Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə61/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   57   58   59   60   61   62   63   64   ...   86

204 
 
Sonra Ocaq bayramları həyata keçiririk. Bunların hamısı Ocağı həm 
yaşatmaq  üçündür,  həm  də  Ocaq  prinsiplərinin  insanların  ağlına 
çatdırılması üsuludur. 
Bugünkü  “İnam  Evi  Günü”müz  nəylə  bağlıdır?  Bu  mərasim-
törəni  biz  Asif  Atanın  ölümündən  sonra  gerçəkləşdirdik.  Vaxtilə, 
Asif Atanın sağlığında, təklif eləmişdim ki, Atanın gəzintisiylə bağlı 
gün  keçirək.  Məhz  bu  ayın  13-ündə.  Gəzinti  elə-belə  fakt  deyildi, 
Atanın  ciddi  fikirləri  yaranırdı,  biz  onu  dinləyirdik.  Hətta  bəzən 
maqnitafonla söhbəti yazırdıq da. Peripatetiklərin söhbətindən zəif də 
alınmırdı.  İş  elə  oldu  ki,  gecikdi,  alınmadı,  Ata  vəfat  elədi.  Mən 
həmin  bu  tarixi  yadımda  saxlamışdım  və  27-ci  ildə  Ruhani  sənəd 
yazdım  ki,  Yagış  Ayının  13-ünü  “İnam  Evi  Günü”  kimi  gerçəkləş-
dirək. 
Bizim,  Ocaq  olaraq,  ünvanımız  yoxdur.  Yəni  konkret  olaraq 
başqa dünyabaxışlara mənsub olan özünəxas memarlıq tikintisi kimi 
ünvanımız  yoxdur.  Ayrı-ayrı  ünvanlarda,  öz  evlərimizdə  tədbirlər 
keçirmişik.  Mən  Ocağa  gələndən  sonra  kirayə  qaldığım  evlərdə 
keçirirdi  Asif  Ata  mərasimlərini.  Çünki  ünvan  yox  idi.  Asif  Atanın 
evi  balaca  idi.  Onun  yaşadığı  otaq  burdan  da  balaca  idi  (tədbir 
keçirdiyimiz  İnam  Odasını  göstərir-G.A.).  Orda  tədbir  keçirmirdik. 
Hər kəs bilir ki, ünvansız addım atmaq, qurum olmaq mümkün deyil. 
Asif  Atanın  Mütləqə  İnam  Dünyabaxışı  bir  ideya,  bir  yol,  hərəkat 
olsa da, həm də bir qurumdur. Hərəkatı həyata keçirən qurum olur və 
bu  qurumun  da  konkret  ünvanı  olur.  Bu  gün,  fakt  olaraq  deyirəm, 
özümüzə  məxsus  müstəqil  ünvanımız  yoxdur.  Evlərimiz  həmişə 
Ocağın ixtiyarında olub, amma bu həm də bizim evlərimizdir. Bura, 
indi  toplaşdığımız  ünvan,  Ulusəs  bacımızındır.  Neçə  ildir,  buranı 
Ocaq  tədbirlərini  həyata  keçirmək  üçün  bizə  verib.  Biz  də  bu 
ünvandan uğurla istifadə edirik. Ocağın tədbirlərini keçiririk, sözünü 
deyirik. Çoxsaylı fərdi görüşlər keçiririk. 
İkinci  bir  ünvanımız  –  müstəqil  ünvanımız,  düşündük,  daşındıq, 
bir  layihə  işlədik.  Bu  layihə  əlbəttə,  Şərq  üslubundadır.  Ancaq 
çalışdıq ki, Atanın dediyi ideyaları özündə əks elətdirsin. Bir Məbəd 
–  İnam  Evi  layihəsi  işlədik.  Onun  tikintisini  hazırda  qardaşımız 
Günev  Atalı  Beyləqanda,  öz  yaşadığı  bölgədə  həyata  keçirir.  Hələ, 


205 
 
Asif Atanın sağlığında orada böyük bir ərazini pulla almışdı. Orada 
ağaclar  əkib  adını  “Amal  Bağı”  qoydu.  Asif  Atanın  Ocağı  üçün. 
Hətta  onu  da  sizə  deyim  ki,  Asif  Ata  ölümündən  7  il  öncə 
qardaşımıza səsyazanla sonərkini (vəsiyyətini) də demişdi ki, öləndə 
onu ya Bakıda, əgər o çağa qədər Bakıda Məbədimiz olarsa, Məbəd-
də gömək. Yox, olmasa, çatdırmasaq, onda “Amal Bağı”nda. “Amal 
Bağı”  deyəndə  Günev  Atalının  saldığı  həmin  Bağı  qəsd  edirdi.  Elə 
biz Asif Atanı orada da torpağa qoyduq. Ancaq bəlli məsələlər var. 
Mən o məsələləri bu tədbirdə demək istəmirəm. Qəbir açıldı, İranın 
gizli  şəkildə  qarışması,  mollaların  qara-qışqırığı...  Atanın  cismi 
Ağstafaya,  ata-babasının  uyuduğu  torpağa  götürüldü.  Ancaq  Asif 
Atanın ilk dəfə üz qoyduğu torpaq bizim üçün qutsaldır. Hər ay biz 
ora  gedib  “Ailə  Günü  tədbiri”  keçiririk.  Orada  o  torpağı  da  ziyarət 
edirik.  Asif  Atanın  torpağa  qoyulduğu  yerin  düz  qarşısında 
qardaşımız kərpic-kərpic Məbəd ucaldır. Biz getdik, köməkləşdik, o 
vaxt  onun  bünövrəsini  tökdük.  Hətta  onun  bünövrəsinə  biz  sənəd 
yazıb  atdıq.  İndi  ikinci  qatın  (mərtəbənin)  yarısından  da  yuxarı 
qalxıb  divar.  Biz  fikirləşirdik,  Məbədi  başlamaq  gərəkdir,  bizdən 
sonrakı nəsil tikər. Amma iş elə gətirdi ki, fədakarlıq öz işini gördü 
və tikinti sürətlə getdi. Belə sürətlə ki, bizim gözlədiyimizdən qabağa 
getdi.  İndi  orada  bizim  Məbədimiz  tikilir.  Məbəddən  başqa  Amal 
bağında iki balaca otaqdan ibarət İnam Evimiz var. Ora gedəndə söz 
deyirik. Ancaq dediyim kimi, memarlıq özümüzdən olmaqla ilk dəfə 
orda müstəqil bir ünvan yaranır. 
 


206 
 
Eyni  zamanda  burda,  Bakıda,  biz  istəyirik  Ocağın  tamam 
müstəqil  bir  ünvanı  olsun.  İndi  biz  ona  çalışırıq.  Əldə  eləyəcəyik 
yaxın  vaxtlarda.  O  proses  də  gedir.  Hər  halda  müstəqil  Ocaq 
ünvanıdır. Biz istəyirik ki, Asif Atanın Ocağının heç bir fərddən asılı 
olmayan  müstəqil  ünvanı  olsun.  Orada  nə  Soylunun,  nə  başqasının 
sahibliyi  yoxdur,  mülkiyyəti  yoxdur.  Bu,  bütövlükdə  Azərbaycan 
xalqınındır... Bu Gün`ümüzü də məhz "İnam Evi Günü" adlandırırıq. 
Bu Gün`ün yaranması, yaradılması, məzmunu baxımından Ocağa xas 
olması  özündə  qutsal  məzmun  daşıyır.  Bu  məzmun  bayramlaşır, 
ənənələşir, tədbirləşir. Biz də onu beləcə sabaha aparırıq. Təbiidir ki, 
sözümüzü, söhbətimizi dörd divarın arasında saxlamırıq, qırağa çıxır. 
Ona görə mən bütünlükdə üzümü Azərbaycan toplumuna tuturam və 
hər  kəsin  içində  daşıdığı  dünyabaxışdan,  etiqaddan  asılı  olmayaraq 
deyirəm,  heç  vaxt  biz  heç  kimi,  heç  nəyi  təhqir  etməmişik.  Ancaq 
dünyabaxışlarla  mübarizə  aparmışıq  və  aparacağıq.  Söz  yox, 
dediyimiz  kimi,  toplumun  səmimi  olaraq,  yaxud  bilməyərəkdən 
nəyəsə inanmasını biz nəzərə alırıq. Ancaq bir daha vurğu edirəm ki, 
həqiqətimizi  də  deyirik.  Həqiqətimizi  bəzən  çılpaq  deyirik.  Bundan 
insanların  qəlbinə  dəyən  məqam  olur,  bu  artıq  məsələnin  başqa 
tərəfidir. 
Asif Ata illər öncə belə bir işə başlyıb. Bu iş sıradan bir iş deyil. 
Bu  iş  bir  millətin,  konkret  türk  etnosunun  özünü  tapa  bilmədiyi  və 
özünün dünyagörüşünə sahib çıxa bilmədiyi yüzilləri, necə deyərlər, 
bir  sistem  halına  gətirmək  məqsədi  güdür.  Çünki  millət  konkret 
olaraq  dil,  aqibət,  tarix  birliyidirsə,  bunların  əsasında,  özülündə 
dünyabaxış  birliyi  dayanır.  Çünki  dünyabaxış  millətin  ruhunu  oluş-
durur. Mədəniyyət-filan öz yerində. Mədəniyyətlər ciddi işlər görür, 
sözümüz yox. Bir fakt deyim. Bilirsiniz ki, İsanın haqqında nə qədər 
rəsm  əsərləri  yarandı.  Heykəltaraşlar  ilahi  bir  səviyyəyə  qaldırdılar 
onu. Poeziyada yenə onu göylərə qaldırdılar. Elə bir hal yaratdılar ki, 
İsanın  baxışını  anlayan,  anlamayan  adam  üçün  İsa  müqəddəs  bir 
varlığa çevrildi. Bu günə qədər də toplum ona müqəddəs varlıq kimi 
yanaşır.  Bu  bir  mədəniyyət  idi.  Özü  də  çox  böyük  mədəniyyət  idi. 
Ancaq  bu  mədəniyyət  dünyabaxışın  özündən  qabağa  keçdi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə