Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə84/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   78   79   80   81   82   83   84   85   86

283 
 
simləşdirdi  onu.  Ondan  sonra  Ailələr  yarandı.  Atanın  sağlığında, 
səhv  eləmirəmsə,  8-9  Ailə  vardı:  İnşaat  Mühəndisləri  Universiteti 
Ailəsi,  Bakı  Dövlət  Universiteti  Ailəsi,  Ocaqkənd  Ailəsi,  Beyləqan 
Ailəsi,  Şəmkir  Ailəsi...  Mən  hesab  edirəm  ki,  Ailəçilərin  sayı  6-7 
şəxsdən çox olmamalıdır. Biz qıraq adamları dəvət edirik. Ya gərək 
dəvət  etməyəsiniz,  ya  da  dəvət  edəndə  çox  sayda  Evlad¬ların  hər 
birinin  danışmaları  çox  vaxt  aparır.  Ocağa  təzə  gələn  adamı  da 
kökləmək  gərəkdir.  Onu  kökləməli,  Ocağın  qayda,  qurallarını 
öyrətməlidir. Özü onu yaşatmağı bacarmalıdır. 
Ocağın  Ailə  Günləri  həmişə  keçirilir,  keçiriləcəkdir.  Ocağımız 
Atadan sonra yenə bir Ailədən başladı. “Uluyol” Ailəsindən başladı, 
Ocaq  səviyyəsinə  çatdı,  Ailədən  Ailələr  doğdu.  Hər  bir  Ailə  özü 
Ocağı  təmsil  eləməyi  bacarmalıdır.  Hər  bir  Ailə  Ocaq  olmağı 
bacarmalıdır.  İçəridə  elə  Ruhani  qırım  olmalıdır:  başqa  Ailələr 
olmasa da, mən Ocaq olacam və Ailələr doğacaq. 
Ailənin  məzmunu  çox  dərindir,  əsaslıdır.  Əslində  buna  biz 
Ruhani  Ailə  deyirik.  Ancaq  ümumiyyətlə  cismani  Ailə  də  ruhani 
məna daşıyır. Cismani Ailəni sosial hadisə sayırlar. Mən saymıram, 
doğru  hesab  etmirəm.  Cismani  Ailə  ruhani  hadisədir.  Çünki  insanı 
quran,  yaradan,  tərbiyə  edən,  yönəldən  Ailədir.  Ona  yön  verən, 
dünyagörüş  verən,  baxış  verən  ailədir,  o,  ailədən  götürür.  O,  yeddi 
yaşına  qədər  ailədə  köklənir,  sonra  oxula  gedir.  Sonra  başlayır 
oxuldan öz dünyagörüşünü artırmağa, inkişaf eləməyə. Cismani ailə 
ruhani  hadisədir,  çünki  orda  övlad  böyüyür,  xalqın  dəyəri, 
mədəniyyəti yaşayır, gələnəyi yaşayır. O gələnək yeni doğulan uşağa 
öyrədilir,  onun  araçılığı  ilə  əmniyyətə  götürülür.  Xalqın  dəyərləri, 
keyfiyyətləri  ailədə  öz  ifadəsini  tapır,  öz  yaşamını  qurur.  O, 
ümumtoplum səviyyəsində yaşadılır. Ancaq nə yazıqlar ki, ruhaniy-
yat hadisəsi bəşər tarixində ciddi bir səviyyəyə gəlib çatmadığı üçün, 
ciddi bir ölçü ilə insanın həyatına gəlmədiyi üçün, insanın varlığına 
hakim  olmadığı  üçün  Adam  İnsanlaşa  bilmir.  Adam  İnsanlaşa 
bilmədiyinə  görə  də  ailələr  ruhaniləşə  bilməyib.  Ailə  sosiallaşıb. 
Ailənin  öz  məzmununa  uyğun  yaşaması  üçün  fərd  özü  insanlaş-
malıdır. Ailə fərddən başlayır. Fərd insanlaşmalıdır, ruhaniləşməlidir 
ki, onun qurduğu ailə öz məzmununa bərabər yaşasın, ruhani olsun. 


284 
 
Ancaq  ailə  hərəsi  bir  tərbiyə  alır,  pis  tərbiyə  alır,  başıpozuqluğa 
gedir.  İnsanlaşma  olmur,  özünüyaratma  olmur,  özüylədöyüş  olmur 
və  özünüyaratmayan  gənclərin  qurduğu  ailə,  onun  tərbiyəsi  nədirsə 
ordan  biçimlənir.  İki  gəncin  səviyyəsi  nədirsə,  onun  övladı  ordan 
təməl  tapır,  ondan  təkan  alır.  Ona  görə  də  bu  gün  qurulan  ailələr 
hamısı,  təəssüf  ki,  sosial  hadisəyə  çevrilir,  özünü  doğrultmur,  ona 
görə  də  millət  millət  ola  bilmir.  Millətin  dəyəri  ailələrdə  dərk 
olunmur, yaşanmır, pozuntulara uğrayır və i.a. Asif Atanın yaratdığı 
Ocaqda  ailə  biçimində  cismanilik  olmasa  da,  yerdə  qalan  bütün 
xassələr  və  keyfiyyətlər  var.  Burada  ailənin  bir  Atası  var.  Cismani 
ailə həm cismanidir, həm də ruhanidir. Məzmunca ruhanidir, biçimcə 
cismanidir.  Ancaq  Ocaq  Ailəsi biçimcə  də ruhanidir,  məzmunca  da 
ruhanidir.  Asif  Ata  Ocaq  Ailəsini  ona  görə  yaratdı  ki,  Ocaqdan 
başlayaraq,  ailə  ruhaniyyatçılığı,  gələnəyi  yaransın.  Ocaqda  olan 
insanlar,  Ocağa  gələn  gənclər  ailə  qurarkən  burada  ailələşdiyi 
səviyyədə öz ailəsini ruhani səviyyəyə çatdırsın. Burdan başlayaraq 
xalqlaşsın,  xalqın  içinə  getsin.  Axır  ki,  ailə  janrı  özünü  doğrultsun. 
Ata deyir, bu çağa qədər ailə janrı özünü doğrultmur, alınmır. Bəşər 
həyatında  alınmayıb,  təkcə  Azərbaycanda  yox.  Dövlətdə  ağalıq 
hardan  gəlir  –  ailədən.  Dövləti  qamarlayan,  ağalıq  edən,  imperiya 
yaradanlar hardan başlayır – ailədən. Ata deyir ki, ata ağalıq edir, ana 
xanımlıq  edir.  Əslində  övlad  atalıq-analıq  vəhdətindən  tərbiyə  alır, 
böyüyür. Atalıq-analıq vəhdətindən tərbiyə alıb böyüyür ki, o, xalqa 
çıxanda  xalqa  ağalıq  eləməsin,  xalqa  atalıq  eləsin,  böyüklük  eləsin. 
Xalqın dəyərlərinə sahib çıxsın. Dünyaya ağalıq eləməsin, dünyanın 
dəyərlərinə sahib çıxsın. İnsan ordan başlayır. Ailədən başlayır. Xalq 
ailədən  başlayır.  Bəşər  ailədən  başlayır.  Buna  görə  də  Asif  Ata 
Ocaqda  Ruhani  Ailə  yaratmaqla  bütün  bəşəriyyətə  söz  deyib.  Ailə 
biçimini  dəyişmək,  ailə  məzmununu  yeniləmək,  ailə  özünəxaslığını 
qaytarmaq  bəşəriyyətə.  Bu  neçə  on  il  gedəcək,  yüz  il  gedəcək,  biz 
bilmirik. Amac budur, biz ömrümüzü buna həsr eləmişik. Ocaqçılar 
ömürlərini  elə  bir  gələcəkli  işə  həsr  edib  ki,  o  gələcəkdə  böyük 
hadisələr  öz  məzmununa  dönməlidir.  Buna  görə  də  çox  ciddi 
məsələdir  Ocaq,  Ocağın  atdığı  addımlar.  Bu  cəhətdən  Asif  Atanım 
Ruhani Ailə biçimi olduqca dərin və geniş anlam daşıyır və hər bir 


285 
 
Ocaqçı o anlamı öz içinə çevirməyi bacarmalıdır. Öz içinə çevirmə-
dən xalqa söz demək mümkün deyil. 
Asif  Atanın  ailəsi  dağıldı.  Heç  yerdə  böyük  anlamda  Ailə 
alınmadığı üçün Ocaq yaratdı. Ona görə ki, bəşəriyyətdə hardasa ailə 
alınsın.  Ona  qulluq  edir,  ömrümü  ona  verir.  Cismani  ailə  alınmadı, 
KQB dağıtdı. Onu qurban verdi ki, bəşəriyyət, axır ki, özünü tapsın, 
təsdiq  eləsin.  Görüşlərində  ona  sual  verəndə,  deyirdi  ki,  qoyun  bir 
nəfər də belə yaşasın. Alınmır heç nə. İnsan insanın ətini yeyir. Bu 
gün  də,  nə  ki  Azərbaycanda,  hər  yerdə  ailə  məsələsi  alınmayıb. 
Avropada  ailə  heç  alınmayıb.  Hər  cür  eybəcərliyi  gətirdilər, 
çıxartdılar  Azərbaycana,  indi  Azərbaycanda  da  alınmır.  Tərbiyə 
pozulur, əxlaq pozulur, mənəviyyat pozulur. Rəsmi statistikaya görə 
minlərlə  ailə  dağılır,  pozulur.  Bu  dağılır  onunla  qurur,  o  dağılır 
bununla qurur. Bu boyda zarafat eləmək olar, bu boyda oyun oyna-
maq olar? Ona görə Ocaqdan ciddi yapışmaq gərək. Ocağın prinsip-
ləriylə nəfəs almaq, yaşamaq gərək. Çox dərin məsələlərin həllini öz 
içimizdə başa çatdırmaq gərək. Dərin məsələlərin həlli var Ocaqda. 
Onu biz öz içimizdə, öz münasibətimzidə həll edirik... 
Nurtəkin Atalı Ataya Səcdə ilə sözünə başladı: “Uluyol-Hünər” 
Ailəsinin  Yükümlüsü  olaraq  onu  deyə  bilərəm  ki,  Ailə  Günlərimiz 
ardıcıl olaraq keçirilir. 
Amallaşma baxımından onu deyə bilərəm ki, hər mərasimdə, hər 
tədbrimizdə  Atanı,  Ocağı  anlamaq,  ideyalarımızı  dərk  etmək 
yönündən  irəliləyişlərimiz  var.  Ola  bilsin  biz  zəif  yeriyirik,  Mütləq 
tələbə  tam  cavab  vermirik,  ancaq  yolumuzdan  azmırıq,  çaşmırıq, 
büdrəmirik, sarsılmırıq. 
Kamilləşməmiz  –  Ailə  Günlərimizdə  bu  məsələni  aydınlaşdır-
mağa çalışırıq. Uğurumuz odur ki, hər kəs səhvini görür və etiraf edə 
bilir.  Münasibətimizdə  doğmalıq  artır.  Mütləq  ölçüylə  yanaşdıqda 
kallıqlarımız hələ də qalır. Bu da ruhun yetkinləşməməsi ilə bağlıdır. 
Özüylə döyüşdükcə, yetkinləşdikcə münasibət aliliyinə yetəcəyimizə 
inanıram. 
İlimizin  əsas  uğurlarından  biri  İnamlının  ardıcıl  görüş  təşkil 
etmələridir.  Xalqlaşma  baxımından  bu,  uğurdur.  Onun  bu  inadı 
özünə və Ocağa gərəklidir. Bu inadın özü elə İnamlını yetkinləşdirir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə