Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə45/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   41   42   43   44   45   46   47   48   ...   86

150 
 
Soylu  Atalı:  İçində  Ataya,  Ocağa  bağlılıq  yaxşı  haldır.  Gərgin 
hallarda  bir  daha  Ocağa  baxa  bilirsən,  bu  özü  ciddi  bir  məqamdır. 
Biz  hər  birimiz  hər  yerdə  təkik.  Bütün  xalq  təkdir.  Hamı  bir-birini 
gözünü  qırpmadan  aldadır.  Bir  halda  ki,  hər  kəs  hər  kəsi  aldadır, 
deməli hər kəs təkdir. Biz hər yerdə təkik. Bizi bir eləyən Ocaqdır. 
Biz burda bir-birimizdən güc alırıq. Biz hər gün bir-birimizi görmü-
rük, amma o ümid məsələsi böyük şeydir. Sən bilirsən ki, dünyanın 
fəlakəti böyük olsa da, burdan, Ocaqdan nicat tapa bilər. Bilirsən ki, 
burda yalan yoxdur, saxtakarlıq yoxdur. Fiziki olaraq bu cəmiyyətin 
içində yaşayan bu insanlar nə qədər saf, məsumdur, nə qədər topluma 
gərəklidir.  Bundan  böyük  gözəllik  yoxdur.  Ümid  özü  gözəllikdir. 
Ümid gerçəkləşən gözəllikdir, elə-belə boş bir şey deyil. 
Göylünün  atdığı  addım  üzdən  görünmür,  amma  cox  ciddi 
addımdır. Göylü  dişiylə-dırnağı ilə əlləşir və Ocağa Məbəd yaradır. 
Bunun üçün də daim zəhmətə qatlaşır. Göylünün başqa quruculuqda 
fəalsızlaşmasını  isə  arzulamıram.  Sözün  də  olmalıdır,  mütaliən  də 
olmalıdır.  Göylünün  yaxşı  bir  cəhəti  odur  ki,  özünü  görməkdən 
qorxmur.  Bəzi  cəhətlərini  dilə  gətirib  özünü  qamçılamaqdan  qorx-
mur, bu da önəmli bir şeydir. 
Ulunur qınanmağa layiqdir, amma Ocağın o işlərini ki, görür, onu 
alqışladıq. Atanı oxumaq, düşünmək, yazmaq, Ocağın başqa işlərinə 
qatlaşmaq gərəkdir. 
Bizim  işimizin  təməli  ruhani  sözdür.  Mərasimdə  biz  ruhani  söz 
deyirik, bu ruhani söz bizim ruhani yaşantılarımızı açıb göstərir. Bizi 
özümüzə tanıdır, özümüzə göstərir. Mərasim olmasa biz evdə divarla 
üz-üzə oturub hesabat verəsi deyilik. Bu çox böyük ruhani tərbiyədir. 
İndi  Mərasimdən  sonra  mərasimin  halından ayrılmamaq  üçün  Ocaq 
yönündən gərəkən addımlar atmaq lazımdır. Daim özünü iş başında 
saxlamalı. Bizi biz eləyən bizim içərimizdə yaranan ruhani təpərdir. 
Ocaq  bir  çox  işlər  gördü.  Ocağın  daxildən  qurulması,  arxivləşməsi 
Göylü,  Nurtəkin  tərəfindən,  xalqlaşma  baxımından  daha  çox 
Günevlə  Üstünün  fəallığı,  o  sıraya  məni  də  qatmaq  olar  ki,  mənim 
xalqlaşma  baxımından  ruhani  fəallığım  davamlıdır,  həm  xalqlaşma, 
həm də maddi baxımından daha çox Güntayın və başqa Ocaqçıların 
qatqısı  var.  İnamlının  qatqısı  var.  Məsələn,  Üstün  öz  puluyla 


151 
 
səfərlərə  gedir,  Göylü  öz  pulu  ilə  adı  çəkilən  işləri  görür.  Günev 
özünün  xərci  ilə  daşı  daş  üstə  qaldırır.  Biz  ona  az  kömək  edirik. 
Bunların hamısı Ocaq haqqında dolğun bir təsəvvür yaradır. Bunlara 
baxarsan, görərsən ki, bu insanlar ayrı-ayrılıqda addım atır, amma bu 
addımlar necə zəncir kimi bir-birinə bağlanır. Nə qədər möhtəşəm bir 
fakta çevrilir. 
Ocaqdaşlarımdan  usanmamaq,  yorulmamaq  ləyaqəti  gözləyirəm, 
umuram.  Onda  biz  özümüzün  yaratdığımız  ömrümüzə  sahib 
olacağıq.  Bunlar  bizim  həm  ümumi  apardığımız  mübarizəyə  görə 
lazımdır,  həm  də  özümüzün  şəxsimizə  lazımdır.  Bizim  işimizin  bir 
tərəfi əbədiliyimizi təsdiq eləməkdir... 
Mərasimdə  Nurtəkin  Atalının  hazırladığı  Ocaq  tədbirlərindən 
ibarət disklər topluları hədiyyə olundu,- bir neçə ünvana hazırlanmış 
disklər. 
Evladlıq  Nişanələri  Ocaq  Yükümlüsü  tərəfindən  Yol  sözü  ilə 
təqdim olundu. 
“Ata  Ruhunu  Ürəyimizdə  aparırıq!”,  “Atamız  Var  olsun!” 
səcdəsilə Mərasim sona yetdi. 
 
 
Qürub Ayı, 36-cı il. Atakənd. 
(avqust, 2014. Bakı.) 
 
 
 
 
 


152 
 
Asif Atanın – İnam Atanın 
Mütləqə İnam Ocağı 
 
Ata – Ocaq İlsırasının 36-ili 
Qutsal “Şərqilik” Bayramının 
GEDİŞATI 
 
Yer: İnam Evi; 
Gün: 12 Ata Ayı, Qismət Günü
Başlanır: saat 15.00 
 
Bayramın təşkilatca hazırlıq işlərinə sorumlu Göylü və Ulusəs 
Atalılardır. 
 
Hamı sayğı duruşunda: Mütləqə İnam Bayrağı gətirilir. 
Məşəllər yandırılır və müqəddəs söz söylənilir. 
 
Evladlar: “Ata Ruhuna pənah gətirmişik!” deyir. 
“Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Nurtəkin, 
“Ataya Günorta Ricası”nı – İnamlı, 
“Çağırış”ı – Üstün deyir. 
 
Ocaq Yükümlüsü Soylu Atalının Bayrama açılış sözü 
dinlənilir. 
 
Bayram Oonuları: 
• Mütləqə İnam Dünyabaxışında Şərqilik təməl ideyadır. 
Şərq dünən, bugün, sabah – Ocaq görümündə. 
 
Bayrama Ruhani hədiyyələr təqdim edilir. 
 
“Şərqilik Şərqisi”ni və “Şərqilik Bayramı üstə Mütləqlə Təmas”ı 
– Göylü deyir. 
Ocaq Yükümlüsü Ata Sözünü çatdırır: “Şərqləşin – Şərqləşdirin!” 
Hamı bir səslə “Şərqə and olsun, Şərqiliyə qulluq edəcəyəm!” deyir. 


153 
 
“Ata Ruhunu ürəyimizdə aparırıq!”, 
“Atamız Var olsun!” Səcdəsiylə Bayram sona çatır. 
Sonda Bayram süfrəsi ətrafında doğmalaşma – fikir bölüşmələri. 
 
CARLAR 
• Ata Yolu – Şərqin Özümləşməsi! 
• Şərqilik Bayramımız – Ruhaniyyatçılıq örnəyimiz! 
 
Gedişatı yazdı: Üstün Atalı 
6 Ata Ayı, 36-il. 
Saray-Soylu. 
 
Qəbul olunur. 
 
Soylu Atalı 
Mütləqə İnam Ocağının Yükümlüsü 
                
  7 Ata Ayı, 36-il. Saray-Soylu. 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə