161
it yiyəsini tanımır. Sabah nə olacaq, heç kimin heç nəyə gümanı da
yoxdur. Həmin ruhu əlindən aldılar. O ruh idi Şərqin içində işıq kimi
yanıb ona gələcəyi nişan verən. O ruhu öldürdülər. Şərqilik ruhunu
öldürdüklərinə görə bütün dünya çalxalanır. Şərqin gələcəyi
dirilməlidir. Bizim üçün “gələcək” təkcə nəzəri sözdən ibarət deyil.
Biz bilirik onun arxasında nələr durur.
Ancaq həm də fikir, söz, ideya
hər şeydir. Ordan başlayır. Nə vaxt olacaq, biz deyə bilmirik. Ancaq
Şərq Asif Atanın Mütləqə İnamıyla yenidən öz Şərqiliyini bərpa
edəcək. Ya bərpa edəcək, ya da Şərq yoxdur. Amma biz dünyanın
yox olacağını qəbul eləmirik, ona görə yox ki, özümüzə təsəlli
veririk. Çünki məğz, mahiyyət budur. Məna yoxolmanın əleyhinədir.
Bununla sözümü bitrirəm. Mən sizin ürəyinizə Atanın ideya, fikir
günəşini arzulayıram. Mən Atanın Şərqiliklə bağlı böyük arzularını
ifadə elədim qısa, sizi belə bir ləyaqətin, ümidin işığına boylanmağa
çağırdım. Siz buna boylanın və boylandırın. Bunu demək lazımdır.
Deməkdən usanmamaq lazımdır.
Əgər xalqını sevirsənsə, vətənini sevirsənsə, əgər ailəni sevirsən-
sə, anaları sevirsənsə, bunu vermək lazımdır. Xilas eləmək lazımdır.
Öz övladını xilas eləməyin də yolu budur. Çünki sənin balan evindən
çıxdı, uçuruma düşür. Balanı xilas eləməyin yolu budur. Zəmin
yaradırsan yaşamaq üçün, xalq olmaq üçün. Belə bir zəmin üstə biz
daim davamlı mübarizə aparırıq. Azalmırıq, artırıq. İçimiz böyüyür,
əməlimiz çoxalır. Səsimiz-sorağımız genişlənir. Kim hara qədər nə
götürə bilir götürür. Götürməyənə də biz deyəcəyik. Eşitməyəni də
biz çağıracağıq. Çünki biz ayrı yol tanımırıq, ayrı yolu doğru
saymırıq. Yükümüzdən Böyük Fərəhimiz yoxdur! Atamız Var olsun!
Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı: Bayramımız qutlu
olsun. “Şərq – dünən, bugün, sabah” qonusunda düşündüklərimi
oxuyacam.
Dünənki Şərq – ehtizazlı, vəcdli, yaradıcı, ruhaniyyatçı.
Şərq ruhu
deyilən bir şey var. Kim Şərq deyəndə ağlına nə gəlirsə, o başqa.
Ancaq əsil Şərq ruhu Şərqin peyğəmbərliyində, musiqisində, bədiiy-
yatında, ədəbiyyatında, insanların bir-birinə ülvi, müqəddəs
münasibətlərində ifadə olunub ki, o münasibətə indi dünyanın ehti-
yacı var. İnsan nəyə heyrət edirsə, odur. İnsan nəyə aşiq olursa odur.
162
Rumilərin, Nəsimilərin, Füzulilərin, sufilərin, Qandilərin, Babəklərin
aşiqliyində ifadə olunub Şərq ruhu. İndi adamlar bir-birlərində səhv
görəndə sevinirlər, bir-birlərinin çatışmayan cəhətlərini görəndə
gözdən salırlar. Rumi, Nəsimi, sufilər, Füzulilər isə heyrətini ifadə
etməyə söz tapmırdılar. Ülviyyət, müqəddəslik, sevgisində göyə
qədər ucalmaq vardı o münasibətlərdə. Nə qədər açsan da açılır, nə
qədər desən
də az olur, nə qədər ifadə etsən də tam olmur.
Şərq deyəndə islamı başa düşürlər. İslam Şərqdə yaransa da, Şərq
ruhunu ifadə etmədi. Çünki insana uca münasibətiylə ölçülür Şərq
ruhu. İslamda isə insanı bəndəçiliklə öz gözündə alçaltmaq var. Öz
qismətiylə barışdırmaq var. Dünyanın keçiciliyinə inanan müqəd-
dəsliyin nə olduğunu bilmir. Dünyanın keçiciliyinə inanan insanda
uca, ülvi cəhətlər görmək, vətənə aşiq olmaq, millətinin sabahında öz
ömrünü görmək sorumluluğuna və fərəhinə yetmir. Yalnız aşiqlər
fədakarlığa yüksəlir. Yalnız aşiqlər ideallar uğrunda, insanilik
uğrunda özündənkeçməyə yüksəlir. Dünyanın faniliyinə inanan isə
bunlardan məhrumdur. Deyə bilərsiniz ki, dindarlar da özlərini
ideyaları uğrunda ölümə verirlər. O əməldən ki, insanlara, insaniliyə,
bəşərə işıq, fərəh, gərəklilik gəlmir, o əməl heçdir. İnsaniliyə qarşı
olan əməl şərdir.
Biz türk kimi doğulmuşuq, Şərqli kimi doğulmuşuq. Türk bir
millət olaraq Şərq ruhunu ifadə edir – birsifətliliyində, döyüşkən-
liyində, inanclılığında. Ata deyir ki, “türklük – Göylükdür. Türk irqi
hardasa Göy irqidir. Sazlıq – Tanrıçılıqdır, Göylə Yerin birliyidir”.
Bunlarla türk ruhu özünü ifadə edib Şərqiliyə doğma. Türk ailəsi,
türk qadını da xüsusi olub. İndi Şərq qadını deyəndə başı çadralı
qadın nəzərdə tutulur, türk qadını görünmür, bilinmir. İndi Şərq
deyəndə çalmalı, əbalı kişilər ağla gəlir. Türk kişisi görünmür,
bilinmir.
Bugünkü Şərq fəlakətlər içindədir. Şərqin qüsuru o oldu ki,
Qərblə müqayisə ediləndə özünü kiçik gördü. Qərbin texniki inkişafı
qarşısında özünü balaca bildi. Ruhunu qoruya bilmədi, ruhu geridə
qalmışlıq kimi göründü özünə. Ona görə də yiyəsi olmadı
dəyərlərinin. Rumilərin münasibətinə qara yaxırlar. Elə deyirlər ki,
kiçilsin öz gözündə Şərq, öyünməyə yeri olmasın. Keçmişinin