221
sonra ictimai şüurda böyük bir boşluq yarandı. Bu boşluq ideoloji,
milli boşluq idi. Milli ideya boşluğu idi. Bu milli ideya boşluğundan
çox böyük ustalıqla Qərb və bizim başqa qonşularımız, məsələn, İran
çox sürətlə faydalandılar və qısa bir müddət ərzində o şüurlarda
yaranan ictimai boşluğu dini xurafat və Qərbdən gələn hansısa
yadlıqlar qapladı, tutdu. Bu gün buna görə bizim gənclər milli
kimlikdən daha çox uzaqlaşmağa meyillidirlər. Bu da ona gətirib
çıxardır ki, bizim efirimizdə də, bizim mətbuatda da, hətta sosial
şəbəkələrdə də artıq millətin özünü görmək olmur. Nə yaxşı ki, elə
sovet dövrünün özündə Asif Atanın simasında həmin dövrün bizim
milli ruhumuza yabançı olan ideyasına, sovet kommunist ideologiya-
sına qarşı mübarizə cəbhəsi yarada bilən bir insan meydana çıxdı.
SSRİ dağılandan sonra mən gördüm ki, əslində yaranmış ictimai
boşluğu milli məzmunla doldura biləcək bir qüvvə var. O da Ocaqçı-
lıqdır. Mən ona görə o vaxt rəhbəri olduğum müəssisənin imkanlarını
Ocaqçıların üzünə açdım. Çalışdım ki, bu düşüncəni, bu təfəkkürü,
bu ideyaları və bu idealı özündə daşıyan insanların sayı artsın.
Xoşbəxtlikdən ideyaları seçən insanlarımız günü gündən artır. Mən
səmimi deyirəm, özüm bilavasitə Ocaqçı olmasam da, bilirəm ki,
bizim xalqımız milli kimlik şüuruna sahib olmaq üçün, bu milli
kimlik şüurunun təməlində dayanacaq bir ideyaya söykənməlidir. Bir
söykənəcək yerimiz olmalıdır. Zaman-zaman bizi söykəndirdilər
müxtəlif yabançı ideyalara, ideologiyalara. Sovet dövründə elə
insanların simasında qəhrəman obrazı yaratdılar, sonra bəlli oldu ki,
bu insanlar ancaq və ancaq zaman-zaman Azərbaycançılığın, türkçü-
lüyün və bizim milli kimliyimizin qəddar düşmənləri olublar. Amma
bizim mənəviyyatımızı, ruhumuzu, inamımızı bu insanlara söykə-
mişdilər. Xoşbəxtlikdən bu gün bizim söykəndiyimiz Atadan gələn
ideya, təlim, dünyagörüşü milli ruhun üzərində qurulubdur.
Mən Asif
Əfəndiyevin, ona görə Asif Ata demədim, çünki mənim universitetə
qəbul olunduğum dövrdə, orta məktəbdə oxuduğum dövrdə hələ Asif
Ata olmamışdı. Mənim böyüdüyüm mühitdə çox adı çəkilirdi,
dissident kimi, yeni bir mübarizə səhifəsi yaratmış bir insan kimi adı
tez-tez hallanırdı. Mən onda orta məktəbdə oxuyurdum və burdan
çox-çox uzaqda, Borçalıda idim. Mənim qohumlarım, doğmalarım,
222
qardaşlarım, bacılarım gələndə eşidirdim ki, artıq Azərbaycanda yeni
bir milli özünüdərk hərəkatı başlayıbdır ki, bu hərəkatın da başında
bir insan dayanır, onun istəyi, onun iradəsi durur. Bu gün uzun illər
keçməsinə baxmayaraq, o hərəkat artıq öz ideyaları ilə dairəsini
böyüdüb, genişləndirib. Bu gün İnam Evinin – Məbədin tikilməsi
xəbəri məni çox sevindirdi. Ona görə Günev bəyə təşəkkür edirik.
Hesab eləyirəm ki, mən səmimi deyirəm, haçansa, tarixin hansısa bir
məqamındasa müqəddəs torpaqlardan biri də Beyləqan olacaqdır.
Ona görə ki, ilk Məbəd orda tikilir. Mən sizə uğur diləyirəm. Bu çox
çətin yoldur. İlqar bəy də yaxşı təklif verdi ki, mümkündürsə, bu cür
məbədlər dövlət tərəfindən qeydiyyata alınsın.
Mədəni-tarixi abidələr
sırasına keçirilsin. Əlbəttə ki, yaxşı təklifdir. Amma düşünürəm ki,
bu hərəkatı dövlətin siyasi iradəsinə bağlamaq fəaliyyətin bir qədər
məhdudlaşdırılmasına gətirib çıxarda bilər. Bir növ artıq Mütləqə
İnam hərəkatına siyasi çalar, siyasi məzmun gətirə bilər. Mən hesab
eləyirəm ki, bu gün hələlik hərəkat genişlənməmiş, müəyyən gücə
sahib olmamış onun bu cür iddia ortaya qoyması fərqli məna yarada
bilər. Amma əslində təklif öz-özlüyündə doğrudur. Azərbaycanın
bugünkü reallığına uyğun təklifdir. Çünki bir məbəd tikilirsə və bu
məbədin arxasında yüzlərlə, minlərlə insanın inamı, istəyi dayanırsa,
ürəyi, ruhu dayanırsa, deməli, o məbədin dövlət tərəfindən mədəni-
tarixi abidə statusunda qeydiyyata alınması da məqsədəuyğun olardı.
Ancaq məncə tezdir. Təşəkkür edirəm. Hamınıza uğur arzulayıram.
Soylu Atalı: Bir şeyi qeyd edim ki, orda tikilən məbədin rəsmi
sənədi var. Çətinliklə də olsa, onu həll elədik. Söhbət Ocağın rəsmi
qeydiyyatından gedirsə, bəli, Asif bəyin fikri doğrudur. Məncə onun
zamanı deyil. İlqar bəylə də biz söhbət eləmişik, arzuları bizə
doğmadır. İlqar bəy Azərbaycanda Asif Atanın işinin geniş yayıl-
masını içdən istəyən və ona can yandıran bir ziyalıdır. Ona görə onu
anlayıram. Ancaq Asif Atanın İnamını qeydiyyat vasitəsilə adi
təşkilatlar səviyyəsinə
endirmək, ona ancaq ziyan verə bilər.
İlqar Türkoğlu: Mənim istədiyim odur ki, heç bir maneəçilik
yaratmasınlar ki, bunlar qeydiyyatdan keçməyib. Heç bir hüquqi
statusları yoxdur. Bu baxımdan, maneəçilik yaranmaması baxımın-
dan. Bu təşkilatdır. Bu təşkilat dövlət tərəfindən qeydiyyata alınıb.