Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   33   34   35   36   37   38   39   40   ...   86

123 
 
Günahkar xalq 
 Azərbaycan xalqı günahakrdır: 
1.
 
Müstəqil Dövlət yaratmadığı üçün. 
2.
 
Yad qoltuğunda əsrlərlə yaşadığı üçün. 
3.
 
Yadpərəst ziyalısı üçün. 
4.
 
Yalançı dirçəlişi üçün. 
5.
 
Saxta sevinci üçün. 
6.
 
Vəhdətsizliyi üçün. 
7.
 
Əsarətə alışdığı üçün. 
8.
 
Özünə yağı doğduğu üçün. 
9.
 
Kiçik böyükləri üçün. 
10.
 
Aldandığı üçün. 
11.
 
Paralandığı üçün. 
Azərbaycan xalqı günahakrdır! 
O, günahını Amal suyuyla yumalıdır! 
Azərbaycan  xalqının  günahkarlıqdan  çıxmasını  Ocaq  qarşısına 
məqsəd  qoyub.  Ocaq  yol  göstərir,  Ocaqlaşma  yoluyla,  xalqlaşma 
yoluyla  Azərbaycan  xalqı  bu  günahlardan  çıxmalıdır.  Bu  yolda 
olduğum  üçün  xoşbəxtəm,  fərəhliyəm.  Bayramımız  bir  daha  qutlu 
olsun. 
 Soylu  Atalı: Xalq  həmişə  böyük  insanlar  doğur,  qəhrəmanlar 
doğur. Xalq özü bəzən aşağı səviyyəli olsa da, qəhrəman doğa bilir. 
Ancaq  xalqın  öz  səviyyəsi  aşağı  olduğuna  görə  ayrı-ayrı 
qəhrəmanların, oğulların, qızların çiyninə yük düşür. Xalqın doğduğu 
qəhrəmanlar  xalqı  yenidən  doğmalıdır,  yenidən  qurmalıdır. 
Qəhrəman,  xalqı  öz  ruhundan  doğmalıdır.  Fərdin  xalqına  xidməti 
odur. 
İnamlı Atalı: Ata deyir ki, xalq yetkin fərdlərdən yaranır. Özüylə 
məşğul olan, yetkinləşən, özü üzərində ucalan insanların birliyindən 
yaranır. Toplum halında bir yerdə yaşamaq xalq olmaq demək deyil. 
Dünən  bir  nəfərlə  söhbət  zamanı  dedim  ki,  mən  inanmıram 
bəşəriyyətin tarixində bizim xalq qədər bədbəxt duruma düşən olsun. 
Mənə dedilər ki,  sən həmişə xəlqi dəyərlərdən danışırsan, indi niyə 
belə  danışırsan?  Deyirəm  ki,  dəyərləri  var,  ancaq  bugünkü  duruma 
baxanda  yazığım  gəlir.  Bir  dəfə  bir  adamla  söhbət  elədim,  o,  xalqı 


124 
 
söydü. Dedim ki, görürsənmi, ən adi sözdə xalqı söyürük. Sanki bu 
gündəlik  tələbata  çevrilib.  Sanki  ona  bizi  alışdırıblar.  Xalqı 
söymədən  yaşaya  bilmirik.  Deyirəm  xalq  səndən,  məndən  yaranır. 
Biri  də  mən  özüməm.  Xalqın  bugünkü  durumuna  baxanda  deyə 
bilərik  ki,  Zərdüşt,  Nəsimi,  Babək,  Füzuli,  M.Ə.Rəsulzadə,  Cavid 
bizdən  deyil.  Əgər  bu  xalq  belədirsə,  necə  olub  belə  hadisələr 
yaradıb? Fikiləşirsən ki, əgər bunları bu xalq yaradıbsa, bəs bu gün 
niyə bu gündədir? 
 
Xəlqi məzmun daşıyan dəyərlər sadəcə sənət, ədəbiyyat vasitəsilə 
yada salınır bugünkü “ziyalılar” tərəfindən. Bu səbəbdən milli, xəlqi 
dəyərlər sıradan çıxır, tarixdən silinir. Xalq cahilləşir, sürü eyniyyəti 
yaranır sonda. 
Mən televiziyada “mədəniyyət kanal”ına baxıram. Nisbətən milli 
yöndə verilişlər var bu kanalda. Əsasən də üzdə olan, sayılan, seçilən 
ziyalıları  çağırırlar  ora.  Ziyalı  olduqlarına  görə  çox  şey  gözləyirəm 
onlardan. Soylu bəy demiş, danışanda görürsən ki, ziyalı adlanırlar, 
ancaq  yaşayanda  görürsən  ki,  xəlqi  yük  altına  girməyən  diplom 
ziyalısıdırlar.  Xəlqilik  mövzusuna  gələndə  hamısı  üstündən  keçir. 
Sazı bir sənət kimi, dəyərləri bir sənət kimi, Dədə Qorqudu keçmiş 
bir  hadisə  kimi,  Muğamı  adicə  musiqi  kimi  sadalamaqla  keçinirlər. 


125 
 
Bunların xəlqi mahiyyət daşıdıqlarını olduğu kimi demirlərsə, xalqı 
xalq  eləyən  dəyərlərdən  danışmağa  ya  savadları  çatmır,  ya  da 
cürətləri. Onda fikirləşirsən ki, belə ziyalısı olan xalq onun ətəyindən 
tutub hara qədər gedə bilər? 
Dinin  tərbiyəsi  ilə  yaranan  xalq  xalq  olmur,  toplum  olur,  var 
olmur,  mövcud  olur.  Mövcudluq  ötəridir,  sonludur.  Din  məişəti-
mizdə  elə  oturuşub  ki,  dara  düşəndə  Allahın  ətəyindən  yapışırlar. 
Sanki Allaha yalvarmaqla işimiz düz gətirəcək, yıxılmaqdan duraca-
ğıq, ac olmaqdan qurtulacağıq, bu hakimiyyətin zülmündən qurtula-
cağıq, bir olacağıq. Elə deyil... 
 Bəşəriyyət  dəyərlərə  üz  tutsa,  tək  Azərbaycan  ona  prinsipial 
dəyərlər  verib.  Azərbaycanın  cahilliklə  məşğul  olmağa  haqqı 
yoxdur... Kədərlərimiz də var, biz o kədərləri Bayramda vurğulamı-
rıq. Kədərlərimizdən biri də Çaldıran döyüşüydü, Sultan Səlimlə Şah 
İsmayılın  bur-birinə  qarşı  vuruşması.  Türkmənçay  faciəsi,  Babəkin 
edamı,  Müsavatın  dağılması  və  başqa  kədərlər.  Ancaq  bu  xalqın 
dəyərləri  kədərlərindən  çox  yüksəkdir.  Xalq  bu dəyərləri  yaradıbsa, 
bu  xalq  tarix  meydanından  çıxa  bilməz.  Bugünkü  gedişat  onu 
göstərir  ki,  xalq  tarix  meydanından  çıxmaq  üzrədir,  çünki 
supergüclər bu xalqı daim kiçildib idarə edir. Bu xalqın güclənməsi 
dünyanı, dünya hakimlərini narahat edir... 
Son  zamanlar  mətbuatda  yazılar  qoyurlar  ki,  Məmməd  Əmin 
dinçi  olub,  ya  yox.  Bir  qismi  hücum  edir,  bir  qismi  müdafiə  edir. 
Proses  eyni  prosesdir,  dəyərlər  atılır  ortaya,  iki-üç  aşağı  səviyyəli 
yazarlar onu çəkirlər o üz-bu üzə. O burdan deyir, bu burdan deyir, 
sonda  həqiqətən  də  dəyər  gözdən  düşür,  adiləşir.  İddia  edirlər  ki, 
dindar  olmasaydı,  bayraqda  dini  rəmzi  əks  etdirməzdi.  Asif  Ata 
xüsusi vurğulayır ki, Məmməd Əmin bundan o tərəfə xüsusi keçəm-
məzdi. Məmməd Əmin bayrağı qaldıranda 2 qüvvə ona mane olurdu 
– İttihadçılar, Avropaçılar. Təəssüf ki, onun hər ikisi bayraq vasitsilə 
öz təsirini qoyub. Əslində faciədir bu. 
 Özümüz  özümüzə  sahib  çıxa  bilsək,  vətən  deyilən  anlamı  öz 
içimizdə yaşada bilsək, özümüzü tanısaq bu xalq var olacaqdır. 
Soylu  Atalı: Əslində  xalqın  içində  nəyi  aydınlaşdırmalıyıq,  nəyi 
aydınlaşdıra bilmirik. Məsələlər özü mövzunun içərisinə gəlib daxil 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə