Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə83/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   78   79   80   81   82   83   84   85   86

280 
 
Mütləqə  İnam  Ocağı  Ocaqdan  qovulmuş  bu  iki  şəxsin  –  Elçin  və 
Soltanın Ocaq adına atdıqları addıma görə sorumlu deyil. 
Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 
Atamız Var olsun! 
Soylu Atalı 
Mütləqə İnam Ocağının Yükümlüsü 
01 Köçəri Ayı, 36-cı il. Atakənd. 
(fevral, 2015. Bakı.) 
 
Əslində  Ocaqdan,  Ocaq  ünvanından  qıraqda  Atalı  adına  iddia 
edənlər  var.  Bir  vaxtlar  Atanın  ölümündən  sonra  Ocaq  bölündü. 
Onda  da  mən  çox  ehtiyatlı  davrandım.  Niyə?  Yükün  altına  girdim, 
ancaq  bu  hələ  Ocağın  mən  və  mənim  yanımda  olanlardan  ibarət 
olması anlamını təsdiq eləmirdi. Eyni səviyyədə qarşı tərəf də Ocağı 
yaşadardı,  məsuliyyətin  altına  girərdi  və  deyərdi  ki,  mən  Ocağam. 
Baxmayaraq  ki,  mən  Asif  Atanın  dönəmində,  sağlığında  Ocağın 
ruhani  təşkilatçısı  idim.  Ancaq  ruhani  təşkilatçı  olmaq  dediyim 
məsələyə  tamamilə  əsas  vermirdi, səbəb  vermirdi.  O  çağda  da  mən 
məsələyə  həm  ehtiyatlı,  həm  də  iddialı  yanaşırdım.  Ancaq  gedişat, 
tələb, Ocaqçılıq halı sübut elədi ki, biz doğru addım atmışıq, doğru 
yol  seçmişik  və  Ocağın  ləyaqətinin,  adının,  işinin  yalnız  bizə  bağlı 
olduğuna  haqq  etmişik.  Bunu  biz  sübut  elədik.  Çünki  qarşı  tərəf 
dağıldı,  Ocağın  adını  doğrultmadı.  Ocaqla  bağlı  düzgün  addım 
atmadılar. Tamamilə yanlış addım atdılar. Heç bir ruhani münasibət, 
ünsiyyət  yarada  bilmədilər.  Ancaq  biz  Atanın  ölümündən  bugünkü 
günə  kimi  Atanın  Ocağını  ləyaqətlə  yaşadırıq.  Onun  hər  bir  işini 
bütün  məsuliyyətiylə  həyata  keçiririk.  Heç  kimlə  cırmaqlaşmadan, 
heç  kimi  qaralamadan,  heç  kimlə  oyun  oynamadan,  rəqabət 
aparmadan  yüksək  səviyyədə  ruhani  əməlləri  becərmişik,  ruhani 
işləri  həyata  keçirmişik.  Özümüzü  içəridən  böyütməklə  uğraşmışıq. 
Asif  Ata  Evladı  adına  layiq  olmağa  çalışmışıq.  Bu  yöndə  ciddi 
yaşantılarımız göz önündədir. Sonrakı aşamada üstünlük yenə bizdə 
oldu.  Bu  çağa  qədər  Atanın  Ocağını  biz  yaşatdıq,  biz  qoruduq,  biz 
gətirdik  o  məsuliyyəti,  o  yükü,  o  anlamı.  Biz  gətirib  çıxartdıq 
bugünə,  o  adamları  da  biz  yığmışdıq  yörəmizə.  Biz  Ocağa  qatdıq 


281 
 
onları.  Biz  yönəltdik  onları.  Onlar  bizdən  ayrıldılar,  biz  onlardan 
ayrılmadıq. Onun da bu gün sonucu göz qabağındadır. Bütün işləri, 
gücləri bizi qaralamaqdan, rəqabət aparmaqdan başqa bir şey olmadı. 
Cəmiyyətin  içinə  yüyürməklə  deyil  ki,  Ocaq  filankəs  deyil,  bizik. 
Ocağı yaşatmaq gərəkdir. Atanın işini qabağa aparmaq gərəkdir. Onu 
biz  edirik.  Yenə  deyirəm,  heç  kimlə  cırmaqlaşmadan,  heç  kimi 
qaralamadan,  heç  kimin  yanına  yüyürüb  hesabat  vermədən  böyük 
ləyaqət  ortaya  qoyuruq.  Bu  gün  bir  daha  biz  onu  sübut  elədik.  Bu 
gün  bizdən  ayrılanlar  özlərinin  heçliyini,  yolsuzluqlarını  sübut 
elədilər.  Dağıldılar,  dalaşdılar.  Ruhani  birlik  yarada  bilmədilər. 
Ruhani ünvana çevrilə bilmədilər. Ona görə bu gün yenə də qəti bir 
qərar verirəm – Ocaq adı, Ocaq ünvanı ikinci, üçüncü, beşinci yerdə 
yoxdur, ola da bilməz. 
Bilmirlər Ocağı, dərk eləmirlər Ata kimdir, nə istəyir. Bir an belə 
içinə  çəkə  bilməyiblər  Atanı.  Ocaq  birdir,  o  da  bu  ünvandır.  İkinci 
Ocaq yoxdur. Bundan sonra da olmayacaq. Ocağa ancaq Evlad gələ 
bilər,  ya  da  Evlad  çıxa  bilər.  Ayrı-ayrı  bölgələrdə  Ailələr  olacaq, 
ancaq  beş  Ocaq  olmayacaq.  Bəlkə  sabah  Ocağın  təsiri,  sorağı 
artandan  sonra  qıraqdan,  Ocaqdan  çıxmışlardan  beş-üç  nəfər 
yığdılar,  dedilər  ki,  bu  da  Ocaqdır,  Ocağı  sarsıtmaq  üçün,  Atanın 
işini  əymək  üçün-filan.  Biz  məgər  çaşmalıyıq?  Heç  vaxt  çaşmaya-
cağıq.  Heç  kimə  qarşı  da  xüsusi  təbliğata  ehtiyac  yoxdur.  Heç  bir 
balacanı  böyütməyək.  Ocaqdan  qıraqda  kim  Atanın  işinə  xeyir 
vermək  istəyər,  buyursun.  O  cəhətdən  biz  Ata  işinin  qapısını  heç 
kimin  üzünə  qıfıllamırıq.  Xalqın  içində  ciddi  işlər  getməlidir. 
Atanın adından Qutsal bəlgə yazmağa Ocağın Yükümlüsü haqq edir. 
Bu ünvandan çıxacaq həmişə Ocağın Yükümlüləri... 
İndi istəyirəm Ruhani Ailə ilə bağlı bir neçə kəlmə söz deyəm və 
sonra  Ailəçiləri  dinləyək.  Çünki  bu  gün  əsasən  Ailəçilər 
danışmalıdır.  Bu,  hər  kəsin  günüdür,  “Ailə  Günü”  mərasimində 
Ailəçilər  danışmalıdır,  “Ruhani  Evlad  Günü”  mərasimində  Evladlar 
danışmalıdır.  Uğurlar  təqdim  olunmalıdır.  Mən  də  Ailəçiyəm,  mən 
də Ailəmiz adından söz deyəcəm. 
Ocağın  yaşaması  və  böyük  ideyaları  gerçəkləşdirməsi  üçün 
bilirsiniz  ki,  Atanın  illərlə  üzərində  işlədiyi  biçimlər  var.  Məra-


282 
 
simlərin  hər  biri  Ocağın  yaşadılması  və  Evlad  boyunun  ruhani 
səviyyəyə yüksəlməsi üşün Atanın düşündüyü biçimlərdir.  Bunların 
da hər biri ayrı-ayrılıqda məzmun daşıyır. “Ailə Günü” mərasimində 
konkret Ailə ilə bağlı, Ailənin işi, əməli ilə bağlı söhbət getməlidir. 
“Ruhani  Evlad  Günü”  mərasimində  konkret  Evlad  səviyyəsi,  Evlad 
boyunun  yaranması,  Evlad  özünəxaslığı,  Evlad  əməli,  hünəri, 
bunlarla  bağlı  söhbət  getməlidir.  “Ata  Günü”  mərasimində  Ata  ilə 
bağlı  söhbət  getməlidir.  Onsuz  da  bütün  mərasimlərin  cövhərində 
Ata məsələsi var. Ancaq “Ata Günü” mərasimi Ocaqçının Atanı necə 
görməsi,  necə  anlaması,  Ataya  necə  yaxınlaşması  və  i.a.  bunlar 
hamısı  öz  izahını  tapmalıdır.  Ocaqçının  ağlında  hər  bir  mərasimin 
məzmunu  aydınlaşmalı  və  oturuşmalıdır.  “Ruhani  Səfər  Günü” 
mərasimində  ruhani  səfərlərdən  danışmaq  gərəkdir.  “Ailə  Günü” 
tədbirlərində də həmçinin konkret Amallaşma, Kamilləşmə, Xalqlaş-
ma  hesabatı  və  gedişatda  qoyulan  mövzular  üstə  söhbət  eləmək 
gərəkdir. Bunu yetirmək gərəkdir. Hər bir tədbirdə hər şeyi danışmaq 
doğru  deyil.  Konkret  təyinatı  üzrə  danışmaq.  Bununla  da  ənənəni 
tamamilə  təsdiq  eləmək  gərəkdir.  Konkret  məzmun  var,  məna  var. 
Burda başlayır, burda bitir. 
Ailə  biçimini  Asif  Ata  düşündü,  ortaya  gətirdi,  təkcə  Ailəni 
biçimləşdirmədi,  həm  də  Ailənin  Gününü  müəyyən  elədi:  Ocağın 
içində  “Ailə  Günü”  olsun  və  mərasimləşsin.  Bütün  Ailələr  Ocaq 
mərasimində bir yerdə olur, başqa Ailələrin işlərindən bilgili olsun, 
başqa Ailənin əməlləriylə, hesabatlarıyla, düşüncələriylə tanış olsun. 
Yaxşı  bir  mübadilə  getsin.  Ona  görə  Ata  bu  mərasimi  düşünüb. 
Bizim  sayımız  azdır  deyə,  həm  də  çox  vaxt  Ailələr  bir  yerdə  Ailə 
Günü  keçirdiyinə  görə  hamı  bir-birini  görür,  bir-birini  eşidir,  bir-
birini  dinləyir.  Ancaq  ola  bilər  sabah  daha  çox  bölgələrdə  Ailələr 
olsun,  biri  o  rayonda,  biri  bu  rayonda.  Sən  onu  mərasimdən-
mərasimə  görürsən.  Yaxud  da  səfər  edərkən  onları  görərsən, 
doğmalaşarsan, bu da hər gün demək deyil. Bu mənada hər bir Ailəçi 
Ocaq  mərasimində  bir-birini  içdən  tanımalı,  bilməli  və  ruhani 
bağlılıq  yaranmalıdır.  İlk  dəfə  Ocaqda  Ailə  başlayanda  bir  Ailə 
vardı.  Baxmayaraq  ki,  Ocaqda  cəmi  bir  Ailə  yaranmışdı,  Ata  o 
Ailənin  yaranmasıyla  Ocaqda  “Ailə  Günü”  hadisəsi  yaratdı,  məra-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə