Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə56/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   52   53   54   55   56   57   58   59   ...   86

187 
 
münasibət  özü  bizə  imkan  verəcək,  şərait  yaradacaq  ki,  Atanı  yüz 
illər o tərəfə apara bilək. Bu özü imkan yaradacaq. Bu özü zəmin açır 
ki,  Atanı  biz  daha  uzaqlıqlara  təqdim  eləyə  bilək.  Bundan  böyük 
münasibət  də  bəşər  tarixində  az  rast  gəlinib.  Bu  cür  münasibətlər 
həmişə böyüklərə olub. Bundan dərin münasibət alınmır. 
 
 
 
Göylü  Atalı:  Mütləqim,  Müqəddəsim,  ulu  peyğəmbərim  Asif 
Ataya – İnam Ataya ali səcdəylə! Bayrağımızı öpürəm! 
Bəşərin  minillik  axtarışları  var.  Bu  axtarışların  əsasında  bir 
məqsəd  dayanıb:  dünya  dəyişməlidir.  Dünyanın  təbii  gedişatı,  təbii 
halı  heç  bir  zaman  insanı  təmin  etmədi.  Çünki  bu,  insanın  arzula-
rındakı, niyyətlərindəki dünya deyildi. Dinlər meydana gəldi, özünü 
doğrultmadı.  Fani  elan  olunan  dünyanın  insanı  bəndə  olmalıydı. 
Dünya nəinki dəyişmədi, gözdən salındı. 
İnqilablar həyata keçirdi insan. Bu da özünü doğrultmadı. Dünya 
həmin dünya olaraq qaldı, insan da həmin insan. Bəşər insandan əlini 
üzdü. Dünyadan ümidini kəsdi. “Hər şey nisbidir” dedi... Ata gəldi. 
Peyğəmbər  kimi  gəldi.  Haray  çəkdi:  “Dünya  göründüyünə  bərabər 
deyil!”,  “İnsan  göründüyündən  artıqdır”  dedi.  Dünyanın  dəyişmək 


188 
 
imkanı var və dəyişməlidir. Bunu İnsan edəcək. Özü üzərində qələbə 
çalan,  həyat  üzərində  qələbə  çalan  İnsan.  Bundan  ötrü  insan 
təzələnməlidir.  Xalq  təzələnməlidir.  Bəşər  təzələnməlidir.  Necə,  nə 
cür?  Yollarını  da  göstərdi.  Özündən  başladı,  Evladlarında  davam 
elədi.  “Müqəddəsliyi  göylərdə  axtarmayın,  ürəyinizə  baxın!”  dedi. 
“Həqiqəti  cəmiyyətdə  aramayın,  içinizə  baxın!  İçiniz  yoxsa, 
yaradın!” dedi. İnandı bizlərə. Çünki özünə inandı. 
Doğumun mübarəkdir, Atam! 
Gəlişin  mübarəkdir!  Nur  kimi  gəldin.  Nəfəs  kimi  gəldin.  Həyat 
kimi  gəldin.  Günəş  kimi  gəldin  içimizə.  Tək  və  bütün  həyatın 
cövhəri, mayası kimi... 
 
 
Elana Atalı: Sözümə Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim 
Asif Atanın adına səcdəylə başlayıram! Bayrağımızı öpürəm. 
Mən  Atanı  görmüş  xoşbəxt  bir  adamam.  Atanı  görmək,  onun 
yanında  olmaq,  onun  sözünü  eşitmək  böyük  bir  səadətdir.  Mən  də 
ürəyimdən  bəzən  keçirdirəm  ki,  kaş  Ata  bu  gün  olaydı.  Kaş  fiziki 
olaraq  yaşayaydı.  Mən  onu  Ata  kimi,  Evladı  kimi,  bir  əzizim  kimi 
bəsləyərdim. Qulluğunda durardım. Atanın varlığı bəşərin xilasıdır. 
 Günev Atalı: Bütün varlığımız Atanın qulluğunda durmaqdır. 


189 
 
 Soylu  Atalı: O  istək  də  gözəldir.  Ata  Günün  mübarəkdir,  bacı. 
Ataya verdiyin ömür mübarəkdir! 
 Üstün  Atalı: Mütləqim,  Müqəddəsim,  ulu  peyğəmbərim  Asif 
Ataya – İnam Ataya ali səcdəylə! Bayrağımızı öpürəm. 
Ocağa gəlişim, mənim fərd olaraq, həyata atıldığım dövrə təsadüf 
elədi.  17  yaşımda.  Atanı  bir  dəfə  görmüşəm.  Təəssüf  edirəm  ki,  o 
vaxt  Evlad  olmadım,  bir  az  gözləməli  oldum.  Amma  gözümü  ilk 
açan  vaxt,  cəmiyyəti  anladığım  vaxt,  dünyanı  dərk  elədiyim  vaxt 
Ocağın qapısını açdığım üçün, Ocağa üz tutduğum üçün xoşbəxtəm. 
O ildən bu ilə 17 il ötür. Bu gün Ocaqda daha da yetkinləşmə dövrü 
keçirəm.  Bu  17  ildə  ömrümdə  çox  dəyişikliklər  oldu.  Ziddiyyətlər 
oldu.  Qalxıb  enmələr  oldu.  Bütün  Ocaq  tədbirləri,  mərasimlər, 
söhbətlər, doğmalarla ünsiyyət, doğmaların dəstəyi qalxıb-enmələrin 
artmasına  yol  vermədi.  Bundan  sonrakı  ömrümdə  ancaq  yüksəkliyə 
doğru özümü görmək istəyirəm. İnanıram ki, 20 illik Ocaq yaşımda 
daha böyük hesabat verəcəm. Ata Ruhu ürəyimdədir! 
 
 
Güntay  Atalı: Mən  bu  gözəl  gün  münasibətiylə  hər  kəsi  təbrik 
edirəm.  Atanın  dünyaya  gəlişi   dünyanı  mənalandırmaq  olub.  Mən 
belə  görürəm.  Bu  yaxınlarda  ağlıma  belə  bir  şey  gəlmişdi,  Şərqilik 
bayramından  öncə.  Dedim  görəsən  Ata  milliyyətcə  alman  olsaydı, 


190 
 
görəsən  bu  zəkanın  sahibi  olsaydı,  məsələn  Şərqilik  yox,  Qərbilik 
bayramı  yaradardı?  Sonra  fikirləşdim  yox,  Ata  məhz  Şərqilik 
bayramı yaradardı. 
 Bizim millətin onda bəxti gətirib ki, keçən dəfə də demişdim, Ata 
nə gözəl ki, gəlib türk etnosunun payına düşüb. Bununla da bəşəriy-
yətə türk gözəl xislətiylə təqdim olunub. Bunu mən içimdə təxminən 
bilirəm. Türk, olduğu kimi, Atayla təqdim olunur bəşəriyyətə. 
Bu  Günlə  bağlı  içim  doludur.  Amma  bir  az  nizamsızdır.  Hər 
birinizi təbrik edirəm. Nə yaxşı Ata var. Bir şeyi də demək istəyirəm, 
həyatda  elə  şeylər  var  ki,  onları  əvvəlcədən  planlaşdırırsan.  Ocaqçı 
olmağın heç kim planını cızmır. Bu özü də bir xoşbəxtlikdir ki, gəlib 
o günəşi tapırsan. O həqiqəti tapırsan. O sənin bəxtinə çıxır. Bir gün 
gözünü  açırsan  ki,  o  mühitin  içərisindəsən.  Nə  qədər  xoşbəxt 
adamsan. Ata Günümüz qutlu olsun! 
Bayrağımızı öpürəm. 
Ataya yenə səcdə edirəm. 
 Ulunur  Atalı:  Mütləqim,  Müqəddəsim,  Ulu  peyğəmbərim  Asif 
Ataya – İnam Ataya ali səcdəylə! 
Ata  haqqında  söz  demək  mənimçün  də  çətindir.  Mən  Atanın 
sağlığında körpə olmuşam. Son vaxtlar oturub fikirləşdim. Həqiqətən 
nə qədər xoşbəxt olduğumuzu görməliyik. Niyə? Burda olmağımızın 
səbəbi Atadır. Hamı öz işində, gücündə, evində olardı. 
Ocaqdan  demək  olar  aralanmışdım.  2-3  aydır  mən  mərasimlərə, 
“Ailə  Günləri”nə  gəlmirdim.  Özümdən  asılı  deyildi.  Nələrsə  əngəl 
olurdu  buna.  Ocaqdan  qıraqda  nələrin  baş  verdiyini  gördüm.  Öz 
xeyrinə çalışan, öz mənfəətini güdən, ikiüzlülük, cahillik – Ocaqdan 
qıraqda  mən  bunları  gördüm.  Bu  arada  Ocaq  Yükümlüsüylə  söhbət 
elədim. Gördüm ki, kiçik bir hissin dalınca düşüb getmək Ocaqçının 
həyati risqi ola bilər. 
 Nə yaxşı ki, Ata var. Xoşbəxtəm ki, Ocaqçı omuşam. 
Atamız Var olsun! 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə