Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə82/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   78   79   80   81   82   83   84   85   86

275 
 
cək.  Ocaq  adlı  xoşbəxlik  arzulayıram.  Başqa  xoşbəxtlik  tanımıram. 
Hamıya o xoşbəxtliyi arzulayıram. 
-Dünən  İnamlı  səhər-səhər  mənə  zəng  elədi  ki,  vaxtın  varsa, 
məktəblərə  gedək.  Onda  da,  yaxşı  anlamda,  qəribəliklər,  gözlənil-
məzliklər  var.  Dedim,  mən  ona  hazır  deyiləm,  Günevin  kitabını 
işləyirəm, yuxusuzam həm də. Saat 6-ya kimi işləmişəm, saat yarım 
yatıb  durmuşam.  Günorta  görüşəndə  dedi  ki,  getmişdim  filan,  filan 
yerlərə görüş təşkil eləməyə. Yaxşı hallardır, gözlənilməz cəhdlərdir. 
Ocaq üçün gərəkli keyfiyyətlərdir, bunu böyütmək lazımdır. İnamlını 
bu mərasim münasibətilə təbrik edirəm. 
-Güntay, bu gün münasibətilə səni təbrik edirəm. Atanın qarşısın-
da yeni bir səhifə açacağına inanıram və gözləyirəm. Həmin səhifədə 
ciddi  ruhani  səviyyə  təqdim  eləməlisən  ləyaqətinə  bərabər.  Ruhani 
ləyaqətinə  bərabər  yaradıcılığını  ortaya  qoymalısan.  Fitrətində  var 
ruhaniyyat,  onu  böyütmək  lazımdır.  Ən  yüksək  səviyyəyə  çıxmaq 
lazımdır. Xoşbaxt ol. (Evladlıq Nişanəsini təqdim edir – Ü.A.) 
Nurtəkin  Soylu  Atalıya  Evladlıq  Nişanəsini  təqdim  edir: 
Mərasimini qutlayırıq. Sənə qanad olmaq istəyiylə! 
Soylu  Atalı: Biz  hər  birimiz  Atanın  hüzurundayıq.  Biz  hamımız 
bir yerdə Atanın diqqətiyik, Atanın qulağıyıq. Mən deyəndə ki, Atanı 
soraqlayıram,  əslində  mən  Atanın  Evladları  vasitəsilə  Atanı 
soraqlayıram. 
Böyük bir gün keçirdik. Bu böyük gün bizim ruhani ləyaqətimizin 
həm ifadəsi oldu, həm də təsdiqi. Ataya uyğun gün keçirdik və Ata 
tələbinə  uyğun  yaşadıq.  Bir  addım  qabağa  getdik.  Mərasimimiz 
bizim  işimizi  göyləşdirdi.  Bununla  da  Müqəddəs  günümüzü 
sonlaşdırırıq  və  yeni  işlərimizə,  əməllərimizə  doğru  irəli  addım 
götürürük. 
“Ata  Ruhunu  Ürəyimizdə  aparırıq!”  səcdəsilə  Mərasim  sona 
yetdi. 
 
 Sərt Ayı, 36-cı il. Atakənd. 
(dekabr, 2014. Bakı.) 
  


276 
 
Asif Atanın – İnam Atanın 
Mütləqə İnam Ocağı 
 
Ata - Ocaq İlsırasının 36-ili 
Müqəddəs “Ailə Günü” Mərasiminin 
GEDİŞATI 
 
Yer: İnam Evi; 
Gün: 6 Köçəri Ayı, Qismət Günü
Vaxt: saat 14.00 . 
 
Oda Mərasimin ruhuna uyğun hazırlanır. Təşkilatca sorumlu 
Göylü Atalıdır. 
Mütləqə İnam Bayrağı gətirilir, – hamı səcdə duruşunda. 
“Ata Harayları” səsləndirilir. 
Hamı: “Ruhani Ailəmiz – bizi kamillik səviyyəsinə aparan qutsal 
yolumuz!” deyir. 
 
“Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Türkel, 
“Ataya Günorta Ricası”nı – Ulunur, 
“Ruh Üstə” izharını – Üstün deyir. 
 
Ocaq Yükümlüsü Soylu Atalının Mərasim sözü dinlənilir. 
 
Mərasim qonuları: 
1. Ailə yükümlüləri Ailələrin illik uğurlarını dəyərləndirirlər. 
2. “Ailə Günü” Ocaqçı ömrünü Amal üstə quran ruhani qüdrətdir. 
Mərasimə hədiyyə varsa təqdim edilir. 
 
Ocaq Yükümlüsü Evladlıq Nişanələrini Yol sözü ilə paylayır. 
 
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsi 
ilə Mərasim başa çatır. 


277 
 
CARLAR: 
• Ruhani Ailəmiz – bizi kamillik səviyyəsinə Aparan qutsal 
yolumuz
• Ataya səcdəmiz – İnsana, Həyata, Dünyaya inamımız! 
  
Gedişatı yazdı: Türkel Atalı 
26 Qar Ayı, 36-il. Saray-Soylu. 
 
 
 
Qəbul olunur. 
            
     Soylu Atalı 
Mütləqə İnam Ocağının Yükümlüsü 
                      
26 Qar Ayı, 36-il. Saray-S. 
  
  
 
 


278 
 
Qutsal “Ailə Günü” Mərasimində deyilmiş fikirlər 
 
Ocaq Günsırası ilə 6 Köçəri Ayı, 36-cı ildə Asif Atanın Mütləqə 
İnam  Ocağı  Qutsal  “Ailə  Günü”  mərasimini  həyata  keçirdi.  Ocaq 
quralalrı  yerinə  yetirildikdən  sonra  Ocaq  Yükümlüsü  Ataya  səcdə 
edərək  sözünə  başladı:  Ocaqda  vəfat  etmiş  Ocaqçılar  –  Sabahlı, 
Bağban,  Amaltay  bizimlədir,  onları  özümüzlə  birgə  hiss  edirik  və 
onların  adına  ayağa  dururuq.  Qutsal  mərasimimizi  Ocaqda  ali 
əməllərin, hünərlərin təqdiri ilə davam edirik. 
 
 
Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim 
Asif Ataya – İnam Ataya ali səcdə ilə! 
 
Qutsal Bəlgə 
1)  Asif  Ata  Evladı  İnamlının  Səfərdə  Ocaq  Yükümlüsü  ilə 
çoxsaylı  öyrəncilərin  görüşünü  təşkil  eləmək  əməlini  Ocaq  təqdir 
edir. 
Ocaq  Yükünün  altında  özünü  Evladlıq  adına  layiq  səviyyəyə 
çatdırsın. Atamız Var olsun! 
2)  Asif  Ata  Evladı  Göylünün  Atakənddə  Ocaq  Yükümlüsü  ilə 
çoxsaylı  öyrəncilərin  görüşünü  təşkil  eləmək  əməli,  bölgəyə  ruhani 
səfər əməli, Ocaq tədbirlərini işləməsi, Atanın yazılarını bilgisayarda 


279 
 
yazıb  təqdim  eləməsi,  Ocaq  işlərini  fotolar  araçılığı  ilə 
tarixləşdirməsi  və  arxivləşdirməsi,  Yeni  İlin  Günsırasını  başa 
gətirməsi, maddi cəhətdən Ocaqgüzarlıqları təqdir olunur. 
Özünü  yetgin  səviyyədə  fikir-ideya  quruculuğuna  çatdırsın. 
Atamız Var olsun! 
3)  Asif  Ata  Evladı  Nurtəkinin  sitə  araçılığı  ilə  Ocaq  yayıcılığı 
əməlləri, bütövlükdə Ocaq Yükümlüsünün bütün Ocaq tapşırıqlarını 
nizamlı şəkildə yerinə yetirməsi əməlləri təqdir olunur. 
Fərdi  görüşlərlə  özünün  xalqlaşma  əməllərini  yetirsin. 
Atamız Var olsun! 
4) Asif Ata Evladı Güntayın maddi cəhətdən davamlı Ocaqgüzar-
lığı təqdir olunur. 
Ruhani  Ailəçilik  səviyyəsində  Söz-fikir  quruculuğuna  yetsin! 
Atamız Var olsun! 
Soylu Atalı 
Mütləqə İnam Ocağının Yükümlüsü 
01 Köçəri Ayı, 36-cı il. Atakənd. 
(fevral, 2015. Bakı.) 
 
Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim 
Asif Ataya – İnam Ataya ali səcdə ilə! 
 
Qutsal Bəlgə 
Asif  Atanın  Mütləqə  İnam  Ocağını  yaşama  içəriləmək  –  sabaha 
çatdırmaq üçün güvənc duyub (cismani qardaş olan) Elçin və Soltan 
qardaşları  İşıqlı  və  Yolruh  adı  ilə  Ocağa  qaytarmağım  özünü 
doğrultmadı. 
Asif Atanın Ocaqdan çıxardığı adamlar bir daha Ocağa qayıtma-
malıdır.  Yanlış  olaraq  bu  hökmü  dəyişməyimin  sorumluluğunu 
çağında  dəyərləndirə  bilmədim.  Sonucda  Ocağın  işi  bəlli  ölçüdə 
ziyana uğradı. 
Bu gün Atanın və Onun Ocağının qarşısında yanlışımı boynuma 
alıb  adı  çəkilən  adamların  Ocağa  qaytarılma  bəlgəsini  qüvvədən 
düşmüş  sayıram.  Bununla  da  onların  Ocaq  adına  davranışlarını 
İnamın  tarixində  özbaşınalıq  kimi  qiymətləndirirəm.  Asif  Atanın 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə