Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə43/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   39   40   41   42   43   44   45   46   ...   86

144 
 
Günev  Atalı Ataya  səcdə ilə  sözünə  başladı:  Gedişatda  qoyulan 
mövzular cox yaxşı mövzulardır, amma bu mövzuların ayrı-ayrılıqda 
açılmasına hazırlaşmamışam. 
Son  ayın  iki  gününü  gündəlikdə  qeyd  eləmişəm,  onu  oxumaq 
istəyirəm. 
Həyatımın unudulmaz günlərindən biri baş verdi. 13 Od Ayı 36-cı 
ildə  anam  öldü.  Onu  atamızın  sonevi  (qəbiri)  ilə  yanaşı  gömdük. 
Cəmiyyət  tələbləri  ödəndikdən  sonra  çıxışım  oldu.  Ölənə  münasi-
bətin  indiyə  qədər  düzgün  ifadə  tapa  bilməməsindən,  ölümün  dərk 
olunma-masından,  anamızın  daşıdığı  keyfiyyətlərdən  danışdım. 
“Ölümlə  Görüş”,  “Aqibət”  “Matəm  üstə Mütləqlə təmas”  yazılarını 
oxudum. Hamının heyran olduğunu hiss etdim. Təvəkkül bəy həmin 
çıxışı çəkə bilmişdi. O, Həsən müəllimin “Mən özümü onun əllərin-
dən öpməkdən güclə saxladım” deməsini eşidib... 
25  Od  Ayında  anam  üçün  yas  mərasimi  keçirdik.  Qıraq 
kəndlərdən də çoxsaylı adamlar gəlmişdi. Ocaqçılar və Ocaqsevərlər 
də gəldilər. Soylu Atalı ilə məsləhətləşdiyimizə görə camaatı nəzərə 
alıb  qohumlardan  bir  mollanında  oturmasına  göz  yumduq.  Bunu 
istisna etsək, tam Ocaq tələblərinə uyğun qurulmuşdu. 
Üstün və Göylü qadınların məclisində mühiti əla ala bildilər, söz 
dedilər,  Ocağımızın  qurallarını  həyata  keçirdilər.  Ordan-burdan 
eşidirəm  ki,  qatılanlar  çox  razı  qalıblar.  Bu  işdə  Elana  da  qeyrət 
göstərib... 
Kişilərin  məclisində  fərqli  hal  baş  verdi.  Əslində  4  nəfər  aranı 
qatdı,  başqa  heç  kəs  orda  etiraz  eləmirdi.  Əvvəlcə  mən  anam 
haqqında,  ölümə  münasibətlə  bağlı  söz  dedim.  Sonra  ruhani  müba-
rizə  yönündə  Soylu  Atalı  sözə  başladı.  “Ürəyinizdə  Günəş  olsun 
istəkli  yuddaşlarımız!”  Bu  sözlərlə  başladı  və  milli,  insani  yöndə 
əyintilərə səbəb olan maneələrdən danışdı. Türk sözünə etiraz olun-
du. Yadlıqlar arasında ərəbçiliyin adının hallanması kükrəmə yaratdı. 
Amma  Soylu  Atalı  çox  söz  dedi.  (Çıxışının  mətni  mətbuat  səhifə-
lərində  işıqlanacaq).  Yadlığı  özünə  tutalqa  edən  4  nəfərin  təsiri  ilə 
onun çıxışı dayandırıldı. Aranı qatanları təşkil edən mənim ünvanım-
da  hətta  qara-qışqırıqdan  da,  qarğışdan  da  çəkinmədi.  Elə  bil  ki, 
dünyada  bundan  betər  bəla  yox  imiş  ki,  mən  tutmuşam. 


145 
 
4  nəfərdən  başqa  qalan  bütün  kəslər  bizə  maraqları  və  heyrətlərini 
bildirirdilər. Daha çox hissəsi bizdən razılıq edirdi. Maraqlısı bu idi 
ki,  gedənlərdən  axşam  qayıdanlar,  səhəri  gün  “Ulufərəh”Ailəsinin 
“Ailə Günü”ndə iştirak edənlər də oldu. Son dərəcə fərəhli gün idi. 
Növbəti  gün  Atakəndlilər  yola  düşdülər.  Yenə  də  ara-sıra  kənd 
camaatından  bu  hadisəyə  müsbət  qiymət  verənlər  oldu.  Bəzən  də 
həşir salanların bəzilərinin yaxınları üzrxahlıq edirdilər. Qıraq kənd-
lərdən  də  səs-səda  gəlirdi.  Demək  olar  ki,  bu  bölgədə  şərin  özünü 
ifşası  baş  vermişdi.  Şəxsən  mən  bu  hadisəni  uğurlu  bir  hal  kimi 
qiymətləndirirəm. Ata xalqın içinə gəlir... 
Atamız Var olsun! 
28 Od Ayı, 36 il. 
 
Soylu  Atalı: Günev  qardaşımın  qiymətləndirməsiylə  razıyam. 
Eyni zamanda bizim haqqımız yoxdur özümüzü sakitləşdirək ki, hər 
şey  yaxşı  oldu.  Bizə  qarşı  dirəniş  göstərirlər,  yadlığı  bizdən 
qoruyurlar,  biz  bunu  deməliyik.  Biz  müəyyən  toplumun  müəyyən 
nümayəndələri  ilə  üz-üzə  gəlirik  ayrı-ayrı  hallarda.  Bunlar  bizi 
təhdid  edir,  bizə  imkan  vermir.  Bunu  biz  deməliyik.  Asif  Atanın 
aqibəti belə olub, bunu o yaradıb. Asif Ata böyük inam, böyük sevgi, 
böyük  xilas  qoymasına  baxmayaraq  ona  qarşı  dirəniş  göstərirlər. 
Təbii  ki,  yeni  yaranan  həmişə  belə  qarşılanır.  Bəlkə  bu  da  bir 
nizamdır.  Bu  nizamı  göstərmək  lazımdır  ki,  dərk  olunsun.  İnsan 
heyvan  səviyyəsinə  gəlib  düşüb.  Belə  bir  çağda  Asif  Ata  dünyanı 
xilas eləmək üçün çıxış yolu yaradıb. 
Nurtəkin Atalı Ataya Səcdə ilə sözünə başladı: Atanın dövründə 
mən  cəmi  bir  dəfə  bu  mərasimdə  iştirak  eləmişəm.  Atanın  evində 
keçirirdik  bu  mərasimi.  Biz  Atanın  hüzurunda  olurduq,  Ata  söz 
deyirdi. Atanın hüzurunu gözləmək üçün həyətdə otururduq və orda 
söhbət-ləşirdik. Çünki Ailələr Atanın hüzurunda bir-bir olurdu. 
Soylu Atalı: Biz Atanın evinə yerləşməzdik, ona görə də ailə-ailə 
girirdik Onun yanına. 
Nurtəkin Atalı: Atanın səsi var idi, yerişi var idi o evdə. Atanın 
sağlığında  biz  gedirdik  oraya.  Atanın  hüzuru  hal  baxımından  bizdə 
qaldı.  Atanın  hüzurunun  hal  mənasını  Soylu  Atalı  hər  mənada  bizə 


146 
 
anlatdı.  Bu  əməllərlə  üzümüz  ağdır.  İndi  Atanın  ömründən  gələn 
halnan biz özümüzü Atanın hüzurunda hiss edirik. 
Bayaq  mən  deyirəm  mərasimə  gecikməkdən  qorxdum,  təsəvvür 
edək ki, bir dəfə mərasimi saat üçün yarısı başlayaq, bir dəfə keçir-
məyək,  onda  sistem  qırılar.  Yol o  vaxt  yol  olur  ki,  orda davamlılıq 
var və məsuliyyət var. Hər şeydə sistemli, ardıcıl və intizamlı olmaq. 
Bu halı yaradan Soylu Atalı idi. 
Atanın  peyğəmbərliyi  ilə  bağlı  söz  demək  istəyirəm.  Atanın 
peyğəmbərliyi göstərir ki, insan fəlakət içindədir. İnsan inamsızdırsa, 
idraksızdırsa,  mənəviyyatsızdırsa,  o,  fəlakət  içindədir.  Onun  fəlakət 
içində  olduğunu  da,  yolu  da  göstərdi  bizə  Ata.  Xalqımız  fəlakət 
içindədir, xalqlar fəlakət içindədir. Niyə fəlakət içindədir? Ata deyir 
ki, ölkələrarası münasibət insanlararası münasibətdən başlayır. Əgər 
insanın  içində  tülkülük  varsa,  biclik  varsa,  mütləq  o,  ölkələrarası 
münasibətdə özünü doğruldacaq. Bir qrup mütləq o birini tapdamaq 
istəyəcək, istifadə eləmək istəyəcək, bir-birini qorumayacaq. Hər kəs 
indi  dünyanın  ağası  olmaq  istəyir.  Dünyanın  yiyəsi,  qoruyucusu 
olmaq istəmir, əgər görürsə ki, o zəifdir, onun zəifliyindən daha da 
istifadə edir. Onun qayğısına qalmağı qarşısına tələb qoymur. Ümu-
miyyətlə, bəşər fəlakət içindədir. Bu yolsuzluqda Ata bəşərin fəlakət 
içində  olduğunu  və  bu  fəlakətətdən  çıxış  yolunu  göstərir.  Ata 
“Mütləqə İnam”da yazır ki, ömür sevdam baş tutdu, kitablarımın və 
Evladlarımın  atası  oldum.  Azərbaycan  mənim  üçün  Azərbaycanlı-
ların cəmindən artıqdır, yüksəkdir. Mən istəyirəm ki, o öz mənasına 
layiq  olsun.  Kitabı  həm  də  bəşər  üçün  yazdım,  çünki  bəşər  mənim 
üçün  insanların  cəmindən  artıqdır,  böyükdür.  İstədim  ki,  o  öz 
mənasına  layiq  olsun.  İstədim  ki,  insanlar  yaşasınlar.  İndiyə  qədər 
insanlar  yaşamayıb  ki,  Ata  deyir  istədim  ki,  insanlar  yaşasınlar. 
Məhz İnsan kimi yaşamaq. Əgər insan Mütləqə çatarsa, kamilləşərsə 
dünya da dəyişilə bilər, ölkələrarası münasibətlər də dəyişər. Atanın 
peyğəmbərliyi  bu  yolu  qoyub.  Bunu  bizə  verdi,  biz  də  o 
xoşbəxtlərdənik ki, bu yükün altındayıq. Atamız Var olsun! 
Üstün  Atalı Ataya  səcdə  ilə  sözünə  başladı:  Atanı  ziyarətim 
mənim  ruhani  məsuliyyətimdir.  Atanı  ziyarətim  insana,  dünyaya, 
həyata  hərcayi  münasibətin  aradan  qalxmasıdır.  Doğrudan  da  bu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə