Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   30   31   32   33   34   35   36   37   ...   86

114 
 
Onu  qınamıram,  hər  yerdə  elə  deyirlər,  –  topluma  belə  deyək. 
Topluma belə demək nəyi həll edir? Şüarlar, plakatlar qaldırmaq nəyi 
həll edir?! 
 
 
Xalqın içi boşalır, uçub-dağılır. Xalqın içində dəhşətli bir yoxluq 
yaranıb.  Bu  yoxluğu  yaradan  xurafatdır.  Xalqın  içində  yaranan 
xurafat  –  din  xurafatı,  idman  xurafatı,  musiqi  xurafatı,  ictimai 
münasibətlər xurafatı. Mənə göstərin xalqın həyatında xurafat olma-
yan  bir  şey.  İdman  keçirirlər.  İdman  nə  verir  xalqa?  Büdcəyə  pul 
gətirir, ya nəyi həll edir? Əksinə, büdcədən pul gedir. O idman xəlqi 
məna daşıyırmı? Xalq o idmanda milli şüurunun hansısa elementini, 
demirəm  bütöv  gedişatını,  hansısa  elementini  tapırmı?  Tapmır.  Bu, 
cahilləşdirir toplumu. Yaxud musiqi. Mən sazı və muğamı demirəm. 
Hərçəndi  saz  və  muğam  da  getdikcə  bayağılaşdırılır.  Mən  xalqın 
içində pis təsiri olan musiqini deyirəm. Üzr istəyirəm, tumançaqların 
hayladığı  musiqini  deyirəm.  Kütlə  ona  susayır,  ağız  suyu  axıdır. 
Gənclik  ona  yüyürür.  Gənclik  ona  səcdə  qılır,  pərəstiş  edir.  Bu, 
xurafatdır. Cahilləşdirir toplumu. Gəncliyin içərisində nə qədər gənc 
tapmaq  olar  ki,  sağlam  olsun?  Çox  cüzi.  Yoxdur.  Gəncliyin  içində 
çox  cüzi  sağlam  düşüncəli  qüvvə  var.  Onları  da  demək  olar  ki, 
həşirlərdə qurban veririlər, həbsxanalara doldururlar. 


115 
 
İctimai təşkilatlar xurafatı. Yüzlərlə, minlərlə təşkilat var, onların 
dediyi  söz,  gördüyü  iş  nədir?  Onun  maarifçilyi  nədən  ibarətdir? 
Azadlıq  yaradır?  Ali  Sözün  azadlığı  yoxdur,  hərcayi sözün  azadlığı 
var. Kimin ağlına nə gəlir onu da danışır. Hədyan danışmaq adında 
azadlıq var. Söz azadlığı – xalqın həqiqətini deməkdir. Sən də o sözü 
demirsən. Utanırsan, yaxud qorxursan. 
Din  xurafatı  var  yerə-göyə  sığmayan.  Bir  nəfər  göstərin  ki,  bu 
xurafata  mane  olur.  Molla  oturub  yasda  hədis  söyləyir,  fikir  söylə-
mir.  Deyir  ki,  biz  kimik  axı,  biz  heç  nəyik.  Hər  şey  odur, 
“Yuxarıdakı”, biz nəkarəyik. 
“Heç  nə”  nə  deməkdir  –  zibil  deməkdir.  Heç  nəyə  yaramayan 
zibildir.  Əgər  sən  zibilsənsə,  niyə  sənə  hörmət  eləyim?  Niyə  sayğı 
duyum? Əgər sən heç nəsənsə. Heç nəyə sayğı duyarlar? Duymazlar. 
Sən  heç  nələşirsən,  zibilləşirsən,  tullantı  olursan  –  xurafatdır  bu. 
Böyüklərimizə  üz  tutan  yoxdur.  “Ənəlhəq”  deyənlərimizə  üz  tutan 
yoxdur. Qədrini bilən yoxdur. İçində Şirvin gəzdirənlərimizə üz tutan 
yoxdur.  Gəncliyə  onu  öyrətmək  lazımdır.  İnsanı  təzadların  içindən 
çıxartmaq lazımdır. İnsanı təzadların içinə atırlar. İnsan adi biologi-
yadır, – insan dilənçidir, insan padşahdır, insan allahdır, hər şeydir?! 
Nə  deməkdir  bu  insan  görəsən?!  İnsanın  nə  qədər  ki,  təfəkkürü 
sönükdür, ləyaqəti ölüdür, ondan  dilənçi də gözlə, azğın padşah da 
gözlə.  Elə  ki,  İnsan  içində  böyük  həqiqətə  yetir,  böyük  ədalətə, 
vicdana yetir, xəlqi mənaya, məzmuna yetir, onda olur allah, həqq. 
Təzadların  içindən  çıxmaq  lazımdır,  yoxsa  insan  gözünün 
qabağında  görürsən  bulvarda  sülənir.  Deyirsən  ki,  budur  insan?  O 
deyil. O, heyvana enibdir, içindəki mənanı itirən, ruhu ölən, çökən. 
Bax, bu deyilənlərin fonunda vurğulayırıq  ki, Asif Atanın dediyi 
söz  fərqli  sözdür.  Asif  Atanın  atdığı  addım  fərqli  addımdır.  Hamı 
xurafata  səcdə  qılır,  Asif  Ata  İnsan  böyüklüyünü  yaradır  və  ona 
səcdə  qılır.  O,  bizim  xalqın  içindədir.  O,  ucqar  Afrikada,  yaxud 
Amerikada  deyil.  Bizim  öz  gözümüzün  qabağında,  yurdumuzun 
içindədir. Onu görmək gərəkdir. Biz minnətlə, yalvara-yalvara insan-
ları  cəlb  edirik  ki,  öyrənin  Onu.  Öyrən,  böyüklüyünü  tanı.  Yalva-
rırıq   insanlara  ki,  xalq  ol.  Öyrən,  gəl,  biz  onun  sözünü  sənə  deyə 
biləcəyik,  gəl.  Ruh  lazımdır.  Asif  Ata  deyir  ki,  İnsanı  xurafatın 


116 
 
içindən  çıxartmaq  lazımdır.  Xurafatın  içindən  çıxardarsan,  o, 
böyüyər, xalq olar... 
İki  ayın  içində  Ermənistan  deyilən  Batı  Azərbaycanda  bircə 
cücəmiz  də  qalmamışdı  o  dövrdə.  Proseslər  o  həddə  çatdı,  iki  ayın 
içində tamam boşaldı. Çünki yurdunun yiyəsi yoxdur. Xalqının yiyə-
si əlinə plakat alan deyil, şüar  səsləndirən deyil. Nəhəng idrak sahibi 
olur,  böyük  təfəkkür  sahibi  olur  xalqın  yiyəsi.  Böyük  təfəkkürə 
yüksələn  olur.  Olmursan,  ona  görə  mərhələ-mərhələ  sənin  yurdun 
boşalır. Dağılır, viran olur. Sən isə minlərlə təşkilat yaradırsan, için-
də də bir şey yoxdur. Xalqın gedişatına yaxşı baxın, öyrənin, düşü-
nün.  Onda  bizim  ağrımızı,  dərdimizi  düzgün  qiymətləndirəcəksiniz. 
Azərbaycanı   qarış-qarış  gəzirik.  Boğazımızdan  kəsirik.  Mən  əsgər-
likdəki  oğlumun  yanına  gedə  bilmirəm,  ancaq  gedib  xalqın  balaları 
ilə rayonlarda görüş keçirirəm. Gedirəm xalqın balalarına deyəm ki, 
sənin içində xalqın böyüklüyü var, onu aşkarla, ona sahib çıx. Sənin 
içində  Babək  var,  Nəsimi  var.  Sənin  içində  şəxsiyyət  var.  Öldürmə 
onu “müasir”liyin tələbində, hayında, həşirində. Sənin içində qeyrəti 
çökdürürlər, söndürürlər. Kim sahib çıxacaq sənin yurduna? Əslində 
xalqın  içində,  fərq  eləməz  o  tayı-bu  tayı,   onun  həqiqəti  yetişməli, 
yaşamalıdır.  Onun  həqiqətini  vermək  lazımdır.  Yoxsa  nə  eləyirsən 
elə, bu xalqı sürüyə çevirirlər. Bütün gedişat xalqı sürüyə çevirmək 
halına  köklənib.  Xalqı  xalq  eləməyə,  onun  dəyərini  özünə  qaytar-
mağa,  mənliyini,  ruhunu  yaratmağa  köklənən  bir  təşkilat  göstərin. 
Göstərin bir hadisə, mən də deyim ki, bu gözəldir. Ayrı-ayrı insanlar, 
ayrı-ayrı  fərdlər  papağını  qabağına  qoyub  düşünməlidir.  Yiyəni 
Akademiyada axtarmayın, elmi institutlarda axtarmayın. Mən onların 
tədbirlərinə  getmişəm,  onlar  tədbirlərimizə  gəliblər.  Tanıyıram 
onları, bilirəm. 
Böyük  dəyərlər,  böyük  hikmətlər  az-çox  bölgələrdə  yaşanılır, 
qorunur,  paytaxtlarda  yox.  Mən  ruhaniyyat  tarixini  az-çox  bilirəm. 
Böyük  işlər,  böyük  əməllər  əyalətlərdən  başlayıb.  Paytaxt  pis 
mənada  aktivdir.  Paytaxt  hər  şeylə  qarışıb.  Hər  cür  neqativ  hallar 
paytaxta  dolur.  Ona  görə  xalqın  dəyərlərini  öyrənən,  yiyə  duran 
insanlar  əyalətlərdə  ortaya  çıxır.  Paytaxtda  da  üç-beş  nəfər  düşünə 
bilən  insanlar  qabağa  durmalıdır,  zəhmət  çəkməlidir,  idrak  işiylə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə