Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə53/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   49   50   51   52   53   54   55   56   ...   86

177 
 
olmalıdır” ideyasını Atanın sağlığında heç kim gücünü ortaya qoyub 
həyata  keçirə  bilməmişdi.  Nəhayət  ki,  Bakıda  bir  Ocaq  Evi,  Amal 
Evi  əmələ  gələcək.  Yəni  tamam  müstəqil  bir  ünvan.  Buna  görə  də 
Göylünün hünərini və fədakarlığını Atanın hüzuruna təqdim edirəm. 
Yenə mən eyni sözü onun haqqında da vurğu edirəm ki, Ata qarşısın-
da üzü ağ Evladdır. Təqdir eləyirik Göylünün hünərini. 
Mən Üstünün fədakarlığını və zəhmətini Atanın hüzuruna təqdim 
eləmək  istəyirəm.  Mənə  fərəh  gətirən  fəallığa  başlayıb  Üstün.  Mən 
onu  arxayınlaşdıran  əhval  sərgiləmirəm,  amma  içimdə  daim  fərəh-
lənirəm.  Baxın,  həm  Ocaq  tədbirlərinin  səsdən  sözə  çevrilməsində 
fəaldır,  həm  Ocaq  tədbirlərinin  Azərbaycan  elektron  mətbuatında 
yayılmasını intizamlı şəkildə həyata keçirir. İntizamlı əlaqələr saxla-
yır.  Ayrı-ayrı  insanlarla  Ocaq  yönündən  vaxtaşırı  bağlantılar  qurur, 
Ocaq  sorağı  verir.  Onlardan  bir  çoxlarını  fərdi  qaydada  mənimlə 
görüşdürüb.  Sonra  özünün  xalqlaşma  səfərləri  sizə  bəllidir.  İki  ildə 
Azərbaycanın  20-yə  qədər  rayonuna  səfər  edib.  Bu  çox  böyük 
göstəricidir,  çox  böyük  ləyaqətdir  və  fədakarlıqdır.  Eyni  zamanda 
Ocağın  maddi  borclarının  ödənməsində  də  şərəflə  iştirak  edir, 
fədakarcasına,  əlini  qısmadan.  Üstünün  həyatında  bu  inkişafı  Asif 
Atanın qarşısında üzüağ bir Evlad olaraq təqdim eləməyə haqq verir. 
Təqdir eləyirik Üstünün işini. 
 Əlbəttə,  Göylünün  başladığı  işin  təməlini  maddi  cəhətcə  İnamlı 
qoyub. Bunu siz bilirsiniz.  Ocağın Evinin az qala üçdən birini ərsəyə 
gətirib.  Onun  əsasında  biz  Ocaq  Evini  ələ  gətirmək  üçün  düşünüb 
başlaya  bildik.  Əks  təqdirdə  bu  çətin  olardı,  biz  onu  başlaya 
bilməzdik. Buna görə də 36-cı il “Ata Günü”nə mən İnamlının həm 
belə  bir  ərdəmliyini,  həm  də  Ocağa  gəldiyi  müddətdə  bir  sıra 
cəsarətli görüşlər təşkil eləməsini vurğu edirəm. Bu, xalqa Asif Atanı 
təqdim  eləmək  baxımından  ciddi  önəm  daşıdı.  Bu  cür  əməllər  üst-
üstə  yığılıb  xalqın  içində  sorağımızı  genişləndirə  bildi.  Görüşlər 
keçirdiyimiz gənclər hamısı evlərinə Ocaq ədəbiyyatları aparıb. Kim 
saxladı,  kim  atdı  dəxli  yoxdur,  amma  bu  evlərə  ədəbiyyatlar  getdi. 
Bu da Atanın  Gününə bir ruhani hədiyyədir. Buna görə də İnamlının 
işini təqdir edirəm. 


178 
 
 Güntayın  ləyaqəti  və  fədakarlığı  çox  qısa  zamanda  aşkarlandı. 
Çox  fəxr  olunası  mühiti  yaranıb  Ocağın.  Çox  ləyaqətli  bir  mühiti 
yaranıb.  Bu  mühitin  yaranmasında  hər bir  fərdin  ayrıca  qatqısı  var. 
Kimin nə qədər əməli, hünəri var, bu Atanın sözüdür, bir o qədər də 
fərəhi  var.  Güntayın  Ocağın  maddi  təminatında  son  dərəcə  ciddi 
qatqısı  oldu.  Göylünün  “Amal  Evi”  işini  istisna  eləsək,  Günevin 
Məbəd  tikintisini  istisna  eləsək,  Amal  borclarının  verilməsində, 
Ocağın  maddi  işlərini  təmin  edən  ən  çox  Güntay  oldu.  Eləcə  də  o, 
şövqlə,  cəsarətlə,  sevgiylə  Atanın  işinin  yayılmasına  çalışır.  Sonra 
bizi  öz  maşınıyla  səfərlərə  apardı,  bunlar  hamısı  Ocağın  öz  içində 
mühitinin  geniş  olmasından  və  həm  də  mühitə  inamın  olmasından 
qaynaqlanır.  O  öz  Amaldaşlarına  inanır,  güvənir.  Hər  dəfə  adbaad 
vurğu  eləyir.  Bu  vurğularından  da  özü  təpərlənir,  hünərlənir  və 
qabağa  durur.  Mən  Güntayın  fədakarlığını,  əməlini,  əməyini  Ata 
hüzuruna təqdim eləyirəm və təqdir eləyirəm. 
Sonra, son vaxtların tədbirləri, bilirsiniz ki, nə qədər çətindir səs-
dən  sözə  çevirmə.  Biz  buna  böyük  vaxt,  enerji  sərf  eləyirik. 
Doğrudan da, asan bir iş deyil. Ocaq tədbirlərinin hamısı bircə-bircə 
səsdən  söz  çevrilir.  Redaktə  olunur,  yoxlanılır,  düzəldilir.  Bunlar 
hamısı  vaxt,  diqqət  və  enerji  tələb  eləyir.  Əvvəllər  mən  bir çoxunu 
özüm edirdim. Bilgisayarda da özüm düzəldirdim. Amma son vaxtlar 
mən çatdırmadığıma görə  bilgisayarda düzəlişə Ulunur kömək edir. 
Onun  da  Ocaq  işlərinə  bu  qatqısını  Atanın  hüzuruna  təqdim  edib 
qəbul edirəm. 
Ulusəsin Ocağa qatqısını demək istəyirəm. Təbii ki, biz Mütləq-
çiyik. Əlbəttə, bu cür yayğın Ocaqçılıq doğru deyil. Özünə də  mən 
bunu  demişəm.  Özü  də  bilir.  Özü  bunu  bilir  ki,  yayğın  Ocaqçılıq 
doğru  deyil.  Ocağın  işlərinə  qatılmaq  lazımdır.  Əməlinə,  əməyinə 
qatılmaq lazımdır. Söz deməklə, hansısa bir daşı daş üstə qoymaqla 
qatılmaq.  Ancaq  bununla  belə,  Ocaq  üçün  indiki  tədbirlər  keçirmə 
şəraiti  Ulusəsin  sayəsindədir.  Bu  şəraitə  görə  də  biz  Ulusəsin 
ləyaqətini qəbul edirik. 
Sonda  mən  Elana  bacımla  Günev  qardaşımın  varlığını,  işini, 
zəhmətini  demək  istəyirəm.  Bunların  ömrü,  fəaliyyəti  Ocaqçıların 
hər  birinə  bəllidir.  Amma  mən  bir  neçə  kəlməylə  bəzi  məqamları 


179 
 
vurgu eləmək istəyirəm. Çünki bu tarixdir. Bu yazılır. Bu yazılmalı-
dır  və  mühüm  işdir.  Günevin  xalqlaşma  işi  elə  hesab  eləməyin  ki, 
Beyləqanda,  yaxud  Ağcabədidə  məhdudlaşır.  Məhdudlaşmır.  Düz-
dür,  biz  rayonlara  da  çıxırıq,  amma  əsasən  Bakıda  oluruq,  Bakıda 
işlər görürük. Bakıda bu qədər işlər görürük, Bakıyla məhdudlaşmır. 
Çıxır  bölgələrə.  Günevin  gördüyü  işlər  də  Beyləqan  -  Ağcabədi 
bölgəsiylə  məhdudlaşmır.  Hətta  o  işin  soraqları  Bakıya  da  gəlir. 
Başqa  bölgələrə  də  gedir.  Söz,  iş,  əməl,  ədəbiyyat  dayanmır  bir 
yerdə.  Sən  oturursan  burda,  o,  qarış-qarış  gedir.  Ona görə  də  orada 
Günevin aktiv, özünəsığmaz fəaliyyəti, doğrudan da, Ocaq üçün çox 
ciddi önəm daşıyır. Ocağın mərkəzini bölgəylə elə gözəl bağlayır ki, 
əməllər  elə  gözəl  bir-biriylə  harmoniya  yaradır  ki,  gözəl  bir  ruhani 
dalğaya çevrilir. 
 
 
 
Mən “Ata  Günü”ndə sonda  Günevin adını çəkməyimin  bir  əsası 
var  –  Günevin  Ocağa  gəlişinin  25  ilidir.  Günevlə  bağlı  Amaldaşla-
rımın sözünü lap axırda dinləyəcəm. Çünki bu gün Atanın Günüdür. 
Ata haqqında söz deyilməlidir. Sonda qardaşımız haqda da deyərik. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə