Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   35   36   37   38   39   40   41   42   ...   86

130 
 
qardaşımızın  çaldığı  Saz  bizim  milli  dəyərimizdir.  Milli  kimliyini 
dərk  edən  hər  bir  kəs  üçün  saz  onun  sevgisinə  daxildir.  Deməli, 
bizim sevgimizi bir araya gətirir. Hamımızın sevgimizin obyekti bir 
olur.  Böyük  məsələlərdə  də  bizim  sevgimiz  bir  araya  gəlməlidir. 
Böyük  məsələlərdə  də  bizim  sevgimizi  birləşdirən  dəyər  olmalıdır. 
Ancaq milli ideologiyan yoxdursa, bunun əvəzinə əcnəbi ideologiya 
varsa, ona milli kimliyini dərk eləyən insanlar bir cür baxır, o birilər 
biganə  baxır,  biri  başqa  cür  baxır.  Heç  kimi  birləşdirmir  o  əcnəbi 
baxış.  İnsanların  içini  tərpədən,  oyadan  və  birləşdirən  bir  şey 
lazımdır. Onun ağlını silkələyən, böyüdən bir şey lazımdır. O xalqın 
içində  yarandıqca,  durduqca  xalqın  böyük  məqsədi  bir  xətt  üstə 
həyata keçə bilər. Əks halda, heç kimin sözü heç kimlə düz gəlmə-
yəcək. Biz demirik ki, bütün ictimai-siyasi fəaliyyətlər dayanmalıdır, 
olmamalıdır,  yalnız  Asif  Ata  olmalıdır.  Elə  demirik.  Heç  özünü 
doğrultmaz da bu. Biz deyirik ki, Asif Ata elə bir mayakdır ki, hər 
kəs  öz  xəttində  addımlayıb  gedə  bilər  milli  zəmində.  Ondan 
bəhrələnərək,  öyrənərək  böyük  məqsədləri  həyata  keçirmək  olar. 
Asif  Ata  ruhani  bir  xətdir.  Çağdaş  nizam,  dövlət,  bunlar  siyasətə 
dayanır. Bu siyasətin özünü millətin qorunmasına yönəltmək istəyər-
sənsə, Asif Atadan  bəhrələn. Özünü milli ideologiya əsasında qura-
caqsan.  Milli  ideologiya  milli  ideyalardan  qaynaqlanır.  Milli  təfək-
kürdən,  milli  düşüncədən,  mili  dəyərlərdən.  Ona  görə  Asif   Atanın 
dediyi  zəmin  üzərində  ciddi  addımlar  atmaq  lazımdır.  Asif  Atanın 
“Uluyurd Aqibəti” kitabı var. Bu nəyə hesablanıb? Asif Ata deyir ki, 
sənin  yüz  Füzulin  olsun...  Həm  deyir  Füzulilik  böyük  dəyərdir, 
Azərbaycançılığın mahiyyətidir. Sonra da deyir ki, yüz Nəsimin, yüz 
Füzulin  olsun,  dövlətin  yoxdursa,  yetimsən.  Dövləti  olmayan  xalq 
yetim  xalqdır.  Füzuli,  Nəsimi  –  bunlar  dövləti  qoruyan  dəyərlərdir. 
Xalqı  xalq  eləyən  dəyərlərdir.  Xalqı  özünə  bənzədən,  yönəldən 
dəyərlərdir. Dövlət xalqa dayanır axı. Xalqa dayanır və dünyada öz 
sözünü  deyə  bilir.  Uluyurd  Hərəkatının  özünün  prinsipləri  var, 
özünün  xətti  var  –  neyləmək,  necə  eləmək.  Orda  milli  ideologiya 
yaranır.  Dövlət  ideologiyası  demirəm,  hakimiyyət  ideologiaysı 
demirəm,  məhz  milli  ideologiya,  milli  strategiya.  Onun  da  əsası 
qurulur.  Gəncliyin  içərisində  ciddi   iş  getməlidir.  Heç  olmasa 


131 
 
gəncliyin  içərisində  beş  nəfərin  qulağı  eşitsin,  gələcəkdə  özündən 
əvvəlki nəsillərin qəddarlığını təkrar eləməsin. Düşünsün, yeni qüvvə 
yaransın. Yeni milli qüvvə yaranmaldır. Beş günün söhbəti deyil bu. 
İllərlə idrak işi, mənəviyyat işi getməlidir. 
 İsfəndiyar  bəy: Güneydə,  təəssüf  ki,  elə  bir  təşkilat  yoxdur  ki, 
xalqı öz hürriyyətiylə tanış eləsin. Xaricdə çoxları var, ancaq xalqdan 
uzaqdırlar.  Millətin  düşüncəsində  müəyyənlik   yoxdur.  Urmu  şəhə-
rində  1  milyon  cəmiyyətdən  iki  min  nəfər  ancaq  çıxır  küçəyə.  Heç 
bir faizi də deyil. 99%-i tamaşaçıdır. Xalqın düşüncəsi yüksək deyil 
ki, öz xeyri üçün, öz varlıqları üçün iş görsün. Ancaq sizin dediyiniz 
kimi,  xalqın  içində  işləmək  lazımdır.  Təəsüflər  ki,  orda  da  işləyən 
tək-tük insanlar var. Orda bu eşitdiyimiz təbliğata böyük ehtiyac var. 
Soylu Atalı: Quş üçün qanad nədirsə, ideya insan üçün odur. Nə 
qədər xalqın içində emosiya güclü olur olsun, ideya yoxdursa, addım 
atmağa  müəyyənlik  yoxdur.  Güney  Azərbaycanda  çox  böyük  işlər 
getməlidir.  Quzeylə  Güneyi  ayırmaq  istəmirəm,  bir  taleni  yaşayan 
xalqdır.  Ancaq  200  il  ərzində  bunların  yaşadıqları  aqibət  arasında 
fərqlər  əmələ  gəlib.  Mədəniyyətlər  arasında  fərqlər  əmələ  gəlib, 
baxış fərqi əmələ gəlib. Azadlığa baxışda fərqlər əmələ gəlib. Müəy-
yən  dövr  iş  getməli,  yön  yaranmalı,  formalaşmalıdır  ki,  istəyimiz 
doğrulsun.  Güneylə  Quzeyin  bu  gün  birləşməsinə  zəmin  yoxdur 
deyirlər.  Elə  deyil,  xalqı  içəridən  böyüdərsən,  birdən  ayağa  dura 
bilər.  Onlar  niyə  bu  təbliğatı  aparırlar.  Bəlkə  də  bu,  fars  rejiminin 
bizim  içimizdə  apardığı  təbliğatdır.  Deyirlər  ki,  bizim  daşıdığıımız 
mədəniyyətlər  fərqlidir,  biz  bir-birimizi  qıracağıq,  qəbul  eləməyə-
cəyik. Onu bizim şüurumuza sırıyırlar. Mədəniyyət fərqi var, ancaq 
bir-birimizi  qırmayacağıq.  Elə  bu  tayda  da  o  qədər  fərqli  əqidə, 
mədəniyyət daşıyıcıları var ki... 
Bizim dediyimizdən qıraqda da Türkçülük şüarı var. Yad qüvvə-
lər  toplumun  içərisinə,  xüsusilə  gəncliyə  öz  türkçülüklərini  yeri-
diblər. Fərqli bir şey. Gənclərin əksəriyyətində aqressiya var: Böyük 
Turan  –  imperiya  havası,  Avropanı  dağıtmaq  həvəsi  və  s.  Nəylə 
dağıdırsan  və  niyə  dağıdırsan?  Məqsəd  Avropanı  dağıtmaq  deyil, 
məqsəd  özünü  qurmaqdır.  Böyüyüb  bərabər  səviyyəli  əməkdaşlıq 
elə,  əlaqə  qur.  Dünyanın  nizamına  təsir  elə.  Dünyanın  siyasi 


132 
 
nizamında  sənin  yerin  olsun.  Ancaq  gizli  əllər  dağıdıcı  əhvallar 
gətirirlər ki, bizi əzməyə, nəzarətdə saxlamağa özlərində əsas tapsın-
lar. Sizə imkan verilsə, siz hər yeri dağıdacaqsınız, imperiya yarada-
caqsınız deyə bilsin. Ərəblərdə bunu edirlər də. 
 İmperiya Turançılığı deyil, mənəvi Turançılıq olmalıdır. Türkçü-
lüyü gözdən salmaq olmaz. Deyirik farsçılıq pisdir, rusçuluq pisdir. 
Adama deyərlər ki, farsçılıq pisdir, türkçülük yaxşı şeydir? Mən də 
deyirəm ki, farsçılıq, rusçuluq, ingilisçilik səviyyəsində türkçülük pis 
şeydir. Mən elə türkçülüyü qəbul eləmirəm. Mənim üçün türkçülük 
türk  xalqının,  türk  etnosunun  mənəvi  dəyərlərinin,  keyfiyyətlərinin 
intibah  yolu  ilə  dirçəlməsi  və  vahid  bir  topluma,  dəyərə  çevril-
məsidir.  Humanizm  əsasında  yönətim  quralını  yaratmasıdır.  Ona 
görə o məsələlər fərqlidir. 
 
 
 
Qaraxan  bəy: Sizin  çıxışlardan  çox  razı  qaldım.  İndi  müəyyən 
texniki  inkişaf  var,  ancaq  məsələn,  müasir  telekanallar  bir  də 
görürsən müsahibə alır, işğal olunmuş rayonlarımızın tarixi ilə bağlı. 
Bilmir  müasir  gənclik.  Gəncliyi  o  qədər  gözəl  yetişdirməliyik  ki. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə