Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə51/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   47   48   49   50   51   52   53   54   ...   86
    Bu səhifədəki naviqasiya:
  • Soylu

169 
 
Hardasa Qərb fəlsəfəsi dini zəmin üzərində bərqərar olub, dindən 
bəhrələniblər  Qərb  fəlsəfəçiləri.  Şərq fəlsəfəçiləri  isə əsasən idraka, 
fəhmə, ruhaniliyə əsaslanıb. 
 
 
Ruhun gözüylə baxanda Şərqin nə qədər möhtəşəmliyi üzə çıxar. 
Ataya  qədər  biz  Zərdüştün  sadəcə  peyğəmbər  olduğunu  bilmişik. 
Onun ideyaları tam olaraq bizə çatdırılmayıb. Əslində Zərdüştçülük 
–  insan  peyğəmbəridir,  insanın  daxilən  təmizlənməsidir.  İşığın 
zülmət üzərində qələbəsinə inamdır. 
İşıqçılıq  hadisəsi  –  Babəkliyimiz  adında  Peyğəmbərliklə  qəhrə-
manlığın  vəhdəti  hadisəsidir.  Şərq  bəşərə  hürufiliyi  verib.  O 
hürufiliyi ki, insanın Allah səviyyəsinə ucalması hadisəsidir. Bunlar 
Ata fəlsəfəsinin gücü sayəsində görünür – göstərilir topluma. 
Ümumşərq  hadisəsi  olan  Sufiçilik  –  İnsanın  Allaha  qovuşmaq 
istəyidir. 
Füzuliliyimiz var, Muğamlığımız var – hamısı Şərqi dəyərlərdir. 
Şərqin – Şərqilik mahiyyətini bayram edirik. Biz bugünkü Şərqə 
mənanın gözüylə baxırıq və deyirik ki, Şərq göründüyündən artıqdır, 
yüksəkdir.  Onun  Qərbi  təqlid  etməsinə  haqqı  yoxdur.  Bəşəriyyətə 
peyğəmbərlər  bəxş  etmiş  Şərq  bu  gün  peyğəmbər  sözünü  eşitmir, 


170 
 
hərcayi  söz  eşidir.  Hədəfimiz  Şərqi  qədimliyinə  qaytarmaq,  onun 
özünəməxsusluğunu  yenidən  bərpa  etməkdir.  Bu,  Asif  Atanın 
Mütləqə  İnam  adlı  həyat  sistemi  ilə  oluşacaq.  Bu  indiyə  qədər 
yaradılmış təlimlərin təkrarı  deyil,  onlardan daha  mükəmməl  ruhani 
bir  sistemdir.  Bu  sistemi  həyat  tərzimizə  çevirməklə  həqiqi  azadlı-
ğımıza  çata  biərik.  Bu  həm  də  Şərqiliyin  dünyalaşması  deməkdir. 
Atamız Var olsun! 
 Soylu Atalı: Bir məqama toxunum. İnamlı bəy yəqin ki, bir araya 
gəlmək  mənasında  vurğu  edir  ki,  elə  əsil  türklər  Ocaqdadır.  Bir 
əqidəyə  gəlmək  baxımından  deyir.  Türk  ruhlu  insanlarımız  var, 
sadəcə olaraq onlar bir arada deyillər. 
 Bir  məqama  da  toxunum.  Onun  narahatlığını  qəbul  edirəm. 
Ancaq  Saz  muğamın  bir  qolu  deyil.  Saz  müstəqil  hadisədir,  özü  də 
muğamdan qədimdir. Saz türk ruhudur. Nə muğam, nə saz bir-birinin 
üstünə kölgə sala bilməz. Qoşa qanad demək olar onlara. Saz böyük 
hadisədir. 
İnamlı bəyin çıxışında Şərq iki mənada təhlil edilir. Bir var Şərq 
ruhu, Şərqilik, bizim içdən gördüyümüz, bir də var Şərqin bugünkü 
iflası. Bu iki məqam vurğulanır, onlar ziddiyətli görünə bilər. Sadəcə 
olaraq,  Şərq  bu  idi,  bu  olub.  Yaxud  bu  olmalıdır.  Bu  çıxışı  belə 
təsnifatlandırardım.  Birtərəfli  yanaşmaq  olmur.  Nə  Şərqi  vurmaq 
olmaz ki, bu heçdir, nə də birtərəfli qaldırmaq olmaz ki, o hər şeydir. 
Nə heç nə deyil, nə hər şey deyil. Dünən də həmin problemləri Şərq 
yaşayıbdır.  Dünən  də  həmin  məqamlar  olub.  İstər  dini  təlimlərdə, 
istərsə  də  fəlsəfədə,  ədəbiyyatda  özünü  göstərib.  Asif  Ata  İnam 
yaratdı,  ona  görə  yaratdı  ki,  Onu  çağına  qədər  yaranmış  dünya-
görüşlər  təmin  etmədi.  Öz  ölçüsü  var  –  Mütləqilik  ölçüsü  –  ya  hər 
şey, ya heç nə. Bu prinsiplə yanaşmasa, onda dünya düzəlmir. İnsan 
İdeala  can  atmasa,  özünü  İdealla  müqayisə  etməsə,  özünü  dünənlə, 
qonşusu ilə müqayisə eləsə əmələ gəlmir. Ata həmişə vurğu edir ki, 
insan özünü Mütləqlə müqayisə eləməlidir. İntibah məsələsi odur ki, 
insan barışmamalıdır olduğu səviyyə ilə. 
Buddanın  imtinaçılıq  fəlsəfəsi  var.  Bu  fəlsəfə  adi  məsələ  deyil. 
Niyə  Şərqi  vururlar,  qəbul  eləmirlər?  Biz  Batı  dünyasının  düşməni 
deyilik, ancaq konkret olaraq Batı dünyasının siyasi mövqeyi var. Bu 


171 
 
mövqe  də  odur  ki,  dünya  mərkəzləşməlidir,  bu  mərkəzin  də  sahibi, 
ağası  Batı  olmalıdır.  Bütün  prinsiplər  də  onun  üzərində  qurulub. 
Bütün addımlar onun əsasında atılır. Bütün planlar da o istəyi həyata 
keçirmək yönündə cızılır. Məsələ burasındadır ki, Buddanın imtina-
çılıq  fəlsəfəsini  bəşəriyyətə  təqdim  edərsən,  onda  indiki  sənaye 
yürüşü dayanır. İndiki səviyyədə insanı qamarlayan gedişlər dayanır. 
Düşünməlisən.  Düşünməlisən  ki,  təbəqələr  aradan  qalxmalıdır.  Bu 
qədər  ierarxiya  yarana  bilməz.  Bu  qədər  soyğunçuluq,  talançılıq 
yarana  bilməz.  Bəşəriyyət  bir  tərəfdə  acından  qırılır,  bir  tərəfdə  isə 
eyş-işrət...  Bir  yazı  üzərində  işləyirəm  –  “Tərəqqi  və  antitərəqqi” 
adında.  Hüqonun  əsərində  yepiskopun  diliylə  deyilir  ki,  “Fransada 
neçə  milyon  nə  qədər  3  deşikli  odalar,  yəni  2  pəncərəsi,  1  qapısı 
olanlar,  filan  qədər  2  deşikli  olanlar,  yəni  1  pəncərəsi,  1  qapısı 
olanlar.  1  deşikli  filan  sayda,  1  qapısı  olanlar.  Bu  ona  görə  var  ki, 
qapı-pəncərə vergisi mövcuddur. Bunu nəzərə alın ki, bu gün böyük 
aclığın,  isitmə  xəstəliklərinin,  fəlakətlərin   hamısının  səbəbi  odur. 
Mən qanun əleyhinə deyiləm. Ancaq Allah insana hava verir udsun. 
Qanun  isə  o  havanı  insana  satır”.  Çox  ciddi  məsələdir.  Bəşəri 
məsələdir. Fransadan götürdüyü bir məsələni necə qoyur? Söhbəti o 
məsələnin həllinə doğru aparır. Bu, mənim yazım üçün bir zəmindir. 
Dediyim  nədir  –  həmin  Buddanın  imtinaçılıq  məsələsinin  doğması-
dır, ədəbiyyat vasitəsilə onu vurğu edir. Yaxud da Zərdüştün dünya-
çılıq  ideyası  var.  Zərdüşt  dünyanın  gözəlləşməsi,  aliləşməsi  üçün 
ideya  irəli  sürürdü  və  deyirdi  ki,  dünyanın  ahəngi  insanın  xeyirə 
qovuşmasından  keçir.  Xeyirin  şər  üzərində  –  Hürmüzdün  Əhrimən 
üzərində qələbəsindən keçir. Bu, ciddi ideyadır. Bu ideya bu gün də 
aktualdır. Yaxud da götürək  İsanın insan sevgisi. İsanın başına min 
oyun  açırdılar,  ancaq  o,  insan  sevgisindən  geri  durmurdu.  Yaxud 
Məhəmmədin  Allaha  vurulması.  Ərəblərin  içində,  bütpərəstlikdə 
birdən-birə  bu,  Allaha  vuruldu.  Ərəblərin  içərisində  “Allah  birdir” 
deyə başladı haray çəkməyə. Bunların hamısı Batı dünyası tərəfindən 
vuruldu.  Qorunmadı,  əksinə,  gözdən  salındı.  Ona  görə  ki,  bu  gün 
dünyanı  ağzına  alan  kapitalizm  sənayeçiliyinə  “dur”  demək  lazım 
idi.  Pulçuluğa  “dur”  demək  lazım  idi.  Onda  Rokfeller  gedir  zibil 
yeşiyinə... Şərqiliyi bu cür vurdular. Düzdür, Şərqi dəyərlər Şərqiliyi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə