Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə77/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   73   74   75   76   77   78   79   80   ...   86

257 
 
səhifədir.  Ancaq  bununla  yetərlənməli  olsaydıq...Əlbəttə,  Ulusəsin 
üzləşdiyi aqibəti Ocağımız üçün itki hesab edirik. 
Bütövlikdə “Ruhani Səfər Günü” Mərasimi il ərzində – ötən 35-ci 
ilin Səfər günündən bu günə qədər çox ciddi uğurlar sərgiləyib. Ocaq 
bundan da artıq, fiziki mənada, nələrsə çatdıra bilməz. Say məsələsi 
əsas  deyil.  Əsas  Ürək  məsələsidir.  Əmələ  ürək  verməni  say  əmələ 
gətirmir. Əmələ ürək verməni hünər əmələ gətirir və ruhani keyfiyyət 
əmələ  gətirir.  Biz  də  həmişə  həmin  əməlin,  həmin  keyfiyyətin 
arxasındayıq. 
 
 
Bu  qədər  böyük  hadisənin  dalındayıq  ki,  bunu  bu  gün  bizim 
özümüzdən,  öz  qiymətləndirdiyimizdən  daha  çox,  gələcək  qiymət-
ləndirəcək.  Biz  utanırıq,  təvazökarlıq  edirik.  Öz  əməllərimizin 
miqyasını dilə gətirə bilmirik. Bəzən ehtiyat edirik. Belə ki, işimizin 
daha  dərin,  daha  geniş  ifadəsi  sanki  bu  gündə  özünü  göstərmə-
məlidir.  Belə  bir  hal  var.  Ancaq  “Sabah”  bizim  işimizi  daha  ciddi 
qiymətləndirəcək.  Çünki  “Sabah”  bizim  işlərimizə  hərtərəfli  baxa-
caq.  Hərtərəfli  yanaşacaq  və  çətinliyin  qucağında  atılan  addımlara 
baxacaq.  Elə  bir  zamandır  ki,  belə  bir  hadisəni  yaşatmaq  başqa 
hadisələri  yaşatmaqdan  qat-qat  çətindir,  qat-qat  böyük  qüvvə  tələb 
edir.  Biz  heç  bir  qüvvənin  eyni  deyilik.  Biz  hamıdan  biri  deyilik. 


258 
 
Əgər  sizin  yanınızda  desələr  ki,  Azərbaycanda  fəaliyyət  göstərən 
milli hadisələrdən biri də Asif Atanın Ocağıdır, özünüzdə haqq görüb 
incə şəkildə etiraz edin ki, yox, biz hamının biri deyilik. Güclüyük-
mü,  gücsüzükmü  sizin  nəzərinizdə,  təsirliyikmi,  təsirsizikmi  sizin 
nəzərinizdə,  bu ayrı.  Biz  özümüz  bilirik  nəyik.  Amma  sizin  nəzəri-
nizdə Asif Atanın Ocağı nədir, nə deyil, ondan asılı olmayaraq, Asif 
Atanın Ocağı mövcud hadisələrdən biri deyil. Onlardan qat-qat yük-
səkdir.  Kim  istəyir  gəlsin  sübut  edim.  Burada  iynənin  ucu  boyda 
umacaq axtarın, görüm tapacaqsınızmı?! Ocaqçının kamilik səviyyə-
si  nədir,  nə  deyil,  bundan  asılı  olmayaraq,  bircə  nəfərin  Ocaqda 
atdığı  addımda  umacaq  göstərin  mənə.  -  Göstərə  bilməyəcəksiniz. 
Bircə  addım  özünü  reklam  göstərin.  -  Göstərə  bilməyəcəksiniz. 
Ancaq  bizdən  qıraqdakı  hadisələrin  hamısını  silkələsən,  başdan-
ayağa  özünü  reklamdır,  təmənnadır.  Ayr-ayrı  qüvvələrə  bağlıdır. 
Mən  deyəndə  ağzıgöyçəklərin  acığı  tutur.  Mən  deyəndə  ki, 
Azərbaycanda üzə çıxan ayrı-ayrı fərdlər xarici qüvvələrin, səfirlik-
lərin buyruğunda çalışır. Ocaqdan başqa mənə göstərin ki, kimsə və 
ya  kimsələrsə  başqa  qüvvələrin  tabeliyində,  buyruğunda  deyil. 
Göstərə  bilməyəcəksiniz.  Hamısı  xarici  qüvvəyə  güvənir.  Azərbay-
canda  söz  cəsarəti,  hünər  siyasi  elitaya  bağlıdır.  Siyasi  elita  da 
Batıdır, Avropadır. Cəsarət ora bağlıdır. Onların buyruğundan qırağa 
çıxanın  görün  cəsarətini  mənə  göstərə  biləcəksinizmi?  Gedib  Avro-
panın  ortasında  oturub,  Azərbaycan  iqtidarını  söyməyi  hünər  sayır-
lar. Hünər deyil o. Biz canavarla üz-üzə durub, odun içində dayanıb, 
cəsarət göstəririk. Odun içindəyik biz. İran kimi canavar qulağımızın 
dibindədir.  Baş  kəsir,  terror  törədir.  Onun  tapındığı,  özünün  dayağı 
saydığı dini rədd edirik, özü də ateistcəsinə yox, kökündən, yüksək 
təfəkkürlə,  yüksək  idrakilik  səviyyəsi  ilə  rədd  edirik.  Zarafat  deyil 
bu.  Eləcə  də  siyasi  hakimiyyətin  yurda,  millətə  qarşı  atdığı  bütün 
yanlış addımların hamısını zaman-zaman tənqid eləmişik, ifşa eləmi-
şik.  Öz  ləyaqətimizə  söykənmişik,  özümüzün  milli  sevgimizə  söy-
kənmişik.  Bundan  böyük  hadisə  ola  bilməz  axı.  Bundan  böyük 
ləyaqət ola bilməz axı. Ona görə də Ocaq hamısının biri deyil. Ocaq 
hamısından çox-çox yüksəkdir. Ona görə, hər zaman dediyim kimi, 
bir-birinizin  qədrini  bilin.  Gileylənməyin  (gileylənmirsiniz,  izah 


259 
 
üçün deyirəm), biri-birinizin ürəyinizi yormayın. Bir-birinizi arayın-
axtarın, görüşün. Çünki sizdən qıraqda sizə gərək olan nə hadisə var, 
nə  insan  var.  Biz  heç  kimə  üstdən  aşağı  baxmırıq.  Heç  kimlə  də 
münasibəti  dışlamırıq.  Biz  burda  Ocağın  içində  Asif  Atanın  adıyla, 
Asif  Atanın  etkisiylə,  Asif  Atanın  ideyalarıyla  özümüzü  tərbiyə 
edirik,  böyüdürük,  millət  səviyyəsinə  qaldırırq.  Vətən  səviyyəsinə, 
şəxsiyyət  səviyyyəsinə  qaldırırıq.  Münasibətimiz  ordan  yaranır. 
Yoxsa biz süni şəkildə özümüzü heç kimdən təcrid eləmirik. Bizim 
məqsədimiz  insanların  bir-birinə  xəstə  münasibətinin  sağalmasıdır. 
Görün  az  sayda  insan  bu  boyda  planetin  ortasında  nə  qədər  böyük 
hünərlər göstərir. Əməllərin irili-xırdalı olmasından asılı olmayaraq, 
hamısı  böyük  ləyaqətə  bağlıdır.  Çünki  burda  təmənna  yoxdur. 
Burada  oyun,  quraşdırma  yoxdur.  Ocağımızın  qədrini  bilin.  Ancaq 
bütün  bunlarla  yanaşı  Ocaqçıların  xalqlaşma  əməli  bu  ləyaqətin 
fonunda  zəifdir.  Fərd-fərd  işləmək  lazımdır.  Hər  kəsimiz  dolanmaq 
üçün  hardasa  işləyir.  İş  vaxt,  imkan  verməyəcək.  İşi  qabağa  maneə 
kimi qoymaq olmaz. Demirəm  ki, özünüzü həlak edin, yox. Amma 
baxın.  Üç  gündür  mən  demək  olar  ki,  yatmıram.  Ancaq  ortaya  çox 
böyük işlər qoymuşam. Çünki o işlər mənim üstümə gəlir. Demirəm 
yuxusuz  qalın.  Ancaq  işlərə  doğmalaşın.  Daha  dərindən,  daha 
əhatəli. Çünki o işlər, o əməllər, çətinliklər adamı şəxsiyyətə çevirir. 
Öz-özünə şəxsiyyət yaranmır. Fasilələr verilərsə, ara verilərsə, onda 
şəxsiyyət  qurulmaz.  İdrak  hər  gün  döyülməlidir,  hər  saat.  Onda  o, 
aliləşəcək.  İdrak  hər  gün  qurulmalıdır.  Mənəviyyat  hər  saat 
qurulmalıdır.  İradə  hər  saat  bərkiməlidir.  Böyük  yükün  altındayıq. 
Böyük  idealların  peşindəyik.  Böyük  məqsədlər  daşıyırıq.  Özümüz 
özümüzün  işimizinn  miqyasını  hər  gün  dərk  eləməliyik.  Həyat 
olduqca  azdır.  Getdikcə  də  quruyur.  Münasibətlər  də  quruyur, 
ürəklər  də  quruyur.  Quru  ürəklərdə  gözəl,  ülvi  münasibətlər 
bəslənilmir. Ona görə də hər gün, hər saat Ocaqlaşmaq lazımdır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə