Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə55/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   51   52   53   54   55   56   57   58   ...   86

184 
 
bircə  gün  mənim  vəziyyətimdə  ol.  Gör  bu  nə  dərəcədə  ağır  şeydir. 
Bir  də  bu  mənim  özümü  də  böyüdür.  Mən  nöqsanlara  yol  verə 
bilmərəm. Mənim özümü o tərbiyə edir. Mənim özümü o sözün özü 
övlad kimi böyüdür.” 
Bax,  o  söz  ki,  “mənim  özümü  o  tərbiyə  edir.  Mənim  özümü  o 
sözün  özü  övlad  kimi  böyüdür”,  mən  onu  oxuyanda  bütün  bəşərin 
tarixi,  peyğəmbərlər,  dahilər  hamısı  gəldi  keçdi  gözümün  qarşısına, 
Ata o sözüylə indiyə qədər yaranan peyğəmbərlik nə deməkdir, Ata 
nə  deməkdir,  onu  qarşı-qarşıya  qoyur.  Ataya  necə  bir  məsuliyyət 
verir. 
Soylu  Atalı: Bağışla,  sənin  sözünə  qüvvət,  elə  gözəl  bir  hissdir 
ki.  Deyir  bu  söz  məni  övlad  kimi  böyüdür.  Atanın  böyüklüyünə 
baxın. O dönəmdə Ata çağırıla-çağırıla hələ də özünü o ada böyüdür. 
O məsuliyyətə böyüdür. Özüylədöyüş yolu keçir. Onu deyir. O adın 
övladı  sayır  özünü.  Onunla  vəhdətdə  olmağa  qalxır,  yüksəlir.  O 
təsadüfi deyilmiş söz deyil. Dərk olunmuş sözdür. 
Nurtəkin Atalı: Hə, dərk olumuş sözdür. Həm də ideyanın Atası 
olmağı  çox  yaxşı  ifadə  eləyir.  Yəni  indiyə  qədər  yaranan  peyğəm-
bərlər necə yanaşıblar öz dünyabaxışına, Ata necə yanaşıb?! 
Belə bir yazı yazmışam: 
 Elə  ki,  məqsədi  görürsən,  o  açılır.  Elə  ki,  yolla  gedirsən,  başqa 
yollar  bağlanır.  Yolla  getdikcə  sən  özün  olursan.  Dediyin  söz 
sənindir.  Düşüncələrin  sənindir.  Duyğuların  nəğmədir.  Əməllərin 
sənindir. Fərəhdən boy alıb, özünə inanıb, özünü görüb, özünü sevib 
yollanırsan  sabaha  doğru.  Haraylayırsan  ideala,  arzulara.  Ömürləşir 
arzular.  Yetkinləşir  addımlar.  Addımların  sonunda  sonsuzluq  var. 
Sonsuzluqda Amala qovuşmaq var. 
Atamız Var olsun! 
 Günev  Atalı:  Mütləqim,  Müqəddəsim,  Ulu  peyğəmbərim  Asif 
Ataya  –  İnam  Ataya  ali  səcdəylə  başlayıram  sözümə.  Bayrağımızı 
öpürəm. 
Ata haqqında zaman-zaman söz demişik. Həm mərasimlərdə, həm 
fərdi görüşlərdə. Kütləvi görüşlərdə də həmişə Ata kimliyi haqqında 
danışmışıq. Çünki İnamı verməzdən əvvəl onun yaradıcısını təqdim 
eləmək gərək. 


185 
 
Ataya  hər  dəfə  yeni  söz  demək  çətindir.  Əvvəlki  sözləri  desəm, 
təkrarlanır.  Qəlbimə  dolan  bir  fikir  –  elə  bil  ki,  günəşlə  üz-üzə 
durmusan, günəş haqqında söz deyirsən. Günəş bütünlüklə qarşında 
açılır. Bütün hərarətiylə, gözəllikləriylə, gərəkliyiylə, işığıyla. Ancaq 
günəş  haqqında  söz  deməlisən.  Görürsən  adam  necə  dirənir.  Dağla 
üz-üzə  dayanmısan.  Dağ  bütünlüklə  qarşında  açılır.  Söz  deməlisən. 
Çayla  üz-üzə  durursan  onun  kimi.  Səhərlə  onun  kimi.  Sözə  bəzən 
sığmayan nəhəngliklər görürsən qarşısında. 
 
Atanı bir tarixi şəxsiyyət kimi görmək... mən tarixi şəxsiyyətləri, 
–  gəlib  getmiş,  ömrünü  başa  vurmuş,  sözünü  demiş,  fikrini  ortaya 
qoymuş  şəxsiyyətləri  nəzərdə  tuturam.  Bunların  hamısını  mən 
ulduzlara bənzədirəm, Ata günəşdir. 
 Ata  millətçilik  yoluyla  bəşəri  xilas  eləmək  fikrini  ortaya  qoydu. 
Ona  görə  Ata  millidir.  Əgər  millətçilik  təsdiq  olunmasa,  bəşəri 
vəhdət təsdiq olunmayacaq. 
Bir də o fikir ki, Atayla Evlad vəhdəti məsələsi, nədir bu vəhdət? 
Evlad Atanı davam elədikcə, Ocaq ideyalarını yaydıqca, onu lap yeni 
üslubda, yeni sözlərlə, yeni fikirlərlə inkişaf elətdikcə Atayla vəhdəti 
yaranır. Təkcə Atanın dediklərini “kopyalamaqla” yox. Elə dövr, elə 
zaman,  elə  mühit,  elə  şərait  olur  ki,  orda  tamamilə  həmin  mühitin, 


186 
 
şəraitin  halını  böyüdəcək  səviyyədə  Atanı  təqdim  edirik.  Bu  elə 
Atayla vəhdətdir. Ata heç kəsin səviyyəsinə enmirdi. Amma hər kəsi 
də  böyütməyə  çalışırdı.  Böyütmək  üçün  isə  ona  özünü  tanıtmaq 
gərəkdir. 
Mən  çalışdım  ki,  nəsə  yazım.  Çox  düşündüm  də.  Ancaq  indi 
dediyim fikirlər burdakı əhvaldan doğdu ürəyimdə. 
Mən  Ata  haqqında  çox  da  gözəl  sözlər  deyə  bilmirəm.  Çünki 
dilim lal olur. Gözəllik qarşısında dilim lal olur. Heyrət imkan vermir 
ki,  Ata  haqqında  söz  deyə  bilim.  Amma  Atanın  bütün  baxışları,  o 
fotolardakı, – insanın içinə işıq salır. Hansı cümləni oxuyursan, ikin-
cini  oxumağa  gedə  bilmirsən.  Onda  dayanırsan.  O  səni  götürüb 
aparır.  Bütün  Ocaqçıları,  bütün  bəşəriyyəti  “Ata  Günü”  münasi-
bətiylə təbrik edirəm. 
Atamız Var olsun! 
 Soylu  Atalı: Ata  haqqında  söz.  Zaman-zaman  biz  Ata  haqqında 
söz  demişik.  Hamısı  Ataya  sevgi  ifadəsi  olub.  Sanki  məsum  bir 
uşağın  öz  anasına  sevgisi  kimi  olub.  Bu  təbiidir.  Biz  Ata  haqqında 
söz demək istəyəndə ancaq sevgimizi suna bilərik. Ata, doğrudan da, 
məzmunu  sözə  sığmayan  bir  halətə  gəlib  çıxıb.  Sözə  sığışdıra 
bilmədiyimiz  üçün  sanki  qorxuruq  ki,  deyərik,  Ata  adiləşə  bilər. 
Ondan ehtiyat edirik. İstənilən bir təşkilatın rəhbəri haqqında, istəni-
lən  bir  qurumun  rəhbəri  haqqında  söz  deyirlər.  Onun  elmi  uğurları 
haqqında,  siyasi  uğurları  haqqında  o  qədər  dərin,  yaxşı  sözlər 
deyirlər  ki.  Düz  də  deyirlər.  Amma  Ata  o  qəlibə  sığmır.  O  qəlibdə 
Atanı  təqdim  edə  bilmirik.  Ona  görə  biz  Ata  haqqında  sevgimizi 
ifadə eləyə bilirik. Söz yox ki, oturub nələrsə yaza bilərik. Çalışma-
lıyıq ona da. 
Qardaşımız deyir dilim lal olur. Elə dilin lal olduğu üçün Məbəd 
tikirsən. Dilin lal olmasaydı, bəlkə də Məbəd tikə bilməzdin. Çünki 
dilin  bülbül  kimi  ötüb  Atanı  sözə  sığışdıra  bilsəydi,  onunla 
yetərlənərdin.  Adamın  içində  elə  bir  hal  yaranır.  Yetərlənir  sanki. 
Amma  o  münasibət  ki,  sığmır  içinə,  onu  nədəsə  gerçəkləşdirməyə 
çalışırsan.  O,  Məbəddə  özünü  göstərdi. Xalqın içinə çıxıb  səhərdən 
axşama  haray  şəkməkdə  özünü  göstərdi.  Ona  görə,  bəli,  dilin  lal 
olması başqa məsələlərə təkan verir. Bu münasibət özü gözəldir. Bu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə