Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə50/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   46   47   48   49   50   51   52   53   ...   86

166 
 
dövrdə,  sovetlər  dönəmində  heç  olmasa  ideya  adına  bir  reallıq  var 
idi, ideologiya var idi. Ancaq bu gün ideyasız bir mühitdə gerçəkdən 
də  xalqın  sabahını  düşünən  bir  təlimin  arxasında  dayanıb  bu  yükü 
daşıdığınıza görə hər bir Ocaqçıya mən təşəkkür edirəm. Çox ağır bir 
yükün  altına  girmisiniz.  Bu  prinsipləri  doğruldursunuz.  Bir  reallıq 
var ki, Azərbaycan xalqına sırf özünün mənəviyyatından, onun tarixi 
ruhundan doğan bir təlim, bir dəyərlər sistemi lazımdır. Asif Atanın 
yaratdığı  təlim  Azərbaycan  xalqının,  bütövlükdə  Türk  Dünyasının 
ruhundan  doğan  bir  dəyərlər  sistemidir.  Biz  bilirik  ki,  istər  xris-
tianlıq,  istər  iudaizm,  istərsə  də  onlardan  əvvəlki  dünyagörüşlərdə 
cəmiyyətə  yeni  normativlər  gətirmək,  yeni  dəyərlər  sistemi  vermək 
uğrunda  mübarizə  tarixidir.  Biz  səmavi  dinlər  deyilən  dinlərin 
tarixinə nəzər salsaq, görərik  ki, Şərqdə, doğrudan da, istər Hindis-
tanda, istər Misirdə mifologiya formasında yaranan bir sıra ierarxik 
təlimlər  əslində  cəmiyyətin  sosiallaşmasına  xidmət  edən  dəyərlər 
sistemi  təqdim  edən  dini  bir  ideologiya  idi.  Brahmanizm,  ondan 
əvvəlki  krişnaizm,  Misirdə  yaranan  mifologiya,  diqqətlə  nəzər 
salanda  görürsən  ki,  sonradan  iudaizmə,  xristianlığa,  islama  gəlmiş 
dəyərlər  sisteminin  kökündə,  təməlində  dayanan  həmin  dəyərlər 
sistemidir.  Hətta  bir  haşiyə  çıxım.  Bir  dəfə  Şərqşünaslıq  institu-
tundan, tanınmış bir professorumuza dedim ki, mən sizə mətn oxuya-
cam,  siz  müəyyən  edin,  bu  mətn  hardandır.  Mən  götürdüm  qədim 
Misir mifologiyasından bir didaktik material oxudum. O da dedi ki, 
burda çətin nə var ki, bu, Qurandandır. Bir neçə mətn yenə oxudum, 
dedi  ki,  Qurandandır  bu  mətnlər.  Kitabı  onun  qabağına  qoydum, 
gördü  ki,  qədim  Misir  mifologiyasıdır.  Qədim  hind,  misir  mifolo-
giyası  elə  bir  didaktik  materiallar  toplusudur  ki,  orda  cəmiyyətin 
sosiallaşması,  cəmiyyətdə  yeni  münasibətlər  qurmaq  üçün  yeni  bir 
dünyagörüşü  dayanır  onun  kökündə.  Sonradan  qədim  dünyagörüşü 
iudaizmə,  xristianlığa,  Qurana  gəlib  çatmış  hekayətlər  formasında 
topludur. Ona görə də Qərbdə iudaizmi, xristianlığı, islamı İbrahimi 
dinlər  adlandırırlar. Təkallahlıq  İbrahimdən  gəldiyinə  görə  İbrahimi 
dinlər adlandırırlar. Nəyə görə bu girişi verdim. Çünki Şərq həmişə 
yeni  dəyərlər  sistemi  və  ya  yeni  dəyərlər  yaradıcısı  olub.  Ancaq 
bizim bəlamız ondan ibarət olub ki, biz yaratmışıq, bunun əsasında 


167 
 
qurulmamışıq. Qərbin yeni texnologiya istehsalı səviyyəsində bizim 
də  yeni  mənəviyyat  quruculuğumuz  olubdur  tarixdə.  Ancaq  bu 
qurduğumuz  dəyərləri  Qərb  bizdən  daşıyıb,  mənimsəyib,  özümləş-
diribdir, bizsə onları atmışıq. Bunun kökündə o dayanır. 
Qısaca  haşiyə  çıxım.  Bir  gender  bərabərliyi  adlanan  modeli  bu 
gün  Azərbaycana gətirib çıxarıblar. Onu qanunvericilik səviyyəsində 
bu  gün-sabah  bizə  qəbul  elətdirəcəklər.  Burdan  o  məna  çıxır  ki, 
Azərbaycan  xalqı  tarixən  ailə  nə  olduğunu  bilməyib,  kişi  və  qadın 
münasibətlərini qura bilməyib, bu gün Qərb bu dəyərləri bizə öyrə-
dir. Belə bir biabırçılıq, rüsvayçılıq ola bilməz ki, tarixən ağsaqqal-
lılıq institutuyla öyünən və bu gün Qərbin qabağına qoyub öyrəndiyi 
modeli  dünyaya  biz  verdiyimiz  halda,  –  ağsaqqallıq  modelini, 
institutunu,  bu  gün  Qərb  bizə  yeni  bir  ailə  modelini  təqdim  edir.  O 
model  ki,  özünüz  bilirsiniz,  bu  gün  Qərbdə  ailə,  qadın-kişi  müna-
sibətləri  hansı  səviyyədədir.  Qərbdə  kişi  və  qadının  bioloji  fərqi 
aradan qalxıb, yoxdur. Belə bir modeli bu gün Azərbaycana sırımaq 
əzmindədir  Qərb.  Ona  görə  də  Asif  Atanın  20-ci  yüzilin  ikinci 
yarısında Azərbaycan reallığına, Azərbaycan ictimaiyyətinə gətirmək 
istədiyi və gətirdiyi dəyərlər sistemi bu gün ciddi şəkildə qorunmalı, 
sevilməli  və  təbliğ  olunmalıdır.  Sizin  bölgələrə  səfər  eləməyiniz, 
bölgələrdə azından 10-20 adama söhbətdən sonra bir adamın belə, bu 
söhbət  qulağında  qalması,  onun  şüuruna  yeriməsi  uğurdur.  Mən 
hesab  edirəm  ki,  bizim  milli  mənəviyyatımızın,  milli  kimliyimizin, 
milli şüurumuzun xilası yolunda Ocaqçıların atdığı bu addımlar çox 
böyük alqışa layiqdir. Mən həmişə əminliklə deyirəm ki, Azərbaycan 
xalqının bugünkü, məhz mənim yaşadığım dövrün tarixində qalacaq 
ən  önəmli  hadisə  Ocaqçılıq  hərəkatıdır.  Ona  görə  ki,  Ocaqçılıq 
hərəkatı   bizi  özümüzə,  türkçülüyümüzə  qaytarır,  Şərqçiliyimizə 
qaytarır.  Bunun  arxasında  durmaq,  bu  yükü  daşımaq  böyük  şərtdir. 
Bu yolda sizə uğurlar arzulayıram. 
Qısaca  olaraq  bir-iki  məqama  toxunmaq  istəyirəm.  Bayaq  Şərq 
haqqında,  hərəm  institutu  haqqında  danışıldı.  Əslində  türkün  istər 
Dədə Qorqudunu, istərsə də Dədə Qorquddan əvvəlki bütün dastan-
ları götürüb birbəbir təhlil eləsək görərik ki, türkün heç bir nağılında, 
dastanında  hərəmxana  institutu  yoxdur.  Götürün  Azərbaycan 


168 
 
dastanlarını,  hətta  məhəbbət  dastanlarını,  islamın  qəbulundan  sonra 
yaranan  məhəbbət  dastanlarını,  islamaqədərki  dastanları,  Koroğlu 
dastanını. Siz fikir verin, xalqın şüuruna hərəmxana institutu yenə də 
girmədi. Türkiyənin, Səfəvi dövlətinin, yaxud Şərq ölkələrinin saray-
larında  sultanlar  hərəmxana  institutu  yaradırdısa,  bu,  türkün  düşün-
cəsindən  gələn  bir  institut  deyildi.  Bu,  sırf  ərəbin  düşüncəsindən 
gələn bir institut idi. O institut ki, ərəb qadını nə hesab edir, biz bu 
gün də bilirik. 
Mənim  türk  qadınımı  at  belindən  salıb  ona  çadra  geyindirən  bir 
şüurdan, təbii ki, imtina eləməliyəm. Hesab edirəm ki, Ocaqçılıq bu 
yolda ciddi işlər görən, bizi həmin şüura, həmin düşüncəyə səsləyən 
bir  təlimdir,  bir  dünyagörüşüdür.  Mənə  doğma  bir  dünyagörüşdür, 
içimdə yaşatdığım bir dünyagörüşdür. Daşıdığınız yük ağırdır, ancaq 
bunu fərəhlə daşıyırsınız. Doğrudan da, yükünüzdən böyük fərəhiniz 
yoxdur. 
Soylu  Atalı: Bir  məqam  mənim  diqqətimi  cəlb  elədi.  Uğurlu 
deyimdir ki, Asif Atanı sevən elə məni sevir. Asif Ataya münasibət 
mənə münasibətdir. Bu, nə deməkdir? Yəni Asif Ataya münasibət bir 
alim  kimi,  bir  ziyalı  kimi  münasibət  deyil,  bu,  insana  münasibətdir. 
Yəni ona görə ona münasibət mənə münasibətdir. 
İnamlı  Atalı Ataya  səcdə  ilə  sözünə  başladı:  Bu  gün  “Şərqilik” 
Bayramını qeyd edirik. Gerçəkdən baxanda, Soylu bəyin vurğuladığı 
kimi,  Şərq  yoxdur.  Şərq  var,  Şərqçilik  yoxdur.  Görünən  Avropanın 
kiçik  bir  modeli  var.  Hər  şey  küçələşib.  Zərdüşt  də,  Babəkimiz  də, 
Nəsimimiz də itib, yalnız xatirələr qalıb onlardan. 
Şərq– ruhani dəyərlərin ifadəsi və müəyyən mənada insanların bu 
dəyər  əsasında  yaşadığı  bir  məkan  olub.  Vətən  qutsallığı,  sevgisi 
Şərqdə  mövcud  olub.  Böyük-kiçik  yeri,  övlad-valideyn  münasibəti, 
kişi-qadın  ləyaqəti  üstün  tutulub,  yeri  göstərilib  Şərqdə.  Hər  şey 
ruhani qiymətlə ölçülüb – insanilik əzəl olub. Bəşər mədəniyyətinin 
zənginləşməsində məhz Şərqi dəyərlər daha çox üstünlük təşkil edir. 
O  fəlsəfə  ki,  insana  dayanmır,  onun  gücünə,  qüdrətinə  inanmır,  o 
fəlsəfə  ruhaniyə  yox,  maddiyə  dayanır.  Ona  görə  də  insanın 
əbədiliyinə, əzəliliyinə, sonsuzluğuna bağlı yön yarada bilməyib. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə