Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   43   44   45   46   47   48   49   50   ...   86

157 
 
dəyişib,  dəyişdirilib.  Ürəyinin  içi  dəyişib.  Ziyalısının  ürəyinin  içi 
boşdur.  Ayrı  şey  dolub  ora.  Ona  görə  də  Asif  Ata  dedi  ki,  yeni 
dünyabaxış – Mütləqə İnam dünyabaxışı yaradıram. Dedi ki, Mütlə-
qə  İnamı  yaradıram  ki,  insan  var  olsun,  Azərbaycan  bəşəriyyətin 
gələcəyində  öz  varlığını  təsdiq  eləsin.  Azərbaycan  tək  bizə  bağ-
lı  hadisə deyil, o həm də ümumşərq hadisəsidir və ümumşərq dəyər-
lərinin bir hissəsidir. Bu gün məqsədyönlü şəkildə Şərq dediyimiz bir 
hadisəni  hər  vasitə  ilə  məhv  edib  gözdən  salırlar.  İŞİD-i  yaradır 
sübut  eləsin  ki,  Şərq  dediyniz  sürüdür,  özü  də  terrorçu,  başkəsən 
sürüdür.  Siz  busunuz.  Ayrı-ayrılıqda  o,  ərəb  kimi  görünür,  ancaq 
Şərq adı tutanda sən də ona qarışırsan. Həmin inkişaf etmiş Avropa, 
həmin  inkişaf  etmiş  Batı  öldürür  Şərqi,  Şərqiliyi.  Batı  istəyir  ki, 
İslam  qalsın.  İslam  qalsın  ki,  ondan  İŞİD  düzəldə  bilsin  və  onunla 
regionu qarışdırsın. Ancaq islam deyilən bir şeyin hayı-həşiri də var, 
o  hay-həşir  qara  kütlənin  biryerdəliyi  demək  olar.  Onlar  bir  araya 
gələ bilər, birdən xəlifə yarada bilər. Xəlifə yaranmasın, ancaq islam 
olsun.  Bizdə  deyirlər  ki,  islamla  döyüşürlər.  İslamla  döyüşmürlər. 
İslamın xəlifə yaratmaq arzusuyla, meyliylə döyüşürlər. Ümumilikdə 
isə  islamı  istəyirlər.  Onlardır  təriqəti  içimizdə  qoruyub  saxlayanlar. 
Nurçuluğun  yiyəsi  kimdir,  Amerika  deyilmi?  Vəhabiliyin  yiyəsi 
İngiltərə  deyilmi?  Başqa  şeylər  də  çıxacaq  ortaya.  Sabah  vəhabilik 
ortadan  qalxsın,  bütün  region  vəhabiliyə  qarşı  birləşsin,  vəhabilik 
heçə çevrilsin, başqa bir vəhabi ştrix ortaya çıxacaq. Mən sizə bunu 
deyirəm. Dayanmayacaq, çıxaracaq yenə. 
Asif Ata da deyir Şərq bu deyil. Asif Ata deyir Şərqdə Buddanın 
imtinaçılıq  fəlsəfəsi  olub.  Biz  adını  çəkəcəyim  təlimlərin  heç  birini 
əsaslı saymırıq. Ancaq bunları heç nə də saymağa haqqımız yoxdur. 
Onların  hər  birindən  öyrəniləsi,  bəhrələnəsi,  üzərində  təşəkkül 
tapılası  nələrsə  var.  Boşuna  deyil.  Əgər  Buddanın  imtinaçılıq 
fəlsəfəsinə  bəşəriyyət  qulaq  kəsilsəydi,  təbiətin  başına  bu  cür  oyun 
açmazdılar.  Ekologiyanın  məhvi  bu  cür  sürətlə  getməzdi.  Sənaye-
ləşmə  bu  həddə  gəlib  çatmazdı.  Səfalət  bu  həddə  gəlib  çatmazdı, 
imtinaçılıq fəlsəfəsi qəbul olunsaydı. Şərqi ona görə qəbul eləmirlər. 
Birdən  qəbul  edərəm,  Buddanın  imtinaçılıq  fəlsəfəsi  dirilər. 
Buddanın  imtinaçılıq  fəlsəfəsi  dirilsə  nə  olacaq?  Onda  Rokfellerlər 


158 
 
gedəcək  zibilliyə.  Onda  Obamaların  milyardları  gedəcək  zibil 
yeşiyinə.  Daha  doğrusu  əllərindən  çıxacaq.  Ona  görə  istəmirlər 
Buddanın  imtinaçılıq  fəlsəfəsi  yaşasın.  O  boyda  Avropaya  yayıldı 
İsaçılıq. Daha doğrusu xristianlıq. İsanın insan sevgisini öldürdülər. 
Qəbul  eləmədilər  ki,  birdən  başqa  bir  mərhələ  başlaya  bilər.  Başqa 
bir mərhələ başlayanda nə olur? Onda Avropa dünyaya ağalıq iddia-
sından  qırağa  durur.  Başqalarının  başı  üstündə  dəyənəklə  durub 
demir  ki,  mən  sənə  göstərdiyim  yolla  getməlisən.  Nə  ərəb,  nə  Batı 
Məhəmmədin  Allah  sevgisini  yaşatmadı,  diriltmədi,  öldürdü. 
Məhəmmədin  Allah  sevgisini  diriltsəydilər,  yaşatsaydılar,  doğrult-
saydılar,  onda  düşünürəm  ki,  dünyada  fərqli  münasibətlər  olacaqdı. 
Nəhayət,  Hürufilərin  insan  sevgisi,  insanı  Allaha  tən  götürməsi 
onlara  lazım  deyildi.  Ona  görə  də  Şərqi  gözdən  salmalıydılar.  Ona 
görə Şərqi ikinci dərəcəli saymalıydılar. 
Yaxud  sufilərin  Allaha  qovuşmaq  diləyi.  Qəbul  eləmək  olmazdı 
bunu.  Qəbul  eləsəydi,  onda  indikilərin  sənaye  yürüşü  dayanacaqdı. 
Dünyanın  diqqətində  neft  oyunları  olmayacaqdı.  İnsan  məsələsi 
olacaqdı. Yalançı, demokratik azadlıqlar oyunu, ideoloji yalançılıqlar 
olmayacaqdı.  Onu  deyəcəkdilər  ki,  yerlə  göyün  sahibi  İnsanla 
Allahın  birliyidir.  Ancaq  deməmək  üçün  Şərqi  öldürdülər.  Şərqi 
gözdən saldılar onu deməmək üçün. 
Şərqiliyin  mahiyyəti  muğama  dayanır.  İndiki  gedişatda,  indiki 
demokratiya həşirində, cəfəngiyyatında sənin muğamın nə dərəcədə 
Şərqiliyi ifadə eləyir? – Eləmir. Görün nə qədər dəyərlər var ki, bu 
dəyərlər  tanınsaydı,  dərk  olunsaydı,  qiymətləndirilsəydi,  dünyanın 
ahəngi  başqa olacaqdı.  Asif  Ata  onu düşündü.  Qətiyyən  o,  dünyanı 
Qərbə,  Şərqə  bölüb  Qərbə  nifrət  bəsləmək  haqqında  düşünməyib. 
Heç  biz  də  düşünmürük.  Dünyanın  bir  hissəsinə  nifrət  aşılasın, 
qətiyyən onu düşünməyib. Avropanın içində olan ayrı-ayrı ədəbiyyat 
adamları...  Şərq  ruhuna  doğma  olan  yalnız  ədəbiyyat  adamları 
olublar.  Ruhaniyyat  adamları  yoxdur  Avropada.  Ədəbiyyat  adamla-
rının  içində  də  ruhaniyyat  var.  Ona  görə  də  Asif  Ata  “rədd  olsun 
Batı, Şərq hər şey olsun” demirdi. Dünyanın özü olması üçün dünya-
ya Şərqi dəyərlər lazımdır. Yəni dediyimiz kimi, Budda imtinaçılığı 
lazımdır,  Zərdüşt  dünyaçılığı  lazımdır.  Zərdüşt  dünyaçılığının 


159 
 
üstündən  elə  xətt  çəkiblər  ki.  İsanın  insan  sevgisi,  Məhəmmədin 
Allah sevgisi  birləşməliydi, birləşdirilməliydi. Ona görə də Asif Ata 
Mütləqə İnam yaratdı və dedi, Mütləqə İnam öz ideyaları, prinsipləri 
baxımından bütöv bir hadisədir. Bütün bu deyilənlərin hamısını əhatə 
edir,  özünün  içinə  ala  bilir.  Onların  hər  biri  ayrı-ayrılıqda  bir 
cəhətdir.  O cəhətləri  də  heç  kim  birləşdirmədi.  O  cəhətləri  elə  Asif 
Ata  birləşidirir.  Həmin  cəhətləri  birləşdirib  onun  təmiz  mayasını 
yenidən  qaytarır  dünyaya.  Və  deyir  ki,  onu  yaratmaq,  yaşatmaq  və 
bayram  eləmək  lazımdır.  Biz  də  bir  qom  adam  inadla  onu  bayram 
edirik.  İçimizdəki  Şərq  sevgisini  bayram  edirik.  Hələ  Şərqilik  deyə 
bir məzmunu az adam anlayır, tanıyır. Az adam onunla uğraşır, ona 
görə az adam onu bayram edir. Nə qədər ki, çox adam onu bayram 
etmir,  nə  qədər  ki,  ümumşərq  onu  bayram  etmir,  onda  dünyanın 
ümumi  halının  dəyişməsindən  söhbət  də  getməyəcək.  Neyləyirsən 
elə,  bundan  qıraqda  heç  nə  alınan  deyil.  Heç  kim  insanla  məşğul 
olmur.  Hamı  qıraqdan  insana  xoşbəxtlik  vermək  istəyir.  Götürmür 
axı bu, sənin verdiyin xoşbəxtliyi. Bunun içində xoşbəxtlik əkməyə 
sənin  mühitin  yoxdur.  Mənim  içimdə  gərək  mühit  ola  ki,  sən 
xoşbəxtlik əkəsən. Sənin xoşbəxtliyin cəfəngiyyatdır axı. 
Biz burada (gedişat yazısında) mövzu qoymuşuq – Mütləqə İnam 
dünyabaxışında Şərqilik təməl ideyadır. O dediyimiz məsələlərə görə 
təməl ideyadır. Biz özünü millətçi sayan insanlarla da söhbət edirik. 
Onlar  millətdən  danışırlar,  Şərqdən  söhbət  düşəndə  deyirlər  ki, 
Şərqdə  heç  nə  yoxdur,  bataqlıqdır.  Regionda  gedən  prosesləri 
görürlər,  deyirlər  ki,  Şərq bataqlıqdır.  Şərqdə  Şərqilik  deyilən  məz-
munu  görmürlər,  araşdırmırlar,  öyrənmirlər,  düşünmürlər.  Şərqdə 
hərəmxana  görürsən.  Şərqdə  şahların  eyş-işrətini  görürsən.  Hərəm-
xana  şahların  sarayında  idi.  Ayrı-ayrı  fərdlərin  ixtiyarında  idi.  İndi 
Avropada  kütləviləşib,  hamılaşıb.  Bir  vaxtlar  pulçuluq  yalnız 
şahların  saraylarında  idi  Şərqdə.  O  saraylardan  qıraqda  mənəviyyat 
adamları var idi, sufilər var idi. O saraydan qıraqda şəxsiyyətlər var 
idi.  Başına  insanları  toplayırdı,  onlara  mənəviyyat  öyrədirdi.  İndi 
pozğunluq kütləviləşib, hamılaşıb. Quldarlıq, feodalizm, kapitalizm, 
sosializm  deyilən  quruluşlar  bir-birini  əvəz  edirdi,  insan  da 
gözləyirdi  ki,  bu  quruluşlar  bir-birini  əvəz  elədikcə  yaxşı  şeylər 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə