Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   38   39   40   41   42   43   44   45   ...   86

141 
 
İndi Günün məğzi ilə bağlı bir neçə kəlmə söz demək istəyirəm. 
Nədir  bizim  münasibətimizin  əsasında  dayanan.  İki  əlin  barmaqları 
saydayıq.  Hansı  çətinliklərə,  fədakarlıqlara,  əziyyətlərə  qatlaşaraq, 
dözərək necə ciddi mərhələləri keçdik. Bütün bunların hamısı Ocağın 
qurulmasına xidmət elədi. Burada Ocaq çox böyük ləyaqət göstərdi. 
Bu  gün  Azərbaycanda  görünən  və  görünməyən  səviyyədə  əsaslı 
narahatlıqlar  olur.  Bu  narahatlıqlar  da  ən  çox,  Sovetlər  dövründən 
sonra  ortaya  çıxan  dini  təşkilatların  cəmiyyətin  əhvalını,  psixolo-
giyasını  təhdid  eləməsinə  görədir.  Hər  kəs  narahat  olur  ki,  onun 
başına  pis  işlər  gələcək.  Özü  də  sosial  şəbəkələrdə  bir  çox  eybəcər 
şeylər paylaşırlar. İsanların içinə həqiqətən də vəlvələ düşüb. Biz də 
narahatıq,  Ocaq  olaraq,  amma  biz  onlar  kimi  qorxmuruq.  Biz 
mübarizə  aparırıq  və  biz  ortaya  söz  qoyuruq,  iş  qoyuruq.  Biz 
cəmiyyətə  götürməli  olduğunu,  gərək  olanı  veririk...  Hər  kəsə  başa 
salmaq gərəkdir ki, Asif Atanın adına çağırmaq, onun işini öyrətmək 
uğrunda  ciddi  çabalar  göstərmək  lazımdır.  Dindən  gələn  antiinsani 
faktların  özü  həm  də  Ocağı  müqayisə  etmək  üçün  hər  kəsə  bir 
örnəkdir.  Qoy  bilsinlər  ki,  din  varsa,  hər  cür  qorxu  da  var.  Yəni 
cəhalət  varsa,  yalan  varsa,  xurafat  varsa,  insanların  idrakının  böyü-
məməsi  varsa,  yetkinləşməməsi  varsa,  mütləq  bu  cür  qorxulu 
hadisələr var –Vəhhabilik var, Nurçuluq var, Şiəlik var, Sünnilik var, 
o biri dinlərin qoları da var. Hamısını yaşadan nədir, – insanın özünü 
yarada  bilməməsi,  cəhalətdə  yaşaması,  fərəhsiz  yaşaması,  inamsız 
yaşaması. Asif Atanın varlığı bizim üçün ruhani istehkamdır, xalqı-
mız  üçün  ruhani  istehkamdır.  Asif  Atanın  varlığı  bəşər  xalqlarının 
yeni  bir  mərhələyə  qədəm  qoymasıdır.  Asif  Ataya  xidmət  edirik, 
əslində  bəşəriliyə  xidmət  edirik.  Bəşəriyyətin  ləyaqətini  dirildirik. 
Bizim  səcdəmiz  bəşəriyyətin  ləyaqətini  diriltməkdir.  Səcdə  ilə  biz 
eybəcərlikləri  təqib  edirik,  rədd  edirik.  Əsilliyə,  müqəddəsliyə 
tapınmağımız  elə  səcdəmizdir.  Əsilliyə,  müqəddəsliyə  tapınırıq  ki, 
sürülük, sünilik, yalan, saxtalıq insanların canından uzaqlaşsın, rədd 
olsun. 
Asif  Ata  böyük  məsələlərdə  haqqa  çatdırır.  Mən  yazmışam  ki, 
Məhəmməd  bəşəri  peyğəmbər  deyil,  amma  Asif  Ata  bəşəri 
peyğəmbərdir.  Niyə?  Məhəmməd  xalqların  etnik  mahiyyətinə 


142 
 
müdaxilə elədi. Məhəmməd xalqları özümlüyündən ayırdı. Məhəm-
məd  ümmət  yaradaraq  milləti  ləğv  edir.  Milləti  ləğv  edən  millətin 
peyğəmbəri  ola  bilməz.  Başqa  xalqların  ruhaniyyatını  aşağılayan, 
onun etnik kimliyinə müdaxilə eləyən onun peyğəmbəri ola bilməz. 
Asif Ata bütün xalqların mənliyinin təsdiqinə çalışır. Ona görə bütün 
xalqların  peyğəmbəridir.  Asif  Ata  bütün  xalqları  xilas  edir.  Bütün 
xalqların millətçilik yolunu göstərir, Ruhaniyyatçılıq yolunu göstərir. 
Ruhaniyyatçılıqla  milllətçiliyin  bir-biriylə  iç–içə  olduğunu  deyir. 
Millətçiliyin  təməli  ruhaniy-yatçılıqdır.  Ruhaniyyatsız  millətçilik 
imperiyaçılıqdır, şovinizm münasibətidir. Ruhanilik əsasında millət-
çilik qutsaldır. Ona görə Asif Ata bəşəri peyğəmbərdir. Bəşəriyyətin 
nicatı,  xilası  Asif  Atadan  keçir.  Hansı  peyğəmbər  millətin  var 
olmasına  çalışdı?  Dünya  oyun-oyuncaqdı  deyir,  hər  şey  ləğv 
olunacaq, axirətdə gedib kef eləyəcəksən. Hardadır burda bəşərilik? 
O  bəşər-zad  tanımır,  bəşəriliyi  ləğv  edir.  Planeti  ləğv  edir,  burda 
bəşərilik yoxdur. Ona bəşəri deyəni anlatmaq lazımdır, necə bəşəridir 
ki, bəşəriyyəti ləğv edir. Semit peyğəmbərləri deyir Allahın dərgahı 
var, hamı ora gedəcək. Asif Ata deyir bu dünyanın özü qutsaldır, o 
dünya-filan yoxdur, Atanın ideyaları bəşəriyyəti qurur, var edir, ona 
görə  də  qulluq  göstərdiyi bəşərin peyğəmbəridir.  Bizim  cəsarətimiz 
əsaslı  olana,  doğru  olana  bağlıdır.  Bizim  deməyə,  öyrətməyə,  tələb 
etməyə daha çox haqqımız var. Baxın, Məhəmmədin qövmü səndən 
nə  tələb  edir,  biz  nə  tələb  edirik.  Biz  səndən  tələb  edirik  ki,  çolaq 
olma, ayar üstə dur. Mənliyini göstər, varlığını göstər, ömrünü yarat, 
özünə  sahib  ol.  Məhəmmədin  dini  deyir  ki,  sən  murdarsan,  balaca-
san,  başını  sal  aşağı,  birtəhər,  gör  Allahın  yanına  gedə  bilirsənmi? 
Kim sənə nə deyir, kim səni hara çağırır, bunu yaxşı fikirləş. 
Dünya  tamam  eybəcərləşib,  pis-yaxşı  bir-birinə  qarışıb.  Kimdir 
onunla  məşğul  olan?  Kimdir  Asif  Atanın  Ocağı  kimi,  təğyiri-libas 
olub düşə çöllərə, bir qarnı ac, bir qarnı tox. Həyəcan içində, nəfəsi 
təntiyə-təntiyə,  kimdir  gedib  yalvara  ki,  qalx  millət  ol,  insan  ol, 
nicatını göstərirəm sənə. Belə qüvvə varmı? – Yoxdur. Tarixdən üzü 
bu yana bu gün də bizi təhdid edirlər, hədələyirlər. Məhəmmədin səsi 
ilə,  nəfəsi  ilə,  kitabı  ilə  bizi  hədələyirlər.  Bizi  deyəndə  Ocağı  qəsd 
eləmirəm, xalqı nəzərdə tuturam. 


143 
 
Tarixin  heç  bir  dönəmində  qıraqdan  gələn  kimsə  gəlib  bizim 
içimizdə sevgi ilə haray çəkməyib, yalvarmıyıb, içəridən çağıranı isə 
eşitmirik. Onun nəticəsidir ki, min ildir ruhumuz təhdid olunur. Onun 
nəticəsidir  ki,  indi  bizim  dövlətimiz  yox  kimidir  və  dünya  gücləri 
bizi  hədələyir.  Hamısı  evimizin  içində  bizə  göstəriş  verir.  Ruhani 
hədənin  üzərində  qurulur  siyasi  murdarlıqlar.  Kimdən  asılı  deyilik. 
Dövlətin bu qədər siyasi asılılığı bizim ruhani təhdiddə olduğumuzun 
nəticəsidir. Var ola bilmirik. 
Hansı  miqyasda  düşünürsən,  hansı  mühitdə  dünyaya  övlad 
gətirirsən.  Nə  vermisən  övladına,  nə  deyirsən?  Onun  beyninə  nəyi 
yaza  bilirsən?  Bunların  hamısı  bizim  özümüzün  assimilyasiya 
olmağımız  deməkdir.  Bunu  biz,  Ocaq,  dərk  edirik,  anlayırıq,  ona 
görə də bizim içimizdə qüdrət var. Boğazımız quruyur, amma yolu-
muz qurumur. Yolumuz batmır, çünki fərqli olduğumuzu dərk edirik. 
Bütün bəşəriyyətdə xoşbəxt adamlarıq. Dünyaya dediyimiz söz haqlı 
sözdür.  Sevgimiz  də,  Səcdəmiz  də  haqlıdır.  Haqlı  səcdəmiz  qutlu 
olsun. 
Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 
Atamız Var olsun! 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə