172
bu cür əhatə eləməmişdi. Ancaq Şərqin mayasından çıxıb o. Ona biz
üz tutsaq, ona tapınsaq, dünya ayrı cür olar. Demirəm ki, məmə
deyəndən pəpə yeyənə hamı elə “qurdla quzu yanaşı otlayacaq”
prinsipi ilə yaşayacaq, yox. Ancaq hər halda, dünya indiki olma-
yacaq. Asif Ata o dəyərləri qiymətləndirir. Deyir ki, filan dəyərlərin
hər biri özü bir cəhətdir. Asif Ata bu cəhətləri birləşdirir və
bütövləşdirir. Deyir ki, hər şeydə olan nisbi prinsiplər məhz Mütləqə
İnamda aradan qalxır. Həyatımıza nisbilərlə gəlmir, mayasında nəyi
varsa onunla gəlir. Yenidən gəlir, yenidən bərpa olunur. Şərqilik
məsələsinə bu cür qolobal yanaşma, geniş yanaşma əzmindəyik.
Həm bu cür böyük prinsiplər, böyük şəxsiyyətlər, çağırışlar, həm də
bu tərəfdən böyük fəlakətlər. Bu gün hər kəsə bəllidir, mövzuları
sadalamaq istəmirəm. İŞİD deyilən bir qara qüvvə adam öldürməni
çox asan həyata keçirir. Niyə bunu asan eləyə bilir, axı bu insandır.
O nəyi itirib? Bir var insanın əvvəlcədən müəyyən bir tərbiyəsi
olsun, müəyyən yaşa gələndən sonra
dəyərlər onun gözündən düşsün,
onun üçün müsbət bir dəyər qalmasın, onda beləsindən tərbiyəsiz
adam həyatda olmayacaq. Çünki onun üçün dəyər yoxdur artıq. O,
hətta qatil ola bilir. Şərq xalqlarını qatilliyə sürümə var. Ərəbin
ruhsuzluğuna
haqq vermirəm,
ancaq ruhsuzu ruhlu edərlər, qatil yox.
Bizim problemlərimiz çoxdur. Ona görə də çıxış edəndə ən çox
millətçilik zəminində söhbət gedir. Qıraqdan dinləyənlər bəzən mənə
sual verirlər ki, deyəsən Asif Atanın Ocağında millətçilik əsasdır.
Mən deyirəm ki, Asif Ata təkcə millətçi deyil, o, milli olduğu qədər
bəşərçidir.
İndi də Şərqilikdən söhbət gedəndə yenə millilikdən söhbət gedir.
O da yenə türk ruhunun ciddi zədə götürməsinə görə insanlarımızı
düşündürən məsələdir.
Şərq ruhu türk ruhunda necə görünür, Asif Ata bunu “Ocaq
məramı” yazısında verib. Onu sonda oxuyacam...”.
Müslüm bəy tədbirə dəvət üçün təşəkkür etdi. Vurğuladı ki, Asif
Atanı böyük təfəkkür sahibi kimi, fiolosof kimi qəbul edir və
kitablarını oxuyur, özü üşün analiz etməyə çalışır.
174
Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı
Ata – Ocaq ilsırasının 36-ili
Qutsal “Ata Günü” Mərasiminin Gedişatı
Yer: İnam Evi;
Gün: 25 Ata Ayı, Mərhəm Günü;
Başlanır: saat 14:00
Tədbir keçiriləcək oda Ocaq Ruhuna uyğun hazırlanır. Təşkilatca
sorumlu Üstün və Göylüdür.
Mərasimin başlanmasına 5 dəqiqə qalmış “Ata Harayları”
səsləndirilir.Hamı: “Atam – Mütləqim! İçimə işıq kimi doldun –
Dünyanı tanıdım!” – deyir.
“Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Günev,
“Ataya Günorta Ricası”nı – Göylü,
“Ruh üstə” içsəsini – Üstün deyir.
Ocaq Yükümlüsü Soylu Atalının Mərasimə sözü dinlənilir.
Mərasim qonuları: 1. Atanın ömrü – şəxsiyyəti,
milliliyi,
bəşəriliyi haqqında söz deyilir. 2. Ata – Evlad
vəhdəti xalq yaratma
yoludur.
Mərasimə Ruhani hədiyyələr təqdim olunur.
Evladlıq Nişanələri Yol sözü ilə
Ocaq Yükümlüsü tərəfindən
Ocaqçılara verilir.
“Ata Ruhunu ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsiylə
mərasim başa çatır.