Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə80/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   76   77   78   79   80   81   82   83   ...   86

267 
 
qiymətləndirmək lazımdır, təhlil eləmək lazımdır. Misli görünməyib 
belə bir şeyin. Bilirsiniz, mən Ruhaniyyat tarixini ən qədim dövrdən 
üzü  bu  yana  oxumuşam.  Başqa  hadisələrin  də  tarixini  oxumuşam, 
bilirəm.  Mən  deyrəm  ki,  Asif  Atanın  Ocağı  tarixi  ötüb.  Mənim  hər 
saniyəm  Ocaqdır.  Bilirəm  Ocaq  nədir,  o  biriləri  də  bilirəm.  Bunu 
öyrənib,  bilib  fəxr  eləmək  lazımdır.  Bunu  bilib,  nəinki  Ocaqla, 
bütövlükdə  Azərbaycanla  fəxr  eləmək  olar.  Dünya  çapında 
bəşəriyyətin  ortasında  Azərbaycanla  fəxr  eləmək  olar.  Bu  dağılmış 
Azərbaycanın  içindən  gör  necə  qüvvətli  ürəklər  çıxıb  ortaya.  Mən 
sizi  əmin  edirəm,  kitabalr  yazılacaq.  Şirnikdirmək  üçün  demirəm, 
ktablar  yazılacaq  nə  qədər  sayda,  yenə  də  yazıb  qurtara  bilməyə-
cəklər. Mən əlimə qələm alan adamam, yazının nə demək olduğunu 
bilirəm.  Cild-cild  kitablar  yazılsa  da,  yenə  ifadə  eləyib  qurtara 
bilməyəcəklər  Asif  Atanın,  Onun  Ocağının  işini.  Sözə  sığmayan 
ləyaqət.  Bundan  qırağa  durmaq  olar?  Bir  adi  iş  deyilmədi  burda, 
hamısı xalq yaratma işidir. Özünü göstərmə işi deyil bu. Görürsünüz 
hara  gəlib  çıxmışıq,  illərimizi  boşuna  xərcləməmişik.  Hər  kəsin 
Ocaqdakı işinin müqəddəsliyi var, gözəlliyi var. İncidir bu. Mütləq-
dir. Heç bir şey sözə sığmır. Hələ ayrı-ayrı qüsurlarla bir yerdə. Ayrı-
ayrı qırağaçıxmalarla bir yerdə. Onlar olmasaydı gör nə olardı. Ayrı-
ayrı  qırağaçıxma  məqamlar,  balaca  hallar,  qüsurlar  olmasaydı  gör 
Ocaq nə olardı. 
Mən  sizə  deyəndə  ki,  ömrünüzü  sistemləşdirin,  düşüncənizi 
sistemləşdirin,  ki,  büdrəməyəsiniz,  çaşmayasınız,  usanmayasınız, 
yorulmayasınız, ondan ötrü deyirəm. Bu boyda yaratdığın zənginliyi 
heç eləmə, heç eləyərsən ömrünün hansısa bir məqamında. Adam var 
ki, yaxşı işlər görür, yaxşı işlərlə ölmür, o böyük işəri alt-üst edib elə 
ölür. Sənin böyük işlərinin çoxu tarixdə olar, ancaq sənin o işləri heç 
eləməyin də tarixdə olar. O iş qalar, sən heç olarsan. Ancaq işlə sənin 
birliyin,  vəhdətin  olar,  zamanlara,  tarixə  işıq  salarsan.  Bütün 
sevgilərə işıq salarsan, on illərlə, yüz illərlə... 


268 
 
 
 
Üstün Atalı Ataya səcdə ilə sözünə başladı: Nədən yaranır səfər? 
Cəmiyyət insanın qarşısında iki seçim qoyur: ya canını qoru, ya da 
ruhunu.  Canını  qorumaq  istəsən,  ruhunu  əlindən  alırlar.  Əslində 
üzdən  azad  görünürsən.  Ancaq  kiminsə  aləti  olursan,  buyruqçusu 
olursan.  Onların  dediyi  qaydalarla  yaşayırsan,  elə  canını  onlara 
tapşırırsan. Ruhunu qorumaq istəyirsən, cəmiyyətin çirkabından uzaq 
olursan.  Burada  məsələ  təkcə  yalanı  görmək  və  uzaq  olmaq  deyil, 
həm  də  onu  ifşa  etməkdir.  Cəmiyyətin  qurtardığı  yedə  ruhaniyyatı 
bitirirsən.  Ədalətin  yox  olduğu  yerdə  ədaləti  bitirirsən.  Vətənsevər-
liyin qurtardığı yerdə vətən eşqi yaradırsan. Amalın bunu tələb edir. 
Bəs  bu  necə  keçir  həyata?-  Ocağın  bütün  tədbirləriylə,  o  cümlədən 
Ruhani  Səfərlə.  Hər  bir  səfər  daxildə  yetdiyin  yolun  güzgüsüdür. 
Özünə  inama  nə  dərəcədə  yetmisənsə,  onu  vermək  eşqinə  də  elə 
yetirsən. İçindəki qorxunu ötmüsənsə öz halınla, cəsarətinlə, sevginlə 
ömürlərə daxil olursan. Əgər bilmək istəyirsən ki, hünərlisən, səfərə 
çıx.  Onda  hər  bir  şeylə  adam  üz-üzə  gəlir.  İstər  suallarla,  istər 
hallarla.  Əgər  bilmək  istəyirsən  ki,  cəsarətlisən,  onda  səfərə  çıx. 
Əgər  bilmək  istəyirsən  ki,  inamlısan,  sevgilisən,  əgər  bilmək 
istəyirsən ki, içində vətən eşqi var, doğrudan da, sənin içində xalqa 


269 
 
yanmaq  var,  səfərə  çıx.  Səfərə  çıxanda  hər  şey  aydın  olur.  Yol 
gedəndə,  insanlarla  söhbət  edəndə,  halları  görəndə,  qarşına  suallar 
çıxanda,  onda  sənin  için  özünə  aydın  olur.  Özünü  tanımaq 
istəyirsənsə,  səfərə  çıx.  Bu  arzuyla,  niyyətlə  özümün  səfərlərimi 
yeniləmək əzmindəyəm. 
 
Ulusəs Atalı Ataya Səcdə ilə sözünə başladı: Hamının Müqəddəs 
Səfər  Günü  qutlu  olsun!  Ocağın  bütün  Mərasimləri  Bayram 
səviyyəsində olan hadisədir. Bu, gələcəyə açılan bayramlardır. Səfər 
bir neçə yöndə gedir. İnsanın özünün içinə etdiyi səfər, xalqın içinə 
etdiyi səfər, biri də var Ocaqçının kitabıyla etdiyi səfər, kitab yazıb 
səfər  edir.  Mən  Nurtəkinin  bugünkü  kitabıyla,  fəaliyyəti  ilə  bağlı 
təbrik edirəm. Arzu edirəm ki, başqa Ocaqçılar da belə kitab səfərləri 
etsinlər.  Dünən  mən  Soylu  Atalı  ilə  bir  söhbət  elədim  və  ağlımda 
vərəqləndi bu söhbət. Soylu Atalı deyirdi ki, kitab üçün material var, 
bir az da işləmək olar. Mən bir şey anlamırdım, dünən anladım, Ocaq 
Yükümlüsü deyir ki, bir var mən yazım, yaxud Nurtəkin yazsın, bir 
də var sənin kimi yaşlı adamın Ocaq yönündən kitab təqdim etməyi – 
bu,  Atanın  təsdiqidir.  Bu  yaşda  adam  Mütləqə  İnamı  qəbul  edib, 
hətta ortaya kitab qoyub, bu, böyük hadisədir. 
Soylu  Atalı: Bəli,  Atanın Mütləqə  İnamı,  yaşından  asılı  olmaya-
raq,  insanın  içini  aşkarlayır,  günlərin  bir  günü  ortaya  bir  dəyər 
çıxarır. Bu elə Ata məktəbinin gücünün təsdiqidir. 


270 
 
Ulusəs  Atalı: ...  Sonra  Soylu  Atalı  bir  fikir  də  işlətdi,  mən  onu 
dəqiqliklə  deyə  bilmərəm,   belə  fikir  idi  ki,  uzun  müddət  ağır 
aqibətlə yaşayan adamın bir gün içi açıla bilər. 
Soylu  Atalı: Əzab  açır,  mən  buna  inanıram...  Çətinlik  insanının 
içini  açır.  Çünki  yaradıcılıq  kefdən  doğulmur.  Yaradıcılıq  əzabdan, 
çətinlikdən doğulur. 
Ulusəs  Atalı: Soylu  Atalının  dedikləri  ruhaniyyatdan  gəlir, 
Mütləqçilikdən gəlir. Bu öz təsdiqini tapmalıdır, tapacaq da. Hamını 
Səfər Günü ilə təbrik edirəm. 
 
Göylü Atalı sözünə Ataya səcdə ilə başladı: Mən bu günlərdə sayt 
üçün film hazırlayırdım, Atanın səfər haqqında dediklərindən istifadə 
etmişəm.  Mərasim  üçün  müəyyən  şeylər  düşünmüşdüm  danışmağa, 
amma o tələbləri oxuyandan sonra deyəcəklərimdən daşındım. Mən 
Atanın  o  tələblərini  oxudum  və  həqiqətən  xəcalət  çəkdim.  O  tələb-
lərin  qarşısında  mənim  aqibətim,  durumum,  düşüncə  tərzim  cavab 
vermir. Ona görə də məhz səfər məsələsində üzümü ağartmalıyam. 
Soylu Atalı: Səfər məsələsində təməlin var, üzün ağdır. 
Nə  çətinliyimiz  olursa  olsun,  nə  ağrı-acımız  olursa  olsun,  onun 
fövqündə  durmalıdır  bizim  şəxsiyyətimiz.  Şəxsiyyəti  yarat.  Heç  nə 
şəxsiyyəti yaratmağa əngəl ola bilməz. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə