Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə75/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   71   72   73   74   75   76   77   78   ...   86

250 
 
deyirdi,  özünəməxsus  nöqtələr,  Leyli-Məcnundan,  Fərhad-Şirindən 
danışanda,  eşqdən,  insani  dəyərlərdən  və  dinin  əksinə  heç  nə 
deməyib.  Din  sonra  yaranıb.  13,  7  milyard  il  bundan  qabaq  kainat 
yaranıb.  Tanrı  parçacığından.  On  üstü  mənfi  on  bir  metr  nüvədən 
ibarət  olub  elektron,  proton,  neytron.  Fiziki  vakuumda  partlayışla 
hidrogen  atomu,  helium  və  beləliklə, bu  kainat,  planet  əmələ  gəlib. 
Bu, Aşıq Ələsgərin şeirində var. Kainat necə, nə vaxt yaranıb. İnsan 
nə vaxt yaranıb. İnsan bizim bu tarixdən geri hardasa 5 mld il qabaq 
yaranıb.  O  tərəfdən  də  7  mld  il  dövründə  kainat  formalaşıb.  Yəni 
demək  istəyirəm  ki,  açığı  mən  bilmirəm  hardan  başlayım  hardan 
qurtarım, bu bacımız çıxış elədi, axar su heç vaxt bulanmaz. Bütün 
bu neotexnologiyayla təbiətə, ekologiyaya o qədər zəhərlənmə gedir 
ki,  əslində  fizika  elminin  inkişafı  təbiəti  korladı.  Atom  sənaye 
istehsalı ilə. Yəni onu demək istəyirəm ki, müəyyən şeylər var ki, bir 
az  Asif  Ata  ideyalarını  bəlkə  də  konkretləşdirib  yığcam  şəkildə, 
gələcəkdə mən burda olsam fikirlərimi yenə deyərəm. Sadəcə olaraq 
mən  indi  bilmədim  hardan  başlayım,  hardan  qurtarım.  Hər  halda 
allah işinizi avand eləsin. Hər gələn adam öz fikirini deyir axıra kimi, 
saxlamaq lazımdır müəyyən yerdə. 
Cəmiyyətdə  ola  bilər  ki,  mən  də  bir  yer  tuta  bilərəm,  amma 
mənim də öz fikrim, öz fəlsəfəm, öz düşüncəm var... 
(Həsən bəy ilk dəfə idi, Ocaq tədbirində iştirak edirdi. Özü dediyi 
kimi, fikrini dağınıq şəkildə bildirdi, aşıq Ələsgərdən şeirlər söylədi. 
Məqsədi  dini  müdafiə  etmək  idi.  Ocaq  Yükümlüsü  onun  sözünü 
kəsmədən axıra qədər dinlədi, sonra öz fikirlərini bildirdi – G.A.) 
Soylu  Atalı: Çox  sağ  olun.  Mən  hər  birinizi  dinləməyə  meyilli-
yəm. Amma heç biriniz Asif Atanın prinsiplərinə, ideyalarına bələd 
deyilsiniz,  bilmədən  danışırsınız.  Mən  başlanğıcda  da  onu  vurğu 
elədim. Heç biriniz hazır deyilsiniz, inciməyin. Ona görə mən həmişə 
Ataya  rəğbət  bəsləyən  insanları  da  dinləyirəm,  amma  hər  kəsin 
fikirini  subyektiv  hesab  eləyirəm.  Asif  Atanın  fikrinin  təzahürü 
hesab eləmirəm. Çünki Asif Ata tamam başqa bir dünyanın sakinidir. 
Tamam ayrı bir şey öyrədir. Asif Ata elə bir məktəbdir ki, hər kəs o 
məktəbdən  öyrənə  bilər.  Heç  kim  o  məktəbin  içində  subyektiv 
məktəb formalaşdıra bilməz. Qıraqda özü bilər. 


251 
 
Mən  söhbətin  başında  dedim  ki,  bizim  tədbirimiz  iki  hissədən 
ibarət  olur.  Birinci  hissə  mərasim  hissəsidir,  adını  xüsusi  vurğu 
elədim. Mərasimdə mərasimə uyğun söz demək gərəkdir. Bəşərilik-
dən danışın. Ağrıları xırdalamayaq, ucuzlaşdırmayaq. Balaca-balaca 
detallara,  faktlara  yönəltməyək  mövzunu.  Böyük  məsələlər  var, 
onlardan bəhs edə bilirsinizsə, buyurun. Hər kəsi dinləməyə hazıram. 
Yox, bəhs edə bilmirsinizsə dinləyin. Çay süfrəsində suallarınızı da 
verin, danışın da. Polemikaya da gedək, ancaq mübahisəyə girməyək. 
Bura  mübahisə  ünvanı  deyil.  Polemikada  da  əsaslandırılmış  fikir 
qoymaq  lazımdır  ortaya.  Çox  dərin  məsələdir  bu.  Elə-belə  sadə 
məsələ deyil. Hər kəsin həvəsinə uyğun məsələ deyil. Belə məsələ-
lərə həvəskarlıqla münasibət bildirmək mümkün də deyil. 
Bir məqamı da  vurğu eləmək istəyirəm. Burda ayrı-ayrı  mövqeli 
insanlar olub, dəfələrlə olub, yenə də olacaq. Bu mülk amaldaşımızın 
mülkü olsa da, bu mühitin özü həm də xalqın mühitidir. Bu mühitə 
gələn insana, kim olursa-olsun, biz söz demək haqqı tanıyırıq. Ancaq 
xahişim  odur  ki,  sözün  məsuliyyətini  hər  kəs  hiss  eləsin.  Özümüz 
özümüzü  idarə  edək.  Çox  tədbirlər  olur  cəmiyyətdə.  Hamısı 
replikadır, sayğısızlıqdır, hamı bir-birinə sataşır. Hamı bir-birinə söz 
atır.  Belə  şey  olmaz  axı.  Hamı  yerdən  danışır,  dodağının  altında 
bilmirsən  nə  deyir.  Asif  Atanın  ünvanı  elə  ünvandır  ki,  burada  hər 
kəs  bir-birinə  sayğı  duymalıdır.  Bu  ünvanın  adı  Mütləqə  İnam 
ünvanıdır. İnsanlıqdan bəhs edirik biz. Ona görə də böyük məzmun-
da, böyük mənada sözü olan buyursun. Sözü olmayan öyrənsin. Nə 
qədər öyrənsək, bir o qədər yaxşıdır. Asif Atadan öyrənmək gərəkdir. 
Öyrəndikcə  öyrənmək  gərəkdir.  Asif  Ata  nicatdır,  xilasdır.  Biz  onu 
hər şeyimizlə sübut eləmişik – kitabımızla, sözümüzlə, ömrümüzlə. 
O  ki  qaldı  din  məsələsi,  allah  məsələsi,  mən  bu  məsələyə  Asif 
Atanın  baxışını  vurğu  eləyəcəm,  aydınlıq  gətirəcəm  söhbətimizin 
sonunda.  Ancaq  ona  kimi  kimin  bəşərilik  mövzusunda  sözü  varsa 
buyursun. 
Elşin Həsənov: Burda müxtəlif fikilər səsləndi. Dini də, Qərbi də 
tənqid eləyənlər oldu. Bu çox normaldır. Dediyimiz demokratiyanın 
özü,  kim  necə  yozur,  onun  öz  işidir,  demokratiya  deyib  qeyri-
demokratiya yaradırlar öz işləridir, öz aramızda deyirəm  ki, bu gün 


252 
 
dünyada  sivilizasiya  döyüşü  gedir.  Qərb  dediyimiz,  kimlər  ki,  bu 
hadisələri  törədirlər,  buna  Qərb  adı  verək,  yəhudi  adı  verək,  bunlar 
düşünüb beyin işlədiblər, bunu hazırlayıblar. Pisdir, yaxşıdır, nədirsə, 
başqa mövzudur bu. Tutaq ki, bir şou yaradırlar, bizi də bu şounun 
içinə  qatırlar.  Biz  uduzuruq.  Mənim  sözümün  mənası  odur  ki, 
Azərbaycan olaraq, dünyada o insanlar yoxdur ki, ideyaları uğrunda 
mübarizə aparanlar, onlar uduzurlar. Necə? Bu gün o şounu yaradan-
lar ki var, onlar onu bu gün üçün yaratmırlar. Bir şey atırlar ortaya, 
bizim  başımız  qarışır  o  məsələyə,  başlayırıq  bu  mövzu  uğrunda 
çarpışmağa,  bunlar  öz  məqsədlərini  həyata  keçirirlər.  Sözsüz  ki, 
məqsədləri  pisdir.  Yaxşı  məqsədlər  olsa  biz  görərdik.  Dünya  da 
dəyişərdi. Demək istəyirəm ki, biz, ideya adamları da, bu gün üçün 
düşünməyək,  gələcək  üçün  düşünək.  İslam  deyirik,  islam  qaldı 
keşmişdə. Biz hamısını qatıb qarışdırıb elə bir şey ortaya çıxartma-
lıyıq  ki,  məsəlçün,  dünyadan  da  qırağa  çıxmaq  olmur  da.  Sən 
Azərbaycan olaraq asılısan. Sənin tutaq ki, neftin var, nəyin var, sən 
neftlə dolanası deyilsən ki. Sən neftini satıb Qərbdən nəsə almalısan, 
yaxud  İrandan  nəsə  almalısan.  Yəni  yoldaşlıq  münasibətlərini  sən 
saxlamalısan. Heç kimlə düşmənçilik də yaxşı deyil. Mən də dindən 
istifadə edib, amma durub dinin üstünə getsəm, orda uduzacam. Öz 
payıma  deyirəm  ha.  Yəni  elə  bir  şeylər  ortaya  qoymaq  lazımdır  ki, 
biz qələbəyə çatanacan müəyyən gedişlərdə uduzmayaq, geri qalma-
yaq.  Mənfi  fikir  ortaya  qoyanların  içində  uduzmayaq.  Çünki  onlar 
gələcək üçün bu şeyləri atırlar. Bizim də başımız qarışıb ona. Bir də 
ayılırıq ki, onlar öz məqsədlərini həyata keçiriblər. Bu gün dünyada 
baş  verən  pisliklərin  səbəbi  keşmişdən  bu  cür  hadisələrin  acısını 
daşıyırıq. 
Soylu  Atalı: Biz  sizlərin  düşündüklərinizi  dinləyirik,  sözsüz  ki, 
ortaq  deyilik.  Ocağın  mübarizəsi  bəs  qədər  aydındır.  Biz,  eləcə  də 
burda  oturan  sizlər  hakimiyyət  deyilik  ki,  hansısa  qıraq  qüvvələrlə, 
dövlətlərlə  nələrdəsə  anlaşmaya  gedək,  əməkdaşlıq  edək.  Biz 
ruhaniyyatçıyıq, siyasi oyunlarla məşğul ola bilmərik. Xalqımıza da 
həqiqətimizi axıra qədər deyirik, bütöv deyirik. Sizlərdən də ziyalılıq 
umuruq, sağlam mövqe ortaya qoyun, millətin gələcəyinə qulluq edin 
deyirik. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə