  Asif  Ozan.  Qardaşımızın 
Asif Atanın Ocağıyla çoxdandır tanışlığı var. Hətta bir vaxtlar Asif 
bəy özünün rəhbərlik etdiyi bir kitab evinin zalını Ocaqçıların üzünə 
açmışdı. Ocaqçılar orda Asif Atanın ideyalarını yayıb söz demişdilər. 
Asif  Ozan: Təşəkkür  edirəm.  Nurtəkin  xanıma  da  təşəkkür 
edirəm  dəvət  etdiyinə  görə.  Açığı  ortada  həmişə  bir  mövzu  olanda 
ideoloji,  fəlsəfi  və  yaxud  mənəvi  mövzu  olanda  insan  da  rahat 
danışır.  Bu  gün  İnam  Evi  Ocaqçılıq  hərəkatı  üçün  vacib  bir 
məsələdir.  İnam  Evinin  bir  mənəvi,  ruhani  ünvana  çevrilməsi,  çox 
vacibdir. Bu yolda mən sizə uğur arzulayıram. Bilirsiz, ümumbəşəri 
ideala qulluq eləyən insanların ömrü heç vaxt sona yetmir. O doğulur 
və  davam  eləyir.  Tarixdə  nə  qədər  belə  insanlar  olubdursa,  onların 
həyatı, mənəvi ömürləri bu günə qədər bizim simamızda davam edir. 
Mən  hesab  eləyirəm  ki,  Asif  Ata  da  belə  bir  ömür  yaratmış  və 
özündən sonrakı insanlara bu ömrü örnək olaraq qoyub getmiş dahi 
insandır.  Bu  gün  Azərbaycan  dünya  çapında  çox  kiçik,  məhəllə 
miqyasında  olan  bir  ölkədir.  Ona  görə  də  dünyada  gedən  qlobal 
hərəkatların  ideoloji  mübarizə  səhifəsində  bizim  milli  kimliyimizi, 
milli  düşüncəmizi,  milli  şüurumuzu,  babalarımızın  bizə  yüzillərdir 
yetişdirib  qoyduğu  dəyərləri  qoruyub  saxlamaq  üçün  bir  milli 
mübarizə cəbhəsi lazımdır. Bu gün Azərbaycanda bu milli mübarizə 
cəbhəsinin  zəif  olduğunu  biz  çoxdan  görürük.  Dəfələrlə  müxtəlif 
media  mənsubları  bizə  suallar  verirlər,  Azərbaycanda  çağdaş 
gənclərimizdə milli ruhdan, milli kimlikdən, dəyərlərdən uzaqlaşma 
meyillərinin  səbəbləri  haqqında.  Bütün  hallarda  bunun  cavabı  çox 
üzdədir,  görünəndir.  İstər-istəməz  sovet  dövründə  –  70  illik  bir 
dövrdə  kommunizm  ideologiyasına  tapındılar.  SSRİ  dağı¬lan¬dan 


221 
 
sonra  ictimai  şüurda  böyük  bir  boşluq  yarandı.  Bu  boşluq  ideoloji, 
milli boşluq idi. Milli ideya boşluğu idi. Bu milli ideya boşluğundan 
çox böyük ustalıqla Qərb və bizim başqa qonşularımız, məsələn, İran 
çox  sürətlə  faydalandılar  və  qısa  bir  müddət  ərzində  o  şüurlarda 
yaranan  ictimai  boşluğu  dini  xurafat  və  Qərbdən  gələn  hansısa 
yadlıqlar  qapladı,  tutdu.  Bu  gün  buna  görə  bizim  gənclər  milli 
kimlikdən  daha  çox  uzaqlaşmağa  meyillidirlər.  Bu  da  ona  gətirib 
çıxardır  ki,  bizim  efirimizdə  də,  bizim  mətbuatda  da,  hətta  sosial 
şəbəkələrdə də artıq millətin özünü görmək olmur. Nə yaxşı ki, elə 
sovet  dövrünün  özündə  Asif  Atanın  simasında  həmin  dövrün  bizim 
milli ruhumuza yabançı olan ideyasına, sovet kommunist ideologiya-
sına  qarşı  mübarizə  cəbhəsi  yarada  bilən  bir  insan  meydana  çıxdı. 
SSRİ  dağılandan  sonra  mən  gördüm  ki,  əslində  yaranmış  ictimai 
boşluğu milli məzmunla doldura biləcək bir qüvvə var. O da Ocaqçı-
lıqdır. Mən ona görə o vaxt rəhbəri olduğum müəssisənin imkanlarını 
Ocaqçıların  üzünə  açdım.  Çalışdım  ki,  bu  düşüncəni,  bu  təfəkkürü, 
bu  ideyaları  və  bu  idealı  özündə  daşıyan  insanların  sayı  artsın. 
Xoşbəxtlikdən  ideyaları  seçən  insanlarımız  günü  gündən  artır.  Mən 
səmimi  deyirəm,  özüm  bilavasitə  Ocaqçı  olmasam  da,  bilirəm  ki, 
bizim  xalqımız  milli  kimlik  şüuruna  sahib  olmaq  üçün,  bu  milli 
kimlik şüurunun təməlində dayanacaq bir ideyaya söykənməlidir. Bir 
söykənəcək  yerimiz  olmalıdır.  Zaman-zaman  bizi  söykəndirdilər 
müxtəlif  yabançı  ideyalara,  ideologiyalara.  Sovet  dövründə  elə 
insanların simasında qəhrəman obrazı yaratdılar, sonra bəlli oldu ki, 
bu insanlar ancaq və ancaq zaman-zaman Azərbaycançılığın, türkçü-
lüyün və bizim milli kimliyimizin qəddar düşmənləri olublar. Amma 
bizim  mənəviyyatımızı,  ruhumuzu,  inamımızı  bu  insanlara  söykə-
mişdilər.  Xoşbəxtlikdən  bu  gün  bizim  söykəndiyimiz  Atadan  gələn 
ideya, təlim, dünyagörüşü milli ruhun üzərində qurulubdur. Mən Asif 
Əfəndiyevin, ona görə Asif Ata demədim, çünki mənim universitetə 
qəbul olunduğum dövrdə, orta məktəbdə oxuduğum dövrdə hələ Asif 
Ata  olmamışdı.  Mənim  böyüdüyüm  mühitdə  çox  adı  çəkilirdi, 
dissident kimi, yeni bir mübarizə səhifəsi yaratmış bir insan kimi adı 
tez-tez  hallanırdı.  Mən  onda  orta  məktəbdə  oxuyurdum  və  burdan 
çox-çox  uzaqda,  Borçalıda  idim.  Mənim  qohumlarım,  doğmalarım, 


222 
 
qardaşlarım, bacılarım gələndə eşidirdim ki, artıq Azərbaycanda yeni 
bir milli özünüdərk hərəkatı başlayıbdır ki, bu hərəkatın da başında 
bir insan dayanır, onun istəyi, onun iradəsi durur. Bu gün uzun illər 
keçməsinə  baxmayaraq,  o  hərəkat  artıq  öz  ideyaları  ilə  dairəsini 
böyüdüb,  genişləndirib.  Bu  gün  İnam  Evinin  –  Məbədin  tikilməsi 
xəbəri  məni  çox  sevindirdi.  Ona  görə  Günev  bəyə  təşəkkür  edirik. 
Hesab eləyirəm ki, mən səmimi deyirəm, haçansa, tarixin hansısa bir 
məqamındasa  müqəddəs  torpaqlardan  biri  də  Beyləqan  olacaqdır. 
Ona görə ki, ilk Məbəd orda tikilir. Mən sizə uğur diləyirəm. Bu çox 
çətin yoldur. İlqar bəy də yaxşı təklif verdi ki, mümkündürsə, bu cür 
məbədlər dövlət tərəfindən qeydiyyata alınsın. Mədəni-tarixi abidələr 
sırasına  keçirilsin.  Əlbəttə  ki,  yaxşı  təklifdir.  Amma  düşünürəm  ki, 
bu  hərəkatı dövlətin  siyasi  iradəsinə bağlamaq  fəaliyyətin  bir  qədər 
məhdudlaşdırılmasına  gətirib  çıxarda  bilər.  Bir  növ  artıq  Mütləqə 
İnam hərəkatına siyasi çalar, siyasi məzmun gətirə bilər. Mən hesab 
eləyirəm  ki,  bu  gün  hələlik  hərəkat  genişlənməmiş,  müəyyən  gücə 
sahib olmamış onun bu cür iddia ortaya qoyması fərqli məna yarada 
bilər.  Amma  əslində  təklif  öz-özlüyündə  doğrudur.  Azərbaycanın 
bugünkü  reallığına  uyğun  təklifdir.  Çünki  bir  məbəd  tikilirsə  və  bu 
məbədin arxasında yüzlərlə, minlərlə insanın inamı, istəyi dayanırsa, 
ürəyi, ruhu dayanırsa, deməli, o məbədin dövlət tərəfindən mədəni-
tarixi abidə statusunda qeydiyyata alınması da məqsədəuyğun olardı. 
Ancaq məncə tezdir. Təşəkkür edirəm. Hamınıza uğur arzulayıram. 
Soylu  Atalı: Bir  şeyi  qeyd  edim  ki,  orda  tikilən  məbədin  rəsmi 
sənədi var. Çətinliklə də olsa, onu həll elədik. Söhbət Ocağın rəsmi 
qeydiyyatından gedirsə, bəli, Asif bəyin fikri doğrudur. Məncə onun 
zamanı  deyil.  İlqar  bəylə  də  biz  söhbət  eləmişik,  arzuları  bizə 
doğmadır.  İlqar  bəy  Azərbaycanda  Asif  Atanın  işinin  geniş  yayıl-
masını içdən istəyən və ona can yandıran bir ziyalıdır. Ona görə onu 
anlayıram.  Ancaq  Asif  Atanın  İnamını  qeydiyyat  vasitəsilə  adi 
təşkilatlar səviyyəsinə endirmək, ona ancaq ziyan verə bilər. 
İlqar  Türkoğlu: Mənim  istədiyim  odur  ki,  heç  bir  maneəçilik 
yaratmasınlar  ki,  bunlar  qeydiyyatdan  keçməyib.  Heç  bir  hüquqi 
statusları  yoxdur.  Bu  baxımdan,  maneəçilik  yaranmaması  baxımın-
dan.  Bu  təşkilatdır.  Bu  təşkilat  dövlət  tərəfindən  qeydiyyata  alınıb. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə