Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə60/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   56   57   58   59   60   61   62   63   ...   86

200 
 
Atanın şəkildə sifətini görmüşdüm. Cazibəsini, baxışını. Hadisə-
lərə, şairlərə, məsələlərə tənqidi münaisbətini bildim. Bir az da ağlım 
imkan verirdi başa düşüm. Atayla görüşdüm. Ata Ocağa qəbul elədi. 
“Günev”  adını  verdi.  “Evləri  günsüzdür”  dedi.  Gün  olub  evlərə 
düşməliyik.  İnam,  İdrak,  Mənəviyyat  və  İradə  günü  kimi”.  Mən 
başladım Ocaq fəaliyyətinə. 
Nəhayət,  heç  nədən  çəkinmədən  bir  şeyi  hesablayırdım.  Ocaq 
yeriməlidir.  Asif  Atanın  ideyalarını  millətə,  bəşərə  təqdim  eləmə-
liyik.  Kim  nə  cür  bacarırsa.  Kimin  hansı  istedadı,  yazarlığı,  birinin 
natiqliyi  kömək  eləyər,  birinin,  bayaqdan  vurğuladığımız,  daşı  daş 
üstə  qoymağı  kömək  eləyər.  Düzdür,  bunlar  vəhdətdə  olsa,  daha 
yaxşıdır. Amma bacardığımızı imkan içində eləməliyik. Mən özümü 
çox xoşbəxt hesab eləyirəm ki, bu yoldayam. Mən Asif Atanı görmüş 
bəxtəvərəm.  Asif  Atanı  illərlə  dinləmiş  bəxtiyaram.  Asif  Atanın 
kitablarını oxumuş bəxtəvərəm. Əlini öpmüş bəxtəvərəm. Bu mənim 
tarixdə üzağlığımdır. Var olun! 
 Soylu  Atalı: Var  ol  qardaş,  qoy  bu  söhbətlər  Ocağımızın 
uğuruna  çevrilsin.  Ocaq  mühitinin  dərinləşməsinə,  gözəlləşməsinə 
qulluq eləsin... 
 Ocaq  ədəbiyyatları  mərasim  hədiyyələri  kimi  təqdim  olundu: 
Atanın  “İçdən  Yaranma”  Bitiyi,  “Türkdən  başlayan  Yeni  Bəşər 
İnamı” kitabı, 35-ci ilin mərasimlər və bayramlar kitabı, tədbirlərin 
disqləri. 
Evladlıq Nişanələri Ocaq Yükümlüsü tərəfindən  Yol sözü ilə 
verildi. 
 Ata Ruhunu ürəyimizdə aparırıq!”, 
Atamiz Var olsun!” səcdəsiylə Gün başa çatdı. 
 
Ata Ayı, 36-cı il. Atakənd. 
(sentyabr, 2014. Bakı.) 
 
 


201 
 
Asif Atanın – İnam Atanın 
Mütləqə İnam Ocağı 
 
 Ata – Ocaq ilsırasının 36-ili 
Qutsal “İnam Evi Günü” Mərasiminin 
Gedişatı 
 
Yer: İnam Evi (İçərişəhər); 
Gün: 13 Yağış Ayı; 
Başlanır: Saat 14:00. 
 

 
Oda  Ocaq  Ruhuna  uyğun  hazırlanır.  Təşkilati  işlərə  Ulusəs 
və  Üstün  Atalılar  sorumludur.  Mərasim  öncəsi  “Ata  Harayları” 
səsləndirilir. 

 
Hamı:  “İnam  Evim  –  bəşərin  insanlaşma,  özümləşmə 
ünvanı” deyir. 

 
“Ataya  Günorta  Ricası”nı  –  Türkel,   “Təbiətdəki  Mütləqlə 
Gündüz Təması”nı – İnamlı,  “Ruh Üstə” içsəsini isə Üstün Atalılar 
deyir. 
Ocaq Yükümlüsü Soylu Atalının Mərasim sözü dinlənilir 
  
Mərasim qonuları: 
1)      Türk Ulusunun bütövləşməsi məsələsində İnam Evinin rolu 
– Ocaqçılar və Ocaqdostlarının şərhində. 
2)      “İnam Evinə gəldim – Ruhani bəxtiyarlığa 
ucaldım”  dediyimdə fərd olaraq hansı duyğularım oyanır? 
3)      İnam Evi daşıdığı Ruhani anlama görə çağımızadək 
yaranmış ruhani evlərin ən alisidir.  Bunu əsaslandırmalı. 
 
Törən üçün ruhani hədiyyələr təqdim olunur. 
  
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” 
səcdəsiylə Törən başa çatır. 
  
 
 


202 
 
Carlar: 

 
Atanın İnam Evi – Xalqının güvənc yeri! 

 
İnam Evim – bəşərin insanlaşma, özümləşmə ünvanı! 

 
İnam Evi olan xalqın bəşər olması ali həqiqətdir! 
                                                       
 Gedişatı yazdı: İnamlı Atalı. 
                                                28 Xəzan Ayı, 36-cı il. Atakənd. 
(oktyabr, 2014. Bakı.) 
 
 
Qəbul olunur. 
Soylu Atalı 
Mütləqə İnam Ocağının Yükümlüsü 
  
1 Yağış Ayı, 36-cı il. Saray-Soylu. 
  
 
 


203 
 
Asif Atanın – İnam Atanın 
Mütləqə İnam Ocağı 
 
Qutsal "İnam Evi Günü” 
Mərasim-Törəni 
 
"Ata  Ruhuna  pənah  gətirmişik!"  səcdəsiylə  Gün  başladı. 
"Təbiətdəki  Mütləqlə  Gündüz  Təması"nı  -  Göylü,  "Ataya  Günorta 
Ricası"nı - İnamlı, "Ruh Üstə" İçsəsini Üstün söylədi. 
Ocaq  Yükümlüsü  Soylu  Atalı: Qutsal  Gün`ümüzdə  söz 
deməzdən  öncə  Ataya  səcdə  qılıram.  Mütləqim,  Müqəddəsim,  Ulu 
Peyğəmbərim  Asif  Ataya  -  İnam  Ataya  ali  səcdəylə!  Bayrağımızı 
öpürəm! 
Öncə Gün`ümüzün məzmunu ilə bağlı bir neçə söz deyəcəm. Onu 
deyim  ki,  Gün`ümüz  iki  hissədən  ibarət  olacaq.  Birinci  hissədə 
konkret olaraq nəzərdə tutulan qonuyla bağlı mövqe sərgilənir. İkinci 
hissədə Atanın Amalı ilə bağlı bizə suallar ola bilər, eləcə də fərqli 
açıdan yanaşanların mövqeyi dinlənilə bilər. Çay süfrəsində də fikir 
bölüşmələri olur. Onu deyim ki, bizim tədbirdə nə dini anlamda kor-
koranə “bəli-baş üstə” (ləbbeykçilik) yaratmaq olmaz. Yəni hər kəsin 
ağzından,  şüurundan  vurasan,  belə  demək  olmaz,  belə  düşünmək 
olmaz və s. Nə də demokratiya hay-həşiri yaratmaq olmaz. Demok-
ratiya  həşirində  belə  bir  hal  var:  insanların  ağlına  yeridirlər  ki,  hər 
kəsin söz deməyə haqqı var. Söz deməyə haqqı var, o demək deyil 
ki, o nə gəldi danışa bilər. Nə gəldi danışmaq olmaz! Sözün məsuliy-
yəti olmalıdır və sözü tanıyan danışmalıdır. Əgər sözü tanımırsansa 
heç  danışmağa  lüzum  görmürəm.  Yəni  elə  adamlar  olur  ki,  tədbiri 
süni  şəkildə  başqa  yönə  çəkməyə  meyilli  olurlar.  Guya  bununla  da 
demokratiya  təmin  olunur.  Hay-həşir,  replika,  yerdən  söz  atmaq, 
artıq  36-cı  ildir  ki,  Ocaq  yaranıb  yol  gedir,  bu  qədər  vaxtda  Asif 
Atanın Ocağında elə hallar baş verməyib. 
Biz,  konkret  olaraq  “İnam  Evi  Günü”  ilə  bağlı  fikirlərimizi 
bölüşəcəyik.  “İnam  Evi  Günü”  Asif  Ata  Ocağının  keçirdiyi  tədbir-
lərdən  biridir.  Bizim  mərasimlərimiz  olur.  Bu  mərasimlərə  yalnız 
Ocaq Evladları qatılır. Başqa tədbirlərimizə qıraq adamlar da qatılır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə