192
yenicə gəlmiş saf duyğulu gənci xatırlatdı. Əslində Soylunun yerinə
mən olsaydım tez-tez bu kimi duyğularla dolardım. Dolardım ona
görə ki, axı Soylu Atanın bütün ümidlərini doğrultmuşdur. Niyə də
bu kimi duyğularla dolmasın?! Necə fərəhini İnam Atasıyla bölüş-
mək istəməsin?! Axı bunun ona haqqı çatır. İnsan istər ki, ustadı
onun fərəhini, əməllərini görsün və təqdir eləsin. Evlad da bu təqdir-
dən daha da ilhamlansın. Bu gün müqəddəs Soylunu tam olaraq
anlayıram. Onun həm sevincinə, həm də duyğusal xatirələrinə qoşu-
luram. Ocaq əməlləriylə, ömrüylə, milli ləyaqətiylə, milli yükün altı-
na girib onu fərəhlə daşıdığına görə. Ata Gününə bu kimi Evladlıq
əməlləriylə gəlmək elə Atanın Gününə ən böyük hədiyyəsidir. Hər
bir Ocaqçının Soylu əməlləriylə dolması, yaşaması Atanın Ruhani
tələblərinə qulluq edir.
Ata deyirdi ki, Azərbaycan Şərqin ən parlaq ifadəsidir. Ruhani
yöndən. Türk olmaq üçün qürur duymağa yenidən bir səbəb oldu
Asif Atanın timsalında. Dünya, bəşər, ruhaniliyi elə Azərbaycandan
öyrənib, öyrənəcək də. Zərdüştdən tutmuş Ataya qədər. Sıralama
Atada bitməyəcək. Atanı, Zərdüştü, Babəki, Nəimini,
Nəsimini verən
xalq hələ yeni şəxsiyyətlər verməyə qadirdir...
Soylu Atalı: Atanın doğum Günü təkcə doğum günü kimi qeyd
olunmur. Biz Atanın varlığını mərasimləşdirmişik. Ona görə ki,
bəşəriyyətə Asif Ata ruhani xilas kimi, işıq kimi gəldi. Ona görə
Atanın ömrü mərasimləşir. Əlbəttə, bu Onun özünün istəyiylə olub.
Ancaq məğz, məna doğum günü məsələsi deyil. Məğz, məna onun
yaratdığını tanımaqdır. Onun yaratdığını öyrənmək və təqdim
eləməkdir.
Beləliklə, biz Ata haqqında yığcam, dolğun, doğma, həyacanlı
söz dedik. Bugünkü mərasim çox gözəl keçdi. Halı baxımından.
Sözlərin hamısı yerində, hamısı mənalı, hamısı tutumlu.
Qısa. Mərasim həm məzmunca, həm halca yazıldı. Qalacaq tarixdə,
gələcəkləşəcək.
İndi mən Atanın Evlad şəxsində özünü göstərən uğurlarından
birini də dilə gətirmək istəyirəm. Başlanğıcda vurğu elədiyimiz kimi,
qardaşımız Günevin Ocağa gəlişinin, Atanı tapmasının 25 ilidir. Bu