Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə58/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   54   55   56   57   58   59   60   61   ...   86

194 
 
Münasibət  qarşılıqlıdır.  Mən  yazmışam  ki,  Ata  Evladlarını 
böyüdürdü, Evlad da Atanı böyüdürdü. Evlad Atasını inandırmaqla, 
güvəndirməklə,  ümidləndirməklə  böyüdür.  Onun  mübarizə  halını 
böyüdür. Bilirsinizmi, qarşılıqlı münasibət var. Asif Ata bizə ümid-
lənib daha ciddi işlər gördü, söz dedi. Bu onun hünərinin, qüdtətinin 
üzərinə gəldi. Dəstək oldu, qanad oldu. 
Mənim özümçün də Günevin bu vaxta qədər Ocağa verdiyi ömür, 
yəni Ocağın qoyduğu tələbləri bütün məqamlarda incələyə bilməsi... 
Evladlıq  nədir,  Amallaşma  necə  olur,  Özüylədöyüş  necə  olur, 
Xalqlaşma  necə  olur,  xalqın  gələcəyi  uğrunda  çalışmaq  necə  olur? 
Bunları özünə deyə-deyə və bunların ardınca gedə-gedə... Təkcə söz 
demədi, ardınca getdi. İndi ən yaxşı sözləri biz çox ağızlardan eşidə 
bilərik.  Amma  ən  yaxşı  sözlərin  yiyəliyini  biz  çox  şəxsiyyətlərdə 
görə bilmərik. Burada biz qardaşımızın ömründə bu vəhdəti görürük. 
Qardaşımız qurdu, yaratdı. Başına qar da yağdı, tufan da qopdu, söz 
də dedilər, hədələdilər də, yaxasından  tutub çəkdilər, nə bilim nələr 
elədilər.  Sınmadı.  Şəstini  qabağa  vermədi  ki,  mən  də  bir  kəsəm. 
Filankəs sən kimsən? Bilə-bilə ki, filankəsin şəxsiyyəti bir şey deyil, 
amma  ona  sevgi  sundu.  Gör  kim  olmalısan.  Asif  Ata,  görün,  harda 
qələbə  çalıb.  Gör  kim  olmalısan  ki,  sənin  qarşındakı  sənin  özünlə 
müqayisədə  nə  qədər  aşağı  pillədə  dursun,  amma  sən  ona  üstdən 
aşağı  baxmayasan.  Onu  haraylayasan,  ona  sevgi  sunasan.  Deyəsən 
ki, mən sənə ancaq və ancaq bu münasibəti göstərə bilərəm. Bu, Asif 
Atanı  təsdiq  eləməkdir.  Asif  Atanın  dediyi,  yaratdığı  İnamı  təsdiq 
eləməkdir.  Asif  Atanın  insan  haqqında  ortaya  qoyduğu  mövqeni 
dəqiqləşdirməkdir. Bəli, söz yox ki, insan içində şər də gəzdirir. Şərə 
qarşı hiddət də sərgiləyə bilərsən. Amma o hiddəti sərgiləyənə qədər 
onda yaxşı keyfiyyətlər axtarırsan, sevgi sunarsan, görərsən ki, yox 
elə  canavardır,  onda  deyərsən  bunun  ruhu  ölü  çıxdı.  Amma  ona 
qədər o insanı yaratmaq məsələsi var. Bu nadir bir məsələdir. Hətta 
bir  sıra  məqamlarda  mənim,  onun  kimi  bacarmadığım  məsələdir. 
İnsana  qarşı  o  cür  səbrli,  sevdalı  münasibət.  Bax,  bu  uğur  Asif 
Atanın  bir  fərddə  əkib,  becərib,  ərsəyə  gətirdiyi  bir  uğurdur.  Ona 
görə  də  Günev  Atalının  ömrü  Ocağa  layiqdir.  Ataya  layiqdir. 
Xalqına,  onun  gələcəyinə  layiqdir.  Günev  Atalının  ömrü  xalqın 


195 
 
gələcəyinə  örnək  və  işıqdır.  Bax,  bu,  Ocaqda  fərd  ömrünün  ruhani 
müdriklik  səviyyəsində  bərqərar  olmasıdır.  Ruhani  müdrikliyin 
bərqərar olması. Ona görə bu günə gəlib çıxmaq, Ata yükü çiynində, 
Ata harayı ağlında, idrakında, dilində və insan sevgisi qəlbində 25 il 
yol  gedəsən,  onu  doğrudan  da  bəxtiyarlıq  saymayasan,  mümkün 
deyil. Ona görə ömür sevdası baş tutub qardaşımızın. Atanın dediyi 
ifadə ilə deyirəm, bəxtiyardır! Ataya layiqdir. Atayla onun arasından 
nəsə  keçmir.  Bunu  mən  əminliklə  vurğu  edirəm.  Ayrı-ayrı  xırda 
məqamlar, ay filan vaxtı mən səhv elədim, bu onu azaltmır. O bitmiş 
bir  məsələdir.  Ağacın  budağının  biri  filan  yerdən  sına  bilər,  bir 
küləkdən səkkiz yarpağı düşə bilər, amma ağac köklü-gövdəli oturub 
torpağa. Mən qardaşımızın ömrünü təbrik edirəm. Ata Günündə onun 
ömrünü  Ataya  təqdim  edirəm.  Atayla  bir  olduğunu  elan  edirəm. 
Atayla  bir  olduğu  üçün  də  Ata  Günündə  təqdimə,  təqdirə,  sevgiyə 
layiqdir.  Qardaşımızı  təbrik  edirəm  bayrağımızın  altında  istəyirəm 
ki, Ataya səcdə eləsin. Mən də onu bağrıma basım. 
(Günev Atalı Ataya səcdə ilə Bayrağı öpür – G.A.) 
İndi amaldaşları, qardaşları, bacıları Günev qardaşımız haqqında 
təbrikini desin. 
Üstün də bu ay Ocağa gəlib. Onun da günüdür. Baxmayaraq ki, 
yuvarlaq il deyil. Mən bayaq dediyim sözləri təkrarlamaq istəmirəm. 
Üstünə  də  mən  Atanın  Günündə  öz  sevdalı  münasibətimi  ifadə 
eləyirəm. Ona da mən deyirəm – sənin Ocağa gəlişin mübarək olsun. 
Nurtəkin  Atalı: Hər  bir  Evlad  haqqıqnda  söz  demək  həm 
məsuliyyətdir, həm də çox böyük fərəhdir. Hər bir Ocaqçının varlığı 
işıq kimi saçılır. Mən bütün Ocaqçılar danışanda istəyirəm  ki, daha 
çox  danışsınlar.  Günevdə də  xüsusilə. Mən  onu  daha  çox  dinləmək 
istəyirəm. 
Hər bir Ocaqçı Atanın əsəridir. O Ocaqçı ki, artıq özüylə döyüşə 
başlayır, o artıq Atanın əsərinə çevrilir. Atanın uğursuz əsəri yoxdur. 
Özüylə  döyüşə  başlayan  şəxs  artıq  Atanın  uğurudur,  Ocağın 
uğurudur.  Ocaqçı  özünü  ifadə  elədiyi,  açdığı  qədər  biz  onu  oxuya 
bilirik, görə bilirik. Məsələn, Üstün özünü aşkarladı səfərləriylə, yeni 
halıyla,  biz  onu  oxuyuruq.  Məsələn,  Ulunur  bu  gün  etiraf  elədi, 
bizimçün yeni bir Ulunur səhifəsi açıldı. 


196 
 
Dünənki  tədbirdə  belə  bir  qonumuz  vardı,  –  toplumun  yanlış 
dünyagörüşünün üzərinə getmək. Onu oxuyanda mən düşündüm ki, 
Günevin  nə  qədər  sözü  ola  bilər.  Günev  o  ömrü  yaşayır.  Toplumla 
üz-üzədir  bütün əməliylə, halıyla,  ömrüylə.  O  cəsarətlə,  o ləyaqətlə 
onun danışmağa sözü daha çoxdur. 
Çox  sevinirəm  hər  bir  Ocaçının  varlığına.  Özümün  də  Ocaqda 
varlığıma çox sevinirəm. Var olun! 
Atamız Var olsun! 
 Üstün Atalı: Qardaş, bu gün bizim günümüzdür. 
 Soylu  Atalı: Yox,  sizin  gününüz  deyil,  Atanın  Günüdür 
(zarafatla). De ki, həm də bizim günümüzdür. 
 Üstün Atalı: Ata Günündə Ocağa gəldiyimiz üçün biz xoşbəxtik. 
Mənə son səfərlərdə bir sual verdilər ki, sizin nə məqsədiniz var bura 
gəlməkdə? Mən orda yaxşı bir hal keçirdim. Yüzlərin içində bir nəfər 
seçilib, Atanın yaratdığı incilərdən birirnə çevrilibsə, o, xalqın içində 
İnamı  yaşatmağa  şəxsiyyət  axtarır.  Mənim  işim  budur.  İnsanların 
içində İnsanlığa təşnə olanı axtarıram. Bayaq Soylu yaxşı ifadə elədi, 
hər birinizi yüz görürəm. 
Mən  Günev  qardaşımı  həmişə  arxa,  dayaq  bilmişəm.  Bax,  bu 
doğmalığı Ata qurub. Günümüz qutlu olsun! 
 Göylü Atalı: Dünən Əlisəfa bəy yaxşı bir ifadə işlətdi ki, sabah 
Günev olmayacaq, amma onun duruşu, davranışı, baxışı, hərəkətləri, 
ümumiyyətlə,  ömrü,  şəxsiyyəti  sözünü  deyəcək.  Gələcəyə  nəsillər 
yetişdirəcək. 
Obrazlı  desəm,  bizim  hər  birimiz  Atanın  əkdiyi  pöhrə-
lərik.  Günev Atalı bitib. Onun Ocaqda ömrü baş tutub! 
Günev, səni çox sevirəm.  Bacın kimi, Amaldaşın kimi, nə  yaxşı 
ki, varsan. 
 Elana  Atalı: Hər  kəsin  Günev  haqqında  deməyə  sözü  çoxdur. 
Ancaq məndə lap çoxdur. Bir kəndçi kimi Günevi 37 ildir tanıyıram. 
37 ili bir kəndçi kimi tanımışam, 35 ilini bir ailə başçısı kimi. 35 ilin 
25  ilini  Ata  Evladı  kimi.  Ancaq  37  ildir  ki,  mən  Günevin  həyatını 
Ata Evladı kimi görürəm. Ömrüylə tam seçilib ətrafından. Bu mənim 
Ocaq  Amaldaşıma  olan  münasibətimdir.   Çox  danışaram,  bir  az 
həyacanlıyam.  Həm  də  istəmirəm  səhv  eləyim.  Günevi  şəxsən 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə