Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə85/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   78   79   80   81   82   83   84   85   86

286 
 
Ailəçilərin  haqqında  onu  deyə  bilərəm  ki,  Ailəmizdə  doğmalıq  var, 
təbii ki, artmalıdır, Atanın dediyi kimi, başqalaşa bilmək səviyyəsinə 
yetməlidir. 
İnamlının xalqlaşma əməllərindən danışdım. Onun bir yerdə dura 
bilməməsi,  özünə  sığmaması  bu  baxımdan  təqdirə  layiqdir.  Özü  də 
bir dəfə mənə dedi ki, mən qarşıma məqsəd qoymuşam ki, bu ilimi 
səfər  ili  edəm.  Onun  bu  inadı  çox  sevindiricidir.  Ailə  Günlərinə, 
əsasən,  hazırlıqlı  gəlir,  fikirlərini  bölüşür.  Ailə  tələblərinə  – 
Amallaşma, Kamilləşmə tələblərinə tam yetməlidir. 
Ulusəsin  durumu  bəllidir.  Son  vaxtlarda  bir  az  fəallaşıb.  Onun 
Ocaqda varlığı hiss edilir, doğmalığı və səmimiliyi ilə, ancaq daha da 
Ocaqlaşmalıdır. 
Özümə gəldikdə – keçən mərasimdən indiyə qədər müxtəlif Ocaq 
işləri  görmüşəm,  kitablaşma,  Ata  kitablarının  çapa  hazırlanması,  öz 
kitabımın çıxması və i.a. Ancaq Ailənin Mütləq tələblərinə – Amal-
laşma,  Kamilləşmə,  Xalqlaşma  tələblərinə  tam  cavab  vermirəm. 
Fərəhli olsam da, xalqlaşmam çox azdır. Canlı görüşlərim yoxdur, bu 
Ocaqçıya hava-su kimi gərəkdir. 
Atanı  gündən-günə  daha  dərindən  dərk  edirəm,  Ocağa  daha  da 
bağlanıram,  ömrüm  Ocaq  yönlüdür.  Fərəhim  Ocaqlıdır,  Ocaqladır. 
Ruhaniyyatçı  ömrü  yaşayıram.  Düşüncələrim,  duyğularım,  qayğıla-
rım Ocaqlaşıb. Həyat qayğılarım var, ancaq əsas təməlim Ocaqdır. 
Ailə  biçimdir.  Cəmiyyətin  indiki  ailə  adlandırdığı  biryerdəliyi 
ruhaniləşdirmək üçün yaranmış biçim. 
Münasibətlərin  adiləşdiyi  bir  zamanda  münasibətlərmizin 
doğmalaşdığı biçim. 
Sözün  qiymətdən  düşdüyü  bir  zamanda  sözün  sorumluluğunu 
daşıyan biçim. 
Eyni yolu gedə bilmənin fərəhə çevrilməsi biçimi. 
Həyat üzərində yüksəldən, Amala qovuşduran biçim. 
Etirafın insanı böyütdüyü biçim. 
Ruhani tabeçiliyin azadlığı biçimi. 
Kədərin,  fərəhin  bölüşdürülməsi,  bölüşə  bilmənin  ruhani  güc 
biçimi. 
Adamlıqla döyüşərək İnsanlığa yetirən biçim. 


287 
 
Ruhani aqibətin yarandığı biçim. 
Qaranlıqda  işıq  olmaq,  qaranlıqdan  işığa  çıxarmağın  yol  biçimi. 
Səcdəyə yetmənin ucalığını yaşamaq biçimi. 
Ailədə yaranır Evlad. Ailədə Ata hüzurunda hesabat verir, dəyişir, 
Ailədə yetkinləşir, aqibətləşir. 
Ata deyirdi ki, Azərbaycan Ailələşməlidir. Bir Ailə olmalıdır. Bir 
Ailəyə  yetirmək  üçün  (Millətləşmək  üçün)  Ailələr  yaratmalıyıq. 
Yaratma yaranmadan başlayır. Bu yaranma Ailədə baş verir. Ailəçi 
həm  özünü  yaratmalı,  həm  də  Ailənin  ruhani  halını  və  biçimini 
qorumalı  və qurmalıdır.  Ailə  quralları  yaşam  qurallarımızdır.  Yaşa-
mımız Ailələşir, Ailələşdikcə Ocaqlaşır. 
Türkelin  Ruhani  Adalma  gününü  –  14  ilini  qutlayıram.  Biz  hər 
birimiz  müxtəlif  axtarışlardan  gəldik.  Türkelin  fərqi  onun  Ocaqçı 
oğlu olmasındadır. Onun Ocağa gəlişi uşaq yaşlarında oldu, yəni tam 
dərk  etmədən.  Ancaq  onun  indiki  axtarışları  Ocağa  yönəlib.  Ruhan 
ehtiyacını  Atada  görə  bilir.  Soylu  Atalı  deyir  ki,  “həyatda  oğullar 
atanın  yolunu  gedə  bilir,  Amalda  isə  yox”.  Türkelin  fərqi  cismən 
deyil,  ruhən  atasının  yolunu  gedə  bilməsindədir.  Bu  da  bir  ömrün 
bioqrafiyasıdır. 
Türkelin  özünə  acımamasından  mən  özüm  də  öyrənirəm.  Onun 
özüylə  barışmazlığı,  Ocaq  əməllərinə  ürəklə  yanaşması,  çalışması 
onda  sevdiyim  xüsusiyyətlərdəndir.  Türkelə  inanıram,  səmimiliyini 
sevirəm,  Ocaqlaşmasına  əminəm.  Özünə  inamında  yetkinləşmək 
diləyirəm. 
Göylü  Atalı Ataya  Səcdə ilə  sözünə  başladı:  “Bizim  “Ulufərəh” 
Ailəmizin  5  Evladı  var:  Güntay,  Üstün,  Ulunur,  Türkel  və  mən. 
Ailənin  illik  hesabatını  hazırlamadım,  çünki  “Səfər  Günü” 
mərasimində  hər  bir  Evlad  haqqında  deyildi,  daha  doğrusu,  bütün 
görülmüş  əməllər  haqqında.  “Yeni  İl”  mərasimində  yeni¬dən 
qayıdılacaq buna. Ona görə də yazmadım bunu. 
“Ulufərəh” Ailəsinin Evladları ərdəmliklərində Evladlıqlarını təs-
diq edirlər. Ancaq Ailə biçiminə gələndə görürəm ki, məndə yüküm-
lülük  tam  alınmır.  Fərdiçiliyə  daha  çox  meyil  var,  ona  görə  təklif 
kimi  deyirəm,  Ailədə  olan  Evladlardan  biri  istərdim  ki,  bu  yükü 
götürsün, Ailənin Yükümlüsü adını doğrultsun. 


288 
 
 
 
“Ulufərəh”Ailəsi  adına  layiq  yaşamalıdır  və  özünü  təsdiq 
eləməlidir. 
Soylu Atalı: Ailə özü öz içində bu məsələni həll eləsin. Göylünün 
Ocaq işləri çoxdur, düşünmək gərəkdir, öz aranızda ciddi götür-qoy 
edin. Fərq yoxdur. 
Bir  neçə  kəlmə  “Atagün”Ailəsindən  bəhs  edim.  Günevin  məra-
simlərə gəlişini güzəştlə qəbul edirik. Qarşıda 3 həftədən sonra “Yeni 
İl”  mərasimi  gəlir.  Uzaq  bölgədən  bütün  mərasimlərə  qatılmaq 
çətinlik  yaradır.  Ancaq  çətinlikləri  aşmaq  da  mümkündür.  Yəni  biz 
bunu bəraət kimi demirik. Ocaq Ocaqdır. Sadəcə öz içimizdə hesaba 
alırıq. 
Mən, atam öləndə Borçalıya getdim, bu gün onu torpağa qoydum, 
səhərisi  gün  gəlib  Bakıda  mərasim  keçirdim.  Sonra,  bütün  gecəni 
çırpındığım  (ağulandığım)  bir  gündə  xəstəxanada  oldum,  içimi 
yuyub  təmizlədilər,  sistem  qoşulandan  sonra  mənə  dedilər  ki,  ya 
xəstəxanada  qal,  ya  da  evdə  yat.  Mən  ordan  gəlib  birbaşa  tədbir 
keçirmişəm.  Mən  özümdən  aşırı  dərəcədə  tələb  edirəm.  Ancaq 
başqalarından  aşırı  dərəcədə  tələb  edə  bilmirəm.  Ümumi  tələb  var, 
ümumi  tələb  edirəm.  Ocaq  tələblərini  hər  bir  kəs  doğrultmalıdır. 
Ancaq aşırı tələbləri hər kəs özü-özündən edə bilər. Ona görə dönə-
dönə  vurğulamışam,  indi  də  vurğu  edirəm.  Sizlərlə  söhbət  etmişik, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə