Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə78/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   74   75   76   77   78   79   80   81   ...   86

260 
 
 
 
Mən 24 ildə bircə dəfə mərasimdən qalmışam. 22 il öncə. Yıxıl-
mışam,  o  qədər  yorğun  olmuşam  ki,  yatmışam,  xəbərim  olmayıb. 
Hər  birinizi  anlayıram,  iş-filan.  Əgər  işdən  2-3  saatı  alıb  qurban 
verməsən, bir dəfə yeniləcəksən, iki dəfə, beş dəfə. Yenilmək olmaz. 
Mənim “Üç oğluma məktub” əsərimi ayda bir dəfə oxumaq lazımdır. 
Elə şeylər var ki, onları təkrar oxumaq lazımdır. Hərçənd mən Ocaq 
ideyaları ilə yüklüyəm, ancaq mən qayıdıb çox şeyləri oxuyuram. 
Bizim işimizin bundan sonra da davamlı, uğurlu olması sizin hər 
birinizdən  asılıdır.  Bir-birinə  münasibəti,  ümumiyyətlə,  insani 
münasibəti  ciddi  öyrənmək  lazımdır.  İnsana  münasibət  başlıca 
məsələdir.  Hər  şeydən  yüksəkdə  durur  və  hər  şeyin  həlli  insana 
münasibət məsələsidir. Bunu yaxşı öyrənmək lazımdır. Vaxt tapmaq, 
fərd-fərd  insanları  cəlb  eləmək,  söhbət  aparmaq,  məşğul  olmaq, 
böyütmək,  Ocağa  Evlad  hazırlamaq  lazımdır.  Hər  kəsin  müəyyən 
qatqısı, cazibəsi olsun. Sadə insanların içərisində var eqoist olmayan. 
Fikirləşər  ki,  elə  Ocaq  mənim  yerimdir.  Gedişat  ayrı  hava  çalır. 
İnsanları  öyrətmək  lazımdır  ki,  çalınan  havaya  oynamayın.  Qolun-
qabırğan yorulub sınacaq. Çağırın, qoyun Ocağın havasına oynasın. 


261 
 
Dişimizlə, dırnağımızla Ocağı qoruduq, yaşatdıq. Bundan sonranı 
ciddi düşünmək lazımdlır. Hər kəs düşünsün. Arxayınlaşmayın, xahiş 
edirəm.  Mənim  üzərimə  atmayın  məsuliyyəti.  Ocaq  mənim  şəxsi 
məsələm deyil axı. Ocaq bəşəriyyətin məsələsidir. Ocaq hər birinizin 
ölməzliyinizin,  əbədiliyinizin  məsələsidir...  Uğurlu  işlər  çoxdur, 
ancaq xalqyaratma məsələsi azdır. Uğurlu işlər ölçüyəgəlməz dərəcə-
də çoxdur. 
Asif  Ata  “Ruhani  Səfər  Günü”  mərasimini  sovet  ideologiyası 
dövrəsində  başladı,  həyata  keçirdi.  İlk  Ocaqçılar,  indi  Ocaqda 
olmasalar  da,  Günevdən  başqa,  mən  onların  o  dövrkü  əməllərini 
ciddi qiymətləndirirəm. Mən istəyirəm ki, Ocaqçı bir məsələni ciddi 
dərk  eləsin.  Yasaq  olunmuş  dövrdə  adam  balaca  bir  addım  atır,  o 
addım  böyük  uğura  çevrilir.  Çünki  yasaq  olunmuş  dövrdür.  Başqa 
zamanda  böyük  addım  atırsan,  o  balaca  addım   kimi  görünür.  Bu 
psixologiyadan  çıxmaq  lazımdır.  Hər  kəs  özünü  yasaq  dövrünün 
içində  görsün.  Orda  fəaliyyət  göstərsin.  Ocağın  ruhani  əlifbasını 
öyrətməyi  böyük  hadisə  saymaq  lazımdır.  “Ruhani  Səfər  Günü” 
mərasimi  hər  bir  Evladın  xalqın  içində  olaraq  xalqa  verdiyi  soraq, 
xalqdan götürdüyü soraqdır. Ona görə də hər kəs özünün ömründə, 
əməlində  xəlqi  yöndən  uğurlarını  ümumiləşdirib  həmişə  hesabat 
verməlidir.  Tarixdir  bu.  Ocaq  tarixi,  hesabatlardan  götürülüb 
yazılacaq, həm də müqayisələr aparılacaq. 
 Mən  sözümü  bitirmirəm,  sözümü  axırda  bitirəcəm,  mərasimlə 
halallaşmıram hələ, sizi dinləmək istəyirəm,“Ruhani Səfər Günü”nə 
sözünüzü. 
Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı: Keçən ilin “Səfər 
Günü” Mərasimindən sonra bir çox səfərlər həyata keçirilmişdir: 
Qar  Ayında  Ocaq  Yükümlüsü  Soylu  Atalının  və  Göylü  Atalının 
Gəncə bölgəsinə səfəri olmuşdur. Orada orta məktəbdə 50-yə qədər 
öyrənci  və  öyrətmənlərlə  görüş  keçirilmiş,  görüşdən  sonra  Ocaq 
ədəbiyyatları  paylanmışdır.  Sonra  Ocaq  ədəbiyyatları  mərkəzi 
kitabxanaya təqdim edilmiş və burda da ciddi söhbətlər aparılmışdır. 
Asif  Atanın  kimliyi,  məqsədi,  irsinin  önəmi  söhbətin  gedişində 
hərtərəfli izah edilmişdir. Sonrakı görüş “Kamil Vətəndaş” mədəni-
maarif  birliyində  davam  etmiş,  gəncləri  doğru  yönəltməyin  gərək-


262 
 
liyinə bağlı fikir bölüşmələri olmuşdur. Ayrı-ayrı insanlarla da fərdi 
söhbətlər olmuş, onlara Ocaq ədəbiyyatları bağışlanmışdır. 
 
 
Sonra Soylu Atalının “Kəpəz” televiziyasında bir verilişdə iştirakı 
olmuşdur. Bu verilişdə Asif Atanın ömrü, yaratdığı milli-bəşəri yolu, 
ideya hədəfləri əhatəli və dolğun şəkildə ifadə olunmuşdur. 
6 Köçəri Ayında Göylü və İnamlı Atalıların təşkilatçılığı ilə Bakı 
şəhərində Orta məktəblərdə Soylu Atalının görüşləri keçirilmişdir. 
17  Köçəri  Ayında  Soylu  Atalı  İnamlı  Atalı  ilə  Bakıda  çoxsaylı 
ünvanlara “İnam Səfəri” etmiş, fərdi və kütləvi görüşlər keçirmişlər. 
40 nəfərə qədər gənclə görüşdə Azərbaycançılıq məzmununda söhbət 
edilmiş,  Azərbaycanın  mənəvi-ruhani  obrazı  Asif  Atanın  meyarı 
əsasında qiymətləndirilərək izhar edilmişdir. 
6  Günəş  Ayında  yenə  də  Soylu  Atalı  İnamlı  Atalı  ilə  birgə 
çoxsaylı  gənclərlə  görüşlər  keçirmişdir.  Qaradağ  rayonu  ərazisində 
(üç  ünvanda)  70-ə  qədər  öyrəncilərdən  və  öyrətmənlərdən  ibarət 
soydaşlarımıza Amal sorağı vermişdir. 
Görüşlərin sonunda görüş iştirakçılarına çoxsaylı ədəbiyyatlar da 
hədiyyə edilmişdir. 
15  Günəş  Ayında  Soylu  Atalı  İnamlı  Atalı  ilə  birlikdə  Qaradağ 
rayon  mərkəzində  gənclərlə  görüş  keçirmişdir.  30-a  yaxın 


263 
 
öyrəncilərə  Azərbaycanın  mənəvi-ruhani  dəyərləri  haqqında  bilgi 
verilmiş,  Asif  Atanın  yaratdığı  İnsanilik  təliminin,  ruhaniyyat 
sisteminin  milli  varlığımızın  qurulması  və  qorunması  baxımından 
önəmi  izah  edilmişdir.  Gənclərə  çoxsaylı  Ocaq  ədəbiyyatları  pay 
verilmişdir.  Soylu  Atalı  və  İnamlı  Atalı  rayon  mərkəzi  kitabxana-
sında və rayon mədəniyyət evində də olmuş, bu ünvanlarda da Ocaq 
ədəbiyyatları hədiyyə etmişlər. 
22  Günəş  Ayında  Günev  Atalının  evinə  Qutsal  Onluğun  qəbul 
törəni keçirilmişdir. 
24 -25 İşıq Ayında Ocaq Yükümlüsü Soylu Atalı Güntay Atalı ilə 
birlikdə  dəvətə  görə  “İncə  günü  –  İncə  gülü”  saz-söz  şöləninə 
qatılmışdır.  Tədbirdə  Soylu  Atalı  sazın  türk  ruhunu  yaşamasındakı 
önəmli  rolunu  dinləyicilərə  çatdırıb.  Şölənə  qatılan  ayrı-ayrı 
insanlara da Ocaq ədəbiyyatları pay verilmişdir. Həmin tədbirdən bir 
gün  öncə  Tovuz  rayon  mərkəzində  olmuşlar.  Həftənin  6-cı  günü 
olduğuna  görə  məktəblərdə  kütləvi  görüşlər  keçirmək  baş  tutmasa 
da,  məktəbin  öyrətmənləri  ilə,  eləcə  də  rayon  mədəniyyət  evinin 
müdiri ilə Asif Atanın işi, Amalı haqqında söhbətlər edilmişdir. Həm 
məktəbə, həm mədəniyyət evinə Ocaq ədəbiyyatları hədiyyə edilmiş 
və  rayon  mərkəzi  kitab  evinə  kitablar  və  qəzet  biçimində  (özəl 
buraxılış) ədəbiyyatlar bağışlanmışdır... 
Qürub Ayında Günev Atalının anasına yas mərasimi keçirilib. 
Qürub  Ayında  Güntay  Atalının  evində  “Fikir  Evi”  həyata 
keçmişdir.  Güntay  Atalının  qohum,  qonşu  və  dostlarının iştirakı  ilə 
keçən  görüşdə  Soylu  Atalı  Ata  haqqında,  Ata təlimi  haqqında  bilgi 
verib,  dinləyicilərin  suallarını  cavablandırıb.  Görüşdən  sonra  onlara 
ədəbiyyatlar bağışlanıb. 
24 Ata Ayı, 36-il tarixində (24 sentyabr) Bakının kitab evlərinin 
birində  Soylu  Atalının  görüşü  keçirilmişdir.  Üstün  Atalının 
təşəbbüsü və təşkilatçılığı sayəsində “Kitab Evi”nin işçiləri ilə keçən 
görüşdə Asif Atanın ömrü, ideyaları deyilmiş, Azərbaycan haqqında 
Onun  yaratdığı  Dəyər  Sistemi  izhar  edilmişdir.  Soylu  Atalı  görüş 
iştirakçılarının  suallarını  cavablandırmış  və  onlara  Asif  Atanı  ciddi 
oxuyub öyrənməyi tövsiyə etmişdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə