Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   29   30   31   32   33   34   35   36   ...   86

109 
 
 
 
Soylu  Atalı  “Mütləq”  İzharını  oxudu  (bu  yazını  yayımladığımız 
“Ata  Sonevini  Ziyarət  Mərasimi  keçirildi”  başlıqlı  təqdimatda 
verdik). 
Ölümlə görüş” izahrını Göylü Atalı, “Aqibət” izharını Üstün Atalı, 
“Matəm üstə Mütləqlə Təmas”ı Günev Atalı söylədi. 
Soylu Atalı: Bununla da Qutsal “Ata Sonevini Ziyarət Mərasimi” 
başa  çatır.  Uğurlu  bir  səfər  hesab  edirəm.  Atanı  ziyarət  elədik. 
Qəlbimizdə  vətən  sevgimizi  təzələdik.  Millət  sevgimizi  təzələdik. 
İnsan  sevgimizi  təzələdik.  Bir-birimizə  olan  münasibətlərimizi, 
doğmalığımızı  təzələdik.  Ruhumuzun  bundan  sonra  yeni  mübarizə 
əhvalına  köklənməsinə  yetdik.  Ona  görə  müqəddəs  gəlişdir.  Hər 
birimizin gəlişimiz qutlu olsun. Hər birinizin gəlişinizə görə qəlbinizi 
öpürəm.  Qəlbinizin  gözəlliklərini  öpürəm.  Sizin  qəlbinizin 
gözəlliklərində  vətən  sevgisinin,  millət  sevgisinin  böyüdüyünü 
özümçün yəqin edirəm. 
Bununla da mərasimimiz başa çatır... 
“Ata  Ruhunu  ürəyimizdə  aparırıq!”,  “Atamız  Var  olsun!” 
səcdəsilə Mərasim sona yetdi. 


110 
 
Şölə Ayı, 36-cı il. Atakənd. 
(iyun, 2014. Bakı.) 
 
 
 
 
 
 


111 
 
Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı 
Ata – Ocaq Günsırasının 36-cı ili 
 
Müqəddəs “Xəlqilik” Bayramının 
GEDİŞATI 
 
Yer:   İnam Evi (İçərişəhər); 
Gün:  13 Şölə Ayı, Qismət günü
Başlanır:  saat 15.00 
 
Bayramın hazırlıq işlərinə sorumlu Göylü və Ulusəs Atalılardır. 
Bayram odasına 6 ideyanı əks etdirən 6 işıq gətirilir. 
Hamı sayğı duruşunda: Mütləqə İnam Bayrağı gətirilir. 
  
Evladlar: “Ata Ruhuna Pənah Gətirmişik!” 
“Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Göylü, 
“Ataya Günorta Ricası”nı – Nurtəkin, 
“Çağırış”ı – Üstün deyir. 
  
 Ocaq Yükümlüsü Soylu Atalının Bayrama giriş sözü dinlənilir. 
 
Bayram qonuları: 
  

 
Xəlqi İntibah İnsandan başlayır. 

 
Xalqsız bəşəriyyətin sabahı yoxdur. 
  
Qonaqlar Bayram qonuları üstə söz deyə bilərlər. 
Çıxışlar arası musiqi səsləndirilir. 
Bayrama ruhani hədiyyələr  təqdim olunur. 
  
“Xəlqilik Şərqisi”ni – Üstün, 
“Xəlqilik Bayramı üstə Mütləqlə Təmas”ı – Günev  deyir. 
Ocaq Yükümlüsü Ata Sözünü çatdırır: “Xalqlaşın – 
Xalqlaşdırın!” 
Evladlar: “Xalqa and olsun, Xəlqiliyə xidmət edəcəyəm!” deyir. 


112 
 
  
“Ata Ruhunu Ürəyimizdə Aparırıq!”, 
“Atamız Var olsun!” Səcdəsilə Bayram sona çatır. 
 Sonda Bayram süfrəsi ətrafında doğmalaşma. 
  
CARLAR 

 
Xalqlaşma – İnamlaşma – Mütləqə İnam Yolu! 

 
Xalq Özümlüyünə bərabər yaşayanda əbədiləşir! 

 
Xalqın əbədiliyi Kamil İnsandan başlayır! 
 
 
 Gedişatı yazdı: Nurtəkin Atalı 
1 Şölə Ayı,  36-cı il. Atakənd. 
   
Qəbul olunur. 
                           
 Mütləqə İnam Ocağının Yükümlüsü  Soylu Atalı 
  
          1 Şölə Ayı, 36-cı il. Atakənd. 
 
 


113 
 
Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər 
 
Ocaq  Günsırası  ilə  13  Şölə  Ayı,  36-cı ildə  (iyun, 2014)  Mütləqə 
İnam  Ocağı  Qutsal  “Xəlqilik”  Bayramı  keçirdi.  Bayram  Quralları 
yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya Səcdə 
ilə sözünə başladı: Bu gün Xəlqilik üstə söhbət edəcəyik.Asif Atanın 
Mütləqə İnam Ocağı bütün dünyanın gedişatında, nizamında, yaxud 
nizamsızlığında sizlərə bəlli olan hadisələrin içində, yaxud fövqündə 
tamamilə fərqli addımlar sərgiləyir, fərqli söz deyir, fərqli işlər görür. 
Bu fərq nədən ibarətdir?Xalqın yaranması, bir araya gəlməsi, dövlət 
olması, yaxud da bütövlükdə, böyük mənada götürəndə bəşər olması 
bütün  tarix  boyu  çətin  axtarışların,  çətin  əməllərin,  çətin  tələblərin 
qarşısında olub həmişə. Ona görə bu hadisə düşündürücüdür. Bu gün 
də  biz,  bir   xalq  olaraq,  öz  aqibətimizi  düşünmək  tələbi  qarşısın-
dayıq.  Sizə  rahatsızlıqla  deyirəm,  təəssüf  ki,  Azərbaycanın  heç  bir 
yerində,  o  taylı-bu  taylı  Azərbaycanda,  Borçalıda,  başqa  ölkələrdə 
xalqın gələcəyini doğru düşünmə faktı yoxdur. Bütün siyasi gedişlər, 
proseslər, təşkilatlar,  təəssüf ki, bu rahatsızlığımızdan yan fəaliyyət 
göstərirlər.  Heç  yerdə  bu  yöndən  səmimiyyət  yoxdur.  Yəni  xalqın 
aqibəti  ilə  bağlı  deyiləcək  sözün  mənasına  yönəlik  səmimiyyət 
yoxdur.  Xalqın  gələcəyiylə  bağlı  şüarlar,  oyunlar  var.  Həqiqət 
deyilmir,  yaşanmır.  İnsanları  xalqın  məzmununa  bağlamaq  olduqca 
çətinləşib.  Gündən-günə  xalqın  içi  boşalır.  Pis  mənada,  yəni  pislik-
lərdən də boşala bilər, yaxşılıqlardan da. Bu, yaxşılıqlardan boşalma-
dır.  Xalqın  özünə  xas  nəyi  varsa,  onların  hamısını  itirə-itirə  gedir. 
Çox  pis  səviyyədə  çağdaşlaşır.  Buna  müxtəlif  cür  don  geyindirilir, 
haq  verilir,  bəraət  verilir.  Guya  biz  yeni  mərhələyə  başlayırıq  xalq 
olaraq,  yeni  inkişaf  mərhələsinə  başlamışıq. Doğrudanmı  bu,  yeni 
inkişaf mərhələsidir?! Xalq adına deyilən sözlər hamısı şüardır. 
“Ulufərəh”in  keçən  “Ailə  Günü”  mərasimində  Güneydən  bir 
soydaşımız gəlmişdi. O, elə danışırdı ki, elə bil beş-on günə Güney 
Azərbaycanla  Quzey  Azərbaycan  birləşəcək.  Bu  cavan  oğlan  deyir 
ki, biz ağrını içimizdə gizlədək, ancaq topluma belə deyək ki, hər şey 
əladır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə