Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə44/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   40   41   42   43   44   45   46   47   ...   86

147 
 
günə qədər özünə bərabər insan çox az olub. İnsana əşya kimi baxan, 
insana  heyvani  münasibət  bəsləyən  daha  çox  olub,  nəinki  insani 
münasibət.  İnsana  insani  münasibət  bəsləyənlər  həmişə  daşqalaq 
olublar.  İnsanı  müqəddəs  sayanlar  çox  təəssüf  ki,  bəşər  tarixində 
daim odda yanıb, daim fəlakətlərin içində olub. O həqiqət ki, sənin 
içinə çatır İnsan Müqəddəsdir, o həqiqətə tarixin müxtəlif dönəmlə-
rində  yananlar  çatıblar,  onların  ömründə  heç  bir  hərcayi  münasibət 
ola bilməz. Onlar artıq öz həqiqətlərini tapıblar, ona doğru gediblər. 
Biz  də  həqiqəti  tapanlarıq.  Biz  Atanı  Ziyarətə  yüksəldikcə  həm  də 
özümüzə  yüksəlirik.  Bizim  ziyarətə  yüksəlməyimiz  həm  də  bizim 
özümüzə  yüksəlməyimizdir.  Bizim  özümüzü  hər  cür  hərcayiliyə 
qarşı qoymağımızdır. Bu bizim xoşbəxtliyimizdir. Atamız var olsun! 
 
 
 
İnamlı Atalı Ataya səcdə ilə sözünə başladı: İki gündür “acqalma 
aksiyası”  qurtarıb,  bu  “bayram”ın  da  ziyanını  ən  çox  mən  çəkdim, 
işim getmədi. 
Mənə  iş  yoldaşlarım  deyir  ki,  neynirsən islamla  döyüşü,  Atanızı 
sevin,  onu  yayın.  Anlamırlar  ki,  millətlə  vətən  iç-içə  ola  bilmir. 
Millətimi  sevə  bilmirəm,  ona  görə  ki,  islam  var.  Məhəmməd  üçün 
bizim millətimiz də, vətənimiz də vasitədir. Ona görə də məndə qıcıq 


148 
 
yaradır, ona görə də Məhəmmədin getməsi üçün, Ocağın baş tutması 
gərəkdir.  Ocaq  öz  millətində,  öz  vətənində  özünə  yer  tapmır. 
İndi bir yazı oxuyacam sizə. 
Hər bir xalqın özünün qutsal saydığı şəxsiyyətləri var. Bu şəxsiy-
yətlər  bir  xalqa  mənsub  olduğu  dərəcədə  həm  də  bəşəridir.  Bəşəri 
olmayan  qutsallıq  uydurulmuş  qutsallıqdır.  Uydurma  var  olmaya 
xidmət  göstərmir,  yox  olmaya  xidmət  göstərir.  Bəşərin  dünya  adlı 
“odasında”  millətlər  arasında  sınırlar  olsa  da,  bəşəri  mahiyyət  kəsb 
edən  şəxsiyyətlər  və  onların  qutsal  əməlləri  sınır  tanımır.  Yarat-
dıqları insani, milli, mənəvi dəyərlə insanlığın, dünyalığın, həyatlığın 
qismən də olsa xilasına çalışırlar. Bu üzdən şəxsiyyət zaman-zaman 
ziyarət  olunur.  Ziyarət  olunduqca  da  həm  arxaik  hadisədən  xilas 
olunur,  həm  də  insan  idrakına,  insan  ruhuna  yeni  hal,  yeni  fərəh 
gətirir. İnsanın ruh üstə yaşamasına imkan verir. İndi biz öz içimizə 
nəzər salaq, kimi və nəyi ziyarət edirik. Biz Türk olaraq IX yüzildən 
bu yana ərəb quralları ilə idarə olunuruq. Toyumuzdan, yasımızdan 
tutmuş davranışlarımıza qədər ərəbçilik qurallarına tabe olmuşuq. Bu 
da  islamın  içimizə  qan  bahasına  gətirilməsindən  sonra  baş  verdi. 
İslama  qarşı  dirəniş  göstərən  qəhrəmanlarımızı  isə  elə  bu  gün  də 
dışlamaqla  məşğuluq.  XXI  yüzildə  “Türk  Dünyasının  beyni  və 
ürəyi”  olan  Azərbaycanda  xalq  yalana  məbəd  tikir  və  ona  sitayiş 
edir. 
Hal-hazırda  Binəqədidə  məscid  tikilir  ki,  onun  hündürlüyü  90 
metrdir.  Ziyarət  olunmalı  dəyərlərmiz  isə  gözardı  edilir.  Ərəbçilik 
yalanı  başa  çıxarılıb.  Türkçülük  ayaqaltı  olub.  Ölkədə  tikilən 
minlərlə məscidlərdə ərəb vaizlərinin səsi ilə oyanıb yüz illərdi xalq. 
İnsanın hissi, mənliyi təhqir olunur, aşağılanırsan öz evində. Başsız 
qalmış  ailəyə  yad  kişinin  ağsaqqalıq  eləməsinə  bənzəyir  yurdum. 
Ümmət  havasına  yatıb-qalxan  millət  öz  içinə  işıq  salıb  baxmır  ki, 
doğru  nədir,  yalan  nədir.  Türk  peyğəmbərini  sevməyə,  inamına 
tapınmağa yer tapmır ürəyində. Peyğəmbər yerini Məhəmməd tutub, 
inam yerini islam. Bədəvi ərəb işğal edib qəlbimizi. Fərəhimizə qıfıl 
vurub,  fərəhlənə  bilmirik.  Qorxu  insanımızın  ürəyinə  işıq  salmır. 
Tapındığı onu böyütmür, boşluğa yuvarlayır. 


149 
 
Həqiqətimiz  insan  ömrünə  işıq  salır,  qaranlıqları  yarır.  İnsan 
ömrü işıqlandıqca dünya da işıqlanır. 
Biz  İslamı  ona  görə  vurğu  edirik  ki,  onun  yurdumuza  gəlişi  ilə 
xalqın  qutsal  nəyi  vardısa üstündən  xətt çəkdi  və  öz  uydurmalarına 
tapındırdı türk xalqını. Türkü öz mahiyyətindən ayırdı. Türk möhtə-
şəmliyi, Türk zərifliyi ərəbçilik həşiri ilə, köləliyi ilə əvəzləndi. Buna 
baxmayaraq, yurdumuz ziyarətgaha çeyriləcək. Çünki, Asif Ata var. 
Biz xalqdan yüksək bilik, idrak tələb edə bilmərik. Xalqın içindən 
çıxan tək-tək  aydınların  üzərinə  düşür  Asif  Ataya  söykənərək  xalqı 
təmsil etmək, onu işıqlı gələcəyə aparmaq. Millət o zaman bütöv olur 
ki, ona qıraqdan heç bir yadlıq daxil olmur. O şeyi qəbul etmək olar 
ki, o şey millətə yadlıq gətirmir... 
Mirzə Cəlilin “Danabaş kəndinin əhvalatı” əsəri bir xalqın ruhən 
məhv  olmasını  göstərir.  Vətən  adlı  qutsallıq  təhqir  olunur,  Kərbəla 
çöllüyü ziyarət olunur, öpülür, özünün vətəninə, millətinə, şəxsiyyət-
lərinə  isə  xəyanət  olunur.  Yeri  gəlmişkən  basında  (mətbuatda)  bu 
dəfə hədəfə alınmış klassiklərimizdən biri Mirzə Cəlildi. Mirzə Cəlili 
də  arvadbazlıqda  ittiham  edənlər  tapılır.  Babəki,  Mirzə  Cəlili 
arvadbazlıqda  suçlayanlar  görəsən  İslamın  yaradıcısının  həyatını 
niyə görmürlər?! 
Millətin  ruhuna  yad  olan  dünyabaxışlara  tapınmaqla  vətəndə 
qutsallıq  yaranmaz,  millətçilik  baş  tutmaz.  Milli  özül  üzərində 
qurulmayan  millətin  gözü  özündə  yox,  özgədə  olar.  İndi  millətin 
gözünün  özünü  görməsi  mərhələsi  başlayır  Asif  Ata  hərəkatı  ilə. 
İnsanilik  erasının  başlanğıcı.  Milli  kimliyimiz  üzərində  qurulmuş 
ümumbəşəri bir hadisə, yeni bir həyat sistemi, yeni bir dünyabaxış. 
Dünyaya  yeni  baxış,  həyata  yeni  baxış,  insana  yeni  baxış.  Dünya 
mənasına uyğun dərk olunur Atanın təlimində. Ziyarətgah Günümüz 
qutlu olsun. Atamız Var olsun! 
Ulusəs  Atalı Ataya  səcdə  ilə  sözünə  başladı:  Bayramımız 
münasibətilə hamınızı təbrik edirəm. Mənim varlığım, mənəviyyatım 
Ocağa  bağlıdır,  sizinlə  nəfəs  alıram.  İnamlının  çıxışı  çox  xoşuma 
gəldi. Həmişə var olun. Həyat başı aşağadır, insanlar ancaq aldadır-
lar.  Artıq  həyat  normasına  çevrilib  bu.  Dünya  gündən-günə  faciəli 
duruma düşür. Dünya gücünü Ocaqdan alacaq. Atamız Var olsun! 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə