217
ay Bakı məktəblərinin birində İnamlının təşkilatçılığıyla Soylu Atalı
gənclərlə görüş keçirdi. Günev qardaşımızın Beyləqan rayonundakı
fəaliyyəti də artıq qırağa çıxır. Ağcabədi, İmişli bölgələrində Elana
bacımızla birgə görüşlər keçirir. Atanın çap olunmuş kitablarını
rayonların kitab evlərinə təqdim edib söhbətlər aparır. Günev
qardaşımız bir dəfə "Ailə Günü"ndə hesabat verəndə dedi ki, o
bölgədə elə bir adam yoxdur ki, Ata haqqında ən ibtidai şəkildə olsa
belə, bilgisi olmasın.
Od-Qürub Aylarında (iyul, avqust) Üstün Atalının Siyəzən,
Şabran, Saatlı, İmişli, Gədəbəy, Sabirabad, Oğuz, Qax, Şəki bölgələ-
rinə səfərləri olub. Bu səfərlər zamanı kitab evlərində, mədəniyyət
evlərində, gənclik mərkəzlərində olub söhbətlər aparıb. Hətta
Şabranda təsadüfən mədəniyyət işçilərinin seminarı imiş. 200 nəfərə
qədər elm, mədəniyyət işçilərinin toplaşdığı tədbirdə çıxış edib, Ata-
Ocaq haqqında söhbət eləməklə yanaşı xeyli sayda Ocaq ədəbiy-
yatları paylayıb. Təsəvvür edin, mən deyirəm səfər olub. Bu bir söz
kimi görünür. Orda qalmaq var, hər bir ünvana ayrı-ayrı getmək var,
vaxt, xərc, çətinlik, heç bir səfər elə-belə başa gəmir. Onun hər bir
səfər haqqında yazısı saytımızda və başqa elektron mətbuatda
işıqlandırılıb, yayılıb. Hər bir səfər də Ocağın uğurudur.
Qürub Ayında Güntay qardaşımızın evində onun qohumları, dost-
tanışlarıyla “Fikir Evi” keçirilib. Öncədən hazırlanmışdı. Yükümlü-
müz Soylu Atalı onların suallarına cavab verib, söhbət edib və çox
uğurlu görüş alınıb. Eyni zamanda Ocaq tədbirlərinin səsdən sözə
çevrilməsi. Hər bir tədbiri biz səsdən yazıya çeviririk. Kitab şəklində
bunlar təqdim olunub. Elə bu mərasimimiz də kitablaşacaq,
yazılacaq. Bizim növbəti tədbirimiz-bayramımız olacaq Sərt Ayında
(dekabrda), Bəşərilik Bayramı. Ora gələndə mən bu mərasimi kitabça
formasında bura gələnlərə hədiyyə edəcəm.
Təbii ki, bu deyilənlər sadəcə söz deyil. Hər bir əməlin arxasında
gərgin zəhmət var. Bu gərgin zəhmətin də fərəhi var. Çünki o
əməllərdən biz fərəh almasaq, onun davamı olmaz.
Soylu Atalı: Bu hesabat təkcə bizə yox, dostlarımıza da lazımdır.
Asif Atanın Ocağı çox fədakar mübarizə aparır. Biz dayanmırıq.
Deyildiyindən də qat-qat ciddi işlər görülür (çox şeyi sadalamırıq,
218
mətbuatda yazmırıq). Çünki bilirik ki, Asif Atanın işinin həyata
keçməsi sıradan bir məsələ deyil. Çox zəhmətlər tələb olunur. Böyük
şəxsiyyətlər, fədakar insanlar tələb olunur, bu işin arxasında dursun
və davamlı həyata keçirsin. Burada məsələ heç də Asif Atanı
tanıtmaq məsələsi deyil, əslində xalqın həyatında köklü dəyişikliyi
həyata keçirməkdir. Asif Ata deyir biz “yeni insan” yaratmağa
gəlmişik. “Yeni xalq” yaratmağa gəlmişik. Bir vaxtlar bu söz mənim
də qulağıma yad gəlirdi. “Yeni xalq” yaradırıq. Necə yəni? Xalq var
də. Bilirsiz, onu yaratmaq məsələsi var. Çox ciddi bir prosesdir.
Əlbəttə, bizim işimiz daşdan qəlpə qopartmaq qədər çətin bir işdir.
Çünki xalqın içində min illərə bərabər zamanı özündə qapsayan
dünyabaxışlar, inanclar oturuşubdur. Onun qanına yeriyibdir. Ona
görə xalqın içində onun özünü özünə tanıtmaq, xalqın öz kimliyini
bərpa eləmək böyük mənada, 5-3 günün söhbəti deyil. İllər lazımdır.
O illəri də gərək yaşayaq və mübarizə aparaq. Xalqın varlığını əyən
min ilə qarşı, əlbəttə, neçə on illər, bəlkə yüz illər lazım olacaq...
İndi İlqar bəyi eşidək.
İlqar Türkoğlu: Təşəkkür edirəm. Mövzuyla bağlı xəbərim yox
idi. Hər birinizi xoş gördük. İnam Evi`nin yaranması zərurəti
həqiqətən çox önəmli, vacib işdir. Addımbaşı məscidlərin tikilməsi,
cahilliyin daha da vüsət almasına rəvac verən bir prosesdir.
Ümumiyyətlə, din nə olan şeydir? Din Mütləq olana ibadət sistemi
deyil. Bu, məişət yönlü rituallardır. Türkün tarixində, yaddaşında
müxtəlif dinlər olub. Tanrıçılıqdan, Şamançılıqdan, Zərdüştçülükdən
tutmuş xristian¬lığa qədər. Sonra islam gəlib türkün məişətinə.
Məsələ burasındadır ki, bu dinlərin içərisində bir Zərdüştçülükdə
bizə yarar sistem olub...
Oda, torpağa, suya, havaya tapınmaq türk xarekterində olub. Bu
da Ata ideyalarına o birilərdən daha ayxın olub. Bu gün insanlara Ata
ideyaları hava-su kimi gərəkdir. Onların yaddaşlarına yazılmalıdır.
Bu baxımdan, mən həmişə dediyim sözü yenə təkrar edirəm ki, Ata
Ocağını dövlət qeydiyyatına aldırmaq, ondan sonra İnam Evlərinin
tikintisi təkcə bir yerdə yox, müxtəlif yerlərdə gedər, elə insanlar olar
ki, bunu öz maddi hesabına edər. Yəni dövlət səviyyəsində. Burda
hər şeyi açıq eləmək lazımdır. Burda qeyri-adi bir şey yoxdur. Niyə
219
müxtəlif təşkilatlar müxtəlif yerlərdə nələrsə aça bilirlər?! Eləcə də
müxtəlif bölgələrdə, kəndlərdə, rayonlarda bu İnam Evlərini yarada
bilərlər, tikə bilərlər. Ordaca Ata ideyalarının daşıyıcıları gələn
insanlarla söhbət edib təbliğat apara bilərlər. İnsanlar da görər ki,
burda insanlıqdan danışılır. Burda o mücərrəd fikirlərdən, cahillik-
dən, cəhalətdən danışılmır. Burda insani söhbətlər aparılır. Bu
baxımdan bu İnam Evi`nin doğrudan da yaradılması, müxtəlif
regionlarda onların tikilməsi çox zəruridir. Bunun üçün də mən,
bütün müsibətlərin qarşısında edəcəyimiz işlərin qanuna salınmasını,
qanuna söykənilməsini zəruri sayıram. Bu gün dövlətə müraciət
eləmək lazımdır. Ocağı qeydiyyatdan keçirmək lazımdır. Mən başa
düşürəm. Bu Ocaq ruhuna yad olan bir şeydir. Ancaq bu gün
obyektiv reallıqlar var ki, onunla hesablaşmaq zərurəti yaranır. Ona
görə Ocağın, qeydiyyata alınandan sonra, müxtəlif yerlərdə hər hansı
bir özəyinin yaranması, binaların tikilməsi, heç ona ev də deməyək,
özü-özlüyündə Ata ideyalarının yayılmasında rol oynaya bilər.
Mənim sözüm bu qədər. Atamız Var olsun!
Soylu Atalı: Təşəkkür edirəm. İlqar bəyi təqdim eləyim, tanıma-
yanlar üçün. İlqar Türkoğlunun ruhu Atanın prinsiplərinə doğrudur.
Mən İlqar bəyi Ocaqdostu sayıram. İlqar bəy sözünün arxasında
görünə bilir. Nadir keyfiyyətdir. Atanın sağlığında da biz, Ataya vəd
verənlər gördük. Amma İlqar bəylə az müddətdir bizim bağlantı-
larımız var, Ocaq yönündən uğurlu addımlar atır, gördüyü işlərin də
vurğu edilməsini istəmir. Əslində vurğu eləmək yanlış deyil. Mən nə
üçün vurğu eləyirəm? Ona görə yox ki, İlqar bəyin tərifə, yaxud bu
şöhrətə ehtiyacı var. Ona görə deyil. Asif Atanın işi kimi bir işin
toplumun içində yayılması üçün hansısa bir aydının, kimsənin irəli
durub addım atması ləyaqət məsələsidir, quruculuğa qulluq məsələ-
sidir. Bu görünməlidir, deyilməlidir, bilinməlidir. Bu örnəkdir,
bilinməlidir. Bayaqdan adını çəkdiyimiz kitabı – "Türkdən başlayan
Yeni Bəşər İnamı"nı İlqar bəy öz yatırımı ilə çap elədi. Hətta onun
xeyli sayda nüsxəsini Türkiyədə yaydı. İlqar bəy vaxtaşırı Türkiyəyə
gedir. Orda ayrı-ayrı tədbirlərdə iştirak edir. O tədbirlərə də özüylə
bir neçə ədəbiyyat aparıb. Həmin kitab iki variantda – həm Türkiyə
türkcəsində, həm Azərbaycan türkcəsində çap olunub. Eləcə də Asif
Dostları ilə paylaş: |