Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə81/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   78   79   80   81   82   83   84   85   86

271 
 
 
Güntay  Atalı Ataya  səcdə  ilə  sözünə  başladı:  Bütün  mərasimlər 
məndən  ötrü  ilk  olduğu  üçün  onun  mahiyyətini  hələ  tam  dərk 
etməmişəm. Dərk etdikcə özüm üçün nələrsə aydınlaşır... 
 Texnologiya  nə  qədər  inkişaf  etsə  də,  səfərin  yerini  heç  nə 
vermir. Canlı ünsiyyət, üz-üzə durmaq, söz demək məsələsi. Görüşdə 
Soylu  bəyin  danışmağını  görmüşəm,  o  halları  insana  çatdırmaq...  O 
halları görən insan üçün canlı ünsiyyət əvəzsizdir. Atanın ideyasının 
yayılması görülən işlərdən, ayrıca da səfərlərdən asılıdır. Səfərlərə də 
hazırlaşmaq gərəkdir. Onda söz deyiləcək. Söz yerə düşməyəcək, söz 
yarıda  qalmayacaq,  söz  ünvanına  çatacaq.  Özünü  hazırlamalısan 
buna  görə.  Hər  dəfə  Atanı  oxuduqca  o  qədər  yarımçıqları  tamam-
layırsan  ki.  Özüm  üçün  təyin  eləmişəm  ki,  Ocaq  əvəzsiz,  dünyada 
tayı-bərabəri  olmayan  bir  qurumdur.  Ocaqda  hər  gün  yenilik  var. 
Amma dünən dediyimiz bu günə baxanda köhnəlmir. Ocağın sirri elə 
bundadır.  Hansı  yazını  götürüb  oxuyursan  yenidir,  lazımlıdır.  O 
sarıdan  Ocaq  çox  əvəzsizdir.  Ocağın  qiyməti  yoxdur  mənim  üçün. 
Atamız Var olsun! 
Türkel  Atalı Ataya  səcdə  ilə  sözünə  başladı:  Ruhani  səfərlərdə 
biz  Amallaşırıq,  Kamilləşirik,  Xalqlaşırıq.  Mənim  Ruhani  səfərim 
olmadığına  görə  səfər  halını  Amaldaşlarımdan  duyuram.  Əslində 
yaşamaq  duymaqdan  daha  önəmlidir.  Nurtəkin  Atalı  “Heyrətimin 


272 
 
inciləri” kitabında yazır ki, günlər, hadisələr, adamlar dəyişməyəcək 
ömrün dəyişməyincə. Ömrün dəyişincə, günəş bir başqa cür doğacaq. 
Mən  “Atagün”  Ailəsinin  tədbirlərinin  bir  neçəsinin  səsdən  sözə 
çevrilməsində,  ya  da  bilgisayarda  düzəldilməsində  iştirak  etmişəm. 
Ocaq  Yükümlüsü  Atagün  Elinə  səfərlər  edir,  orada  Ailə  Günləri 
keçirirlər,  Ailə  günlərində  hesabatları  ilə  bir-birinin  içinə  səfərlər 
edirlər. Bu səfərlər yurdu və insanı dəyişmək, yaratmaq üçün edilir. 
Günev  və  Elana  Atalıların  ömürləri  dəyişdiyinə  görə  onlar  üçün 
Günəş bir başqa cür doğur. Bu Günəş Atagünü qaranlıqların təsirin-
dən qorumaq üçün var. 
 Nurtəkin bacımın kitabı onun əlçatmaz hünərini, heyrətini anladır 
mənə.  Baxmayaraq  ki,  nəinki  bu  kitabın,  Ocaq  kitabının  dərinlik-
lərinə varmaq üçün fərd kimi formalaşmağım lazımdır. Fərdin ömrü 
sözə, kitaba sığmır. Amaldaşımın ömrünü, kitabını təbrik edirəm. 
Soylu Atalı: Mərasimə ruhani hədiyyələr qəbul edək. “Ata Səsi” 
kitabı ikinci dəfə təqdim olunur. Bir dəfə yalnız Ocaq üçün bir ədəd 
təqdim  olunub.  Bu  kitabda  tədbirlərin  kitablaşdırılmasında,  səsdən 
sözə  çevrilməsində  burdakıların  hamısı  iştirak  edib.  Kitabda  çox 
böyük  ləyaqət  var,  sevgi  var.  Bu  kitab  hər  kəsə  təqdim  olunur,  hər 
kəs dərk eləsin ki, nə cür zəhmətlər var. Güntay Atalı hər birimizdə 
bu kitabın olmasını arzuladı və arzunu həyata keçirmək üçün maddi 
cəhətdən dayaq oldu, ikimiz bu işin öhdəsindən gəldik. 
İkinci  hədiyyə,  Amaldaşımız  Nurtəkinin  kitabı.  Kitab  bir  çox 
cəhətdən  təsdiqdir,  Ata  məktəbinin  gücünün  təsdiqidir,  Evlad 
ləyaqətinin  qurulmasının  təsdiqidir.  Ata  sözünü  xalqa  çatdırmağın 
təsdiqidir. (Kitab Ocaqçılara təqdim olunur – Ü.A.) 
Göylü,  gün  o  gün  olsun  ki,  sənin  kitabın  ərsəyə  gəlisn,  bir  neçə 
cəhətdən sən bunu haqq edirsən və borclusan. 
Üstün  Atalı: Bacımı  təbrik  edirəm,  Ömrün  və  kitabın  qutlu 
olsun. (Hər kəs bir-bir Nurtəkini təbrik elədi – Ü.A.) 
Nurtəkin Atalı: Ocaqda bir çox əməllər Soylunun ruhani inadı ilə 
həyata keçirilir. Bu kitab da elə Soylunun inadı nəticəsində yarandı. 
Burda İnamlının və Günevin olmasını çox istəyərdim. 
Bu kitab əlimə  gələndə mən iki  adama həsrət çəkdim  – bir Asif 
Ataya, bir də anama. İstəyərdim ki, onlar da görsün. 


273 
 
Soylu  Atalı: Mən  də  istəyərdim  Asif  Ata  görsün,  anan  görsün, 
amma  neyləyək,  xalq  görəcək.  Ucalığa  təqdim  olnunan  hər  şey  elə 
Asif Atanın da anaların da diqqəti deməkdir. Mənim kitablarımı atam 
da gördü, anam da, amma nə oldu?! 
 Biz bütün nəslimizin ləyaqətini təsdiq edirik. Bu gün onlar bunu 
bilmir, biz bunu bilirik. 
 
 
Nurtəkin Atalı: Kitab çıxanda hər bir Amaldaşım mənə zəng edib 
təbrik etdi, bu mənə dayaqdır. Mənim cismanilərim bəlkə də bunu öz 
yaxınlarına  təqdim  etməyəcək,  amma  mən  bilirəm  ki,  bu  kitaba 
qiymət  verən  Amaldaşlarım  olacaq.  Mən  bu  kitabın  yaranmasında 
bənzərsiz zəhməti olan Soylu Atalıya dərin təşəkkürümü bildirirəm. 
Soylu  Atalı: Təbrik  edirəm.  Mən  Amaldaşlarıma  güvənirəm. 
Ruhaniyyat  sənin  ömrünə  daxil  olub.  Ruhaniyyatçısan  və  bunu  heç 
nə və heç kim inkar edə bilməyəcək. Asif Ata Ocağında elə hadisələr 
var ki, onu bütün dünya heç nüvə silahı ilə də inkar edə bilməz. 
Kitablarınız  çıxsın  və  bunu  bayram  edin.  “Ömür  kitabının 
bayramı” – bir dəfə bayram eləmək olar. 
Üçüncü  hədiyyəmiz  mərasimlərin,  tədbirlərin  diskidir,  Nurtəkin 
hazırlayıb.  Ocağın  elektron  arxivinin  yaranması.  Ata  qarşısında 
həmişə üzü ağ olsun. 


274 
 
Müqəddəs  Gün`ümüz,  Ata  hüzuruna  gəlişimiz,  Ata  hüzuruna 
sözümüz sona çatır, Atanın adına, tələbinə layiq Evlad hünəri ortaya 
qoyulur. Bu şərəf qutlu olsun, bu şərəf hər zaman alqışa layıq olsun. 
Mərasim insanlığın ən böyük qiymətidir. 
 Nişanələrimizi Atanın adından təqdim edirik və qəbul edirik: 
-Nurtəkin, əməllərin, hünərlərin qutlu olsun və ömrün qutlu olsun. 
Mərasimləşdi ömrün də, ləyaqətin də, yaradıcılığın da. Ata qarşısın-
da həmişə başın uca olsun. Heç vaxt arxayınlaşma və özünün kamil 
şəxsiyyətini  Ataya  təqdim  elə.  Xoşbəxt  ol. (Evladlıq  Nişanəsini 
Nurtəkinə təqdim edir – Ü.A.) 
-Ulusəsi  təbrik  edirəm  Səfər  Günü  münasibətilə,  Amaldaşlarına 
olan sevgi və etibarı, doğmalığı münasibətilə. Bundan sonra da Ata 
qarşısındakı məsuliyyət və Ata qarşısındakı fərəh onun ömrünü tərk 
eləməsin. (Evladlıq Nişanəsini təqdim edir – Ü.A.) 
-Üstün,  ara  vermə.  Elə  elə  ki,  şəxsiyyətin  Ataya  təqdim  oluna 
bilsin. Səni bugünkü Səfər Günü mərasimi münasibətilə qutlayıram. 
Özün də, fərəhin də, bir neçə cəhətdən sevincin də ömrünə yar olsun 
və tükənməsin. (Evladlıq Nişanəsini təqdim edir – Ü.A.) 
-Göylü,  bənzərsiz  hünərlərini  bərpa  elə.  Ömrün  təzələnsin 
hünərlərində, təzələnsizn Ataya layiq uçmağında. 
Göylünün  fərqli  bir  cəhəti  var.  Göylüdə  əməl  bir  anda  doğulur. 
Hünər bir anda doğulur. Maraqlıdır, hünər bir anda doğulur, özü isə 
sanki  bir  süfrədə  sakit  oturub  çay  içir.  Bu,  ciddi  göstəricidir.  Belə 
cəhətləri mən ayrı-ayrı obrazlarda oxumuşam. Böyük ədəbiyyatların 
obrazlarında.  Bu  günlərdə  mənə  zəng  edib  nələrsə  soruşur,  “Səfər 
Günü” ilə bağlı musiqi altında şəkillərdən ibarət nəsə hazırlayır. Bu 
özü yaradıcılıqdır. Ancaq çox azdır. 
Ataya şəxsiyyətini təqdim elə. (Evladlıq Nişanəsini təqdim edir – 
Ü.A.) 
-Türkel,  aşkarla  özünü,  qədrini  bil  və  ruhani  gücünü  üzə  çıxart. 
Səfər Günü münasibətilə təbrik edirəm. Həmişə ucalığa bax. Ruhun 
göyə yüksəlsin. (Evladlıq Nişanəsini təqdim edir – Ü.A.) 
-Ulunuru  böyütmək  lazımdır.  Ulunur  aşağıdan  müəyyən 
keyfiyyətlərlə  qalxdı,  sonra  şərait,  gedişat  bir  az  çağdaş  gəncliyə 
bənzətdi onu. Ancaq üzünü Ocağa tutsa, öz şəxsiyyətini yarada bilə-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə