Mehi çox sevirəm. Bu zaman sərin olur, ağacda yarpaqlar yüngülcə tərpənirlər və gün də xoş olur



Yüklə 19,25 Kb.

tarix18.06.2018
ölçüsü19,25 Kb.


 

 



Giriş 

Mehi çox  sevirəm. Bu zaman  sərin olur, ağacda 

yarpaqlar  yüngülcə  tərpənirlər  və  gün  də  xoş  olur, 

xüsusilə  də  yayda.  Külək  mehdən  güclüdür. 

Küləkdə  gəzməyə  çıxmaq  heç  də  xoş  deyil.  Külək 

çox  güclüdür,  əgər  qəzəblənərsə,  ağacı  kökündən 

çıxara  da  bilər,  evlərin  örtüyünü  də  qoparıb 

uzaqlara ata bilər.... 

 



 

Siz 



küləkdə 

çöldə 


olmusunuzmu? 

Onda 


bilərsiniz ki, külək  necə də  möhkəm  əsir,  elə bil ki 

səni də yerdən götürüb uzağa uçurda bilər. 

 

Əgər  küləyi  bilirsinizsə,  o  zaman  asanlıqla 



təsəvvür  edə  bilərsiniz  ki,  qasırğa  necə  ola  bilər: 

qasırğa  çox  güclü  küləkdir,  ən  güclü  küləklərin 

qüvvələrini  birləşdirsəniz  qasırğanın  gücü  olar! 

Maraqlıdır ki, qasırğa necə  yaranır və  ya ilin  hansı 

fəslində daha tez-tez olur? 



 

Qasırğanın yaranması   

Qasırğa  quruda  da,  suda  da  yaranır.  Suda  və 

suyun  sahillərində  qasırğanın  yaranması  çox 

asanlıqla  baş  verir  və  daha  uzun  müddət  davam 

edir.  


 

 Külək  hava  kütlələrinin  hərəkəti  nəticəsində 

yaranır,  onların  hərəkəti  nə  qədər  güclü  və  sürətli 

olarsa, külək də bir o qədər güclü və səs-küylü olur. 

Bir neçə bir yerə toplaşmış hava kütlələri birləşə və 



 

bununla da qasırğa başlaya bilər.  O, axırda olduğu 



kimi,  əvvəlcədən  elə  də  güclü  olmur;  yavaş-yavaş 

hava  kütlələrinin  hərəkət  sürəti  artır  və  qasırğanın 

güçü də artır. 

 

Qasırğanın yayılma zonaları   

Alimlər  

qasırğanı  müşahidə  edib  onların 

daha  tez-tez  baş  verdikləri  yerləri  təyin  etdilər. 

Onlar bu cür 7 yer ayırırlar: 



 

1.  Sakit  okeanın  şimal-qərb  hissəsi.  Burada  ən 



güclü qasırğa növü – tayfun yayılmışdır. Qasırğalar 

daha  tez-tez  Çində,  Cənubi  Koreyada,  Yaponiyada 

və İndoneziyanın bir hissəsində olur. 

2.  Sakit  okeanın  şimal-şərq  hissəsi:  burada 

əsasən  Mərkəzi  Amerika  ölkələri  yerləşir  və 

qasırğanın  ikinci  güclü  növü  yaranır.  Bu  qasırğa 

hurikan adlanır. 

3.  Atlantik  okeanının  şimal  hissəsi:  bu  hissədə 




 

“Qordon”  hurikanı  tüğyan  edir;  o  çox  güclü 



qasırğadır və hər şeyi uçurub dağıdır.  

4. 


Şimali  Hind  okeanı:  burada  siklon 

yayılmışdır və o, daha çox Hindistan, Tayland, Şri-

Lanka və Pakistan üçün təhlükəlidir. 

5.  Sakit  okeanın  cənub-qərb  hissəsi:  bu  hissədə 

qasırğalar əsasən Avstraliyaya ziyan verir, bir qədər 

az isə - Yeni Zelandiyaya. 

 

 

 



 

 

 



 

6. Hind okeanının cənub-şərq tərəfi: qasırğaların 

yayılma  zonası  əsasən  bu  tərəfdə  Qərbi  Avstraliya 



 

və  İndoneziya  hissəsinə  toxunur;  burada  qasırğalar 



“Villi-Villi”  adı  ilə  məlumdur  və  onu  qasırğa 

növündən biri kimi hesab edirlər. 

7.  Hind  okeanının  şimal-qərb  hissəsi:  bu  tərəf 

ölkələrdə, 

məsələn, 

Keniya, 


Madaqaskar, 

Mozambik – çox güclü siklonlar yayılmışdır.  

Alimlər qasırğalar haqqında məlumatlar almaqla 

maraqlanır  və  onları  metereoloji  stansiya  adlanan 

xüsusi stansiyalarda araşdırırlar. 

 

Son söz 

Gördüyümüz  kimi,  qasırğanın  çoxlu  növü 

məlumdur  və  onların  öz  adları  da  var.  Qasırğa  çox 

qorxulu  və  güclü  təbii  hadisədir,  hansı  ki,  insanları 

bir 

çox 


hallarda 

fəlakətə 

gətirib 

çıxarır. 

Xoşbəxtlikdən,  ölkəmizdə  beləsi  güclü  qasırğalar 



 

yayılmamışdır,  onlardan  bizi  uca  Qafqaz  dağları 



qoruyurlar. 

 

 



: storage -> uploads -> books bylevels
books bylevels -> Maykl Cordan dünyada məşhur basketbolçu və
books bylevels -> This product is made possible through the generous support of
books bylevels -> This product is made possible through the generous support of the All
books bylevels -> This product is made possible through the generous support of
books bylevels -> This product is made possible through the generous support of
books bylevels -> This product is made possible through the generous support of
books bylevels -> This product is made possible through the generous support of
books bylevels -> Mətnlər üzrə işləyirdilər: Şalva Tabatadze, Natiya Qorqadze, Elene Cacanidze, İrine Şubitidze, Tamar Antadze, Maya İnasaridze. Redaktor
books bylevels -> This product is made possible through the generous support of
books bylevels -> This product is made possible through the generous support of


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə