Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı


Qutsal “Şərqilik” Bayramında deyilmiş fikirlər



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə46/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   42   43   44   45   46   47   48   49   ...   86

154 
 
Qutsal “Şərqilik” Bayramında deyilmiş fikirlər 
 
 Ocaq  Günsırası  ilə  12  Ata  Ayı,  36-cı  ildə  (sentyabr,  2014)  Asif 
Atanın  Mütləqə  İnam  Ocağı  Qutsal  “Şərqilik”  bayramını  həyata 
keçirdi.  Bayram  qurallarını  yerinə  yetirdikdən  sonra Ocaq  Yüküm-
lüsü  Soylu  Atalı Bayrama  açılış  sözünə  başladı:  Ocağımızın 
fəaliyyəti həm tədbirləri həyata keçirməklə bağlıdır, həm də bir sıra 
xalqda aparılan işlərlə bağlıdır. Bu cəhətdən vurğu eləmək istəyirəm: 
biz  son  dərəcə  ciddi,  hərtərəfli  xalqın  içində  oluruq  sözümüzlə, 
ideyamızla,  varlığımızla.Xalqın  içinin  hara  qədər  endiyinin  də  fər-
qinə  varırıq.  Çağırırıq  xalqımızı.  Çox  maraqlıdır  ki,  xalqın  içində 
rəsmiyyətə  inam  var,  mənəviyyata  inam  yoxdur.  Ona  görə  də  xalq 
elə bilir ki, onun taleyini rəsmiyyət həll edir, onun taleyini rəsmiyyət 
qura  bilər.  Xalq  dediyimiz,  bu  baxımdan,  ümumi  kütlədir.  Əslində 
biz  xalq  deyə  düşünəndə,  hər  zaman  xalqın  içində  onu  düşünən 
insanları görürük, kütlə isə görünmür. Ancaq məsələ burasındadır ki, 
xalqı düşünən insanlarla yerdə qalan toplumun müəyyən bir qurucu 
əlaqəsi  var  və  yaxud  olmalıdır.  Ancaq  nə  görürük,  –  bu  əlaqə  on 
illərlə, yüz illərlə xalqın içində mütəşəkkil xarakter daşımayıb. Heç 
kim  düşdüyü  durumun  təhər-tövrünü  düşünmür.  Biz  bunu  düşü-
nürük. Mən hər zaman vurğu edirəm, Asif Ata Ocağı olaraq, bizim 
iddiamız çox ciddi əsaslara dayanır və qətiyyətlə sübut edirəm ki, o 
əsaslar  yeganədir.  Azərbaycanda  fərdi  qaydada  Azərbaycansevərlər 
var,  ancaq  köklü  şəkildə,  ideya,  prinsip  baxımından  Azərbaycanın 
yükünü daşıyan heç bir qüvvə də yoxdur, şəxs də yoxdur. Bunu sizə 
qətiyyətlə  deyirəm.  Ona  görə  də  günü-gündən  müşahidə  elədiyimiz 
bir  şey  var,  bizim  içimizdə  uçub-dağılma  gedir.  Ziyalı  sayılan 
insanlar belə qırılır, ümidləri itir. Mənə deyənlər olur ki, belə getsə, 
bu xalqdan heç nə çıxan deyil, heç nə alınmayacaq. İnsanların qəlbi 
boşalır,  ürəyi  millət  sevgisindən,  millətin  gələcəyinə  ümiddən 
boşalır.  Doğrudur,  bu  tip  gedişatı  müşahidə  edib  qiymətləndirən, 
dəyərləndirən  insanlar  var,  onlar  da  deyir  ki,  biz  məhv  oluruq, 
uçuruq, dağılırıq. Bunu demək azdır. Yaxşı bəs neyləyək? Heç kim 
“neyləyək”  məsələsinin  altına  çiynini  vermir.  Ocaq  isə  öz  işində 
davamlıdır.  Bizim  mühitimiz  var.  Bu  mühiti  də  biz  təkcə  Ataya 


155 
 
sədaqətimizə,  ona  olan  münasibətimizə  görə  qurmuruq.  Maksimum 
dərəcədə  özünü  həsretmə,  ciddi  əməllər  görmə  səviyyəsində 
qoyuruq.  Belə  gündə  Ocaq  kimi  mühiti  qorumaq  olduqca  çətindir. 
Əgər insanımız da özü umacaqsız olaraq xalqının gələcəyini düşünüb 
yükün altına çiynini vermirsə, qətiyyən o, davamlı şəkildə bu mühitə 
yar  olmayacaq.  Atanın  sözü  var:  “dünya  hərcayidir,  sən  hərcayi 
olam.  Dünya  dağılsa  da,  sən  hərcayi  olma...  Öz  yolunla  get.  Onda 
dünyanı  taparsan”.  Müdriklər,  örnək  olanlar  ona  görə  müdrik  və 
örnəkdirlər ki, ona görə bu günə onların örnəyi, müdrikliyi çatır ki, 
onlar  dünya  dağılsa  da,  yoldan  sapmayıblar.  Dünya  dağılıb,  dağıla-
dağıla  gedib.  Onlar  yoldan  sapmayıblar.  Onların  ümidi  başqa  şey 
axtarmayıb. Sizif aqibəti yaşayıblar. Ocaqdan da elə bir aqibət tələb 
olunur.  Həyat  getdikcə  ağırlaşır.  Həyat  yeriyir  hər  kəsin  üzərinə. 
Qıraqdan  adamlar  elə  hesab  edir  ki,  onların  dərdi-səri  çoxdur, 
Ocaqçıların  dərdi-zadı  yoxdur.  Üstün  xanım  iki  daşın  arasında 
Azərbyacanı  qarış-qarış  gəzdi  gəldi,  neçə  bölgəyə  getdi.  O  rayon-
larda  həmişə  xoşgəldin  demirlər  ki.  Mən  özüm  neçə  rayonlarda 
olmuşam. Həmişə xoşluqla qarşılanmamışıq. Həm deyir ki, Azərbay-
can pis gündədir, həm də deyir ki, neyləyə biləcəksiniz siz? Siz nəyə 
gəlmisiniz?  Sənin  sözün  neyləyəcək  axı?  Mən  də  deyirəm,  mənim 
sözüm darı kimi qulağını dələcək, əgər sən qulaq şəkləsən. Qulağına 
pambıq  tıxamısan,  mən  nə  bilim  neyləyəcək?  Qulağından  pambığı 
çıxart, görəcəksən mənim sözüm neyləyəcək. Bir yazı yazmışdım ki, 
“Söz Tanrıdan sonradır. Ancaq Tanrını da tanıdan sözdür”. Əgər söz 
Tanrını tanıdırsa, sənə Tanrını bəxş edirsə, necə yəni söz neyləyəcək. 
Asif  Ata  illər  öncə  Moskvadan  Azərbaycana  qayıdanda  çox  ciddi 
arzularla,  ümidlərlə  qayıtmışdı.  Belə  edəcəyik,  elə  edəcəyik.  Onu 
hansı  aqibət  gözləyirdi,  bilmirdi.  O  deyirdi  ki,  Azərbaycanın  yəqin 
ki, məndən başqa da 3-5 düşünəni, sevəni var. Ancaq gəlib gördü ki, 
yoxdur,  Azərbaycan  çöküb.  Ancaq  yoxun  içinə  girdi.  Yoxluğun 
içində  ideya  yarandı.  Bu  gün  bizim  varlığımızın  təsdiq  olunması 
üzərində  israr  edir  Asif  Ata.  Onun  başladığı  yolda  yüz  il,  min  il 
çağırış olur. 


156 
 
 
O  gəlib  Azərbaycanı  bu  gündə  görəndən  sonra  fikirləşdi,  təkcə 
SSRİ ilə bağlamaq olarmı Azərbaycan xalqının fəlakətini? SSRİ ilə 
bağlamadı.  Bilirdi  ki,  Azərbaycanın  taleyini  SSRİ  ilə  bağlasa,  onu 
dərk  edə  bilməyəcək.  SSRİ-dən  öncə  də  başqa  “SSRİ”-lər  olub, 
bundan sonra da olacaq. 
İllər öncə mətbuatda yazmışdım ki, nə qədər ki, müstəqil deyilik, 
daim  onun-bunun  qarşımızda  qoyduğu  öhdəlikləri  ödəyəcəyik.  Bu 
gün də Avropa Şurası deyilən bir qurum sənin dövlətinin qabağında 
öhdəlik qoyur. Azərbaycan dövləti başqa dövlətlər qarşısında öhdəlik 
götürür.  Nə  deməkdir  bu?!  Sən  bu  xalqın  qarşısında  öhdəlik 
götürməliydin.  Sən  bu  xalqın  qarşısında  öhdəlik  götürə  bilmirsən, 
ona görə yadelli qüvvələrin qarşısında öhdəlik götürürsən. O öhdəlik 
də  ondan  ibarətdir  ki,  Azərbaycanda  hay-həşirə  meydan  ver.  Qoy 
içini  çalxalasın,  qarışdırsın,  mən  də  gəlim  yaxşı  oturum.  Öhdəliyin 
tələbi  odur.  Sərbəst toplaşmaq  nə  deməkdir?!  Kim  toplaşır sərbəst? 
Göstərin  mənə  sərbəst  toplaşanların  ağlını,  ləyaqətini,  vətən  sevgi-
sini, millət sevgisini. Sərbəst toplaşan ya hakimiyyət azarından ölür, 
ona  görə  toplaşır,  ya  da  acından  ölənlərdir.  Onların  içində  Vətəni 
sevən  barmaq  saydadır.  Sən  də  başqasının  qarşısında  öhdəlik 
götürürsən.  İndi  ki,  SSRİ  yoxdur.  Deməli,  ruhu  çökdürülüb.  Ruhu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə