Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə73/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   69   70   71   72   73   74   75   76   ...   86

244 
 
Nurtəkin  Atalı: Türk  olmaya  da  bilər.  Məqam  təkcə  türk 
olmaqda deyil. Bilgi üçün dedim. Mən onu oxuyanda Qandinin sözü 
yadıma düşdü. O deyirdi ki, "mənə lazım deyil Qərbin texnikası, mən 
öz millətimi parça toxuma dəzgahımla da yaşadacam". Yəni millətin 
özünəməxsusluğunu  qorumaq  var.  Nə  qədər  ki,  o  millətlər  özünə-
məxsusluqlarını  qoruyur,  o  bəşərə  töhvədir.  Bəşərə  qatqıdır.  Bəşəri 
zənginləşdirir. Bax, milli özünəməxsusluğu qorumağa, yaratmağa və 
onu  verməyə  çağırır  Asif  Ata.  Hər  bir  fərdin,  hər  bir  millətin 
bəşəriyyətə  qatqısı  var.  Biz  bu  məzmunu  bayram  edirik.  Bu  müna-
sibətlə hər birinizi qutlayıram. 
Atamız Var olsun! 
Soylu  Atalı: Özünəməxsusluq  məsələsi  çox  həssas  məsələdir. 
Həm də böyük məsələdir. Ancaq özünəməxsusluğun bəsit tərəfləri də 
var.  Əlbəttə,  burada  incə,  həssas  duyğular  axtarmaq  olar.  Amma 
diqqəti ona yönəltmək olmaz ki, çayda əl yumur, çay çirklənə bilər. 
Bu,  təbiətə  bəsit  münasibətdir.  Çay  əllə  çirklənəcəksə,  onda  o  çay 
deyil  ki.  Xalqın  özünəməxsusluğu  məsələsi  doğrudur,  ancaq  xalqın 
özünəməxsuluğunda  balacalıqlar  ki  var,  o  balacalıqlarla  vidalaşmaq 
gərəkdir.  Təbiətə  münasibətdə  söhbət  çayı  çirkləməməkdən  getmir, 
daha doğrusu, çayın əllə çirklənməsindən getmir söhbət. Çayı çirklə-
mə atom silahı icad eləməklə, çayı çirkləmə böyük  kimyəvi zavod-
ların tullantılarıyla. İnsanları məhv eləmə. Yoxsa çayı əllə çirkləmə, 
bu, təbiətə yanaşmanın bəsit tərəfləridir ki, o xalqda qalıb. Mən onu 
dərin bir şey hesab eləmirəm. 
İnsan  təbiətdən  bəhrələnməlidir.  Bu  qaçılmazdır.  Yəni  təbiətin 
nemətlərindən  –  daşından,  kəsəyindən,  ağacından...  Amma  təbiəti 
ekoloji  cəhətdən  öldürməli  deyil.  Təbiətə  münasibət  odur.  Asif  Ata 
da bax, bu böyük məsələləri əsas götürür. 
Bir dəfə Asif Ataya görüşlərinin birində sual vermişdilər ki, siz ət 
yeməyə  necə  baxırsınız?  Dedi  ki,  vegeterianlığa  çağırmıram  heç  ki-
mi. Orqanizmin var olması üçün, qorunması üçün sağlam, normal qi-
da, kimyəvi hazırlanmış qida yox, normal qida, nə gərəkirsə, yemək 
olar. 


245 
 
Atanın təbiətə münasibəti çox genişdir, dərindir. Böyük  mənalar 
üzərində biçimlənir Atanın münasibəti. Onu demək istəyirəm. Yoxsa 
hansısa bir xalqda bir çalar var... o pis deyil ha, amma bəsitdir. 
Ayaz  Şıxalıoğlu "Nə  ruhum  diksinir,  nə  könlüm  titrər"  şeirini 
dedi. 
İnamlı  Atalı: Mütləqim,  Müqəddəsim,  ulu  peyğəmbərim  Asif 
Ataya – İnam Ataya ali səcdəylə! 
Bayrağımızı öpürəm. 
İnsanla  bağlı  nə  varsa  bəşəridir.  İnsandan  qıraq  nə  varsa 
antibəşəridir. Bayaq Soylu Atalı da vurğuladı. Bəşəriliyə mane olan 
əsas iki qüvvə olub. Siyasət və Din. Dinlər bəşərə qulluq göstərmir. 
Bəşəri dəyərlər yaratmır. Tərsinə, yaradanlara qarşı dirəniş göstərir. 
İnsanın  ağlına,  inamına,  idrakına,  iradəsinə  qarşı  çıxmaqla  bəşəri 
dəyərlərin  yaranmasına  əngəl  olur.  Eyni  zamanda  siyasət.  İdraksız, 
iradəsiz  insan  ruhani  dəyələr  yarada  bilməz.  Nə  yaradarsa  keçici 
hadisə yaradar. 
Bəşər əbədi hadisədir. Onun əbədiliyi, sonsuzluğu şəxsiyyətlərin 
ömürlərində  yaratdıqları  ali  dəyərlər  hesabına  var  olur.  Bəşərilik  – 
müxtəlif  millətlərin  özünəməxsus  dəyərləri  ilə  birlikdə  yaşamıdır. 
Birrənglik bəşəriliyin çöküşü deməkdir. Din bəşəri birrəngli dünyaya 
çağırır.  Din  Adamlıq  halını  ifadə  edir.  Adamlıq  halı  ilə  bəşər 
qurulmaz, dağılar. Adamlıq quruculuğa deyil, dağıdıcılığa meyillidir. 
Çünki  özündəki  ruhani  mahiyyətə  yaddır.  Təbiətdən  gələn  fiziki 
tələbləri ödəməklə yetərlənir. 
Dinlər  özünü  ruhaniyyat  adlandırır  və  bəşərə  xilas  kimi  sunur. 
Ancaq din tərbiyəsi ilə qurulan insanın hədəfi bu dünyanı gözəlləş-
dirmək  deyil,  "o  dünya"  cənnətini  qazanmaqdır.  Həqiqi  dünyasında 
ümidsiz  olan  insanın  araçılığıyla  (vasitəsiylə)  bəşəriyyətə  ruhani 
dəyərlər vermək dinə nəsib olmadı. Din olmayanı təbliğ edir. Əslində 
isə  Olmalı  ilə  ömrünü  yaradan  insanlar  bəşəridir.  İnsanın  ruhani 
ömrü  qurulduqca  bəşər  də  qurulur.  Bəşəri  əslində  fərdlər  qurur. 
Fərdlərin  qurduqları  minlərin  ömründə  davam  edir.  Bəşəri  aqibətə 
çevrilir.  Zərdüştün,  Buddanın,  Nəsiminin,  Babəkin,  Asif  Atanın 
timsalında  bunları  görmək  olur.  Bunların  hər  biri  ayrı-ayrılıqda  bir 
həyat  sistemidir.  Yaradıcı,  qurucu  bir  sistem.  Batı  maddiyyatçılığı, 


246 
 
texniki  həşiri,  din  xurafatçılığı  isə  davamlı  olaraq  yaradılan  həyat 
sistemini, insani dünyanı dağıtmaqla məşğuldur. Hər ikisinin verdiyi 
acını çəkir çağdaş dünya. 
Çağımızda  bəşər  öz  mahiyyətindən  uzaqdır.  Səbəb  insansızlıq. 
Hamı maddiyyat yarışmasında. Yalançı inam, yalançı ibadət, yalançı 
davranış,  saxta  hörmət,  umacaqlı  münasibət  və  bu  kimi  əhvallar 
həqiqət kimi sunulur bizə. Dünya qazanc qazanını xatırladır. Dünya-
nı siyasi oyunçular idarə edir. Dünya siyasiləşib, bəşərləşməyib. Din 
insanı bu dünyanın ülviyyətindən təcrid etdiyinə görə siyasət insanı 
aşağılaya bildi. Hər ikisi ali dəyələr yaratmaq işinə əngəl oldu. Ona 
görədir  ki,  Ata  deyir,  hər  ikisi  insanın  həyatından  rədd  olmalı  – 
siyasət həqiqətlə əvəz olunmalıdır, din inamla. 
Atamız Var olsun! 
Ayaz Şıxalıoğlu: Bəşəriyyətin bu vaxta qədər böyük cəngəlliyin 
içində  yaşadığı  zülm,  ağrı-acı  dilə  gətirilməlidir.  Mənim  haqqım 
tapdalanır.  Babəkin  haqqı  tapdalanır.  Haqsızlara  haqq  qazandırılır 
min illərdir. Ona görə deyirəm, mübaliğəsiz, Asif Ata bizimdir deyə 
danışmıram,  onu  dərk  eləyəndən  sonra  böyüklüyü  gördüm.  Bizi, 
özümüzü dərk eləməyə  yönəldir. Özünü dərk eləməkdən ötrü gərək 
çox  şeylər  oxuyasan,  düşünəsən.  Gərək  o  ağrı  canında  olsun,  səni 
narahat  eləsin  o  fikirlər.  Ona  görə  demişəm  ki,  allah  kimi  ağrı  da 
ölmür. Allah kimi ağrı da yaşayır. Nəsiminin ağrısı allahdır. Babəkin 
ağrısı  bizim  allahımızdır.  Nə  qədər  bizim  Qarabağda  şəhidlərimiz 
var, onlar hamısı bizim ağrımızdır. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə