Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə76/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   72   73   74   75   76   77   78   79   ...   86

253 
 
Bir  daha  vurğu  edirəm,  hər  kəs  fərdi  mövqeyini  bildirə  bilər, 
ancaq Ocağı öyrətmək olmaz. Təəssüf ki, ortada olan bir çox insanla-
rımız  qıraq  qüvvələrin,  səfirliklərin  buyruqlarında  fəaliyyət  göstə-
rirlər, bəzən də Asif Atanın Ocağını öyrətməyə meyillənirlər. Hesab 
edirik ki, insanlarımızın ayılmaq vaxtıdır. Bu xalqın üzərində ağalıq 
edən, diktatura yaradan qıraq qüvvələrin buyruğunda olmaq millətə, 
onun gələcəyinə xəyanətdir. Atadan, Onun Ocağından millətsevərlik, 
vətənsevərlik öyrənmək gərəkdir. 
(Soylu Atalı din və allah mövzusunu Mütləqə İnam açısından izah 
elədi – G.A.) 
Sağ  olun,  diqqətinizə  görə  təşəkkür  edirəm.  İndi  heç  kəsin  sözü 
yoxdursa, Bayramın mərasim hissəsini başa çatdıraq. 
Sonra  Nurtəkinin  hədiyyəsi  olan  "İnam  Evi  Günü"  Mərasim-
Törəninin kitabçası Ocağa təqdim olundu. 
"Bəşərilik  Şərqisi"ni  Soylu  Atalı,  "Bəşərilik  Bayramı  üstə 
Mütləqlə Təmas"ı Nurtəkin dedi. 
Ocaq  Yülümlüsü  Atanın  hökmünü  çatdırdı:  "Bəşərləşin  -
Bəşərləşdirin!" 
Hamı: "Bəşərə and olsun, Bəşəriliyə xidmət edəcəyəm!" dedi. 
Sonda  çay  süfrəsində  doğmalaşma  yönündən  söhbətlər  davam 
elədi. 
 
Sərt Ay, 36-cı il. Atakənd. 
(dekabr, 2014. Bakı.) 
 
 
 
 
 
 
 
 
 


254 
 
Asif Atanın – İnam Atanın 
Mütləqə İnam Ocağı 
 
Ata-Ocaq ilsırasının 36-ili 
Müqəddəs “Ruhani Səfər Günü” Mərasiminin 
 
G E D İ Ş A T I 
 
Gün: 27 Sərt Ayı, Murad günü;   
Yer: İnam Evi;   
Başlanır: saat 14.00. 
 
Mərasim keçiriləcək Oda Ocaq ruhuna uyğun hazırlanır.  
Təşkilatca sorumlu Göylü və Üstün Atalılardır. 
 
Mərasimin başlanmasına 5 dəqiqə qalmış “Ata Harayları” 
səsləndirilir. 
 
Hamı: “Ata Sözü – Türkdən Bəşər yaradan qutsal dəyər!” 
• “Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Nurtəkin, 
• “Ataya Günorta Ricası”nı – Göylü, 
• “Ruh Üstə” içsəsini Üstün deyir. 
  
Ocaq Yükümlüsü Soylu Atalının Mərasim sözü dinlənilir. 
  
Mərasim qonuları: 
• Ruhani Səfərlər Xalqın içinə başlayan Ata Yoludur. 
• İnamın şüurlara yeriməsi – Qədimliyimizin Gələcəkləşməsinə və 
milli özünütəsdiqə çəkilən əməyimizdir! 
 

 
Mərasimə Ruhani hədiyyələr sunulur. 

 
Evladlıq Nişanələri Ocaq Yükümlüsü tərəfindən Yol sözü ilə 
təqdim edilir. 
“Ata Ruhunu ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” 
səcdəsiylə Mərasim başa çatır. 


255 
 
  
 
CARLAR 
• Ata Sözü – Türkdən Bəşər yaradan qutsal dəyər! 
• Ruhani Səfər – Ata-İnsan-Bəşər anlamını milli şüurlarda 
möhkəmlətmək Hünəri! 
  
Gedişatı yazdı: Göylü Atalı
17 Sərt Ayı, 36-il. Atakənd. 
  
Qəbul olunur. 
  
Soylu Atalı 
Mütləqə İnam Ocağının Yükümlüsü 
  
17 Sərt Ayı, 36-cı il. 
Saray-Soylu. 
  
 
 


256 
 
Qutsal “Ruhani Səfər Günü” 
Mərasimində deyilmiş fikirlər 
 
Ocaq  Günsırası  ilə  27  Sərt  Ayı,  36-cı  ildə  Asif  Atanın  Mütləqə 
İnam Ocağı Qutsal “Ruhani Səfər Günü” Mərasimini həyata keçirdi. 
Mərasim quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu 
Atalı Ataya  Səcdə  ilə  sözünə  başladı:  Günümüzə  səfərlərimizin 
hünər  örnəklərini  qiymətləndirməklə  davam  edirik.  İnamlının  səfər 
təşkilatçılığını  və  Ocağın  Azərbaycan  öyrənciləri  arasında  yayılma-
sını  –  həm  fikir,  ideya  baxımından,  həm  də  ədəbiyyat  paylamaq 
baxımından  yayılmasını  təşkil  etmək  əməlini  təqdir  edirik,  Ocaq 
ləyaqəti üstə öz varlığını təsdiq etməsini diləyirik. 
Üstünün  bölgələrə  başlayan  səfərləri  –  Ocaq  sorağını  Azərbay-
canın  eşitməyən  insanlarına  çatdırdı,  ədəbiyyatlarını  oxutdurdu, 
bilənlərə bir daha Atanın adını, işini və Ocağını nişan verdi, eşitmə-
yənlərin də qulağını doldurdu. Hünər hesab edirəm, Atanın qarşısın-
da atılan hünər əməlidir və təqdir edirik. 
Güntayın  görüş  təşkilatçılığını,  “Fikir  Evi”  təşkilatçılığını, 
Atamızın  ideyalarını  fərəhlə,  sevgiylə  həm  yörəsindəkilərə,  həm  də 
Azərbaycan  gəncliyinə  çatdırmaq  əməlini  hünər  sayırıq  və  təqdir 
edirik. Qardaşımızdan daha böyük özünü təsdiq ləyaqəti gözləyirik. 
Mən  əsasən  səfərlərlə  bağlı  addımları  dəyərləndirdim.  Ancaq 
Ocağın başqa əməlləri çoxdur. Özü də düşündüyümüzdən də çoxdur. 
Bu  işləri  davamlı  şəkildə  görən  Nurtəkin  və  Göylüdür,  onların  da 
əməli həmişə təqdirəlayiqdir. 
Ocaq  ayrı-ayrı  fərdlərin  hünəri,  ləyaqəti  üstə  yaşayır,  qabağa 
gedir.  Günevin  uğurlu  səfərləri  oldu,  uğurlu  xalqlaşma  işləri  oldu 
Elanamızla  birlikdə.  Biz  onların  bölgədə  davamlı  olaraq  Ata  işini 
yaymalarını, yaşatmalarını təqdir edirik. 
Ocağımızın  hər  bir  fərdinin  Ocağa  qatqısı  var,  daha  çox  özünü 
təsdiq  istəyirik.  Özünü  aldatmaq  olmaz.  Böyük  əməllər,  böyük 
hünərlər yaşadır Ocağı. Balaca, epizodik addımlarla yetərlənməməli, 
bu  addımlar  Türkeldə  də  var,  Ulusəsdə  də  var.  Ulusəsdə  başqa  bir 
biçimdir,  təbii  ki,  biz  bunu  demişik.  Bunun  özü  Ocaq  tarixində  bir 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə