Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə74/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   70   71   72   73   74   75   76   77   ...   86

247 
 
İndiki  çağda  biz  40  gün  matəm  eləyirik.  İmam  ehsanları  verilir. 
Bir  bax  görək  şəhid  olanlar,  bu  millət  üçün  canını  verənlər  yada 
düşürmü?!  Heç  onlar  yada  düşmür.  Sənin  başını  kəsənin  yolunda 
ehsan verirlər. Axı necə mən bundan danışmayım. Siyasət, din, xırda 
pul var ha, atarsan o üzü, bu üzü düşər, həmin şeydir. Bir pulun iki 
tərəfidir  siyasətlə  din.  Bizi  də  o  pul  kimi  fırladırlar,  oynadırlar. 
Sadəcə olaraq siyasət dəyişkən olduğu üçün, dinin özündə də həmin 
dəyişkənlik  gedir.  Təriqətlərə  sən  bir  bax. Kölə  vəziyyətinə  salınan 
xalqı, bir daha şumlamaqdan ötrü, yenidən onların içərisinə təriqətlər 
salıblar. Yəni tamamilə qırılsınlar. Bu gün həmin siyasət kürəsəlləş-
mə,  qloballaşma  deyir.  Bu  elə  dinin  ümmətçiliyidir.  Bu,  xalqın, 
millətin  simasızlığıdır...  Hakimiyyət  hərisləri  olan  yerdə  var-dövlət 
var.  Ona  görə  Soylu  Atalı  düz  deyirdi  ki,  burda  fəndgirlik,  biclik, 
hiyləgərlik  var,  səmimiyyət  yoxdur.  Bu  gün  bəşərilik  adıyla  bizə 
Qərbçiliyi  təbliğ  eləyirlər.  Dilimizdən  imtina  eləməliyik.  Demir  ki, 
get  filan  dildə  danış.  Deyir  ki,  mənim  işim  var,  ayda  500  dollar 
verəcəm,  ingilis  dilini  bil.  Sən  gərək  belə  geyinəsən  ki,  müasir 
olasan.  Sən  Qərbin  musiqisinə  qulaq  asasan  ki,  inkişaf  etmiş 
sayılasan.  Bu  mənada,  xaricdə  oxumaq,  filan  eləmək,  hər  şey. 
Tamamilə  milli  kökdən  ayırmaq  millətləri,  bunlardan  canlı  robotlar 
hazırlamaq. Qulun vətəni olmaz, mənəviyyatı olmaz, ləyaqəti olmaz. 
Bunlar özləri üçün dəzgahda işləyən kölədirlər. Məqsəd kölə hazırla-
maqdır  əslində.  Asif  Ata  da  deyir  ki,  hər  kəsin  özü  kimi  yaşamaq 
haqqı var. Bunların hamısını bir-birinə niyə qarışdırırsan axı?! Asif 
Ata  bunu  deyir  bizə.  Qoy  hər  bir  millət  öz  kökü  üstündə  simasını 
saxlasın. Dünya rəngarəngliyi ilə gözəldir. 
İlham Mustafa: Biz həm insanlaşmalıyıq, həm millətləşməliyik. 
Bizim  ayrı  yolumuz  yoxdur.  Bütün  dünyanı  beş-üç  nəfər  inhisara 
alıb, hansı tərəfə istəyirlər, o tərəfə çevirilər. 
İslam haqqında biz, uşaq vaxtı, elə bir şey bilmirdik. Orda-burda 
eşidirdim ki, molla Quran oxuyur, ölü basdırır. 
Bu gün bu dinin içərisində beş yüz qol əmələ gəlib. Çayır deyilən 
bir bitki var, onun kimi kök atıb hər yerə. Dünyaya da yalnız zərər 
verirlər. Bu gün ərəb dünyası, islam dünyası faşistdən betər əməllər 
həyata  keçirir.  Beynəlxalq  güclər  də  bundan  istifadə  edirlər.  Orda 


248 
 
filan  şey  yaradırlar,  burda  İŞİD  yaradırlar...  Bir  müddət  öncə 
oxumuşdum  ki,  Angela  Merker  İŞİD-lə  anlaşıb.  Nədə  anlaşıblar? 
Vur, vurma, bəlli deyil. Bütün silahı tökürlər ki, bir-birini qırsınlar. 
Səddam Hüseyni öldürdülər. Əfqanıstanı kor elədilər. Sonra da İŞİD-
in  düyməsini  basdılar.  İndi  o  yanda  Türkiyəyə  həmlə  eləyirlər,  bu 
yandan  Azərbaycana  gəlirlər.  Bəşəriyyəti  tamam  korlayıblar.  Hanı 
bəs  Allah?  Niyə  belə  şeylərin  qarşısını  almır?  Allah-filan  yoxdur, 
allahsızlıq dünyanı bürüyüb. 
 
 
 
Bizim  tariximiz  var  –  Zərdüştümüz  olub,  Dədə  Qorqudumuz 
olub... Onların bizə miras qoyduqları məsələlərlə məşğul deyilik. 60 
gün başımıza-gözümüzə döyürük. Bu maşına qara lent bağlayırlar, o 
atın  yalına  qara  lent  bağlayırlar.  Kənd-kənd,  el-el  gəzirlər  ki, 
Məhərrəmlikdir. Ayaz bəy düz dedi, öz şəhidlərimizi onların içindən 
tanıyan yoxdur... 
Ona görə Asif Atanın Ocağında var olmaq gərək, milləti bu yolla 
var etmək mümkündür. 
Soylu  Atalı: Bir  xatırlatma  eləmək  istiyərdim.  Bizim,  Asif  Ata 
Ocağı olaraq, Batıçılardan, ateistlərdən fərqli olaraq, hədəfimiz ayrı-
ayrı  xalqlara  ironiya  etmək  deyil.  Ərəb  bəşəriyyətin  bir  hissəsidir. 
Biz ərəbə qarşı kin üstə köklənməmişik. Köklənmək də olmaz. Heç 
bir xalqa qarşı kin üstə köklənmək olmaz. 


249 
 
O  ki  qaldı  allah  ideyası  məsələsinə.  Ayrı-ayrı  baxışların  bizə 
sunduğu  allah  ideyasını  doğru  saymırıq.  Amma  bütövlükdə  allah 
ideyasından  əl  çəkmək  olmaz.  Bunu  mən  demirəm,  Asif  Ata  deyir. 
Təbii ki, Atanın dediyi ölçüdür. 
O məzmuna arxa çevirsən, bəşərilikdən danışmağa dəyməz. Allah 
ideyasının təhrif olunmasına qarşı isə söz demək gərəkdir. Məsələn, 
yunanlarda çoxallahlıq ideyası var. Biz bu ideyanı qəbul eləmirik. 50 
allah yoxdur, Məna birdir. Yaxud da semitlərin dünyabaxışında allah 
ideyası  təhrif  olunur.  Asif  Atanın  baxışı  allah  məzmununu  inkar 
eləmir, tərsinə, onu təsdiq eləyir, onu dirildir. Onu millətə, insanlığa 
qaytarır. 
Hər kəs allah məzmununa öz arzusundan yanaşır, hər kəs öz arzu-
suna  uyğunlaşdırmağa  çalışır.  O  məzmun  insanın  arzusuna  uyğun 
biçimlənə bilməz. Onu ərəb özünün istəyinə uyğunlaşdırır, yəhudilər 
özünün  istəyinə  uyğunlaşdırır  və  s.  İstəyə  uyğunlaşdırmaq  olmaz  o 
ideyanı.  O  məzmun  əzəlidir,  əbədidir,  kamildir,  sonsuzdur.  Allahı 
adamabənzər qüvvə kimi təqdim edirlər. Asif Ata bunu rədd edir. 
Həsən bəy: Kimdir adamabənzər deyən? Adını çəkin. 
Soylu Atalı: Dinlər. 
Həsən  bəy: Mən  çox  üzr  istəyirəm,  mən  universitetin  fizika 
fakültəsini qurtarmışam. Asif Ata bizim qonşu kənddən idi. Fikirləri 
də,  ideyaları  da  televizorda  səslənib.  Mən  də  bir  yerli  kimi  fəlsəfi 
baxışlarına hörmətlə yanaşmışam. Burda Asif Ata Ocağında hərənin 
fikri  subyektivdir.  Mən  fizika  dərsi  keçəndə  uşaqlara  deyirəm  ki, 
obyektiv aləm var, bir də subyektiv fikir var. Bir nöqtədən müxətlif 
istiqamətlərə gedildi. Bir nöqtədən min dənə xətt keçir də. O qədər 
fikrilər haçalanıb ki, burda yığcam, Asif Atanın ideyaları, bu dəqiqə 
də  mənim  üçün  fikilər  var  idi,  ancaq  onu  tam  cəmiyyət  qəbul 
eləmirdi.  Bu  dəqiqə  də  cəmiyyət,  təhriflər  var  deyə,  bəlkə  də  elə 
möhkəm Ocaq var ki, burdan şaxələnsin bütün respublikanı götürsün, 
dünyaya  istiqamətlənsin,  mən  onu  demirəm.  Ancaq  bu  ağsaqqal 
(İlham  bəyi  nəzərdə  tutur  -  G.A.)  bayaq  deyəndə  ki,  əğstafurullah, 
allahı  belə-elə,  mən  qəbul  eləmirəm.  Dinsiz  millət  var?!  Necə  dini 
qəbul eləmirəm? Aşıq Ələsgər haqqında eşitmisiniz də. Asif Atanı da 
canlı  eşitmisiniz  də?  O,  Aşıq  Ələsgərdən  danışanda  elə  detallar 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə