Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   36   37   38   39   40   41   42   43   ...   86

133 
 
Gəncliyimizi  daxildən  parçalayıb,  özümüzə  sarı  yönəldirlər. 
Gələcəyimizi etibar elədiyimiz nəsli korlayırlar. 
 
Aşıq Fazil Sazla yenidən söhbəti izləyir (müşayiət edir). 
  
Yasin  Türksoy: İkinci  Dünya  savaşından  sonra  Batı,  Avropa 
bütün  müharibələrin  coğrafiyasını  Şərqə  və  Afrikaya  keçirdi.  O 
dövrdən  bu  dövrə  qədər  ancaq  Batının  talançılığı  gedir  Şərqin, 
Afrikanın sərvətləri üstündə. Talansın ki, Batı insanları rahat yaşasın. 
Başında duran ingilis-fransız və Batının   modeli yəhudi-ABŞ impe-
rializmidir.  Bu  gün  biz  burda  rahat  oturub  mərasim  keçiririk,  ancaq 
Kərkükümüzdə,  Ərbildə,  Mosulda  soydaşlarımız  işğaldadır.  Danış-
dıqca  ürəyim  ağrıyır.  Mosul,  Ərbil,  Kərkük  yanır.  Ancaq  Türk 
birliyindən səs çıxmır. Türk birliyi toplaşa bilmir. Özü dərdin içinə 
elə düşüb ki, özünə can yandıra bilmir. 
 
 
 
Biz  burda  tədbir  keçiririk,  Uyğurustanda  uyğur  türkləri  assimil-
yasiya  edilir.  Çinin  kommunist  rejimi  qədim  uyğur  şəhərlərini 
dağıdır.  Uyğur  türklərini  həbsxanalara  tıxır.  Həbsxanalarda  yer 
yoxdur.  Yenə  də  Türk  birliyindən   səs  yoxdur,  haray  yoxdur. 


134 
 
Türkiyənin başı öz dərdinə qarışıb, başının üstündə duranlar erməni-
kürd  əsilli  sionist  rejimin  qulbeçələridir,  kölələridir.  Bu  saat 
Türkiyənin  torpaqlarını,  Güney  Azərabycanın  torpaqlarını  Kürdüs-
tana  parçalamaq,  Mosulu,  Kərkükü,  Ərbili  Kürdüstana  peşkəş 
eləmək  siyasəti  yürüdürlər.  Qarabağımızda  narkotika  plantasiyaları 
çoxaldılır.  Güney  Azərbaycan  fars  rejiminin  zindanlarındadır,  bir 
yerə toplaşa bilmir. Azərbaycanın müxalifət başçıları Türk birliyinin 
olmamasının  səbəblərini  türk  xalqlarının  psixoloji  zəyifliyində 
görürlər. Psixoloji hazırlıq üzdə olandır, dərindəkini görmürlər, yan-
lış fikir söyləyirlər. Götürək yurdumuzu. Niyə birləşə bilmirik? Niyə 
toplum dağılıb, parçalanıb?.. 
 1980-90-cı  illərdən  müxalifət  həmin  təfəkkürdə  qaldı.  Bu,  onun 
birinci  səhvi idi.  İkinci  səhvi  isə tayfabazlıq  idi.  Baxsanız  görəcək-
siniz  ki,  hər  müxalifət  partiyası  başçısının  ətrafında  yandaşlarıdır, 
qohumlarıdır. Ancaq özününkülərdən ibarətdirlər. Müxalifət qəzetlə-
rinə  baxsanız,  Batı,  ya  Amerika  imperializminə  qarşı  yazılara  rast 
gəlmirsiniz.  Çünki  Batıdan,  Avropadan,  ABŞ-dan  maliyyələşir. 
İngilis, yəhudi siyasətinə qarşı yazılar yoxdur. Çünki pulu, tapşırığı 
aldığı  yerdən  yaxşı  yazılar  yazmalıdır.  Azərbaycanın  başında  duran 
müxalif  liderlər  üçün  vətən-millət  anlayışı  hakimiyyətə  gəlmək, 
vəzifə, kreslo deməkdir. Çünki imtiyazlar, səlahiyyətlər artır. 80-90-
cı  illərdən  onların  mübarizəsini  əvəz  elədi  kapitalizmin  demokra-
tiyası. İndi Batının demokratiyasından ağızdolusu yazırlar. Amerika-
nın, Batının Orta Doğuda törətdiklərini görmürlər... 
 Toplumu  müxalifətə  və  iqtidara  bölməklə  məsələ  həll  olmur. 
Gənclik də dinçilərə və Avropaçılara bölünüb. Gəncliyi də ancaq öz 
siyasi mənafeləri üçün istifadə etməklə məhv edirlər. Gənclik məhv 
olur,  xəlqi  birlik  olmur.  Xəlqi  birliyi  ancaq  Asif  Atanın  yolunda, 
Harayında görürəm. Ona görə Asif Ata Ocağında sevgiylə, sayğıyla 
insanların  bir-birinə  münasibətinin  dərinləşməsindən   fərəh  alıram. 
Asif Atanın “İnsanlaşın-İnsanlaşdırın” ideyası bəşəriyyətə bir yoldur. 
Bu  çıxış  yolunu  burda  gördüyümdən  Asif  Ata  Yoluna,  Ocağına 
sayğım var. Bayramımız qutlu olsun. 
Soylu  Atalı: Tədbirin  məzmununa  tam  uyğun  olmasa  da,  eybi 
yox,  üzünü  müxalifətə  tutub  suçlamaq  Azərbaycana  sevgidən 


135 
 
qaynaqlanır.  Yasin  Azərbaycan  iqtidarının  Azərbaycana  qarşı 
yaratdığı  dağıdıcılıq  işindən  narazı  bir  insan  olduğuna  görə 
müxalifətə  hücum  edir.  Umur  ki,  bu  gün  siyasi  mübarizəni  aparan 
müxalifətdir. O da birlik yaratmalı, ciddi mübarizə aparmalıdır. Bun-
lar hamısı umacaqdan irəli gələn bir  şeydir. Anlamaq olar. Müxali-
fətdə  ayrı-ayrı  sağlam  ruhlu,  vətənini  sevən  adamlar  da  var.  Ancaq 
təəssüf ki, onlar aktiv təsirə malik deyillər. 
Qonu  Xəlqiliyə  gedib  dayanmalıdır.  Siyasi  təhlillərə  dayanma-
malıdır... 
Son  bir  ildən  artıqdır  ki,  tədbirlərimizə  gələn,  səfərlərimizə 
bizimlə  birlikdə  öz  içinin  tələbiylə  gedən  Elçin  bəy  burdadır.  Arzu 
edirik ki, Elçin bəyin  içindəki sevgi daha parlaq və aktiv şəkil alsın. 
Elçin bəy kimi Azərbaycan gəncləri Azərbaycanla bağlı müəyyənlik 
tapsınlar. 
Elçin  Həsənov bayram  münasibətilə  hamını  qutladı.  Ocaqdan 
bəhrələndiyini, tədbirlərə daim qatılacağını vurğuladı. Ocaqda insan-
ların içdən dəyişə bilmək imkanlarının geniş olduğunu bildirdi. 
Sara  xanım bayrama  gəlişindən  məmnunluğunu  bildirdi, 
tədbirlərə qatılacağını dedi. 
 Sonra Soylu  Atalı bayram  hədiyyəsi  kimi  Göylü  Atalının 
bilgisayarda  yazdığı  Asif  Atanın  “İnam  və  Şübhə”  kitabını  təqdim 
etdi.  Elçin  bəyə  Ocaq  tədbirlərində  iştirakından  hazırlanan 
fotoalbomu ona hədiyyə etdi. 
“Xəlqilik” Bayramı üstə Mütləqlə Təması Nurtəkin Atalı oxudu. 
Bayram  quralları  yerinə  yetirildikdən  sonra  Ataya  səcdə  ilə 
bayram sona yetdi. 
Sonda  çay  süfrəsi  ətrafında  doğmalaşmaqla  söhbətlər  davam 
elədi. 
Şölə Ayı, 36-cı il. Atakənd. 
(iyun, 2014. Bakı.) 


136 
 
Asif Atanın (İnam Atanın) 
Mütləqə İnam Ocağı 
 
Ata – Ocaq ilsırasının 36-ili 
Qutsal “Ziyarətgah Günü” Mərasiminin 
Gedişatı 
 
Gün: 1 Qürub Ayı, Qismət Günü
Yer: İnam Evi ( İçərişəhər ); 
Vaxt: Saat 14:00. 
 
Mərasim Oda`sı hazırlanır. Təşkilati işlərə sorumlu İnam Evinin 
Odqoruyanı Ulusəs Atalıdır. 
• Bayraq gətirilir və“ Ata Harayları” səsləndirilir. 
 
• Hamı səcdə duruşunda: “Atanı ziyarət – insanlığı, qutsallığı 
ziyarətdir!” deyir. 
• “Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Nurtəkin, 
• “Ataya Günorta Ricası”nı – Göylü, 
• “Ruh Üstə” izharını – Üstün deyir. 
 
Ocaq Yükümlüsü Soylu Atalının Mərasim Sözü 
 
Mərasim qonuları: 
1) Atanı ziyarət – Xalqın yad dünyabaxışdan üzünü Özümlüyünə 
çevirməsi hadisəsidir. 
2) Atanı ziyarət – bəşər xalqlarının mənəvi intibaha yetməsi və var 
olmasıdır. 
3) Atanı ziyarət – İnsana, dünyaya, həyata olan hərcayi münasibətin 
kökündən dəyişilməsidir. 
4) Atalıq hadisəsi – itirilməkdə olan milli - mənəvi - insani 
dəyərlərin bərpası və bəşəriyyətə təqdim olunmasıdır. 
 
• Mərasimə ruhani hədiyyələr təqdim olunur. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə