Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə79/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   75   76   77   78   79   80   81   82   ...   86

264 
 
Od-Qürub  Aylarında  (iyul,  avqust)  Üstün  Atalının  Siyəzən, 
Şabran,  Saatlı,  İmişli,  Gədəbəy,  Sabirabad,  Oğuz,  Qax,  Şəki 
bölgələrinə  səfərləri  olub.  Bu  səfərlər  zamanı  kitab  evlərində, 
mədəniyyət evlərində, gənclik mərkəzlərində olub, söhbətlər aparıb, 
ədəbiyyatlar bağışlayıb. 
6  Yağış  Ayında  Bakıda  İnamlı  Atalının  təşkilatçılığı  ilə  Soylu 
Atalının görüşü keçirilmişdir. 
20  Yağış  Ayında  Bakıxanov  qəsəbəsində  Güntay  və  İnamlı 
Atalıların təşkilatçılığı ilə Ocaq Yükümlüsünün görüşü keçirilmişdir. 
Güntay Atalının başqa çoxsaylı görüş təşkil etmək cəhdləri olub, 
getdiyi yerlərdə uğurlu söhbətlər edib. 
Günev qardaşımızın Beyləqan rayonundakı fəaliyyəti də gündən-
günə genişlənir. Ağcabədi, İmişli bölgələrində Elana bacımızla birgə 
görüşlər  keçirir.  Atanın  çap  olunmuş  kitablarını  rayonların  kitab 
evlərinə təqdim edib söhbətlər aparır. 
Asif Atanın "İnam  və Şübhə" kitabı Göylü Atalı tərəfindən yeni 
variantda latın qrafikalı Azərbaycan abesində və Ocaq-türk abesində 
yazılıb Ocağa təqdim olundu və elektron mətbuatda yayımlandı. "Ata 
Səsi"  kitabı  hazırlanmışdı,  yenidən  o  ikinci  dəfə  işlənildi  və  Ocağa 
təqdim olunaraq hər bir Ocaqçıya pay verildi. 
"Türkdən başlayan Yeni Bəşər İnamı" çap olundu. Asif Atanın 3 
Bitiyi  (kitablar  toplusu)  çap  olundu:  "İçdən  Yaranma",  "Hüquqdan 
Haqqa" və "Özüllər Özülü". Bu kitablar çapdan çıxandan sonra kitab 
evlərinə təqdim olundu, rayonlara getdi, Azərbaycanın sınırından da 
qırağa  çıxdı  –  Türkiyəyə,  Rusiyaya,  qismən  də  Avropaya  (poçt 
vasitəsilə ayrı-ayrı insanlara). 
Hər  bir  tədbir  səsdən  yazıya  çevrilib,  kitab  şəklində  təqdim 
olunub.  Bu  əməldə  Ocaqçıların  hamısının  zəhməti  var,  Ocaq 
Yükümlüsünün yükü və zəhməti hər kəsdən artıqdır. Belə ki, redaktə 
işi,  kitabların,  tədbirlərin  tam  hazırlanması  onun  özü  tərəfindən  və 
nəzarəti altında bitkin bir şəkildə başa çatıb. 
“Atagün”  Ailəsinin  Ailə  günləri  hər  ay  keçirilib,  Ocaq  Yüküm-
lüsü  və  ayrı-ayrı  Ocaqçılar  da  oraya  gedirlər.  Bu,  özü  səfərdir,  hər 
dəfə yeni hallar, yeni əməllər olur. 


265 
 
Soylu  Atalı: Məncə,  bir-iki  əlavə  eləmək  də  olar.  Mərasimə 
hədiyyə  təqdimi  hissəsində  xüsusi  vurğu  edəcəyik,  ancaq  ümumi 
əməl  hesabatı  ki  veririk,  Nurtəkinin  kitabının  işıq  üzü  görməsi  və 
Günevin  kitabının  hazır  şəklə  gətirilməsi,  doğrudur,  bunlar  bir-iki 
cümləyə  sığan  hadisə  deyil,  çox  ciddi  əmək  var,  iş  var,  vaxt  var. 
Yaxud da Atagünə səfər. Atagünə səfər – neçə ildir davamlı şəkildə 
hər ay Atagünə səfər olunur, bu səfər də elə-belə məsələ deyil. Ciddi 
zəhmətdir,  diqqətdir,  xərcdir,  böyük  əməkdir.  Davamlı  şəkildə, 
yorulmadan, usanmadan. Mən başlanğıcda deyəndə ki, Ocağa bəra-
bər  hadisə  yoxdur,  bu  hesabatla  sübut  elədin  ki,  yoxdur.  Bu  boyda 
işlərə  bərabər  işlər  tapa  bilərsənmi?  Deyərsən,  hansısa  təşkilat 
haqqında,  filankəs  filan  təşkilatın  sədri  ilə  əməkdaşlıq  imzaladı. 
Rayon şöbəsinə göstəriş verildi. Ocaqda isə nəhəng quruculuq var. 
Nurtəkin Atalı: Mən özüm də hesabatı hazırlayanda görürəm ki, 
yazanda ki, o görüş olub, bu görüş olub, görürsən ki, il zəngin olub 
və bəzən biz səfər edirik və ya mərasim keçiririk, həmin gün o fərəhi 
yaşayrııq,  ancaq  toplu  şəkildə  olanda  onun  dəyərini  daha  yaxşı 
anlayıram. 
Soylu Atalı: Toplu halında olanda dağa dönür. 
Nurtəkin  Atalı: Ata  deyir  ki,  İnsanın  fərəhləri  –  İnam  fərəhi, 
İdrak  fərəhi,  Mənəviyyat  fərəhi,  İradə  fərəhi  var.  Səfər  bu  fərəhləri 
yaradandır. İnsanın öz içində bu sevincləri kəşf etmək – səfərdir. Bu 
sevinclərlə  yaşamaq  –  səfərdir.  Bu  sevincləri  bölüşmək  səfərdir. 
Çünki  səfər  yeni  hallar,  duyğular,  düşüncələr  kəşfi  deməkdir.  Səfər 
daim ruhani əhvalı ruhani kökdə saxlamaq deməkdir. 
Öz dərdini millətin dərdinin içində əritməkdir səfər. 
Öz ağrılarını unudub millətin dərdinə yanmaqdır səfər. 
Öz  ömrünü  millətinin  sabahına  həsr  etməkdir  səfər.  Belə  bir 
aqibət yaşamaq yolu yaradıb bizə Ata. 
Evladına  “Səfərə  yaraqlan!”  hökmü  verib  Ata.  Yaraqlanmaq 
döyüşə hazırlaşmaq deməkdir. Özündəki şərlə döyüş, həyatdakı şərlə 
döyüş.  Şər  həmişə  var,  ayıqdır,  hücumdadır.   Sonuca  –  azadlığa, 
fərəhə, Mütləq İnama, İdraka, Mənəviyyata, İradəyə qovuşmaq üçün 
döyüşmək gərək! 


266 
 
Atanı  öyrənmək  –  Atalığı  öyrənməkdir,  Evladlığı  öyrənməkdir. 
Dünəni  bilmək,  bu  günü  yaşamaq,  sabahı  yaratmaqdır.  Sabahı  bu 
gündən  görməkdir,  görə  bilməkdir.  Atanı  öyrənmək  –  Ataya 
qovuşmaqdır  –  duyğuda,  düşüncədə,  əhvalda  Ata  ilə  dolmaqdır. 
Atanı  öyrənmək  –  Atalığı,  Evladlığı  öyrətməkdir.  Səfər  bu  əməlin 
gerçəkləşməsidir.  Evlad  aqibətinin  yaranması,  Amala  sadiqliyinin 
təsdiqidir. 
İnamsızlar arasında İnamlı olmağın fərəhini yaşamaqdır səfər. 
İdraksızlar arasında İdraklı olmağın fərəhini yaşamaqdır səfər. 
Mənəviyyatsızlar  arasında  Mənəviyyatlı  olmağın  fərəhini 
yaşamaqdır səfər. 
İradəsizlər arasında İradəli olmağın fərəhini yaşamaqdır səfər. 
Bu fərəh özü qədər yük qoyur çiynimizə, bərkidir, mətinləşdirir, 
qanadlandırır, ruhlandırır  –  İnamsızları  inama  yetirmək,  idraksızları 
İdraka yetirmək, Mənəviyyatsızları Mənəviyyata yetirmək, İradəsiz-
ləri iradəyə yetirmək sorumluluğuna yüksəldir. 
Soylu  Atalı: Hesabatını  yetkin  saymaq  olar.  Bilirsiniz,  mən 
deyəndə ki, Ocağı hansısa bir hadisəylə, faktla müqayisə eləməyə yol 
vermək olmaz. Bu boyda hadisələr saydın, bunların zəhmətini bir-bir 
ifadə  eləsən,  eşidənlərin  gözü  kəlləsinə  çıxar.  Böyük  zəhmətlərdir 
bunlar.  Yaxud  da  xərclər.  Gəl  görək  Göylü  hər  ayda  nə  qədər  xərc 
ortaya  qoyur.  O,  hardan  əmələ  gəlir?!  Hər  tədbirə,  bayrama  diqqət 
ayırır.  Güntay  nə  qədər  məsələlərə  xərclər  qoydu,  hardandır  bu? 
Güntay,  Göylü  bunun  qarşısında  nə  alıb?  Ulusəsin  ləyaqəti,  Ocaq 
burda  davamlı  şəkildə  iş  görür,  sözünü  deyir.  Ona  kim  nə  qədər 
vəsait  ayırır,  verir?!.  Nədir  onun  umacağı  burda?  Göstərin  buna 
bərabər hadisəni. Üstün bu qədər rayonlara səfərlər elədi. Xərcdi. İki 
ayda  on  rayona  getmək  asan  məsələ  deyil.  İndiki  vaxtda  bu,  asan 
məsələ  deyil.  Üstəlik  Ocağın  qayğılarına  da  Amal  borcu  verib.  Bu 
qədər  kitablar  çap  olunub,  bunlar  zəhmətdir,  xərcdir.  Bu  zarafat 
məsələ  deyil.  Biz  kimlərik?  Hansı  xüsusi  gəlir  yerlərimiz  var.  Ona 
görə də mən deyəndə uydurmuram ki. Mən deyəndə ki, Ocağı heç nə 
ilə  müqayisə  eləmək  mümkün  deyil.  Ürəklərdə  olan  gücə  bax! 
Ürəklərdə olan qüvvətə bax! Minlərlə üzvü olan partiyanın gücündən 
qat-qat  yüksəkdə  durur  5-10  nəfərin  ürəyinin  gücü.  Bunu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə