210
Türk islamı yaratmaq cəfəngiyyatdır, mümkün deyil. Bunu dərindən
anlamaq lazımdır. Bu dünyabaxışın prinsipləri sənin türk ruhuna
uyğun deyil. Türk kimliyinə uyğun deyil. Sən ondan necə türk
yaradacaqsan. Sonra, bir daha vurğu edirəm, baxın 9-cu yüzilə, X
yüzilə, XI, XIV və s. Görün onun yönünü dəyişmək istəyən, yəni
müəyyən mənada loyallaşdırmaq, insani səviyyəyə gətirib çıxartmaq
istəyən, müqəddəs¬ləşdirməyə çalışan insanları neylədilər? Hamısını
edam elədilər, dərisini soydular, dara çəkdilər, daş-qalaq elədilər və
s. Mənsur Həllacdan mən danışıram. Mən sufilərin başqalarından
danışıram. Bunların hamısını edam elədilər, məhv elədilər. Onlar
çalışırdılar ki, insana yarar bir şey ortaya çıxartsınlar. Cəhaləti, heç
olmazsa, müəyyən mənada səngitsinlər, qarşısını alsınlar. Mümkün
olmadı, çünki təməl prinsipə dəymirdilər onlar. Məsələni üzdən
dəyişirdilər. Ona görə Asif Ata deyir ki, təməl prinsiplər dəyişilməli-
dir. Mütləq yeni, yalansız İnam yaranmalıdır... Avropada xristian-
lığın yaratdığı cəhalət, Şərqdə islamın yaratdığı cəhalətdən az deyil.
Renessans dövründə elm kükrədi, ayağa durdu, inqilab elədi. Elm
inqilab elədi, amma həyat düzəlmədi. Çünki ruhaniyyatsız bəşəriyyət
yaşaya bilməz. Ancaq gərək ruhaniyyatda yalan olmasın. Gərək
ruhaniyyatda insançılıq əsas, ana xəttə çevrilsin. Asif Ata da ona
görə İnsanlaşma çağırışını gündəliyə gətirdi. Onun çağırışı odur,
(divardakı carı göstərir - G.A.) "İnsanlaşın, İnsanlaşdırın!". Nə qədər
ki, insana inam yoxdur, nə qədər ki, insanın ali, uca mahiyyəti dərk
olunmur, nə qədər istəyirsən və nə istəyirsən de. Göylərin işığını nə
qədər istəyirsən sev. Göylərin işığını sevirsən, göyün özü üçün. O
işıq yerə düşmür. Yerə gərək olmur. Yerin qaranlığı yarılmır, amma
göylər müqəddəsləşdirilir. Bax, ona görə Asif Ata o işığı yerin
özündə axtarır və deyir ki, yer özündən işıqlanmalıdır. Bir az obrazlı
desək, yerlə göyün vəhdəti yaranmalıdır...
İnsan sevgisində yaşayar, ülvi təbəssümündə yaşayar, birinin
əlindən tutmasında yaşayar, birinə qayğı göstərməsində yaşayar və s.
və i.a. Bunu içiylə, ürəyiylə eləməsində yaşayar.
Dünyada ruhaniyyat adına yaranan hadisələrin özü də insanların bir-
birinə münasibətini izah edib: belə olmalıdır, yaxşı olmalıdır. Amma
bu gün minlərlə insan namaz qılır, yanında durana isə üstdən-aşağı
211
baxır. Onun içində hansı ağrı-acı var, bilmir, heç maraqlanmır da.
Soruşuram ki, niyə namaz qılırsan? Deyir cənnətimi bulmaq üçün.
Bu insandan nə gözləyirsən? Bəs cənnət nədir? Cənnət güya əbədilik
deməkdir. Cənnət əbədilik deyil. Cənnətdən əbədilik olmaz. Cənnət
nemətlərdən ibarətdir. Almadan, heyvadan, nardan, armuddan ibarət-
dir. Onlar əbədilik deyil, maddi əbədilik olmur. İnsanı aldadırlar ki,
cənnətdə sən əbədilik tapacaqsan. Orda əzab yoxdur, orda zəhmət
yoxdur, orda soyuq yoxdur, orda isti yoxdur. Ancaq kef var. İnsanı
hara çağırırsan? Belə əbədilikmi olar?! Belə əbədiliyə xəyanət olar.
Əbədilik insanın öz içində azadlığını tapmasıdır. İnsanın insana
inanmasıdır, insanın insanı sevməsidir. İnsanın həyatı dərk eləmə-
sidir. İnsanın millətə qovuşmasıdır, millətini yaratmasıdır. Millət
sənin əbədiliyindir. yaxşı-yaman nəyin var, millətdədir. Sən ölürsən,
millət qalır və hər şeyin də onda qalır. Əbədiliyin odur, ölməzliyin
odur. Fərd ölür, millət ölmür. Fərdin ölməzliyi millətdə özünü tapır.
Asif Atanın xətti – insançılıq, millətçilik, şərqçilik, bəşərilikdir.
Millətçiliyi bu gün damğalayırlar. Gözdən salırlar. Millətçiliyə başqa
don geydirirlər. Başqa məna verirlər. Amma millətçilik millətin
varlığını saxlamaqdır. Millətin varlığını saxlamaq üçün də dəyərlə-
rini yaratmaq, yaşatmaq gərəkdir. Millətin dəyərlərini yaradırsan,
onu yaşadırsan, inkişaf etdirirsən, daim sənin millətin tərəqqidə öz
yerini tapır. Millətçilik başqa millətlərin basıb gözünü çıxarmaq
deyil. Biz bunu dönə-dönə demişik. Başqa toplumun mədəniyyətini
inkar eləmək deyil. Başqa toplumların yerini sıxışdırmaq deyil.
Ona görə Asif Ata bu işi başladı və dedi: Yeni İnam lazımdır, bu
inamda yalan olmamalıdır. Bu inamda elm, idrak birləşməlidir. Sö-
zün əsil mənasında insan üçün həyatın gözəlliklərini göstərən, dərk
elədən işığa çevrilməlidir. Bunun üçün də dedi ki, varlığa münasibət
yaratmalıyıq. Çoxları düşünürdü ki, Asif Ata da milli din yaratmaq
istəyir. Elə deyil! Asif Atanın yaratdığı Mütləqə İnam bəşəridir.
Onun milli prinsipiləri onun içində var, bu ayrı. Asif Atanın yaratdığı
bəşəridir. "Dünyanın Mənası Dünyadan artıqdır". Məgər təkcə türkə
aiddir bu söz?! Dünya özünün əzəli, əbədi, sonsuz, kamil mənasın-
dan yaranıb. Yaxud insan əzəli, əbədi, sonsuz, kamil İnsanlıq mahiy-
yətindən yaranıb. Bu təkcə türkə aid deyil. Bu həqiqətin özülündə
212
türkün özünəməxsusluqları öz əksini tapır. Eləcə də bu həqiqətin
içində rus xalqının özəllikləri öz əksini tapır. Fransız xalqının
özəllikləri öz əkisni tapır. Heç kimin milli, etnik kimliyi inkar
olunmur, danılmır. Amma bizim milli etnik kimliyimiz inkar olundu.
Bir vaxtlar Qərbdən xristianlığı verdilər, milli etnik kimliyimizi
dandılar (bu gün də xristian türklər var). İslam gəldi, ərəbçiliyi
yeritdilər, etnik kimliyimizə müdaxilə elədilər. Dilimizi, şüurumuzu
dəyişdilər. Adımız, atamızın adı, soyadımız hamısı dəyişdi. Ona görə
din bəşəri deyil. Bəşəri olan başqa xalqları vurub sıradan çıxartmır.
Onu kor qoymur. Onun özəlliklərini ləğv eləmir, məhv eləmir. Bəşər
elə bir çəməndir ki, o çəməndə hər bir gülün öz ətri olur. Hər bir
gülün öz ətrinin bilinməsi, duyulması üçün ortaya gələn böyük bir
dünyabaxışdır Mütləqə İnam. Ona görə də Asif Atanın dünyabaxışı
bəşəridir, amma bir millətdən başlayır. Biz bir kitab hazırlamışıq.
Kimə verməmişiksə sonda bağışlayacağıq. "Türkdən başlayan Yeni
Bəşər İnamı". Bu, türkdən başlayır. Bəli, biz türkçüyük. Bunu açıq
şəkildə də deyirik. Türkçülüyümüzü də heç bir xalqa qarşı qoymu-
ruq. Biz deyirik ki, İnam türkdən başlayır. Asif Ata Bəşəri olsa da,
bir millətə məxsusdur. Onun İnamı mücərrəd havadan başlamır. Bu
gün də biz Asif Atanın yaratdığı Mütləq İnam dünyabaxışının Evinə
toplanmışıq. Bu ünvanda hər birimiz Asif Atanın məktəbindən
bəhrələnirik. Asif Ata böyük bir məktəbdir, böyük bir sistemdir.
Millət sistemidir, bəşər sistemidir. Biz bunu gücümüz çatdıqca sübut
edirik, əsaslandırırıq, yazırıq və s. Ona görə də Asif Ata böyük bir
məktəbdir. Bu məktəbin ünvanı da onun İnam Evidir. "İnam Evi
Günü”müz qutlu olsun. Sizin hər birinizi bu gün münasibətiylə həm
qutlayıram, həm də hər birinizə xoş gəlmisiniz deyirəm. Biz bir
yerdə millətin içində başlayan insani bir hadisəni vurğu edirik. Asif
Ataya dəstək oluruq. Kimin hansı mövqeni daşımasından asılı
olmayaraq, harda işləməsindən asılı olmayaraq, mən hesab eləyirəm
ki, hər kəsin içində Asif Ataya dəstək havası olmalıdır. Çünki Asif
Ata bizi Millət eləmək üçün ortaya çıxıb.
Mən sözümü bitiriəm. Təbii ki, hər kəsi dinləyəcəyik.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
Dostları ilə paylaş: |