Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə59/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   55   56   57   58   59   60   61   62   ...   86

197 
 
tanımayanlar,  eşidənlər  belə,  onun  doğrudan  da,  yaxşı  bir  insan 
olduğunu deyir. Bir dəfə biz kəndin içindən keçirdik. Bir topa adam 
durmuşdu. Biz salam verib keçdik. Qızımız Nurtəkin də bizlə idi. Elə 
bir  az  aralaşandan  sonra  orda  adamların  içindən  kimsə  dedi  ki,  o 
kişinin üzü necə gözəldi. Onun içinin halı üzündə görünür. 
Bir də o çağlar Ata bizə gəlmişdi. Həyətdə oturmuşdu. Ata görüş 
keçirmək  üçün  hazırlaşırdı.  Anam  evindən  bizə  gəlib  keçəndə  Ata 
oturduğu yerin qarşısından keçirmiş. Dönüb Atanın üzünə baxanda o 
dərəcədə  həyacanlanmışdı  ki,  yazıq  anam  özünü  çəpərə  sürtə-sürtə 
keçib gəlib. Gəldik evə. Bizə dedi ki, siz o kişini tanımırsınız. O kişi 
allahdır.  Anam  onun  heç  bir  söhbətinə  qulaq  asmamışdı.  Sadəcə 
onun üzündəki halı görmüşdü... 
  Mən  Ata  səviyyəsində  yox,  Günevin  özü  səviyyəsində  onu 
qeyri-adi  bir  insan  bilirəm.  Mən  bəzən  onun  xətrinə  dəyəndə  çox 
əzab  çəkirəm,  suç  kimdə  olur  olsun.  Sonra  da üzr  istəyirəm  ondan. 
Günev çox əzablar çəkib. Ancaq bu əzablar heç vaxt onu sıxmayıb. 
Əzab  çəkdikcə  böyüyübdür.  25  illik  Ata  Evladı,  Ocaqçı  olmağı 
münasibətiylə təbrik edirəm onu. 
İnamlı  Atalı: Günev  qardaşımı  həmişə  təmkinli,  gülərüz 
görmüşəm.  Bəzən  fikirləşirəm  ki,  görəsən  o  kədərli  olanda  necə 
olur?  Bəlkə  də  bu  ruhani  fərəhdir  onun  üzündə  görürəm.  Günev 
qardaşım  zamanüstü  yaşaya  bilib.  Məişət  problemində  ilişib 
qalmayıb.  Mən  olsaydım,  bəlkə  də  ilişib  qalardım,  addımı  geri 
qoyardım. Mən onda bu halı görmürəm. Düzdür, 25 il də az müddət 
deyil. Mən Günev qardaşın timsalında bəzən Atanın halına doğmalıq 
hiss etmişəm. 
Günev  qardaşım  Ocaqda  möhtəşəm  iş  başlayıb,  Amal  Bağında 
İnam  Məbədinin  tikintisini  aparır.  Bu  əməl  Ocaq  tarixində  ilkdir. 
İslamın  məscidi  varsa,  xristianın  kilsəsi  varsa,  yəhudinin  sinoqoqu 
varsa,  Mütləqçinin  də  İnam  Məbədi  var,  –  Günev  Atalının  fədakar 
əməlinin  nəticəsində.  İnam  Məbədinin  tikilməsi  vətənimizdə 
Ərəbçiliyə  qarşı  dirəniş  məsələsidir.  Təbrik  edirəm  Günev  qardaşı, 
Ocağa gəlişinin 25 ili münasibətiylə. Atamız Var olsun! 
 Güntay  Atalı: Mən  də  Günev  qardaşımızı  təbrik  edirəm.  O  öz 
ömrüylə  gələcəyə  örnəkdir.  İndiki  insanlara  da  örnəkdir.  Onun  özü 


198 
 
Atagün Elində bir orduya bərabərdir. Atanın işini aparır, 25 ildir bu 
ideyanın  dalınca  ləyaqətlə  gedir,  həqiqəti  heç  nəyə  dəyişmədiyi 
bizlərə örnəkdir. Təbrik edirəm qardaş ömrünü. 
 Ulunur Atalı: Bayaq Ocaqçılar dedilər ki, Günev əminin üzündə 
işıq  var,  halında  fərəh  var.  Mən  də  bundan  fərəh  alıram.  Ocaq 
Yükümlüsü  də  dedi,  ona  qarşı  hansı  münasibət  sərgilənsə  də, 
qarşılığında sevgi bəsləyir. Bu fərqli ömürdür. 
 Soylu Atalı: İndi isə qardaşımız özü söz desin. 
 
 
Günev  Atalı: Hər  birinizə  minnətdaram.  Sağ  olun,  var  olsun. 
Mənim Ocaqla bağlı 25 illik ömrümü yüksək qiymətləndirdiniz. Hər 
birinizin dediyiniz söz mənimçün qanaddır. Ruhum ucalığa qalxdı. 
Mənim həyatımda nə baş verdi? Mən adi adam idim. Bu elə belə 
baş  vermirdi.  Adilikdən  qeyri-adiliyə  tapınmaq,  müqəddəsliyə, 
böyüklüyə, əzəmətə tapınmaq üçün insanın içində gərək nəsə olsun. 
Təvazökarlıqdan  qıraq  olsa  da,  bu  hər  kəsə  aid  edilməyən  sözdür. 
Hər  kəsin  içində  anadangəlmə  ruhaniyyata  meyil  olmur,  mümkün 
deyil.  Bir  dəfə  Asif  Ata  dedi,  onda  gərək  əfəndiyevlərin  hamısı 
ruhaniyyatçı olaydı. Yəni onun övladı olmadı, qardaşı da ola bilmədi
atası da olmamışdı. Ruhaniyyata meyil insanların içində barışmazlıq 


199 
 
olanda  baş  verir.  Dünyayla,  həyatla,  mühitlə,  şəraitlə  barışmayanda 
olur. 
Soylu Atalı: İnsanın içində meyil olur, amma bacarmır. Onu kim 
bacarır? Özünü ötən. 
Günev  Atalı: Bəli,  meyil  hər  kəsdə  ola  bilər,  amma  onun  da 
dərəcəsi  olur.  Muğamata  hamı  eyni  dərəcədə  qulaq  asa  bilmir. 
Qiymətləndirə  bilmir.  Heç  kim  Füzulinin  Leyli  Məcnununu,  Nəsi-
mini  o  cür  qiymətləndirə  bimir.  Hər  kəs  fitrətinin  imkan  verdiyi 
dərəcədə onu anlayır. Mən də ən adi, dediyim kimi, bir kəndçi idim. 
Bir  fəhlə  adamdım.  Heç  xüsusi  təhsilim  də  yox  idi.  Amma  içimdə 
barışmazlıq  əhvalı  vardı.  Rəzalətlə  barışmamaq  əhvalı  vardı.  Hər 
hansı  bir  əyriliyə  münasibətimdə  ürəkləri  təmin  edəcək  münasibət 
göstərirdim. Bu da nəzərlərdən qaçmırdı... 
Bu gün çox adam məni haqlı sayır, amma “nə işinə qalıb, neynir-
sən, sən bu dünyanı düzəldənsən” deyir. 
 İlk  çağlar  Ocaq  Evladlarından  biri  gəlib  bizim  kənddə  münasib 
bir  adam  axtaranda  kəndçilərdən  biri  deyir  ki,  sən  Ocaq  məsələsini 
filankəslə  danışa  bilərsən. O  adam  gəlib  məni  tapdı.  Bu,  Bütöv  adı 
daşımış Cəfər idi. O mənimlə yaxşı söhbət eləyə bilmədi. Amma hiss 
elədim  ki,  nəsə  qeyri-adi  şeylər  danışmaq  istəyir  bu  adam.  Sonra 
Özümlü  adı  daşımış  Maliklə,  sonra  Haqlı  adı  daşımış  Möhsünlə, 
Cəlilabaddan,  Lənkərandan  gəldilər.  Beyləqan  rayon  mərkəzində, 
mehmanxanada bir otaq ayırdıq. Hətta o vaxt bir nəfər nəzarət edirdi 
ki, bizi güdməsinlər. Bir nəfər də qapı tərəfdə dururdu ki, biz içəridə 
sərbəst söhbət edək. Biz sərbəst söhbət elədik. Gördüm bunlar nələr 
danışır.  Sonra  mən  suallar  yağdırmağa  başladım.  Lenin  haqqında, 
Nərimanov  haqqında,  Məhəmməd  peyğəmbər  haqqında.  Bəşərin, 
Azərbaycanın  tarixində  bunların  nə  kimi  rolları  olub  və  s.  Bir-bir 
aydınlıq  gətirdik.  Məndə  vəziyyt  duruldu.  Sonra  gəldim  Atayla 
görüşdük.  Ata  Ayının  3-də  başladıq.  Ata  söhbət  elədi,  mən  Atanı 
dinlədim.  Əvvəl  elə  bilirdim  hər  kəsə  Atanı  göstərməzlər.  Bu 
möhtəşəm şəxsiyyəti. Yəqin O, hardasa sirli-sehrli məkanda gizlənib. 
Dedilər ki, yox, əgər sən istəsən, lap yaxın vaxtda görüşdürərik. Sən 
onu görə bilərsən. “İnam və şübhə”ni vermişdilər, oxumuşdu, söhbət 
edənə qədər. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə