Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə86/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   78   79   80   81   82   83   84   85   86

289 
 
mənim  olmadığım  bir  çağa  hazır  olmaq  məsələsi.  Ocaq  yükünün 
altına  girmək  və  i.a.  Bu,  asan  bir  şey  deyil,  gərək  bütün  varlığın 
Ocağa  çevrilsin  və  Ocağı  incəliklərinə  qədər  dərk  edəsən.  Asan 
deyil,  gərək  onu  yaşada  biləsən,  sabaha  apara  biləsən.  Partiya  sədri 
kimi  yeri  boş  qalmasın  deyə,  ayrısını  oturtmaq  məsələsi  deyil.  Çox 
fərqlidir.  Ocaqla,  Atayla  nəfəs  almaq  və  saniyən  belə  Ocaqdan 
qıraqda  olmamaq.  Mən  bunu  təbliğat  aparmıram,  siz  bunu  özünüz 
görürsünüz.  Mənim  Ocaqdan  qıraqda  bir  saniyəm  belə  yoxdur. 
Bilirəm  ki,  sizlərin  də  ömrünüzdə  Ocaq  var,  bəzilərinizin  ömrünə 
çevrilibdir.  Ancaq  onu  tam  yaşatmaq  məsələsi  var.  O  cümlədən 
Günev,  Göylü,  Nurtəkin  gərək  onun  incəliklərnə  tam  yiyələnsin. 
Yoxsa mən deyə bilmərəm ki, sizin ömrünüzdə Ocaq yoxdur, Ocaq 
var. Bunu siz illərlə sübut eləmisiniz. 
İndi  “Atagün”  Ailəsiylə  bağlı  bir  neçə  kəlmə  deyim.  “Atagün” 
Ailəsinin yaranması, bilirsiniz ki, görüntü xatirinə olmadı. “Ocaqda 
bir Ailə də olsun, say artsın” xatirinə olmadı. Mənim Ocaqda atdığım 
hər  bir  addımın  məzmunu  var,  niyəsi  var.  O  niyəsini  sizə  mən  bir 
neçə  kəlmə  ilə  demək  istəyirəm.  Birinci  niyəsi  –  Asif  Atanın 
“Ruhani  Hökmlər”  kitabını  oxumusunuz.  Asif  Ata  “Ruhani  Hökm-
lər” kitabında hökm edir ki, hər bir Ocaq Evladı mütləq hansısa bir 
Ailədə  olmalıdır.  Ailədən  qıraqda  Evlad  qalmamalıdır.  Ancaq  biz 
Ocaqda Günevi və Elananı Ailədə görə bilmədik. Ailədə olmaq üçün 
onlar  gərək  hər  ay  ikisi  də  buraya  gəlsin.  Ya  “Ulufərəh”,  ya  da 
“Uluyol-Hünər” Ailələrinin birinin içinə gəlsin. Ya da ki, orda özləri 
bir  Ailə  olmalı  idi.  Orda  da  Ailə olmaq  üçün  Atanın  növbəti  tələbi 
özünü doğrultmalı idi – Ailəyə yeni Evladlar gətirməli idilər. Elə bir 
çağda  yaşayırıq  ki,  ölkə  başı-ayağı  bilinməyən  duruma  düşüb,  dini 
dünyagörüşlərin  toqquşduğu  bir  bölgəyə  çevrilib  Azərbaycan.  Ona 
görə  də  insanları  Ocağa  çağırmaq,  cəlb  eləmək  asan  deyil.  Üstəlik, 
sosial həyat ağırlaşıb. İnsanların başı qarışıb qarnına-boğazına. 
Deməli,  onlar  Ailədə  olmalı  idi.  İkinci  bir  məsələ,  əgər  Ocaqçı 
Ailədə yoxdursa və Ailə Günü keçirilmirsə, bilin, o Evlad yalnız və 
yalnız tükənə-tükənə gedəcək. Qurula-qurula, böyüyə-böyüyə getmə-
yəcək.  Gərək  içində  olasan.  Ona  görə  mütləq  Ailənin  içində  olmaq 
gərəkdir.  Bilirsinizimi,  qəhrəman  olmaq  asan  deyil. Qəhrəman  olan 


290 
 
yaşayır,  yaradır,  əzablara  sinə  gərir,  dünyanı  qarşısına  alır  və 
günlərin bir günü, yüz illər keçəndən sonra, yaxşısının da, yamanının 
da  haqqında  dastanlar  yaradırlar.  Babək  kimi.  Məgər  Xürrəmiliyin 
Babəkdən  başqa  daşıyıcısı  yox  idi?  Sən  o  qırımla,  o  halla  ki  yaşa-
yırsan,  azadlıq  eşqiylə  yaşayırsan,  onun  uğrunda  döyüşürsən, 
mübarizə  aparırsan,  sənin  ömrün  min  ilə  yazılır.  Min  il  keçəcək, 
sənin  ömrün  məktəb  kimi  öyrəniləcək.  Elə-belə  adlanmaqla,  siyahı 
yaratmaqla olmur belə şeylər. 
Bölgədə Günevlə Elana hər ay Ocaq ideyaları, fikirləri eşitmirsə, 
bir araya gəlmirsə, onun içi davamlı qurula bilməz axı. Azala-azala, 
sönə-sönə  çıxıb  gedər.  Ha  de  mən  Ocaqçıyam.  Sən  sadəcə  adlanır-
san.  Adlanan  Mərasim  keçirə  bilirmi?  Keçirmək  üçün  sənin  sözün 
olmalıdır,  əməlin,  hünərin,  ömrün  olmalıdır.  Mərasim  ömrün 
ifadəsidir. Yoxsa bezəcəksən, söz tapmayacaqsan deməyə. (Bir dəfə, 
iki  dəfə,  bezdilər,  dağıldılar  bizdən  qopanlar.)  Sevgin  olmalıdır, 
Amaldaşının alnından, əlindən öpməyi bacarmalısan. Onda mərasim 
keçirəcəksən.  Onda  sənin  sevgin  mərasim  səviyyəsində  ifadəyə 
gələcək. Günə çevriləcək. Ona görə də biz “Atagün” Ailəsi yaratdıq 
ki,  Günevlə  Elana  Ocaqlaşsın.  Özünüz  görürsünüz  ki,  hər  ay  mən 
gedirəm,  usanmıram.  Üç  ildir.  Köçəri  Ayında  üç  ili  tamam  olur. 
Sizlər  də  getmisiniz,  daha  çox  Göylü  gedib  o  Ailədən  olmaya-
olmaya.  Nədir  onu  ora  aparan?  Bu,  içəridə  Ocaq  halının,  təpərinin 
oturmasıdır,  yaşamasıdır,  çəkib  səni  ora  aparıır.  Güc  verir  sənə 
içəridən.  Ruhani  enerji  verir.  Biz  üç  ildir  orada  “Atagün”  Ailəsi 
keçiririk. Ailənin adı da o Evladların ömrünü qurur. Atagün – Atanın 
Günü,  ikinci  bir  mənası  da  Atanın  Günevi.  Böyük  mənadır,  böyük 
yükdür, böyük ləyaqətdir, böyük örnəkdir. Biz üç ildir o Ailədə əsil 
mənada Ailə Günü keçiririk. Əsil mənada söz deyilib orda. Qızğın, 
alovlu  hesabatlar  verilib.  Mən  burda  görüşlər  keçirirəm,  fərdi 
görüşlər,  Günev  də  öz  bölgəsinə  Elana  ilə  birlikdə  səfərlər  edirlər. 
Ocaq  Ailəsi  adına  “Atagün”  Ailəsi,  riyazi  dillə  desək,  70-80% 
layiqdir.  Doğruldur.  İstəyim  odur  ki,  daha  ciddi,  daha  geniş  etkisi 
yaransın,  böyüsün.  Eyni  halda  “Atagün”  Ailəsinin  orda  yaşaması 
üçün çox ciddi bir hadisə var – Məbəd qurulur Amal bağında. 


291 
 
İnamlı  Atalı:  “Ata  Səsi”  bitiyini  oxuyub  qurtardım.  O  qədər 
mənalıdır  ki,  adamı  çəkib  aparır,  əlində  nə  iş  olsa  belə,  bitikdən 
(kitabdan) ayrılmaq mümkün deyil. 
Ata  deyir  ki,  Ailə  biçimdir,  həm  də  döyüşdür.  Ancaq  Atanın 
diliylə desək, cəmiyyətdə ailə özünü təsdiq eləməyib. Həmişə Ocaq 
tədbirlərində  ən  çətin  söz  dediyim  “Ailə  Günü”  tədbirimiz  olub. 
Çünki  Amallaşdıqca  Kamilləşməni  unutmuşam,  Kamilləşmə  işimi 
qurduqda Xalqlaşma işimi unutmuşam. Xalqlaşma dalınca gedəndə o 
biriləri unutmuşam. Üçünü bir arada tuta bilməmişəm. Ona görə də 
Ailə tədbirlərində söz deməyim çətinlik törədib. Ailənin tələbləri var 
ki,  Amallaşırsan,  İnsanla¬şırsan  və  Xalqlaşırsan.  Yaşadığın  ömürlə 
xalqı yaşadırsan, xalqı dəyişirsən. 
“Ata Səsi” bitiyində Ata bir fikir söyləyir ki, bizdən gedənlər bizi 
qınayacaqlar, bizə qarşı olacaqlar. İşdə başıma bir hadisə gəlib, onu 
danışmaq istəyirəm. 
27 Qar Ayı işdəki odama iş yoldaşım orta yaşlı bir qadını gətirib 
dedi ki, Asif Atanın yaxın qohumlarından biridir. Bəlli oldu ki, Asif 
Atanın  cismani  qardaşı  Rasim  bəyin  gəlinidir.  Vaxtilə  yoldaşı  ilə 
birlikdə Ocaqçı olublar. Atadan Ömürtay adını alıb, həyat yoldaşının 
adı  Güntay  olub.  Dediyinə  görə  özləri  Ocağı  tərk  ediblər.  Ancaq 


292 
 
söhbətdən belə anladım ki, Ata onları Ocaqda etdikləri özbaşınalıq-
lara görə Ocaqdan uzaqlaşdırıb. 
Qadın  Ocaqla  bağlı  soruşdu.  Bizim  saytımızı  daim  izlədiyini 
vurğuladı və bizi bərk ittiham elədi. Deyir ki, bizlər, yəni Ocaqçılar 
dinin  üzərinə  çox  gedirik.  Bildirdi  ki,  Asif  Ata  heç  vaxt  dinə  qarşı 
olmayıbdır. Belə olan halda susmayıb qadının üzərinə yeridim. Sual 
verdim  ki,  siz  necə  Ocaqda  olmusunuz  ki,  Atanın  prinsiplərindən 
xəbəriniz  yoxdur.  Siz  Mütləqə  İnamın  əlifbası  ilə  belə  tanış  deyil-
siniz. Bircə o qalıb deyəsiniz ki, Ata gündə beş kərə namaz qılırdı. 
Necə  ki,  zatıqırıqlar  deyir  ki,  Nəsmi  heç  vaxt  dinə  qarşı  olmayıb, 
Babək də onun kimi. Bu kimi yalanlar, böhtanlar ucbatından həmişə 
dəyərlərimiz  aşağılanıb,  gözdən  salınıb.  Sonucda  özgələşib.  İndi  də 
Atanın  yanında  olmuş  ayrı  -  ayrı  adamlar  deyəcək  ki,  Ata  islamçı 
olub.  Görünür  bu  kimi  adamlar  Atanı  böyük  mənada  tanımayıblar, 
Atalığı dərk eləməyiblər. Bu xanım əlavə edir ki, mən özüm gündə 5 
dəfə namaz qılıram. Atanı da öz istəyinə uyğunlaşdırmağa çalışır. Bu 
şəxslə qarşılaşandan sonra çağımızda şəxsiyyətlərimizə qarşı döyüş-
ləri anlamağa başladım. Anladım ki, tarix həqiqətə deyil, birilərinin 
sayıqlamalarına  daha  çox  yer  verir.  Bu  kimi  sayıqlamalarla  möhtə-
şəm hadisələrə kölgə saldıra bilir. 
Ocaqçı  olmaq,  var  olmaq  –  İnsanlıq  tələbidir,  qəhrəmanlıqdır. 
Ocaqdan çıxmaq təhlükələr yaradır. Ocaqdan çıxanların dinə və dini 
cərəyanlara üz tutma halları var. Nədən ali yolun yolçusu olmaqdan 
üz  döndərib  adidən  adi  yola  düşürlər?  İnamın  hikmətini  anlayan, 
onun fərəhini yaşayan kəsin dönüb birdən-birə bu fərəhi şübhə altına 
almağı  mümkün  deyil.  Deməli,  ağlına  çatmayıb  Ata  tələbi,  Ocaq 
hikməti.  O  qadın  mənə  hücum  edib  deyir  ki,  siz  Asif  Atanı  təhrif 
edirsiniz, onu cəmiyyətdə pis qələmə verirsiniz. 
Belə görünür ki, Ocağı dönüklərdən qorumaq lazım gələcək. 
Atamız var olsun. 


293 
 
 
 
Türkel  Atalı Ataya  Səcdə  ilə  sözünə  başladı:  Sözümü  Ocaq 
Yükümlüsünün  bəzi  fikirləri  üstə  demək  istəyirəm.  Ocaq 
Yükümlüsünün Ailə Günlərinin birində dediyi fikir: “Özünü qınama 
özüylədöyüş  deyil,  özüylədöyüş  ruhumuza,  mənliyimizə  hakim 
kəsilən  daha  böyük  qüsurlarla  üz-üzə  gəlməkdir”.  Hər  dəfə  Ailə 
Günlərində “bu ayım zəf, yetərsiz keçib” deməklə özümü qınayıram. 
Amalda 14 yaşa gəlib çatsam da, hələ bu aşamanı ötə bilməmişəm. 
Ocaq  Yükümlüsünün  “Üç  oğluma  məktub”  əsərində  dediyi  fikir: 
“Çox qəribədir, həyatın gedişatı heç kimi qane eləmir, ancaq heç kəs 
də  bu  nataraz  gedişata  qarşı  duran  adamı  qəbul  etmir”.  Nəyə  görə 
qəbul etmur? Bu sualı düşünə-düşünə cavablandırdım. 
“Ulufərəh”  Ailəsinin  35-ci  ilin  3-cü  “Ailə  Günü”  tədbirində 
dediyi  fikir:  “Xalqın  halına  gileyçilik  hakim  olub.  Hətta  yaxşı  bir 
şeydə  də  pis  şey  axtarırlar.  Xalqın  ruhunu  öldürüblər.  Ruhunu 
öldürən qüvvələrə qarşı gücü yoxdur”. 
14 ildə hesabatlarımda gileyçilik, özünü qınamalar üstünlük təşkil 
etsə belə, Amaldan aldığım güc, inam onların qalib gəlməsinə imkan 
verməyib. 


294 
 
Yenə “Üç oğluma məktub” əsərindən: “Oğullarım Amalıma sahib 
çıxanda məni yaşadar, yolumla getdiyində mənə xoşbəxtlik gətirər” 
deyir.  Amallı  yaşamaq,  yolla  getmək  həm  də  özümüzün  xoşbəxt-
liyimizdir.  Bu  səbəbdən  bizim  özümüzü  xoşbəxt  saymağımız  Ocaq 
Yükümlüsünün özünü xoşbəxt saymasıdır. 
Başqa  bir  fikir:  “Bu  gün  sizlərdən  ikiniz  –  Türkel  və  Ulunur 
mənim yolumda görünürsünüz”. 
Yolda  getməklə  görünmək  arasında  fərq  Türkellə  Nurtəkin 
Atalının  xoşbəxtliyinin  müqayisə  edilməsidir.  Mən  yolda  görün-
məyimlə  özümü  xoşbəxt  hesab  edərəm  o  mənada  ki,  həyatdakıların 
çoxundan fərqli düşünə bilirəm. Ataya, onun İnamına daha yaxınam 
və s. Nurtəkin və Göylü bacılarım yolda getmələri ilə özünə bərabər 
yaşamaq,  Amal  fərəhinə  yetmək,  sabahlı  ömür  yaratmaq  və  s. 
xoşbəxtliyinə  yetiblər.  Yaşamımla,  fərəhimlə  o  cür  xoşbəxtlik 
diləyirəm növbəti yaşlarıma. 
Yenə  “Üç  oğluma  məktub”da  Ocaq  Yükümlüsünün  dediyi  bir 
fikir:  “Siz  həyatın  çətinliyini  hiss  eləmisiniz,  Amalın  çətinliyini  isə 
yaşamamısınız”. 
Bu fikri özünün başqa bir fikri ilə təsqiq eləmək istəyirəm: “Qəhrə-
manlar həmişə gedər-gəlməz yolu seçirlər. Qəhrəmanlıq çətinlikdən 
yaranır. Asanlığın qəhrəmanlığı olmur. Amalın yükü də onun altına 
girəndən qəhrəmanlıq tələb edir” deyir. Yəni Amalın çətinliyi insanı 
qəhrəmanlığa  yüksəldir.  Həyatın  çətinliyində  isə  qəhrəmanlıq 
aqibətinə  yüksəlmirsən.  Həyatın  çətinliyini  asanlaşdıranda,  misal 
üçün, maddi durumunu normadan artıq yaxşılaşdırırsan. Bununla da 
həyata,  cəmiyyətçiliyə  enirsən,  özün  ola  bilmirsən  və  s.  İstənilən 
halda həyatın çətinliyi səni qəhrəman etmir. Çətinliyi yaşayırsan  və 
çıxmaq  istəyirsən.  Çıxa  bilməyəndə  bədbinləşirsən,  usanırsan, 
ümidini  itirirsən.  Çətinlikdən  çıxıb  həyatını  asanlaşdıranda  yenə 
qəhrəmanlığa  yüksəlmirsən.  Bu  səbəbdən  Ocaq  Yükümlüsü  deyir, 
“Asanlığın qəhrəmanlığı olmur”. 
Ocaq  Yükümlüsü  “Üç  oğluma  məktub”  əsərində  bizdən  Amallı 
yaşamaq,  Yolla  getmək,  ruhani  qüdrətə  yetmək,  ruhani  mübarizəni 
ürəyimizin  gücü  ilə  apararaq,  aqibətimizə  çevirməyi  umur.  Mən  də 


295 
 
öncəki  hallarımdan  çıxaraq  daha  inamlı,  daha  qətiyyətli  şəkildə 
qəhrəmanlıq aqibətinə yüksəlməyi umuram özümdən. 
 
 
Üstün  Atalı Ataya  Səcdə  ilə  sözünə  başladı:  Türkelimizin 
Ocaqda  14  yaşı  qutlu  olsun.  Onun  ömründə  demək  olar  ki,  yavaş-
yavaş  tarix  yaranır.  Mən  həmişə  deyirəm  ki,  nə  yaxşı  tələbəlik 
illərindən  cəmiyyətə  qoşulmadım,  Ata  Ocağına  gəldim.  Türkel  10 
yaşından Ocaqdadır, bu, onun xoşbəxtliyidir. 
Ailəni  yaşadan  və  qoruyan  Evladdır.  Ancaq  “Ulufərəh”  Ailəsi 
məni məndən qoruyub. Ailənin bugünkü günə qədər fəaliyyəti məni 
cəmiyyətin  çirkabından,  cəmiyyətə  qoşulmaqdan  qoruyub.  Məni  bu 
səviyyədə  saxlayan  əslində  Ocağın,  Ailənin  halıdır.  Düşünürəm  ki, 
bu  səviyyəmi  Ailəmiz  bu  hala  gətirib  çıxarıbsa,  gör  tədbirlərmizlə, 
mərasimlərmizlə,  özüm  özümlə  məşğul  olsam,  özümə  tam  yiyə 
çıxsam  hansı  səviyyəyə  gəlib çıxa  bilə¬rəm.  Özümdə  elə  bir  ömür, 
dönüş  yaratmaq  istəyirəm  ki,  Ailəmizin  təməlində  iz  qoyum.  Bu 
tələblə  sözümü  bitirirəm,  hamınızı  qutlayıram  “Ailə  Günü” 
münasibətilə. 
Soylu Atalı: Mən bilmirdim Türkelin Ocağa gəldiyi mərasimdir. 
Hər  halda  bir  vaxtlar  ənənə  vardı,  onu  yenə  ifadə  eləmək  olar. 
Evladın  Ocaqdakı  ilini  vurğu  eləmək.  Onun  keçdiyi  yola  diqqət 


296 
 
ayırmaq,  təhlil  eləmək,  qiymətləndirmək.  Hər  kəs  öz  Amaldaşının 
ömrünə onun dövründə diqqət ayırsın. 
Türkelin  10  yaşından  Ocaqda  olması  bir  sıra  fikirləri  ortaya 
gətirir. Dəyərləndirmələri ortaya gətirir. Təbii  ki, 10 yaşında uşağın 
Ocağı  dərk  eləməsi  mümkün  deyildi.  Ancaq  o  həvəs,  o  istək  ki,  o 
yaşda  uşağın  içində  başlayır,  o  yaşda  uşağın  içində  başqa  şey  də 
başlaya  bilər.  Ən  çox  da  uşağı  qapsayan  ortam  nədirsə,  o  ortamın 
diktəsi  böyük  rol  oynayır.  Başqa  bir  ailədə  böyüsəydi,  əlbəttə  o, 
Ocağı  seçməzdi.  Burada  məhz  ruhaniyyatçı  ailəsində  böyüdüyünə 
görə  onun  içində  elə  bir  tələb  özünü  doğrultdu.  Sonra  yavaş-yavaş 
düşüncəsinə  yeridi,  yavaş-yavaş  sözünə  hakim  oldu,  yavaş-yavaş 
ayrı-ayrı addımlarına çevrildi. Burada onu vurğu eləmək olar ki, nə 
vaxt Ocaq işi olubsa, Türkel onu eləməkdə mızıldamayıb. Ola bilər 
içindən  gəlmədiyi  hal  olsun,  xarakteri  elədir  ki,  ən  yorğun  çağında 
belə sən deyərsən o, etiraz eləməz. Elə enerjisi var. Ancaq bunlar nə 
qədər yaxşı cəhətlər olsa da... Türkel Ocaq tədbirlərini kitablaşdırıb, 
“Ata  Səsi”  kitabında  Atanın  görüşlərinin  kasetdən  kitablaşdırılma-
sında qatqısı var. Ancaq bunları az hesab eləmək gərəkdir. Mütaliəsi 
olub,  Ocaq  kitablarını  oxuyur.  İşdən  yorğun-arğın  gəlir,  əlində 
qələm-dəftər  oxuyur.  Bunlar  özlüyündə  yaxşı  haldır.  Ancaq  başqa 
əməllər başlamaq gərəkir. Fərqli əməllərə başlamaq, onlarla yetkin-
ləşmək olar. Qovğasız-filansız fərdi söhbətlər aparmaq, imkan tapıb 
ayrı-ayrı  yerlərdə  söhbət  eləmək,  toplumun  içində  Atanın  adını 
çəkmək  gərəkdir.  Belə-belə  əməllərin  içində  bərkimək,  möhkəm-
lənmək  gərəkdir.  14  il  böyük  məsələdir,  az  məsələ  deyil.  Sabah 
baxacaqsan ki, ömrün böyük illəri Ocaqda olub, ancaq ömrün böyük 
illərinin Ocağa çevrilməsi olmalıdır, birləşməlidir bunlar. 
Mənim  “Üç  oğluma  məktub”  əsərim  təsadüfən  yazılmayıb.  Mən 
öz  evimin  içindən  Amalıma,  Yoluma  dayaq  istəyirəm,  dəstək 
istəyirəm.  Ona  sahib  çıxılmasını  istəyirəm.  Mənim  evimdə  böyük 
xəzinə var. Ata irsi, onun içində mənim fərdi irsim, ona sahib çıxmaq 
gərəkdir.  Onu  göz  bəbəyi  kimi  qoru¬maq,  sabaha  çatdırmaq 
gərəkdir. Onun üzərinə dayanıb yaradıcılığa qurşanmaq olar həm də. 
Atanın işinin davam olunmasını istəyirəm. Mən öz evimin içində göz 
qabağındayam,  səhərdən-axşama  o  işin  dalınca,  o  görüş-bu  görüş, 


297 
 
Mən  maaşımıın  bir  hissəsini  evimə  verirəm,  birini  Ocağa  ayırıram. 
Bunu da görürlər, bunu da bilirlər. Mənim səfərlərim, görüşlərim, o 
işim,  bu  işim-filan.  Eyni  vaxtda  mən  ailənin  məişətinin  axsamasına 
imkan verməmişəm. Onların ac qalmasına, təntiməsinə yol verməmi-
şəm.  Bu  boyda  işin  qarşısında  heç  vaxt  ailə  aclıqla  sınağa  çəkil-
məyib.  Evin  zənginliyi  az  olub,  ancaq  məişət  yoxsulluğu  olmayıb. 
Mən ona görə istəyirəm ki, məişətini elə qurasan ki, o, sənin Ocağını 
əlindən almasın. Ocağa özünü elə verəsən ki, Ocaq dayanmasın. 
Türkeln  14  ilində  mən  bunu  deyim  ki,  hara  gedirsən  get,  nə  işlə 
məşğul  olursan  ol,  nə  eləyirsən  elə,  heç  vaxt  Ocaq  aqibətinin  bir 
vergülünü  belə  diqqətdən  qıraqda  saxlama.  Gəncliyin  öz  tələbləri 
var, bilirəm. Türkel o cəhətdən də xoşbəxtdir ki, çağdaş gənclər kimi 
gənclik  eləmir.  Ancaq  hər  halda  gəncliyin  özünün  də  tələbləri  var, 
bunu  bilirəm.  Gənclikdən  bir  addım  qabağa  keçəndən  sonra 
görəcəksiniz  ki,  həyatda  Ocağı  yaşatmaqdan  böyük  hadisə  və 
xoşbəxtlik  yoxdur.  Başqa  hadisələr  heç  bir  şey  özünü  doğrultmur. 
Heç  bir  qayğı  özünü  doğrultmur.  Cəmiyyətdə  sənin  üz  tutduğun, 
bağlantı  qurduğun  adamlar  heç  biri  sənin  Amaldaşının  yerini  verə 
bilməz.  Heç  yerdə  tapa  bilməyəcəksiniz  Ocaqda  tapdığınız 
münasibəti.  Ocaqda  tapdığınız  ortamı  heç  yerdə  tapa  bilməyəcək-
siniz.  Ən  yaxşısı  belə  bir  yerə  qədərdir.  Ocaqda  bu  şeylər  hamısı 
ideala  bağlıdır,  böyük  ölçüyə  bağlıdır.  Bunu  da  unutmayın.  Ocaq 
aqibəti  yaşamaqdan  usanmayın.  Ocaq  Aqibəti  qurmaqdan  addımı 
dala qoymayın. Ocaq yönündə düşünməkdən usanmayın. Ocağa həsr 
olunmaqdan  usanmayın.  Bir  sözlə,  xoşbəxtlikdən  usanmayın. 
Xoşbəxtlikdən  usanarsan,  bədbəxtlik  səninlə  qol-boyun  olar.  Hər 
addımında da sənə badalaq verib yıxar. 
Sonra  Mərasimə  ruhani  hədiyyələr  –  37  ilin  Günsırası  (Göylü 
Atalı  tərəfindən  hazırlanan)  və  Nurtəkinin  hazırladığı  son  Ocaq 
tədbirlərinin görüntü diskləri təqdim olundu. 
Ocaq  Yükümlüsü  Asif  Ata  adından  Evladlıq  Nişanələrini 
Ocaqçılara təqdim etdi: 
Ulusəs,  36-cı  ilimizin  sonuncu  Qutsal  mərasimimiz  olan  “Ailə 
Günü”  mərasimi  münasibətilə  qutlayıram,  37-ci  ilimizdə  yeni 


298 
 
fərəhlərə  qovuşmağını  diləyirəm.  Yeni  fərəhlərə  qovuş  (Evladlıq 
Nişanəsini təqdim edir – N.A.). 
Nurtəkin,  37-ci  ilimizi  yeni  əməllərlə  qarşılamaq,  37-ci  ili  yeni 
hünərlərlə başa vurmaq diləyirəm. Günün qutlu olsun. 
Üstün, 37-ci ildə davamlı əməllər gözləyirəm. 
Göylü,  37-ci  ildə  quruculuq,  fərdi  yaradıcılıq  və  xalqlaşma 
uğurları gözləyirəm. 
Türkel, Ocaq qətiyyətini artır, 37-ci ildə Ocağı yaxşı bir aşamada 
heyrətləndir.  İndiyə  qədər  ayrı-ayrı  fərəhli  hallar  yaratmısan, 
Amaldaşlarını heyrətləndir. 
Ulunur,  37-ci  ildə  fərqli  davranışlar,  fərqli  əməllər  gözləyirəm. 
Bayrağımızın  önündə  tələb  almaq  və  vəd  vermək  asan  deyil.  Asif 
Atanın  qarşısında,  onun  bayrağının  altında  vəd  vermək  asan  deyil. 
İnamlı,  sənin  onsuz  da  xalqlaşma  yönündən  uğurların  olur.  Bu 
cəhətdən  cəsarətin  var,  fərqli  halın  var.  Ancaq  həm  də  37-ci  ildə 
şəxsi varlığını, şəxsiyyətini təsdiq gözləyirəm. 
Güntay,  37-ci  ildə  biz  səndən  yeni  aşama  gözləyirik  özünün 
yaradıcılığını  ifadə  eləmək  və  başqa  cəhətlərinə  əlavə  eləmək 
gözləyirik və ümid edirik. 
Nurtəkin  Atalı  Ocaq  Yükümlüsünə  Evladlıq  Nişanəsini  təqdim 
etdi:  Günün  qutlu  olsun.  Soylu  Atalıya  qanad  olmaq  istəyiylə. 
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə 
mərasim sona yetdi. 
 
 
9 Köçəri Ayı, 36-cı il. Atakənd. 
(fevral, 2015. Bakı.) 
 
 
 
 
 
 


299 
 
İçindəkilər 
 
“Yeni il” Mərasimi ................................................................. 3 
“İnsanilik” Bayramı ....................................................................... 21 
“Ruhani İdrak Günü” Mərasimi .................................................... 45 
“Evlad Günü” Mərasimi ....................................................... 76 
“Ata Sonevini Ziyarət Günü” Mərasimi ........................................ 91 
“Xəlqilik” Bayramı ............................................................ 111 
“Ziyarətgah Günü” Mərasimi ...................................................... 136 
“Şərqilik” Bayramı ...................................................................... 152 
“Ata Günü” Mərasimi ........................................................ 174 
“İnam Evi Günü” Mərasimi ............................................... 201 
"Bəşərilik" Bayramı..................................................................... 233 
“Ruhani Səfər Günü” Mərasimi ......................................... 254 
“Ailə Günü” Mərasimi ................................................................ 276 
 
 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə